Məhkəmə qərarları › İş №2-1(102)-1480/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1480/2022

16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1480/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: növbədənkənar səyyar vergi yoxlaması, qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunve riciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 17 sentyabr 2019-cu il tarixli **********190065 nömrəli qərarının ləğv olunması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-214/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 12 iyul 2018-ci il tarixli, **********156224 nömrəli qərarına əsasən "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində 13 iyul 2018-ci il tarixdə KY181257152 nömrə ilə qeydiyyata alınmışdır.

2. Ekspert tərəfindən pivə istehsalı sexində araşdırma aparılmış və 1 iyun 2015-ci il tarixdən 1 iyun 2018-ci il tarixədək enerji sərfiyyatı üzrə istehsal olunmuş pivə məhsulunun istehsal həcmi müəyyən edilmişdir.

3. Ödəmə mənbəyində tutulan vergilərin yoxlanılması nəticəsində ekspert rəyinə əsasən vergi ödəyicisi tərəfindən icarəyə götürülmüş obyektin aylıq icarə haqqının bazar qiyməti müəyyən edilmişdir. 4. 10 dekabr 2018-ci il tarixli, **********148603 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 17 sentyabr 2019-cu il tarixli, **********190065 nömrəli qərar qəbul edilmişdir.

5. Səyyar vergi yoxlaması zamanı vergi ödəyici si tərəfindən ödəmə mənbəyində tutulan verginin 9128,0 manat, əlavə dəyər vergisinin 33016,71 manat, mənfəət vergisinin 2867,98 manat və aksiz vergisinin 43624,18 manat olmaqla, ümumilikdə 88636,87 manat məbləğində vergilərin az hesablandığı inzibati orqan tərəfindən müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə ümumilikdə vergi ödəyicisinə 88636,87 manat məbləğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 33453,4 manat və vergi hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 1240,0 manat, həmçinin malların alışını və ya mədaxilini təsdiq edən sənədlər olmadığına görə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 7196,0 manat olmaqla, ümumilikdə 41889,41 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 sentyabr 2019-cu il tarixli, **********190065 nömrəli qərarının ləğv olunması”nı xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2018-ci il tarixli, **********156224 saylı qərarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçının idarə etdiyi və icarəsində olan İddiaçındə 2015-2018ci illər üzrə torpaq vergisi, 2015-ci ili n 2-ci rübü-2018-ci ilin 1-ci rübü üzrə ödəmə mənbəyindən tutulan vergi, iyun 2015-may 2018-ci il üzrə aksiz vergisi, 2015-2017-ci illər üzrə mənfəət vergisi, 2015-2017-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, iyun 2015-may 2018-ci illər üzrə əlavə dəyər vergisi, 2015-2017-ci illər üzrə əmlak vergisi, Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, udulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə iddiaçını xəbərdar etmədən növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Aparılan səyyar vergi yoxlaması zamanı xx.xx.2019-cu il tarixli, **********156249 nömrəli akt tərtib olunmuşdur. Lakin akt tərtib olunandan sonra yoxlayıcı onu aktla tanış etməmişdir. Bu səbəbdən də yoxlama ilə əlaqədar öz fikirlərini və iradlarını bildirə bilməmişdir. Yoxlama zamanı təyin olunmuş ekspertizalar zamanı da iddiaçının hüquqları pozulmuşdur. Ekspertin iddiaçı tərəfindən seçilən şəxslərin arasından təyin olunması və digər hüquqları barədə vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Bundan əlavə 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə vergi orqanına dəvət olunmağı barədə iddiaçıya göndərilən məktubu xx.xx.2019-cu il tarixdə almış və elə həmin gün vergi idarəsinə zəng edərək bu barədə məlumat vermişdir. Buna baxmayaraq elə həmin gün, yəni xx.xx.2019-cu il tarixdə 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında * *********190065 nömrəli qərar qəbul edilmişdir. Səyyar yoxlama zamanı tərtib olunmuş akt əsasında qəbul olunmuş qərarı isə 5-6 gündən sonra poçt vasitəsi ilə almışdır. Səyyar vergi yoxlaması başa çatdıqdan sonra vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********190065 nömrəli qərarda vergi ödəyicisinə aşağıdakı tədiyyə növləri üzrə vergi hesablanması və maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır:

1. Ödəmə mənbəyində tutulan vergi üzrə 9128.00 manat vergi hesablansın və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 2835.00 manat maliyyə sanksiyası tətbiq edilsin.

2. Əlavə dəyər vergisi üzrə 33016.71 manat vergi hesablansı n və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 12165.40 manat maliyyə sanksiyası tətbiq edilsin.

3. Mənfəət vergisi üzrə 2867.98 manat vergi hesablansın və уa Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 1361.00 manat maliyyə sanksiyası tətbiq edilsin.

4. Aksiz vergisi üzrə 43624.18 manat vergi hesablansın və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 17092.00 manat maliyyə sanksiyası tətbiq edilsin.

5. Yoxlama ilə əhatə olunan dövr ərzində vergi bəyannaməsi vergi orqanına vaxtında təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi ödəyicisinə 1.240.00 manat məblə ğində maliyyə sanksiyası tətbiq edilsin.

6. Malların alışını və ya mədaxilini təsdiq edən sənədlərin olmaması səbəbindən Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 7196.00 manat maliyyə sanksiyası tətbiq edilsin. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə ümumilikdə cəmisi 88636.87 manat vergi hesablanması və 41889.4,1 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, "xxxx" MMC-də 3 saylı ərazi Vergilər İdarəsinin apardığı növbədənkənar səyyar vergi yoxlaması qərəzli aparılmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, yoxlama nəticəsində tərtib olunmuş akt yoxlamanın aparıldığı “Marşal-Xaçmaz’' MMC-də deyil, 3 saylı Ərazi Vergilər İdarəsində tərtib olunmuş, yoxlamanın, nəticələri “Marşal-Xaçmaz’’ MM C-də müzakirə olunmamışdır. İddiaçı bildirir ki, 3 saylı Ərazi Vergilər İdarəsinin tərtib etdiyi xx.xx.2019-cu il tarixli, **********156249 nömrəli akt və xx.xx.2019-cu il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********190065 nömrəli qərarı ilə razı deyil, həmin akt və qərar yalnız ehtimallara əsaslanaraq qanunsuz və əsassız olaraq qərəzli şəkildə qəbul olunmuşdur. Qeyd edir ki, əvvəla icarəsində olan İddiaçı MMC mövsümi fəaliyyət göstərir, yəni bütün il boyu deyil, ilin müəyyən aylarında fəaliyyət göstərir, işçilərin sayı 9 nəfərdən artıq olmur, pivə sexinin fəaliyyətinin dayandırılması və fəaliyyətə başlaması barədə hər il 3 saylı Ərazi Vergilər İdarəsinə rəsmi məktubla məlumatlar ünvanlanmışdır. Belə ki, xx.xx.2014-cü il tarixdə pivə sexinin fəaliyyəti dayandırılmış, xx.xx.2015-ci il tarixdə sexin fəaliyyəti bərpa olunmuş və xx.xx.2015-ci il tarixdə fəaliyyət dayandırılana kimi, 2015-ci il ərzində cəmi 5 ay 3 gün fəaliyyət göstərmişdir. Sexin fəaliyyəti xx.xx.2016-cı tarixdə bərpa olunmuş və xx.xx.2016cı il tarixə kimi il ərzində cəmi 1 ay 28 gün fəaliyyət göstərmişdir. Sexin fəaliyyəti xx.xx.2017-ci il tarixdə bərpa olunmuş və xx.xx.2017-ci il tarixə kimi cəmi 3 ay 15 gün fəaliyyət göstərmişdir. Sexin fəaliyyəti xx.xx.2018-ci il tarixdə bərpa olunmuş və xx.xx.2018-ci il tarixə kimi cəmi 3 ay 12 gün fəaliyyət göstərmişdir. Hər il pivə sexinin fəaliyyətinin dayandırılması və fəaliyyətə başlaması vaxtı barədə 3 saylı Ərazi Vergilər İdarəsinə rəsmi məktubla məlumat verilmişdir. 3 saylı Ərazi Vergilər İdarə sinin nümayəndələri son iki il ərzində fəaliyyət göstərən pivə sexinin gündəlik fəaliyyətinə nəzarət etmişdirlər. Nəzarət zamanı sexdən çıxarılan pivə məhsulu onların nəzarəti altında müxtəlif obyektlərə göndərilmiş və bütün fəaliyyət “vergi ödəyicisi üzrə yaradılmış nəzarət postunda istehsal həcminin qeydiyyatı kitabında “vergi ödəyicisi üzrə yaradılmış nəzarət postunda satılan mallara keçirilən baxışın qeydiyyat jurnalında” və “vergi ödəyicisi üzrə yaradılmış nəzarət postunda texnoloji avadanlıqların plomblanması və sayğacların göstəricilərinin qeydiyyat kitabında dəqiqliklə qeyd olunmuşdur. 2019-cu ilin avqust ayına kimi İddiaçı MMC-nin heç bir vergi borcu olmamışdır. Bu fakt vergi ödəyicisinin şəxsi hesab vərəqədə göstərilənlərlə tam təsdiq olunur. 3 saylı Ərazi Vergilər İdarəsinin tər tib etdiyi xx.xx.2019-cu il tarixli, **********156249 nömrəli akt tərtib olunandan 15 gün sonra, xx.xx.2019-cu il tarixli, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********190065 nömrəli qərarını isə xx.xx.2019-cu il tarixdə almışdır. Onunla İddiaçı sahibi arasında notarial qaydada bağlanan icarə müqaviləsinə əsasən o, pivə sexini aylıq icarə haqqı 100 manat olmaqla icarəyə götürmüş, ona bundan artıq məbləğdə icarə haqqı ödəmək sərf etmir və mülkiyyətçi ilə arasında icarə haqqı ilə əlaqədar heç bir anlaşılmazlıq yoxdur. Səyyar vergi yoxlaması zamanı bu məbləğin bazar qiyməti ilə 2000 manat hesablanmasını və guya icarə haqqını 100 manat təyin etməyin vergidən yayınma məqsədilə etdiklərinə dair rəylə qətiyyən razı deyil və bildirir ki, bu əqddə hansısa hüquqpozmadan söhbət gedə bilməz. Səyyar vergi yoxlamasının aktı və digər sənədlərlə tanış olmaq imkanı olmamışdır. Belə ki, qərar qəbul olunana kimi həmin sənədlər iddiaçıya təqdim olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması növbəli və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Beləliklə iddiaçı 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçının idarə etdiyi və icarəsində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində keçirdiyi növbədənkənar səyyar vergi yoxlamasını qanunsuz hesab edir.

8. Cavabdeh tərəfindən iddiaya dair etiraz təqdim edilərək bildirilmişdir ki, 3 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsində göstərilənləri aşağıdakı səbəblərə görə əsassız hesab edir. Belə ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********156224 nömrəli qərarına əsasən "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2018-ci il tarixdə KY181257152 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2018-ci il tarixli, **********148603 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi h aqqında” xx.xx.2019-cu il tarixli, **********190065 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən ödəmə mənbəyində tutulan verginin 9128,0 manat, əlavə dəyər vergisinin 33016,71 manat, mənfəət vergisinin 2867,98 manat və aksiz vergisinin 43624,18 manat olmaqla, ümumilikdə 88636,87 manat məbləğində vergilərin az hesablandığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə ümumilikdə vergi ödəyicisinə 88636,87 manat məbləğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 33453,4 manat və vergi hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 1240,0 manat, həmçinin mallar ın alışını və ya mədaxilini təsdiq edən sənədlər olmadığına görə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 7196,0 manat olmaqla, ümumilikdə 41889,41 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018-ci il tarixli **********156251 nömrəli və xx.xx.2019-cu il tarixli **********175055 nömrəli tələbnamələr verilmiş, sənədlərin təqdim edilməsi müvafiq olaraq xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli aktlarla rəsmiləşdirilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********156798 nömrəli qərara əsasən müəssisənin ünva n 1i ünvanında yerləşən istehsal sexində xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və bu barədə xx.xx.2018-ci il tarixli protokol tərtib edilmişdir. Yoxlama zamanı 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********159302 nömrəli qərarına əsasən cəmiyyətin mülkiyyətində və istifadəsində olan daşınan əmlakın, malların, o cümlədən qeyri-maddi aktivlərin və pul vəsaitlərinin inventarizasiyası aparılmışdır. Cəmiyyətdə aparılmış inventarizasiya zamanı 71960,00 manat dəyərində alışını və ya mədaxilini təsdiq edən sənədləri olmayan mallar aşkar olunmuş və aparılmış inventarizasiyanın nəticələri xx.xx.2018-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin istifadəsində olan ünvan 1i ünvanında yer ləşən pivə istehsalı sexində yoxlama ilə əhatə olunan dövrdə (xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) enerji sərfiyyatı məlumatlarına əsasən pivə istehsal edən avadanlıqların gücünün, istehsal olunmuş məhsulun həcminin, həmçinin istehsal olunmuş məhsulun bazar qiymətinin və daşınmaz əmlak üçün ödənilən aylıq icarə haqqı üzrə bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********160218 nömrəli və “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********0217 nömrəli qərarlar qəbul edilmişdir. "xxxx" MMC (VÖEN **********) qiymətləndirmə şirkəti ilə bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin qiymətləndirici eksperti X2 mütəxəssis ekspert kimi dəvət olunmuş və onun tərəfindən xx.xx.2018-ci il tar ixli ekspert rəyi tərtib edilmişdir. Ekspert tərəfindən pivə istehsalı sexində araşdırma aparılmış və xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək enerji sərfiyyatı üzrə istehsal olunmuş pivə məhsulunun istehsal həcminin 296667 litr, sexdə işləyən işçilərin sayı 9 nəfər göstərməklə ümumi əmək haqqı məbləği 97350,0 manat və texniki avadanlıqlarının orta aylıq icarə haqqının 2000,0 manat olduğu qeyd etmişdir. Vergi ödəyicisi ekspert rəyi ilə razı olmamış və təkrar ekspertizanın aparılmasını xahiş etmişdir. Buna görə də, təkrarən vergi ödəyicisinin istifadəsində olan ünvan 1i ünvanında yerləşən pivə istehsalı sexində yoxlama ilə əhatə olunan xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə enerji sərfiyyatı məlumatlarına əsasən pivə istehsal edən avadanlıqların gücünün, istehsal olunmuş məhsulun həcminin, həmçinin istehsal olunmuş məhsulun bazar qiymətinin və daşınmaz əmlak üçün ödənilən aylıq icarə haqqı üzrə bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********177083 nömrəli və “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********177082 nömrəli qərarlar qəbul edilmişdir. "xxxx" MMC qiymətləndirmə şirkəti ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən həmin cəmiyyətin qiymətləndirici eksperti X1 mütəxəssis ekspert kimi dəvət olunmuş və onun tərəfindən xx.xx.2019-cu il tarixli ekspert rəyi tərtib edilmişdir. Ekspert tərəfindən pivə istehsalı sexində araşdırma aparılmış və xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək enerji sərfiyyatı üzrə istehsal olunmuş pivə məhsulunun istehsal həcminin ümumilikdə 277050,0 litr, satış dövriyyəsinin (ƏDV-siz) 160689,0 manat və texniki avadanlıqlarının hazırkı durumda orta aylıq icarə haqqının 2000,0 manat olduğunu qeyd etmişdir. Yoxlama zamanı ekspert tərəfindən təqdim edilən rəyə əsasən vergi ödəyicisinin 2015-ci, 2016-cı və 2017-ci illər üzrə mənfəət vergisi ödəmək öhdəliyinin və dövriyyəsinin olduğu müəyyən olunmuşdur. Lakin, vergi ödəyicisi həmin dövriyyə ilə bağlı xərc sənədlərini yoxlamaya təqdim edə bilməmiş, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisi tapılmadığı üçün vergi ödəyicisinin xərclərini və gəlirlərini müəyyən etmək mümkün olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən vergi orqanı şərti rentabellik norması əsasında vergi ödəyicisinin mənfəətini müəyyən etmişdir. Vergi ödəyicisinin gəliri şərti üsulla müəyyən edilərkən gəlirləri 6 əmsala bölünməklə mənfəəti müəyyən etmişdir. M = G x R: (100+R) M - Vergiyə cəlb olunmalı mənfəətin məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülmü şdür. Müəssisənin gəlirlərinin (ƏDV-siz və aksizsiz) 2015-ci il üzrə 21878,87 manat, 2016-cı il üzrə 64452,59 manat və 2017-ci il üzrə 60743,92 manat olduğu müəyyən edilmişdir. Yoxlama zamanı 2015-ci il üzrə vergiyə cəlb olunan mənfəətin 3646,47 manat, həmin mənfəətdən hesablanmış mənfəət vergisinin məbləği 729,29 manat, 2016-cı il üzrə vergiyə cəlb olunan mənfəətin 10742,09 manat, həmin mənfəətdən hesablanmış mənfəət vergisinin məbləği 2148,41 manat və 2017-ci il üzrə vergiyə cəlb olunan mənfəətin 10123,98 manat, həmin mənfəətdən hesablanmış mənfəət vergisinin məbləği 2024,79 manat müəyyən edilmişdir. M2015=21878,87x20/120=3646,47x20%=729,29manatM2016=64452,59x20/120=10742, 09x20%=2148,42 manat M 2017=60743,92x20/120=10123,98x20%=2024,80 manat Vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2015-ci il üzrə hesablanmış 583,33 manat, 2016-cı il üzrə hesablanmış 843,20 manat və 2017-ci il üzrə hesablanmış 608,0 manat mənfəət vergisi nəzərə alındıqda, səyyar vergi yoxlaması ilə 2015-ci il üzrə 145,96 manat, 2016-cı il üzrə 1305,22 manat və 2017-ci il üzrə 1416,80 manat olmaqla ümumilikdə 2867,98 manat məbləğində mənfəət vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1361,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, vergi ödəyicisi əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyat haqqında ərizəyə əsasən xx.xx.2015-ci il tarixdə **********5 nömrəli əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi almışdır. Əlavə dəyər vergisinin qeydiyyatı xx.xx.2015-ci il tarixdən qüvvəyə minmiş və həmin tarixdən yaranan dövriyyələri əlavə dəyər vergisinə cəlb edilməklə hesablamalar aparılmışdır. Yoxlama ilə əhatə olunan dövr ərzində xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək vergi ödəyicisi əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olmuş və bu dövr ərzində vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatı ləğv edilməmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrinə əsasən yoxlama ilə əhatə olunan dövr üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 10850,0 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 3583,28 manat, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 18240,00 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 0,00 manat olmaqla, ümumilikdə 32673,28 ma nat məbləğində dövriyyə və həmin dövriyyədən ödənilməli olan əlavə dəyər vergisinin məbləği 5881,19 manat bəyan edilmişdir. Lakin, yoxlama ilə əhatə olunan xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə ekspert tərəfindən təqdim olunmuş rəydə istehsal obyektində sərf edilmiş enerji sərfiyyatına görə ümumi istehsal həcmi və orta bazar satış qiymətlərinə əsasən aylar üzrə hasilatın həcmi müəyyən edilmişdir. Ekspert tərəfindən təqdim olunmuş rəyə əsasən yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisinin dövriyyəsi 216099,48 manat, həmin dövriyyədən ödənilməli olan əlavə dəyər vergisinin məbləği 40002,62 manat müəyyən olunmuşdur. Yoxlama zamanı vergi ödəyicisinin əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyat dövrü üzrə ekspert rəyində göstərilən satış dövriyyələri ilə verg i ödəyicisinin təqdim etdiyi bəyannamələrdə göstərilən satış dövriyyələri müqayisə edilmiş və əlavə olaraq ümumilikdə 33016,71 manat məbləğində əlavə dəyər vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 12165,40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aksiz vergisinin yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, səyyar vergi yoxlaması ilə əhatə olunan xx.xx.2015- ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə vergi ödəyicisi aksizli malların istehsalı (pivə istehsalı) ilə məşğul olduğundan aksiz vergisinin ödəyicisi olmuşdur.

9. Cavabdeh bildirmişdir ki, ekspert rəyinə əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrdə 37722,19 litr, 2016-cı ildə 111125,15 litr, 2017-ci ildə 104730,9 litr, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə 23472,38 litr olmaqla, ümumilikdə 277050,62 litr pivə məhsulu istehsal edilmişdir. Vergi Məcəlləsinin 190.3.6-cı maddəsinə əsasən istehsal olunmuş hər 1 litr pivə məhsuluna görə 0,2 manat aksiz vergisi tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq, vergi ödəyicisinə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə 2455,56 manat, 2016-cı il üzrə 20439,03 manat, 2017-ci il üzrə 20946,18 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə 4694,48 manat olmaqla ümumilikdə 43624,18 manat aksiz vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 17092,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyindən tutulan vergilərin yoxlanılması nəticəsində ekspert rəyinə əsasən vergi ödəyi cisi tərəfindən icarəyə götürülmüş obyektin aylıq icarə haqqının bazar qiymətinin 2000,0 manat olduğu müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrində daşınmaz əmlakın icarə haqqı üzrə vergi məbləğləri, ekspert rəyinə əsasən müəyyən olunmuş icarə haqqı üzrə vergi məbləğləri ilə müqayisə edilmişdir. Belə ki, aparılmış səyyar vergi yoxlaması ilə 2015-ci ilin 2-ci rübü üzrə 266,00 manat, 2015-ci ilin 3-cü rübü üzrə 798,0 manat, 2015-ci ilin 4-cü rübü üzrə 798,0 manat, 2016-cı ilin 1-ci rübü üzrə 798,0 manat, 2016-cı ilin 2-ci rübü üzrə 798,0 manat, 2016-cı ilin 3-cü rübü üzrə 798,0 manat, 2016-cı ilin 4-cü rübü üzrə 798,0 manat, 2017-ci ilin 1-ci rübü üzrə 798,0 manat, 2017-ci ilin 2-ci rübü üzrə 798,0 manat, 2017-ci ilin 3-cü rübü üzrə 798,0 manat, 2017-ci ilin 4-cü rübü üzrə 840,0 manat, 2018-ci ilin 1-ci rübü üzrə 840,0 manat olmaqla, ümumilikdə 9128,0 manat məbləğində ödəmə mənbəyində tutulan vergilər hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2835,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər.

10. Birinci instansiya məhkəməsinin aldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2 iyun 2021-ci il tarixli ekspert rəyinə əsasən, müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan ÖMV-nin 9128,00 manat məbləğində az hesablanması müəyyən olunmuşdur. İddiaçı MMC-yə məxsus pivənin yoxlama əhatə edən dövrlərə orta bazar satış qiyməti təxminən 30-L (keqcəllək)-47,0 mana t, 50-L (keq-cəllək) isə 77,0 manat müəyyən olunmuşdur.

11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(105)-214/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim İ.R.Quliyev) iddian qismən təmin edilmiş, 3 saylı Ərazi Vergilər İdarəsinin 17 sentyabr 2019-cu il tarixli, **********190065 nömrəli qərarı əlavə dəyər vergisi, mənfəət vergisinin, aksiz vergisi və bunlara müvafiq hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmiş, cavabdehdən 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, istehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından görü ndüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Lakin buna baxmayaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən cəlb olunmuş qiymətləndirici ekspert X1 tərəfindən müəssisənin fəaliyyəti üzrə faktiki istehsal edilmiş məhsulların (pivə) faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2 iyun 2021-ci il tarixli, 9/198-9/199 nömrəli ekspert rəyində qeyd edilənlərlə razılaşaraq hesab edir ki, cavabdeh inzibati orqan inzibati icraat zamanı lazımı araşdırma aparmamış, yalnız ekspert rəyinə istinad etmişdir.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti v erərək, birinci instansiya məhkəməsinin qərarının qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-214/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin 28 ok tyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Vergi Məcəlləsi: Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanla rı tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... Maddə 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə;...

21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə il ə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırk ı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsinin qərarının iddianın rədd edilən hissəsindən iddiaçı, iddianın təmin edilən hissəsindən cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsi hər iki şikayəti təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti vermədiyindən və cavabdeh kassasiya şikayəti verdiyindən məhkəmə qərarı yalnız cavabdehin şikayəti həddində yoxlanılacaqdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilən hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. İşin apellyasiya instansiya məhk əməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdehin 12 iyul 2018-ci il tarixli qərarı ilə iddiaçı müəssisə barəsində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

27. İlk növbədə, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanına qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birin i seçməkdə diskresion səlahiyyət vermişdir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı, yuxarıda qeyd edildiyi kimi, iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qərarına gəlmiş və bu barədə 12 iyul 2018-ci il tarixli qərar qəbul etmişdir.

28. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarlarla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəlik lər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir.

29. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxl amanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur.

30. Qeyd edil ənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması kimi qəbul edilməlidir.

31. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərt ib edilmiş akt əsasında vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qəbul etdiyi qərarı inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir.

32. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlar dan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).

33. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericili klə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsas landırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir.

34. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

35. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə 12 iyul 2018-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.

36. Bundan əlavə, vergi orqanı həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmiş, hətta məhkəmə icraatının gedişində də bildirməmişdir.

37. Bunun la bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati ic raat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

38. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibat i orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

39. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən VM-in 38.3.5-ci maddəsinə i stinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hal lar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verır.

40. Məhkəmə kollegiyası vurğulayır ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxım dan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsi, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Başqa sözlə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi ni zəruri edən dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, VM-in 36.2. və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçi vəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

41. Məhkəmə kollegiyası vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının al ınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.

42. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərin in stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

43. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Aparılmış qanunsuz inzibati icraat nəticəsində qəbul edilmiş inzibati akt da qanunsuz və əsassız sayılmalıdır.

44. Bundan əlavə, növbədənkənar səyyar vergi yoxlaması zamanı iddiaçıya məxsus müəssisədə istehsal həcminin müəyyən edilməsi üçün "xxxx" MMC (konsaltinq və qiymətləndirmə şirkəti) tərəfindən mütəxəssis dəvət edilmiş, həmin mütəxəssis elektrik enerji sərfiyyatı göstəricilərinə istinad etməklə istehsal həcmini müəyyənləşdirmiş, mütə xəssisin verdiyi göstəricilər və iddiaçının elektron-qaimə fakturalarda göstərilən satış qiymətlərinə əsasən iddiaçının dövriyyəsi müəyyən edilmiş, həmin dövriyyə əsasında ƏDV və mənfəət vergisi hesablanmışdır.

45. Məhkəmə kollegiyası inzibati orqanın mötəbər hesab etdiyi "xxxx" MMC (konsaltinq və qiymətləndirmə şirkəti) tərəfindən verilmiş mütəxəssis rəyi ilə bağlı aşağıdakıları qeyd edir.

46. Vergi orqanları vergi ödəyicilərinin faktiki dövriyyəsinin müəyyən edilməsi üçün müxtəlif üsullardan istifadə edə bilərlər. Hazırkı işdə cavabdeh orqan elektrik enerjisi sərfiyyatı göstəricilərinə əsasən dövriyyəni müəyyən etməyə çalışmışdır. Eyni zamanda, məhkəmə kollegiyası razılaşır ki, vergi qanunvericiliyi ilə vergi orqanına verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduğu hallarda, ən yuxarı məbləğdə verginin hesablanmasına imkan verən əlaqəli məlumata əsasən verginin hesablanması hüququ verilib, lakin vergi qanunvericiliyi vergi orqanının üzərinə həm də vergi ödəyicilərinin xeyrinə olan halları nəzərə almaq, inzibati icraatın qanunauyğun aparılmasını təmin etmək, vergi ödəyicisinin gəlirləri və xərcləri barədə mötəbər məlumatlara istinad etmək kimi vəzifələr də qoymuşdur.

47. Lakin vergi orqanının istinad etdiyi mütəxəssis rəyi mötəbər sayıla bilməz. Belə ki mütəxəssis rəyinin məzmunu ilə tanış olduqda müəyyən olunur ki, mütəxəssis yalnız müəssisədə qeyri-istehsal və istehsal üzrə sərf olunan elektrik enerjisinin həcminin müəyyən edilməsi üçün sınaq etmiş, istehsal zamanı enerji itkilərinin, hər bir avadanlığın istehsal gücünün və s., başqa sözlə, istehsalın real həcminə əsaslı təsir edə biləcək göstəricilərlə bağlı hər hansı sınaq keçirməmiş, istehsal həcmi əks olunan cədvəldə həmin göstəricilərin hansı mənbəyə istinadən tətbiq edildiyi göstərilməmişdir (iş materialları, İİ cild: iş v.40).

48. Beləliklə, vergi orqanı qeyri-mötəbər mütəxəssis rəyi əsasında iddiaçının istehsal həcmini bəyan edərək faktiki olaraq daha çox olduğu qənaətinə gəlmiş və bunun əsasında əsassız olaraq vergilər hesablamışdır.

49. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərin də olduğu halda, cavabdeh iddiaçı müəssisəyə əlavə vergilərin hesablanmasına səbəb olmuş keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının zəruriliyini əsaslandırmamış, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmiş, nəticədə qanunsuz inzibati akt qəbul etmişdir.

50. Qeyd edilənlərə əsasən, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edildiyindən, onun ləğv edilməli olması ilə bağlı məhkəmənin nəticə düzgün olduğundan kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-214/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli q ərarı mübahisə olunan (iddianın təmin edildiyi) hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar