Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1480/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Nazirliyinin N saylı hərbi hissəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük məsələsi; iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı “hərbi hissə komandirinin 0N noyabr N018-ci il tarixli 0115əç nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(104)-315/N0N3 nömrəli, N8 mart N0N3-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Daşkəsən rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və 04 aprel N013-cü il tarixdə hərbi hissəyə göndərilmişdir. N oktyabr N014-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılsa da, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş və N saylı hərbi hissə komandirinin 0N noyabr N018-ci il tarixli 0115əç nömrəli əmri ilə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi, N4 noyabr N0NN-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, N saylı hərbi hissə komandirinin 0N noyabr N018-ci il tarixli 0115əç nömrəli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin N4 noyabr N0NN-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.N015-ci il tarixdə müddətdən artıq hərbi qulluqçu kimi müqavilə əsasında hərbi xidmətə qəbul olunmuş və baş əsgər rütbəsi ilə manqa komandiri təyin edilmişdir. Heç bir pozuntuya və intizamsızlığa yol vermədən 0N noyabr N018-ci il tarixədək müqavilə əsasında hərbi xidmət keçmişdir. Azərbaycan Res publikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri onu həmin tarixli əmrlə xidmətdən uyğunsuzluqla azad etmişdir. Hansı ki, onun həmin tarixdə heç bir pozuntusu olmamışdır. Çünki hərbi hissədə xidmət apararkən N5 mart N018-ci il tarixdə ehtiyatsızlıqdan Hüseyn Axundova dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, barəsində isə bu hadisə ilə bağlı N9 avqust N018-ci il tarixdə Gəncə Hərbi Məhkəməsi tərəfindən hökm çıxarılmışdır. Barəsində hökm çıxarılmasına baxmayaraq 0N noyabr N018-ci il tarixədək N saylı hərbi hissədə xidmət aparmış və həmin ərəfələrdə də heç bir pozuntuya yol verməmişdir. Yəni komandir tərəfindən xidmətdən uyğunsuzluqla bağlı ehtiyata buraxılmağı heç bir maddi hüquq norması ilə əsaslandırılmamışdır, göstərilən maddi hüquq norması isə onun uyğunsuz kimi ehtiya ta buraxılmağına əsas norma deyil və aidiyyəti yoxdur. X1 Məhkəməsinin 1N iyun N0N0-ci il tarixli qərarı ilə cəzadan azad edilmiş və məhkumluğu olmayan şəxs hesab edilmişdir. Ona görə də onun yenidən xidmətə bərpa olunmağı üçün heç bir maneə qalmamışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yenidən müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətə qəbul olunması üçün bir neçə dəfə müraciət etmiş, lakin imtina cavabı almışdır.
4. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, mübahisələndirilən N saylı hərbi hissə komandirinin N əç nömrəli 0N noyabr N018-ci il tarixli əmri həmin əmrin qəbulundan təxminən 4 il vaxt keçdikdən sonra qaldırılmışdır. Halbuki, İnzibati Prosessual Məcəllənin 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə id dia müddətini 30 gün müəyyən etmişdir.
5. Gəncə İnzibati Məhkəməsinin 08 sentyabr N0NN-ci il tarixli qərardadı ilə, Azəraycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir
6. Gəncə İnzibati Məhkəməsinin 06 fevral N0N3-cü il tarixli, N-1(114)-9N/N0N3 nömrəli qərardadı (hakim F.C.Hüseynov) ilə iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı hazırda mübahisələndirdiyi əmrin ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddiaya yenidən baxılması üçün göndərilməsi və ya iddianın təmin olunmasını xahiş etmişdir.
9. İddiaçı qərardaddan şikayətini onunla əs aslandırmışdır ki, gözündən əməliyyat olunması üçün hərbi hospitalda bir neçə müddət yatması və digər tərəfdən məhkəmə hökmü ilə məhkumluğu olduğuna görə məhkəməyə vaxtında iddia verə bilməmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N8 mart N0N3-cü il tarixli, N-1(104)-315/N0N3 nömrəli qərardadı (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 06 fevral N0N3-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, hazırda iddiaçı tərəfindən iddia qaldırılması üçün müəyyən edil miş müddət ötürülmüş, habelə müddətin üzürlü hesab edilməsi üçün əsaslı sübutlar təqdim edilməmişdir. Halbuki, müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə mane olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi çıxarış epikrizindən görünür ki, o, 30 aprel N018 - N3 may N018-ci il tarixlərdə hospitalda müaicə almışdır ki, bu da onun ehtiyata buraxılması barədə əmrdən əvvəlki dövrə təsdüf edir. Digər tərəfdən onun barəsində məhkəmə hökmünün olması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.N0N0-ci il tarixli, 7(104)-16 /N0N0-ci il tarixli qərarının məzmunundan görünür ki, iddiaçı tabeçilik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərindən nizamnamə qaydalarını kobud şəkildə pozaraq Hüseyn Axundova dərəcəsi təyin edilməyən xəsarət yetirdiyinə görə Gəncə Hərbi Məhkəməsinin xx.xx.N018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, Gəncə Hərbi Məhkəməsinin xx.xx.N0N0-ci il tarixli qərarı ilə ona təyin edilmiş aylıq pul təminatından dövlət nəfinə 10 faiz pul tutulmaqla 1 il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası 350 manat cərimə cəzası ilə əvəz edilmişdir. İddiaçı xx.xx.N0N0-ci il tarixdən qüvvədə olan “Azərbaycan Respublikası Cinayət Məcəlləsi nə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsinə edilmiş dəyişikliyə görə təyin edilmiş cəzadan azad edilmişdir. Göründüyü kimi, iddiaçı barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş və onun bununla bağlı məhkəməyə müraciət etməsi üçün heç bir maneə mövcud olmamışdır. Odur ki, iddiaçının ərizəsində göstərdiyi hallar qeyd edilən əsaslara görə üzrlü hesab edilə bilməz.
12. Apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyinin əsası kimi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N4.1 və 38.1-ci maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 7N.1, 7N.N və 73.1-ci maddələrinə, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci bəndinə istinad etmişd ir.
13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması, icraata qəbul edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi və ya işin yeni apelyasiya baxışına qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə müdafiəsi hüququ süni maneələrə görə əlindən alınmışdır, sübutlar təqdim edilməsinə baxmayaraq işdə olan sənədlərə düzgün hüquqi qiymət verilməmiş, nəticədə həm maddi, həm də prosessual hüquq normaları pozulmuşdur.
15. İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N və 87.7-ci maddələrinə, habelə “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar N011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun NN yanvar N013-cü il tarixli qərarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə N. Qanunda istifadə olunmuş əsas anlayışlar N.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... N.0.N. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmi ş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;...
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət ins tansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində qaldırıla bilər. b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməs i üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 19. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə N5 yanvar N000-ci il tarixl i qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə N3 iyul N015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəti cələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır. 21. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 dekabr N014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N8 dekabr N0 15-ci il tarixli qərarı... Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. 22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.N. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. N.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. N.N. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 1N.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. N.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, ca vabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaç ının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır....
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. 1N. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmam ası üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, iddiaçı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, cavabdeh N saylı hərbi hissə komandirinin 0N noyabr N018-ci il tarixli 0115əç nömrəli ilə xidməti uyğunsuzluğa əsasən ehtiyata buraxılmışdır.
27. Kass asiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növü olduğuna görə bu qərarın 18 (a) – NN-ci bəndləri, habelə prosessual hüquq normalarının tələbləri baxımından iddianın mümkünlük şərtlərindən biri olan iddia müddəti yoxlanılmalıdır.
28. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt, yəni əmrin verildiyi noyabr N018-ci il tarixdə qüvvədə olаn Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
29. Yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisələndirdiyi əmr noyabr N018-ci ild ə verilmiş və həmin vaxtda əmrin məzmunu ona elan edilməklə iddiaçı əmrdən məlumatlı olmuşdur. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə iddiaçı hüququnun pozulduğu barədə ona məlum olan gündən 30 gün müddətində məhkəməyə müraciət etmək hüququ var idi. Buna baxmayaraq iddiaçı müəyyən edilmiş müddət ərzində məhkəmə müdafiəsi hüququndan yararlanmamış, 30 gün müddət keçdikdən sonra birinci instansiya məhkəməsinə müraciət etmişdir.
30. Sonda məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı apelyasiya şikayətində prosessual müddəti üzürlü səbəbdən ötürdüyünü bildirməklə ötürülmüş müddətin bərpa edilməsi üçün N səbəb göstərmişdir ki, bunlar gözündən əməliyyat olması və digər şəxsə dərəcəsi bilinməyən xəsarət yetirməsi səbəbindən barəsində başlanmış cinayət işi üzrə çıxarılmış hökmün olmas ıdır.
31. Məhkəmə kollegiyası gözündən əməliyyat olması səbəbindən müddətin bərpa edilməsi ilə bağlı iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının gözündən əməliyyat olmasını təsdiq edən sübut qismində məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, iddiaçı 30 aprel N018 - N3 may N018-ci il tarixlərində xəstəxanada olmuşdur. Halbuki qeyd olunan tarixlərdə iddiaçı hərbi qulluqçu kimi işləmiş, həmin tarixdən sonra, yəni 0N noyabr N018-ci il tarixli əmrlə ehtiyata buraxılmışdır ki, belə olan halda onun gözündən əməliyyat olması müddətin bərpa edilməsi üçün üzürlü səbəb ola bilməz. Çünki iddiaçı gözündən əməliyyat olunduğu tarixlərdə ümumiyyətlə mübahisə predmeti olan əmr yox idi və həmin əmrin mübahisələndirilməsi üçün müddət axımı başlamamışdı.
32. Bundan başqa məhkəmə kollegiyası iddiaçının müddətin bərpa edilməsi ilə bağlı ikinci dəlilinə - digər şəxsə dərəcəsi bilinməyən xəsarət yetirməsi səbəbindən barəsində başlanmış cinayət işi üzrə çıxarılmış hökmə münasibətdə də onu qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Gəncə Hərbi Məhkəməsinin N9 avqust N018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin N8 yanvar N0N0-ci il tarixli qərarından məhkum tərəfindən apelyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1N iyun N0N0-ci il tarixli 7(104)-16/N0N0 nömrəli qərarı ilə şikayət təmin edilmiş, Gəncə Hərbi Məhkəməsinin N8 yanvar N0N0-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçı 01 iyun N0N0-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N. 1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən təyin edilmiş cəzadan azad edilmiş və məhkumluğu olmayan hesab edilmişdir.
33. Göründüyü kimi, iddiaçı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının müvafiq qərarı ilə 1N iyun N0N0-ci il tarixdən azad edilmişdir ki, prosessual müddətin axımı məhz iddiaçının azad edildiyi tarixdən hesablandıqda belə, iddiaçı 30 gündən artıq müddət keçdikdən sonra 06 iyun N0NN-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının gətirdiyi dəlillər müddətin ötürülməsi üçün üzürlü səbəb deyildir.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
35. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelly asiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N8 mart N0N3-cü il tarixli, N-1(104)-315/N0N3 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.