Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1482/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1482/2019 Bakı şəhəri 08 may 2019-cu il 08.05.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı nümayəndəsi və vəkili XXXun, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2un və vəkili Haqqı Cəlilovun iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 yanvar 2019-cu i l tarixli, 2-1(103)-267/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Milli Aviasiya Universitetinin X2nda aldığı ixtisasın tanınması və həmin akademiya tərəfindən onun adına verilmiş 29 sentyabr 2017-ci il tarixli, B 17 248783 saylı diplomun təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xarici təhsil ixtisasının tanınması ilə bağlı cavabdehə müraciər etmiş, lakin diplomunun ölkə ərazisində tanınmasından imtina edilmişdir. Cavabdehin imtinası iddiaçının Ukraynada qısa müddət ərzində olmasına və diploma əlavədə qeyd olunan tədris yükünün həmin müddətdə yerinə yetirilməsinin mümkün olmadığına əsaslanmışdır. Halbuki, tədris ilinin ilk imtahanlarını Azərbaycan Respublikasında vermiş, sonrakı illərdə isə həmin universitetə gedərək imtahanlarını vermiş və bununla bağlı Ukrayna Milli Aviasiya Universitetinin X2 tərəfindən arayış da verilmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etiraznı təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2-1(82)3127/2018 saylı qərarı ilə (hakim Xaliq İmanov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya” razılığa gələn dövlətlər bu Konvensiyanın tətbiq edildiyi və onu n ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad etmiş, habelə sənədi imzalayan şəxsin hansl qisimdə çıxış etməsi, imzanın və həmin sənədə vurulmuş möhürün həqiqiliyini təsdiq edən və həmin dövlətin səlahiyyətli orqanı tərəfindən tərtib olunmuş şəhadətnamənin əlavə olunmasını nəzərdə tutmuşdur. İddiaçının təhsil aldığı Ukrayna Respublikası da həmin Konvensiyaya qoşulmuş və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla onun qanununiliyi tanınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2-1(103)-267/2019 saylı qərarı ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abiyeva) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası qanunvericilik sisteminin tərkib hissəsi kimi tanınan “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya” ərizənin baxılması zamanı ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini, habelə ixtisasın tanınması zamanı yalnız kəmiyyət meyarının deyil, keyfiyyət meyarının da nəzərə alınmasını müəyyən etmişdir. Keyfiyyət meyarı isə məzunun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər ki, bilik və bacarıqlara əsaslanan ali tə hsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. İddiaçının təhsil aldığı müəssisədə bakalavr pilləsi üzrə 4 il müddətində 55 fənnin tədris edilməsi nəzərdə tutulduğundan, iddiaçının qısa müddət ərzində tədris prosesində iştirak etməklə müvafiq təhsil proqramını mənimsəməsi qeyri-realdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 148, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın” 1.2, 6-cı maddələri və “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi Qaydaları”nın 1.1, 1.2, 1.6, 2.2, 3.3, 3.4, 3.6, 3.7,-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, yerli qanunvericilik təhsil müddətindən asılı olaraq, bakalavr pilləsində tələblər üçün 240-300 kredit nəzərdə tutmuşdur. İddiaçının təhsil aldığı müəssisədən ona verilmiş diplomda iddiaçının 240 ECTS krediti müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikasında fənnin məzmununa və həcminə uyğun olaraq onun mənimsənilməsinə ayrılan vaxtın dəyərinin ölçüsü kimi götürülən minimum kredit miqdarına uyğun olmuşdur. Təhsil aldığı müddətdə qanunvericiliklə tələb olunan təhsil kreditini topladığından, “Azərbaycan Respublikası Hökumət i və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in tələblərinə uyğun olaraq onun diplomu Azərbaycan Respublikası ərazisində tanınmaılıdır. Bundan başqa bildirilmişdir ki, apellyasiya məhkəməsi sərhəd xidmətindən verilən məlumatı da düzgün hesablamamış və iddiaçının Ukrayna Respublikasında olduğu müddəti az göstərmişdir. Kassasiya şikayətində göstərilən dəlilin hüquqi əsası kimi iddiaçı “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.41, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in 5, 6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 saylı qərarı ilə təsd iq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.4-cü maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun rədd edilməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxla nılmasını xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı 2013-cü ildə Ukrayna Respublikasının “Milli Aviasiya Universitetinin X2”na daxil olmuş, 29 sentyabr 2017-cı ıldə X3 Bölməsinin tam kursunu bitirmiş, “təyyarələrin saxlanılması ixtisası, “təyyarə mühərriki və planerin texniki xidməti” üzrə bakalavr dərəcəsi almışdır. Diplom 02 noyabr 2017-ci ildə Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən apostil edilmişdır. İddiaçı adına verilmiş 29 sentyabr 2017-ci il tarixli, B17 seriyalı, 248783 nömrəli bakalavr dıplomu üzrə ixtisasının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi barədə Təhsil Nazirliy inə ərizə ilə müraciət etmişdir. Cavabdehın 16 iyun 2018-ci il tarixli, 23-04-545/ANİ nömrəli cavab məktubu ilə ərizəsi təmın edilməmiş, imtinaya əsas kimi təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması və bu səbəbdən də, diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirməyin qeyri-mümkün olması göstərilmişdir. Bakalavr diplomuna 560/17 nömrəli əlavədən görünür ki, iddiaçı 2013-cü ildə Ukrayna Respublikasının “Milli Aviasiya Universitetinin X1 daxil olmuş 2017-ci ildə təyyarələrin saxlanılması ixtisas, təyyarə mühərriki və planerin texniki xidməti üzrə bakalavr dərəcəsi almışdır. Akademiyada təhsil rus və ingilis dilində aparılmış, qiyabi təhsil forması üzrə proqramın rəsmi müddəti 4 il müəyyən edilmişdir. Diploma əlavənin 4.3-cü bəndində təhsil komponentləri və təhsilin nəticələri haqqında ətraflı məlumatlar, o cümlədən qiymətlər, kreditlər, reytınqlər, milli şkala və avropa kredit tranş toplayıcı sistem üzrə ballar diploma əlavənin 4-cü bəndində fənlərin adı, ECTS kreditləri, ballar milli şkala üzrə qiymətlər və EKTC reytinqi üzrə göstəricilər ətraflı şərh edilmişdir. Azərbaycan Dövlət Сərhəd Xidməti Miqrasiya və Sərhəd Nəzarəti İdarəsi tərəfindən məhkəməyə verilmiş Ukrayna Respublikasının ərazisinə kеçmə faktları barədə sərhədkeçmə haqqında hesabatdan görünür ki, iddiaçı təhsil dövründə qısa müddətlərdə həmin ölkədə olmuşdur. Belə ki, iddiaçı təhsil aldığı müddət ərzində, 2013-cü il tədris ilində ümumiyyətlə həmin ölkədə olmamış, 2014-cü il tədris ilində 5 gün, 2015-c i il tədris ilində 15 gün, 2016-cı il tədris ilində 10 gün və 2017-ci il tədris ilində 9 gün olmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar y oxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını, əsasən düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, normativ üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı təhsil aldığı ölkədə çox qısa müddət ərzində olmuşdur ki, onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsi qeyri-realdır. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, təhsil aldığı müəssisənin tələbinə uyğun olaraq tələb olunan təhsil kreditini topladığından, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in tələblərinə əsaəsn onun diplomu Azərbaycan Respublikası ərazisində tanınmaıl ıdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə 1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Qeyd olunmuş Konvensiyanın müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - İ fəslinə əsasən, səlahiyyətli tanınma təşkilatı kimi xarici ixtisasların tanınması ilə əlaqədar qərarlarına rəsmən məsuliyyət daşıyan orqan; habelə tanınma kimi təhsil və yaxud iş fəaliyyəti ilə məşğul olmaq imkanı vermək məqsədilə səlahiyyətli təşkilatlar tərəfindən xarici təhsil ıxtisasının dəyərliyi barədə rəsmi təsdiqlənmə müəyyən edilmişdir; - İİ fəslin İİ.1-cı maddəsinin 1-ci bəndinə əsasən, tanınma halları zamanı qərarların qəbul edilməsi iştirakçı dövlətin mərkəzi təşkilatlarının səlahiyyətinə aid olduqda həmin dövlət bu Konvensiyada nəzərdə tutulanlarla bağlıdır və onun ərazisində Konvensiyada nəzərdə tutulanların həyata keçirilməsini təmin etməlidir. - İİİ fəslin İİİ.1-ci maddəsinin 2-ci bəndinə əsasən, hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası və Ukrayna istinad edilmiş Konvensiyaya qoşulmaqla ona riayət edilməsi öhdəliyini götürmüşdürlər. «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barə də» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli, 346 saylı Sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»da nəzərdə tutulmuş ali təhsil sahəsində xarici ixtisasların tanınması məsələləri üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilmişdir. Qanunun icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilmişdir. Bununla ya naşı, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivaletliyi haqqında” Saziş imzalanmışdır. Qeyd edilmiş Sazişin 5 və 6-cı müddəaları ali təhsilə aid olan diplomların tanınması ilə bağlı məsələləri əks etdirmişdir. Belə ki: - 5-c maddəyə əsasən, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir; - 6-cı maddəyə əsasən, bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbayc an Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Bu iki müddəaların mənasından bəlli olur ki, Ukraynada verilmiş diplom aşağıdakı şərtlərin mövcudluğu halında təhsinin davam etdirilməsi üçün tanına və ixtisas dərəcəsinə əsasən işə qəbul olunma hüququnu verə bilər: - ali təhsil müəssisəsi Ukraynada dövlət qeydiyyatından keçməli; - diplom Azərbaycan Respublikasında verilən diplomların təhsil müddətinə və təhsilin məzmununa uyğun gəlməlidir. Beləliklə, istər beynəlxalq Konvensiyanın tələblərinin icrası ilə bağlı, istərsə də iki dövlət arasında bağlanmış Sazişin müddəalarına görə, diplomun tanınması və ixtisas dərəcəsinin müəyyən edilməsi üçün müvafiq prosedur qaydalarına riayət edilməsi zəru ri olmuş və bu prosedur yuxarıda istinad edilmiş Qaydalara əsasən həyata keçirilməlidir. Həmin Qaydaların: - 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür; - 1.3-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahibləri nin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; - 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Bu müddəaların ümumiləşdirilmiş təhlili nə görə, xarici dövlət tərəfindən verilmiş diplomun bir halda tanınması, digər halda isə ixtisasının ekvivalentliyinin müəyyən edilməsi üzrə cavabdeh tərəfindən müvafiq araşdırma aparılmaqla iki növ Şəhadətnamələrin verilməsi nəzərdə tutulmuşdur. İxtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamə onun sahibinə keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verir (Qaydalara 2 nömrəli əlavə). İixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə isə Azərbaycan Respublikasında müvafiq ixtisas/istiqamət üzrə uyğun ixtisas dərəcəsi verilən diploma ekvivalentliyi müəyyən edir (Qaydalara 1 nömrəli əlavə), yəni müvafiq işə qəbul olunmaq üçün əsas yaradır. İxtisasların tanınması haqqında prosedurun təşkili Qaydal arın İİ hissəsində, ixtisasların ekvivalentliyinin müəyyənləşdirilməsi isə Qaydaların İİİ hissəsində nizamlanmışdır. İlk olaraq qeyd edilməlidir ki, iddiaçı tərəfindən diplomun ekvivalentliyinin müəyyən edilməsi haqqında məsələ qaldırılmamış, onun tərəfindən yalnız ixtisaslarının tanınması haqqında məsələ qaldırılmışdır ki, artıq bu hal onun istinad etdiyi Qaydaların 1.6-cı bəndinin üçüncü hissəsinin tətbiqini istisna edir. Həmin bənddə ekvivalentliyin müəyyən edilməsi ilə bağlı məsələ tənzimlənmişdir. Digər tərəfdən, həmin bəndin tətbiqi onu ehtiva edir ki, bağlanmış xüsusi razılaşma ilə Azərbaycan Respublikasında qəbul edilmiş Təsnifatda nəzərdə tutulmuş müvafiq ixtisasların/istiqamətlərin (şifrə üzrə) xarici ölkədə müəyyən edilmiş eyni mahiyyətli ixtisaslara ekvivalentliyi, yəni bərab ərliyi artıq müəyyən edilmiş olur. İddiaçının istinad etdiyi Sazişin mahiyyəti iki ölkə arsında ixtisasların/istiqamətlərin (şifrə üzrə) digər ölkədə müəyyən edilmiş eyni mahiyyətli ixtisaslara ekvivalentliyi müəyyən edilməsi ilə bağlı olmamışdır. İddiaçının bildirdiyi digər əsasa münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, istinad edilmiş Konvensiya, Saziş və Qaydalara uyğun olaraq mübahisənin həlli ilə bağlı apellyasiya məhkəməsinin apardığı araşdırma ilə cavabdehin bildirdiyi əsasın düzgün olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb diplomunun tanınması ilə bağlı olduğundan, Qayadaların 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr,təhsilin dövl ət standartlarıvə Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İşin hallarından göründüyü kimi, məhkəmə tərəfindən aparılmış araşdırmalarla iddiaçının faktiki olaraq xarici ölkədə olduğu qısa müddət ərzində bakalavr pilləsi üzrə proqramın mənimsənilməsinin qeyri-mümkün olduğu nəticəsi əldə edilmişdir. Məhkəmənin bu nəticəsi ilə razılaşaraq məhkəmə kollegiyası həmçinin bildirir ki, bu müddət həm də Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilin dövlət standartlarına uyğun olmadığı nəticəsini yaradır. «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 117 saylı, 24 iyun 2010-cu il tarixli qərarının 2.8-ci bəndində müəyyən edilmişdir ki, qiyabi təhsil formas ı üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, qanunvericiliyin göstərilmiş tələbinə münasibətdə iddiaçı Ukrayna Respublikasında 2013-cü il tədris ilində ümumiyyətlə həmin ölkədə olmamış, 2014-cü il tədris ilində 5 gün, 2015-ci il tədris ilində 15 gün, 2016-cı il tədris ilində 10 gün və 2017-ci il tədris ilində 9 gün olmuşdur. Belə olan halda isə apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, cavabdehin imtinası qanunamüvafiqdir. İddiaçı bu müddətlərin düzgün hesablanmamasını bildirsə də, lakin hesablamaların hansı hissəsində və hansı qaydada düzgün olmadığını əsaslandırmadığından, əlavə qiymətləndirmənin aparılmasını məhkəmə kol legiyası mümkün hesab etmir. İddiaçının təhsil kreditinin toplanmasına münasibətdə bildirdiyi dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 saylı qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın: - 2.1.1-ci bəndinə əsasən, təhsil krediti- fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir; - 2.1.10-ci bəndinə əsasən, Avropa Kredit Transfer Sistemi (AKTS)- təhsil proqramı ilə müəyyən olunmuş kompetensiyalara nail olmaq üçün tələbənin iş yükünü və təhsilalma istiqamə tini müəyyənləşdirən sistemdir. Bu sistem, həmçinin tələbələrin mobilliyini təmin edir və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdırır; - 3.2.4-ci bəndinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir; - 3.2.14-ci bəninə əsasən, cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur; - 6.1-ci bəndinə əsasən, kredit sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsin in müddəalarına müvafiq olaraq, tələbələrin akademik mobilliyi onların digər ali təhsil müəssisələrində və AMEA-da, o cümlədən xarici ölkə ali təhsil müəssisələrində ayrı-ayı fənlər üzrə kreditləri qazanmaları ilə təmin edilir. Müddəalrın tələblərinə görə, tədrisin təşkilində tətbiq edilən kredit sistemitələbənin iş yükünü və təhsilalma istiqamətini müəyyənləşdirən sistemdir ki, həmin sistem vasitəsilə tələbələrin mobilliyi təmin edilir, habelə tədris ilində tələbənin qiymətləndirməsinin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymətin alınması həmin fəndən kreditlərin qazanması kimi hesab olunur. Qeyd edilmiş hüquqi əsaslar üzrə məhkəmə kollegiyası bildirir ki, iddiaçıya diplomun xarici ölkənin təhsil müəssisəsi tərəfindən verilməsi artıq ona dəlalət edir ki, həmin təhsil müəssisəsi on un biliklərini müsbət qiymətləndirmiş və bununla da onun tərəfindən müsbət qiymət alınmış fənlər üzrə kreditlərin qazanıldığı hesab olunmuşdur. Lakin yuxarıda verilmiş qiymətləndirməyə görə əldə edilmiş nəticə ondan ibarətdir ki, iddiaçının qısa müddət ərzində xarici ölkədə olması onun tərəfindən bakalavr pilləsi üzrə 55 fənn üzrə proqramın mənimsənilməsini qeyri-mümkün etdiyindən, onun tərəfindən kreditlərin toplanması və yaxud diplomun alınmasına əsas olmuş qiymətlərin alınması əhəmiyyətsizdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillə r qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2-1(103)-267/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür”
Məhkəmə qərarları › İş №2-1(102)-1482/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1482/2019
08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver