Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1481/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının "xxxx" ASC-nin "xxxx" MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: subyektiv hüququn olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət X idməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7 və Şəmkir rayon Qaracəmirli Bələdiyyəsi) “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi” inzibati iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-73/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “B" seriyalı 003015 nömrəli, 1986-cı il tarixli “Torpaqdan istifadə hüququna aid” Dövlət Aktı”na əsasən Şamxor rayon X8 İcraiyyə Komitəsinin müvafiq qərarı ilə X9 Stansiyasının tikintisi üçün 2442,80 hektar torpaq sahəsi ayrılmışdır.
2. Yenikə nd su anbarının ətrafındakı binanın tutduğu sahəsi və ətraf hissəsi ilə birlikdə cəmi 0.37 ha torpaq sahəsi Qaracəmirli Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 06 nömrəli iclas protokolundan çıxarışla X5 verilmiş, xx.xx.2003-cü il tarixli, 27 nömrəli Torpaqların alğı-satqısına dair Aktla həmin torpaq sahəsi X1.
3. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 63 nömrəli sərəncamı ilə Şəmkir rayonu, Qaracəmirli kəndində X7 tərəfindən 2003-cü ildə inşa olunmuş ümumi sahəsi 356.1 kv.m, o cümlədən əsas sahəsi 166.4, köməkçi sahəsi 189.7 kv.m olan iki mərtəbədən ibarət qeyri-yaşayış binasının hüquqi qeydiyyatına icazə verilmişdir. ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxa rışla Şəmkir rayonu, Qaracəmirli kəndində 0.37 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 371.7 kv.m olan qeyri yaşayış binası üzərində X3 mülkiyyət hüququ qeydə alınmışdır.
4. İddiaçı tərkibində olan Yenikənd SES tərəfindən ayrılmaz hissəsi olan 1 mərtəbəli 3 otaqlı yaşayış binasının və 10 yerlik iki mərtəbəli qeyri-yaşayış binasının texniki pasportunun verilməsi üçün cavabdehə müraciət etmişdir.
5. Cavabdeh müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Sözügedən qeyri-yaşayış binasının yerləşdiyi 0.37 ha torpaq sahəsi Şəmkir rayon Qaracəmirli Bələdiyyəsinin 26 iyun 2003-cü il tarixli, 06 nömrəli qərarı əsasında X2 və üzərində yerləşən tikilinin isə Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının 23 fevral 2011-ci il tarixli, 63 nömrəli sərəncamı ilə hüquqi qeydiyyatına icazə ver ilmişdir. Sonradan 10 yerlik iki mərtəbəli qeyri-yaşayış binasına dair X6 Şəmkir Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Ona görə ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin vəsaiti hesabına Yenikənd SES-nin ərazisində tikilmiş “2 mərtəbəli 10 yerlik qeyri-yaşayış binası”na dair cavabdeh tərəfindən X5 verilmiş daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı əsasında verilmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1985-ci il tarixli, 320 nömrəli qərarına əsasən X9 Stansiyasının tikintisi üçün 2442,80 hektar torpaq sahəsi ayrılmışdır. Həmin qərara əsasən müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən 1986-cı ildə “B" seriyalı 003015 nömrəli “Torpaqdan istifadə hüququna aid” Dövlət Aktı verilmişdir. Dövlət Aktına ilə müəyyən olunur ki, 2442.80 ha torpaq sahəsi torpaq istifadəçisinə pulsuz və müddətsiz istifadə üçün, akta əlavə olunmuş planda göstərilən sərhədlər daxilində torpaq təhkim edilmişdir. Qeyd olunan ərazidə Yenikənd SES, həmçinin layihə-smeta sənədlərində əvvəlcədən nəzərdə tutulmuş stansiya üçün yardımçı binalar tikilməyə başlanmışdır. Yenikənd SES-in, inzibati binasının və digər yardımçı binaların tikintisi başa çatdırılmış və "x xxx" MMC-nin tərkibinə daxil edilmişdir. Eyni zamanda “Torpaqdan istifadə hüququna aid” Dövlət Aktı ilə təhkim olunmuş 2442,80 ha torpaq sahəsinin sərhədləri daxilində Azərbaycan Respublikası energetika və elektrikləşdirmə istehsalat birliyi "xxxx" baş direktorunun müavini S.İ.Lətifovun imzası ilə “Bakıhidrolahiyə”nin direktoru A.Y.Piriyev cənablarına ünvanlanmış 201-6/978 nömrəli xx.xx.1995-ci il tarixli məktub əsasında Azərbaycan Respublikası Lahiyə-axtarış institutu “Bakıhidrolahiyə”nin mütəxəssisləri tərəfindən tərtib edilmiş layihə əsasında Yenikənd SES-in su anbarının sağ sahilində əsas tikintilərə yaxın ərazidə, 0,36 ha həyətyanı sahəni əhatə edən 18,4 x 12 m ölçüdə 2 mərtəbəli 10 yerlik qonaq evi tikilmişdir. Ancaq layihəsmeta sənədlərində nəzərdə tutulmuş yardımçı binaların, o cüm lədən ərazisi 0,36 hektar sahəni əhatə edən, 18.4 x 12 metr ölçüdə, mişar daşlarla sement, qum qarışığı ilə tikilmiş 2 mərtəbəli, “10 yerlik qonaq evi”nin qeyri-yaşayış binasının tikintisinin başa çatmasına, habelə qeyd edilən ərazinin, yəni 0,36 ha sahənin ətrafının perimetr boyu alt hissənin mişar daşları ilə, üst hissənin isə metal konstruksiyalı məhəccərlə hasarlanmasına baxmayaraq müxtəlif obyektiv səbəblərdən, həyətyanı sahəsinin abadlıq işlərinin başa çatdırılmadığı üçün qeyd edilən həmin tikinti sənədlərdə başa çatdırılmamış, yarımçıq tikili kimi qəbul edilmiş və müvafiq sənədlərdə qeyd olunmuşdur. Qeyd olunan 10 yerlik 2 mərtəbəli qonaq evinin tikintisinə layihə-smeta sənədlərinə əsasən hal-hazırki mövcud qiymətlərlə 92831,6 manat vəsait xərclənmişdir ki, bu da müvafiq sənədlərdə öz əksini tapmışdır. Yenikənd SES-nin tikintisi üçün ayrılmış 2442,80 hektar ərazinin layihə ilə nəzərdə tutulmuş müvafiq hissəsində, 0,36 ha sahədə tikilmiş, ona məxsus olan 2 mərtəbəli “10 yerlik qonaq evi"nin və stansiyanın digər hissələrinin texniki pasportunun tərtib edilməsi üçün Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi ilə 002 nömrəli xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Ona görə də “Şəmkir SES Silsiləsi" MMC-nin rəhbərliyi 08.01,2020-ci il tarixli 20/204-05-06 nömrəli məktubla cavabdehə Yenikənd SES-in ayrılmaz hissəsi olan 10 yerlik 2 mərtəbəli qonaq evinin texniki pasportlaşmasını xahiş etmişdir. Lakin, cavabdeh 21 yanvar 2020-ci il tarixli **********43 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. Lakin həmin imtina qan uni və əsaslı sayıla bilməz. Belə ki, işin şərh olunan faktiki halları ilə təsdiq olunur ki, qeyd olunan 2 mərtəbəli, 10 yerlik qonaq evi - qeyri yaşayış binası "xxxx" MMCnin ayrılmaz hissəsi olan Yenikənd SES-in inzibati ərazisində onun vəsaitləri hesabına tikildiyi üçün ona məxsusdur və onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmalıdır, ancaq hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Pənahov Mahir (Maarif) Davud oğluna xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestirdən çıxarışın verilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun və digər müvafiq qanunların tələblərinin pozulması ilə icra edildiyi üçün qan uni və əsaslı hesab oluna bilməz.
8. Gəncə İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(114)-1595/2022 saylı qərarı ilə (hakim: F.C.Hüseynov) iddia tələbi rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi 0.37 ha torpaq sahəsi Şəmkir rayonu, Qaracəmirli bələdiyyəsinin 26 iyun 2003-cü il tarixli, 06 nömrəli qərarı əsasında X2 və həmin qərar ləğv edilməmişdir. Eyni zamanda, torpaq sahəsinin üzərində yerləşən tikilinin isə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 fevral 2011-ci il tarixli, 63 nömrəli sərəncamı ilə hüquqi qeydiyyatına icazə verilmiş və qeyd edilən əsaslar nəzərə alınaraq həmin tikili üzərində X4 mülkiyyət hüquqları tanınmışdır. Bundan əlavə, həmin qeyriyaşa yış binasının iddiaçı tərəfindən tam inşa olunmadığı iddiaçının özü tərəfindən verilmiş sənədlərlə də təsdiq olunur. Digər tərəfdən həmin tikilinin iddiaçının mülkiyyətində olması və balansına verilməsi barədə də sübut təqdim edilməmişdir. Göründüyü kimi qeyd edilən əmlak üzərində hüquqların dövlət qeydiyyatı həmin əmlaka dair təqdim edilmiş sənədlər əsasında, qanunvericiliyin tələbləri nəzərə alınmaqla aparılmışdır.
10. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-73/2023 nömrəli iş üzrə 14 mart 2023-cü il tarixli qərarı ilə (səd rlik edən: A.V.Bayramov, hakimlər: R.Z.Mamedov və İ.V.İsgəndərova) apelyasiya şikayəti qismən təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(114)-1595/2022 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırda hüquqi marağı üçüncü şəxs X3 mülkiyyətində olan 0.37 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 371.7 kv.m olan qeyri-yaşayış binası ilə bağlı verilmiş çıxarışın ləğvinə yönəlmişdir. İddiaçının dəlillərinə əsasən ona məxsus torpaq sahəsi qanunsuz bələdiyyə qərarı əsasında üçüncü şəxsin sahibliyinə verilmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçı "xxxx" ASC-nin "xxxx" MMC-nin üçüncü şəxs M.Pənahova məxsus mübahisəli daşınmaz əmlak ilə bağlı “Daşınmaz Əmlakın Dövlət K adastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qaldırdığı iddianın hüquqi əsası yoxdur. Belə ki, qeyd edilən torpaq sahələrinin hər ikisinin plan ölçü sənədləri, koordinatları mövcuddur və mütəxəssis rəyi ilə də müəyyən edilmişdir ki, həmin torpaq sahələri koordinantlar baxımından üst-üstə düşmür. Belə olan vəziyyətdə iddiaçının mübahisələndirdiyi qeydin ləğv edilməsinə dair tələblə məhkəmə müdafiəsindən istifadə etməsinə subyektiv hüququ yaranmır.
13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Şikayətdə “Daşınmaz əmlak ın dövlət kadastrı və reyestr haqqında” Əsasnamənin 3.1.26-cı bəndinə və İnzibati Prosessual Məcəllənin 12.2, 94.1, 96.5-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır.
15. Belə ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1985-ci il tarixli 320 nömrəli qərarı ilə Mübahisələndirilən Tikilinin yerləşdiyi 2442,80 ha torpaq dövlət mülkiyyətindədir və bu səbəbdən İddiaçının qanuni istifadəsindədir. Prezidentin qərarı (fərmanı) olmadan vahid energetika sisteminin yerləşdiyi torpaqlar ilə özəlləşdirilmənin bələdiyyə mülkiyyətinə ayrılması mümkünsüzdür, belə olan halda mübahisələndirilən tikilinin yerləşdiyi torpaq sahəsinə dair bələdiyyənin sərəncam vermə səlahiyyəti olmamışdır.
16. Bundan əlavə mübahisələndirilən tikilinin y erləşdiyi torpaq sahəsi deyil, tamamilə başqa torpaq sahəsi bələdiyyə tərəfindən X4 mülkiyyətinə ayrılmışdır. Eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerquruluşu planından çıxarışdakı sxemdə torpaq sahəsinin koordinatları (o cümlədən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr) və miqyası aydın olmadığından həmin sxemdəki ərazinin məhz mübahisələndirilən tikilinin yerləşdiyi torpaq sahəsi olması təsdiq olunmur. Mübahisələndirilən tikilinin dövlət mülkiyyətində olan torpaqda inşa edildiyindən həmin tikiliyə mülkiyyət hüququ X6 deyil, dövlətə məxsusdur.
17. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halların heç bir münasibət bildirməməklə qanunsuz qərardad qəbul edilmişdir. Halbuki, məhkəmə iddiaçının həm in dəlillərinə münasibət bildirsəydi, X3 adına qanunvericiliyin tələbləri pozulmaqla çıxarış verildiyini aşkar edər və nəticədə qeydi ləğv edərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya m ahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyek tiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə h aqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən ş əxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı 22. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiiqtisadi koll egiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti əsassızdır, ona görə də təmin edilməməlidir. Bu, aşağıdakı səbəb lərdən irəli gəlir.
26. Belə ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
27. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş ümumi və xüsusi şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiy yətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir.
28. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümk ünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
30. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərb aycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
31. Məhkəmə tərkibinin qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
32. Belə ki, iddiaçının hazırda hüquqi marağı üçüncü şəxs X3 mülkiyyətində olan 0.37 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 371.7 kv.m olan qeyri-yaşayış binası ilə bağlı verilmiş çıxarışın ləğvinə yönəlmişdir. İddiaçının dəlillərinə əsasən ona məxsus torpaq sahəsi qanunsuz bələdiyyə qərarı əsasında üçüncü şəxsin sahibliyinə verilmişdir.
33. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının tələbinin əsaslığının yoxlanılması məqsədi ilə mütəxəssis tədqiqatı aparılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il t arixli mütəxəssis rəyi ilə və həmçinin rəyə əlavə edilmiş yerquruluşu planları ilə müəyyən edilmişdir ki, 003015 nömrəli “Torpaqdan istifadə hüququna aid” Dövlət aktına əsasən "xxxx" ASC-nin "xxxx" MMC-nin mülkiyyətinə verilmiş 2442.80 ha torpaq sahəsinin koordinatları Şəmkir rayonu Qaracəmirli Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 06 nömrəli qərarı əsasında X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Seriya MA ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında X3 mülkiyyətinə verilmiş 0.37 ha torpaq sahəsinin koordinatları Şəmkir rayonu Qaracəmirli kənd kompleks yerquruluşu planından çıxarışda nəzərdə tutulmuş koordinatlara uyğun verilmişdir.
34. Eyni zamanda iş materiallarından da göründüyü kimi, iddiaçı "xxxx" ASC-nin " xxxx" MMC-nin üçüncü şəxs M.Pənahova məxsus mübahisəli daşınmaz əmlak ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qaldırdığı iddianın hüquqi əsası yoxdur. Belə ki, qeyd edilən torpaq sahələrinin hər ikisinin plan ölçü sənədləri, koordinatları mövcuddur və mütəxəssis rəyi ilə də müəyyən edilmişdir ki, həmin torpaq sahələri koordinantlar baxımından üst-üstə düşmür. Belə olan vəziyyətdə iddiaçının mübahisələndirdiyi qeydin ləğv edilməsinə dair tələblə məhkəmə müdafiəsindən istifadə etməsinə subyektiv hüququ yaranmır. 35. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiiqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunlu ğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə, şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 88.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsinə inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür.
36. Beləliklə, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. Beləliklə, işin yuxarıda qeyd edilən halları iddia tələbini mümkünsüz edir. Göründüyü kimi, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmamışdır.
37. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
38. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından mübahisələndirilən qərardadın ləğv edilməsi, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-73/2023 nömrəli iş üzrə 14 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.