Məhkəmə qərarları › İş №2-1(102)-1480/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1480/2020

18.08.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1480/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin ayrılması üçün icra hakimiyyəti qarşısında vəsatətin qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X2 ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Xətai rayon Xətai Bələdiyyəsinə qarşı (üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti) “torpaq sahəsinin ayrılması üçün üçüncü şəxs qarşısında vəsatətin qaldırılması” tələbinə dair inzibati iş üzrə Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-140/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 27 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinə əsasən, fərdi yaşayış evləri, ticarət obyektləri, qarajlar və s. tikililər üçün torpaq sahəsi bələdiyyələrə verilmiş ehtiyat torpaq fondundan ayrılır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Xətai rayon Xətai bələdiyyəsinə ehtiyat torpaq fondu ayrılmamış, bələdiyyə torpaqlarına dair xəritə verilməmişdir. Həmçinin, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” xx xxxx 2002-ci il tarixli Qanunla təsdiq edilmiş Əsasnaməyə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu və bələdiyyələrə dair bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 466-İİİQD xx xxxxxxx 2007-ci il tarixli Qanununa əsasən torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə əldə edilə bilər. Göstərilən səbəblərdən iddiaçının xahişinin müsbət həlli imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 20 sentyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona torpaq sahəsinin ayrılması üçün üçüncü şəxs Bakı şəhəri İcra Hakimiyyəti qarşısında vəsatət qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə kirayədə yaşayır və hazırda Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatdadır. Qarabağ uğrunda gedən döyüşlərdə xəsarət alaraq ikinci qrup əlil olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlil olmuş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respub likası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Göstərilənləri nəzərə alaraq, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.8, 5.1-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 14.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(82)3560/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bələdiyyə mülkiyyətinə ayrılmış torpaqlarla bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən rəyin verilməsi ilə bağlı məhdudiyyət olduğundan, hazırkı halda iddia əsassızdır.

7. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-140/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya sı məhkəməsi tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməmiş, nəticədə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 14cü maddəsinə görə, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlil olmuş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq paylan istifadəyə verilir. Həmin Qanunun 19-cu maddəsini n 3-cü hissəsinə görə, həmin qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir. 12. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0, 4.0.8-ci maddələrinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: bələdiyyə mülkiyyətinə torpaq a lınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq.

13. Digər tərəfdən, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə görə, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunvericiliyin sözügedən normalarından göründüyü kimi, müharibə veteranı kimi iddiaçı ona torpaq sahəsi ayrılmasından ötrü, aidiyyətı dövlət orqanı qarşısında vəsatət qaldırılması üçün Bələdiyyəyə müraciət etmişdir. Lakin Bələdiyyə onun müraciətini təmin etmək (aidiyyətı dövlət orqanı qarşısında vəsatət qaldırmaq) əvəzinə, Bələdiyyəyə torpaq fondu ayrılmadığını əsas gətirərək, iddiaçıya imtina məktubu təqdim etmişdir. Be ləliklə, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə kimi işin faktiki hallarına uyğun qanunvericilikdə ifadə olunmuş müvafiq maddi hüquq normalarını tətbiq etməmiş, işə aid olmayan maddi hüquq normalarını tətbiq etmişdir.

14. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

15. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı və vəkili kassasiya şikayətinin mə zmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 18.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə

4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsind ə bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.8. bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq;...

19. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafi q apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal ba xımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

23. Yuxarında istinad edilən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0, 4.0.8-ci maddələrinin məzmunundan göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərindən biri də bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyət çilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaqdır.

24. İddiaçı da öz tələbinin hüquqi əsası kimi həmin normaya istinad etmişdir. 25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2003-cü il tarixli 978 nömrəli Fərmanının 1-ci maddəsinə əsasən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.8-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

26. Göründüyü kimi, yuxarıda istinad edilən Qanunun 4.0.8-ci maddəsi ilə müəyyən edilmiş qaydada tor paq sahəsinin ayrılması hazırkı iş üzrə üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətinə aid edilmədiyindən, cavabdehin üzərinə iddia olunan, hazırkı məzmunda öhdəlik qoyula bilməz.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni fərqli maddi hüquq normalarına istinadla əsaslandırsa da, mahiyyətcə düzgün nəticəyə gəldiyindən şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir. Belə ki, İPMin 96.7-ci maddəsinə əsasən, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaç ının kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-140/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova R.S.Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar