Məhkəmə qərarları › İş №2-1(102)-1481/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1481/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1481/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışa düzəlişin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1952; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamədə düzəliş edilərək tor paq sahəsinin ölçüsünün 0,17 ha deyil, 0,25 ha qeyd edilməsi və ona yeni çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2022-ci il tarixli, 2-1(105)-166/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı Xaçmaz rayonu, Ustacəlilli kəndində yerləşən 0,17 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İddiaçı həmin çıxarışın JN-006F “Torpağın mülkiyyətə verilməsinə dair Şəhad ətnamə” əsasında verildiyini və şəhadətnamədə və çıxarışda torpaq sahəsinin ölçüsünün 0,25 ha əvəzinə 0,17 ha qeyd olunduğunu bildirərək, şəhadətnamədə düzəliş edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 2 mart 2020-ci il tarixli, **********64 nömrəli imtina məktubu ünvanlayaraq bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Ərizəyə əlavə olunmuş torpaq sahəsinin qeydə alınması barədə qaytanlanmış kitabdan çıxarış Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli Fərmanına əsasən hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ A KTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi sonra iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamədə düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0,17 ha deyil, 0,25 ha qeyd edilməsi və ona yeni çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1952-ci ildə Xaçmaz rayonu, Ustacəlilli kəndində anadan olmuşdur. Hal-hazıra kimi həmin kənddə, həmin evdə yaşayır. Evlərinin 0,25 ha torpaq sahəsi vardır. X1 həmin evi və bütün əmlakını dövlət notariusu vasitəsilə ona vəsiyyət etmişdir. 2010-cu ildə X1 vəfat etmişdir. Həmin vaxtdan o faktiki olaraq mirası qə bul edərək həmin evdə yaşamışdır. Əmlak və 0,25 ha torpaq sahəsinin vergisini öz adından ödəmişdir. 2016-cı ildə o, mülkiyyətində olan evə və həyətyanı torpaq sahəsinə sənəd almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evi üçün texniki pasport və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həm ona verilmiş fərdi yaşayış üçün texniki pasportda, həm də hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda həyətyanı torpaq sahəsi 70 ildən çox istifadələrində olan 0,25 ha torpaq sahəsi əvəzinə 0,17 ha göstərilmişdir. Dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyest ri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həyətyanı torpaq sahələrinin 70 ildən çox istifadələrində olan 0,25 ha olduğunu, hətta Xaçmaz rayon dövlət arxivindən həyətyanı torpaq sahələrinin 0,25 ha olmasını təsdiq edən arxiv arayışını təqdim etsə də onlar fərdi yaşayış evinin texniki pasportunda və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda dəyişiklik etməkdən imtina etmişlər və bildirmişlər ki, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etsin.

5. Cavabdeh iddia dair imtina məktubuna uyğun etiraz təqdim etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, həmin çıxarış və texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedi ci sənədlər əsasında hazırlanmışdır və torpaq sahəsinin ölçüsündə dəyişiklik edilməsi üçün əsas yoxdur.

6. Sumqayıt İnzibаti Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(118)-877/2021 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilmiş, “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamədə düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0,25 ha qeyd edilməsi iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçıya “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış JN-006F “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında verilmişdir. Həmin şəhadətnamədə iddiaçının X1na Xaçmaz rayon aqrar islahat komissiyasının qərarı əsasında verilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Ustacəlilli kəndi üzrə torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısından iddiaçının X1nın adının qarşısında 0,25 ha torpaq sahəsi qeyd edilmişdir. İddiaçının anasına Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 0,25 ha torpaq sahəsi ayrıldığı halda, onun 0,17 ha torpaq sahəsi üzərində hüququ qeydə alınmış və buna müvafiq olaraq JN-006F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" verilmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, JN-006F “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə düzəliş edilərək, torpaq sahəsinin ölçüsü 0,25 ha qeyd edilməlidir.

8. Cavabdeh həmin qərardan аpеllyаsiyа şikаyəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsin də icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2022-ci il tarixli, 2-1(105)-166/2022 nömrəli qərarı ilə (hakimlər: F.Məmmədov - sədrlik edən və məruzəçi, H.Babayeva və Z.Məmmədov) аpellyаsiyа şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, JN-006F Kod 30207088 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə dəyişiklik edilərək torpaq sahəsinin ölçüsünün 0,25 ha göstərilməsi və həmin dəyişikliyə əsasən daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına Xaçmaz rayonu, Ustacəlilli kəndində yerləşən 0,25 ha torpaq sahəsinə dair yeni çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır, əlavə olaraq qeyd etm işdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, qərarın nəticə hissəsində “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin nömrəsi, torpaq sahəsinin yerləşdiyi ərazi göstərilməmişdir. Bu isə gələcəkdə məhkəmə qərarının icrasında çətinliklər yarada bilər.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestr haqqında” Qanunun aşağıda qeyd olunan maddələrini düzgün tətbiq etməmişdir:  8-ci maddə - məhkəmə kollegiyası nəzərə almamışdır ki, X2 adına Aqrar İslahat Komissiyasının qərarı ilə Xaçmaz rayonu, Ustacəlilli kəndində yerləşən 0.17 ha torpaq sahəsinə JN-006F "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmiş, həmin şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə vərəsəlik hüququ əsasında vahid daşınmaz əmlak kimi fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq çıxarış hazırlanmışdır.  2.1-ci maddə - məhkəmə kollegiyası nəzərə almamışdır ki, mülkiyyət hüququnun dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, o nun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir.  16.1, 16.2-ci maddələr - hazırkı iş üzrə cavabdeh iddiaçının hüquqlarının qeydiyyatı zamanı heç bir texniki səhv buraxmamış, qanunvericiliyin tələblərinə əsasən iddiaçının anasının adına verilmiş Xaçmaz rayonu, Ustacəlilli kəndində yerləşən 0.17 ha torpaq sahəsinə JN-006F "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə və onun əsasında verilmiş xx.xx.2017-ci il tarixli vərəsəlik hüququna dair şəhadətnamə əsasən vahid daşınmaz əmlak kimi fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. Beləliklə, məhkəmə kollegiyasının hazırki iş üzrə çıxardığı qərarın yeganə əsası olan bu maddi hüquq norması düzgün tətbiq edilməmişdir.

13. Eyni zamanda cavabdeh kassasiya şikayətində İnzibati Prosessual Məcəlləsinin 58.7 və 87.8-ci maddələrinin pozulmasını qeyd edir. Belə ki, JN-006F “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də əks olunan 0.17 ha ölçüdən əlavə olaraq mülkiyyət hüququ müəyyən edilmiş 0.08 ha torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənədə və sxemə istinad edilməmişdir. Bununla yanaşı, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə kollegiyası tərəfindən araşdırılmamışdır və qərarda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə heç bir münasibət bildirilməmiş, bir cümlə ilə “odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır” qeyd etməklə kifayətlənmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətindəbildirişverilməlidir. 16.2. Hüquqların dövlət qeydiyyatı z amanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

16. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərar a qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfin dən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

21. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

22. Cavabdeh kassasiya şikayətində yazır ki, “X2 adına Aq rar İslahat Komissiyasının qərarı ilə Xaçmaz rayonu, Ustacəlilli kəndində yerləşən 0.17 ha torpaq sahəsinə JN-006F "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmiş, həmin şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə vərəsəlik hüququ əsasında vahid daşınmaz əmlak kimi fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq çıxarış hazırlanmışdır.” Lakin məhkəmə “Daşınmaz əmlakın dövlət reyestr haqqında” Qanunun 8-ci maddəsini pozaraq bunu nəzərə almamışdır.

23. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 saylı protokoluna əsasən, Q.Musabəyov adına sovxoz üzrə cəmi torpaq fondu 3481 h a olmaqla, dövlət mülkiyyətində olan torpaqlar 412,7 ha, bələdiyyə mülkiyyətinə verilən torpaqlar 1219,9 ha və xüsusi mülkiyyətə verilən torpaqlar 1848.4 ha təsərrüfat üzrə torpaq payı almaq hüququ olan hər bir subyektə 0,40 ha orta torpaq payının müəyyən edilməsi barədə Q.Musabəyov adına sovxozun AİK-nin xx.xx.1998-ci il tarixli (protokol nömrə 1) qərarının təsdiq edilməsi, Q.Musabəyov adına sovxozun əhatə etdiyi kəndlər üzrə torpaq payı almaq hüququ olan subyektlərin siyahılarının təsdiq edilməsi barədə Q.Musabəyov adına sovxozun AİK-nın xx.xx.1998-ci il tarixli qərarının təsdiq edilməsi qərara alınmışdır. Həmin qərara əlavə edilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən 25 fevral 1998-ci il tarixdə təsdiq edilmiş Xaçmaz rayonu, Q.Musabəyov adına sovxozun ərazisindəki Ustacəlilli kəndi üzrə torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında X2 adının qarşısında 0,25 ha torpaq sahəsi qeyd edilmişdir.

24. Beləliklə şəhadətnamədə X3 Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 2 saylı qərar ilə 0,17 ha torpaq sahəsi verildiyi göstərilsə də, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 2 saylı protokolundan Narxanım Səmədovaya 0,25 ha torpaq sahəsi verildiyi müəyyən olunur. Xüsusi olaraq qeyd edilməlidir ki, cavabdeh 0,17 ha torpaq sahəsinin məhz aqrar islahat komissiyasının qərarına əsasən verilməsinə istinad etsə də, əslində həmin qərarla 0,25 ha torpaq sahəsinin verilməsi müəyyən edilmişdir, yəni 0,17 ha torpaq sahəsinin yox.

25. Cavabdehin kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestr haqqında” Qanunun 2.1-ci maddəsini pozmuşdur. Belə ki, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. Belə ki, məlum olduğu kimi “Daşınmaz əmlakın dövlət reyestr haqqında” Qanunun 2.1-ci maddəsində müəyyən edilmiş səlahiyyətləri Azərbaycan Respublikasının ərazisində həyata keçirən yeganə dövlət orqanı məhz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsidir. Bu səbəbdən də iddiaçının cavabdehə Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2017-ci il tarixdə verilmiş çıxarışda həyətyani torpaq sahəsinin 0,17 ha əvəzinə 0,25 ha olması faktı əsasında dəyişiklik edilməsi barədə ərizə ilə müraciət etməsi, cavabdehin imtinasından sonra isə məhkəməyə iddia verməsi qanuna uyğun olmaqla təbiidir.

27. Cavabdeh kassasiya şikayətində həmçinin göstərmişdir ki, apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestr haqqında” Qanunun 16.1, 16.2-ci maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, həmin maddədən göründüyü kimi, söhbət ancaq buraxılan texniki səhvlərdən gedir. Lakin cavabdeh iddiaçının hüquqlarının qeydiyyatı zamanı heç bir texniki səhv buraxmamış, qanunvericiliyin tələblərinə əsasən iddiaçının anasının adına ver ilmiş Xaçmaz rayonu, Ustacəlilli kəndində yerləşən 0.17 ha torpaq sahəsinə JN-006F "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə və onun əsasında verilmiş xx.xx.2017-ci il tarixli vərəsəlik hüququna dair şəhadətnamə əsasən vahid daşınmaz əmlak kimi fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. Belə ki, cavabdehin hazırkı kassasiya şikayətindəki birinci dəlili kimi qeyd edilmişdir ki, X2 adına Aqrar İslahat Komissiyasının qərarı ilə Xaçmaz rayonu, Ustacəlilli kəndində yerləşən 0.17 ha torpaq sahəsinə JN-006F "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmiş, həmin şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə vərəsəlik hüququ əsas ında vahid daşınmaz əmlak kimi fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq çıxarış hazırlanmışdır.

29. Beləliklə ilkin əsas sənəd kimi Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı olmuş, yuxarıda artıq göstərildiyi kimi həmin qərarla mərhum N.Səmədovaya sözügedən ərazidən 0,17 ha torpaq sahəsinin deyil, 0,25 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur.

30. Cavabdehin başqa dəlili isə ondan ibarətdir ki, iddia ərizəsində göstərilmiş əlavə 0.08 ha torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənədə və sxemə istinad edilməmişdir. Bununla yanaşı, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşmə məsi məhkəmə kollegiyası tərəfindən araşdırılmamışdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. Belə ki, apellyasiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardan göründüyü kimi, apellyasiya məhkəməsi sözügedən torpaq sahəsinin digər şəxslərə aid olmamasını müəyyən etmişdir.

32. Cavabdeh kassasiya şikayətində eyni zamanda göstərmişdir ki, apellyasiya məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələblərini pozmuş, apellyasiya şikayətinin dəlillərinə heç bir münasibət bildirməmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. Belə ki, apellyasiya məhkəməsinin qərarından göründüyü kimi apellyasiya məhkəməsinin hüquqi mövqeyi, məhz cavabdehin dəlillərinin təkzib olunması istiqamətində əsaslandırılaraq müəyyən edilmişdir.

34. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2022-ci il tarixli, 2-1(105)-166/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar