Məhkəmə qərarları › İş №2-1(102)-1481/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1481/2019

04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1481/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçınin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-269/2019 saylı iş üzrə 09 yanvar 2019-cu il tarixli qərarından və qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 30 aprel 2018-ci il tarixli, İQ-**/1 saylı qərarına əsasən Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçıyə qaçqın statusu verilməsindən imtina edilmişdir. Həmin qərarla razılaşmayan İddiaçı inzibati şikayətlə müraciət edərək qərara yenidən baxılmasını və ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 29 iyun 2018-ci il tarixli, 51/Q saylı qərarı ilə şikayət əsassız olduğuna görə təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı hazı rkı tələblə məhkəməyə müraciət edərək cavabdehin üzərinə iddiaçının 30 yanvar 2018-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulmasına, tərəflər arasında hüquq münasibətlərinə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 30 aprel 2018-ci il tarixli, İQ-**/1 saylı qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın və onun şikayət instansiyasının **/Q saylı, 29 iyun 2018-ci il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3775/2018 saylı, 15 oktyabr 2018-ci il tarixli qərarı (hakim – M.T.Hacıbəyova)ilə İddiaçınin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xid mətinə qarşı iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehin İQ-**/1 saylı, 30 aprel 2018-ci il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsi barədə iddia tələbi rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3775/2018 saylı, 15 oktyabr 2018-ci il tarixli qərardadı (hakim – M.T.Hacıbəyova)ilə İddiaçınin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin İQ-**/1 saylı, 30 aprel 2018-ci il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi haqqında **/Q saylı, 29 iyun 2018-ci il tarixli qərarın ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının 2-1(103)-269/2018 saylı iş üzrə 09 yanvar 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və K.N.Abiyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3775/2018 saylı, 15 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-269/2018 saylı iş üzrə 09 yanvar 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və K.N.Abiyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3775/2018 saylı, 15 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qərarını və qərardadını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı və qərardadı qanunsuz və əsassız olduğundan, həmçinin maddi və prosessual normalarının pozulması yolu ilə çıxarıldığından ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Cavabdeh qaçqın anlayışının maddi hüquqi şərtlərini iddiaçıya münasibətdə düzgün tətbiq etməyib. 1951-ci il Konvensiyası 1967-ci il Protokoluna və “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunun 1-ci maddəsində müəyyən edilmiş qaçqın anlayışına əsasən qaçqın statusunun verilməsi üçün ilkin tələb edilən zəruri maddi-hüquqi element əsaslı təqib qorxusudur. DMX iddiaçının işində əsaslı təqib qorxusu olmaması nəticəsinə gəlib. Bundan başqa, cavabdehin qərarı (əverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür.Cavabdeh qərarında aşağıdakı iki fundamental səhvə yol verilib.Cavabdeh işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliliyini qiymətləndirməyib. Belə ki, cavabdeh iddiaçının əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib, eləcə də kassatorun izahatları (pis rəftar, təhlükə) üzrə nəticəyə gəlmək üçün Mənşə Ölkəsinin Məlumatından (“MÖM”) istifadə etməyib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində kassatorun izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında kassatora münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığını yoxlanılmalıdır. İşin hallarından görünür ki, kassator yuxarıda qeyd edilmiş fak tiki hallar barədə müfəssəl izahatlar vermişlər, izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Buna görə də, həmin izahatlar mötəbərlik tələbatını ödəyir. Digər tərəfdən sözügedən izahatlar BMT QAK tərəfindən hazırlanmış Mənşə Ölkəsinin Məlumatları ilə də təsdiq edilir. Nəticədə iddiaçıların izahatları mötəbərliyin daxili (müfəssəllik və ardıcıllıq) və xarici (MÖM-lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. İddiaçı öz ölkəsinin himayəsindən istifadə edə bilmir, onun əsaslı təqib qorxusu mövcuddur. Əlavə olaraq Mənşə Ölkəsinin Məlumatları ilə müəyyən olunur ki, mənşə ölkəsinin hakimiyyət orqanları iddiaçını bu təqibə qarşı qorumaq iqtidarında deyillər. Bundan başqa, iddiaçının ölkə daxili yerdəyişmə imkanları yoxdur. Göstərilənlərə əsasən onlara qaçqın statusunun verilməsinin maddi-hüqu qi əsasları mövcuddur. Cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə də riayət olunmamışdır. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin h imayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun v erilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, ərizəçinin söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, ərizəçi ərizə-anketinin qeydiyyatı zamanı ai lə üzvlərinə hücum edilməsi barədə xəbəri ona edilən hücumdan 1 gün əvvəl öyrəndiyini, müsahibə zamanı isə ona edilən hücumdan 1 gün sonra ailəsinə də hücum edildiyi xəbərini aldığını söyləmişdir. Həmçinin ərizəçi atasının 26 ildən artıq müddətdə mina axtarışı ilə məşğul olan müxtəlif xarici şirkətlərdə işləməsinə baxmayaraq əvvəllər təhdid olunmadığını qeyd etmişdir. O, ölkəsində həyatı üçün təhlükə olduğunu bildirsə də, ölkəsini tərk edib Pakistana getdiyini, orada olduğu müddətdə qaçqın statusu almaq üçün heç bir orqana müraciət etmədiyini bildirmişdir. Bundan əlavə, o, ərizə-anketinin qeydiyyatı zamanı Əfqanıstanı tərk etməsinin əsl məqsədini Azərbaycanda təhsil almaq istəməsi ilə əlaqələndirmişdir. Ərizəçinin müsahibə zamanı verdiyi izahatlardan həmçinin məlum olmuşdur ki, o, vətəndaş ı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Onun özünün bildirdikləri əsaslı təqib qorxusunun mö vcudluğunu ciddi şəkildə şübhə altına alır. Bundan başqa, məlum olur ki, iddiaçının özü və ailəsi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının digər məsələlər ilə bağlı təqib qorxusuna istinadı da ümumi qaydada bildirilənləri əks etdirir, konkret onlara münasibətdə belə təqibin real diskriminativ nəticələrinin nələrdə əks olunduğu göstərilmir, həmin hallara dair sübutlar təqdim olunmur. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sos ial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Bu mənada, kassasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir. Hazırkı iş üzrə cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət olunmadığına dair kassasiya şikayətində bildirilənlər də əsaslı deyildir. Belə ki, işin hallarından müəyyən olunur ki, cavabdeh qaçqın statusunun verilməsi ilə bağlı müraciətə dair inzibati icraatı qanunvericiliklə müəyyən edilmiş qaydada aparmış, müraciətə baxarkən aparılan inzibati icraatda müraciət etmiş şəxsin iştirakını təmin etmiş, onun ətraflı izahatını almış, ona vəsatət və sübut təqdim etmək imkanı yaratmış və nəhayət, toplanmış materiallara istinadla öz qiymətləndirilməsi əsasında müvafiq qərar qəbul etmişdir. Kollegiya həmçinin hesab edir ki, apellyasiya məhkəməsi şikayət instansiyasının **/Q saylı, 29 iyun 2018-ci il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında qərarın ləğv edilməsi tələbini mümkün saymamaqda da haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında i ddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 32.3-cü maddəsinə görə isə ilkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Hazırkı işin hallarından göründüyü kimi şikayət instansiyasının **/Q saylı, 29 iyun 2018-ci il tarixli qərarı iddiaçı üçün əlavə öhdəliklər yaratmır və ya məhdudiyyətlər nəzərdə tutmur. İddiaçı barəsində hüquqi nəticə yaradan əsas qərar İQ-**/1 nömrəli, 30 aprel 2018-ci il tarixli qaçqın statusunun v erilməsindən imtina edilməsi haqqında qərardır. İddiaçının hüquqi marağı da məhz həmin qərarın mübazisələndirilməsini tələb edir ki, iddiaçı da bunu etmişdir. İPM-in 32-ci maddəsinin normaları baxımından hazırkı halda şikayət instansiyasının qərarı mübahisələndirmə haqqında iddianın predmetini təşkil edə bilməz. Ona görə də, məhkəmə hissədə iddianı mümkün saymamaqda haqlı olmuşdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı və qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rə hbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-269/2019 saylı iş üzrə 09 yanvar 2019-cu il tarixli qərarı və qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar