Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1482/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: plan və ölçü sənədinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1950-ci il təvəllüdlü, FİN: 1NRVPVO) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestr inin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Həsənov Mirzəbala Fazil oğlu) “plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-131/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı məhkəməyə müraciət edərək, keçmiş əri olan üçüncü şəxsin adına tərtib edilmiş AN065290 saylı, 9 avqust 2011-ci il tarixli plan və ölçü sənədinin ləğv edilməsini xahiş etmişdir.
2. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx xxxxx 1950-ci il tarixdə ünvan 1 ünvanından qeydiyyatda olmaqla yaşayır. 3. xx.xx.1973-cü il tarixli, 15 nömrəli şəhadətn aməyə əsasən, üçüncü şəxs və iddiaçı rəsmi nikaha daxil olmuşlar. 4. xx.xx.1986-cı il tarixli şəhadətnaməyə əsasən, üçüncü şəxs və iddiaçı arasında bağlanmış nikah xx.xx.1979-cu il tarixdə ləğv edilmişdir. 5. xx.xx.1977-ci il tarixli müqavilənaməyə əsasən, X2 600 kv.m torpaq sahəsini üçüncü şəxsə satmışdır.
6. Qusar rayon XDS İK-nin Kommunal müəssisələri kombinatı tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli, 37 saylı arayışa əsasən, Qusar şəhəri, Məlikov küçəsində yerləşən 30 (26) saylı fərdi yaşayış evi xx.xx.1977-ci il tarixli, 718 saylı torpaq qeydinə əsasən üçüncü şəxsə məxsusdur və birmərtəbəli olmaqla 1 otaqdan ibarətdir. Yerində aparılmış yoxlamaya əsasən evin yaşayış sahəsi 18,2 kv.m-dir. Ümumi yararlı sahəsi 53,1 kvm-dir. Evin köhnə texniki pasportuna əsasən ev 1 otaqlıdır. Yaşay ış sahəsi 13.9 kvm-dir. Ümumi yararlı sahəsi 24.3 kv.m-dir.
7. Qusar rayon İcra Hakimiyyətinin Qusar şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 yanvar 2002-ci il tarixli, 657 saylı arayışda qeyd olunmuşdur ki, qonşular tərəfindən tərtib edilmiş eyni tarixli akta əsasən üçüncü şəxs 1979-cu il tarixdən Qusar şəhəri, Məlikov küçəsi 30 ünvanında yaşamır.
8. Qusar rayon İcra Hakimiyyətinin Qusar şəhər inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 26 sentyabr 1992-ci il tarixli sərəncamına əsasən, ünvan 3 ünvandakı yaşayış üçün yararsız vəziyyətdə olan fərdi evi söküb istifadəsində olan həyətyanı sahədə layihə əsasında yeni ev tikilməsinə icazə verilmişdir.
9. Qusar rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 46 saylı arxiv arayışına əsasən, Qusar rayonu keçmiş “İİİ İ nternasonal” sovxozunun Aqrar İslahat Komissiyasının sənədlərində AİK-nın 12 fevral 1998-ci il tarixli qərarı və torpaqdan pay almaq hüququ olan vətəndaşların adlı siyahıları mövcuddur. Həmin qərar və siyahılara baxış keçirildikdə üçüncü şəxsin adına torpaq sahəsinin qeyd edilməsi aşkar edilməmişdir.
10. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü tarixli, **********11 saylı məktuba əsasən, Qusar şəhəri Məlikov küçəsində yerləşən 30 (26) saylı fərdi yaşayış evinə dair sənədlər arxivdə aşkar olunmamışdır və həmin fərdi yaşayış evinin əvvəllər Qusar rayon BTİ və MHQ İdarəsi tərəfindən qeydə alınıb-alınmaması barədə arxivdə hər hansı məlumat yoxdur.
11. DTXK-nin Qusar rayon şöbəsi tərəfindən təqdim olunmuş 35 saylı, 22 yanvar 2013-cü il tarixli məktuba əsasən, Q usar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 02 saylı qərarı əsasında Qusar şəhəri, Məlikov küçəsi, 30 nömrəli ünvanda yerləşən torpaq sahəsinə dair üçüncü şəxsin adına A365290 nömrəli plan və ölçü sənədi hazırlanmışdır.
12. DTXK-nin Qusar rayon Şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd Qusar rayon Aqrar İslahatı Komissiyasının 12 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə üçüncü şəxsin adına verilmiş 600 kvm torpaq sahəsi barəsindədir.
13. Qusar rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(029)-798/2018 saylı qətnaməsinə əsasən, iddiaçı Həsənov Mirzəbala Fazil oğlunun cavabdeh İddiaçı Şıxseyid qızına qarşı həyətyanı torpaq sahəsinin ölçülməsinə olan maneənin aradan qaldırılması tələbinə dair iddiası təm in edilməmiş, İddiaçı cavabdeh Həsənov Mirzəbala Fazil oğluna qarşı plan və ölçü sənədinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
14. Qusar şəhər inzibati ərazi vahidi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 719 saylı arayışa əsasən, Qusar şəhəri, M.Məlikov küçəsi, 30 saylı evdə iddiaçı və onun 3 nəfərdən ibarət ailə üzvləri yaşayır.
15. Qusar rayon Məhkəməsinin 2(029)-624/2016 saylı qətnaməsinə əsasən, iddiaçı Həsənov Mirzəbala Fazil oğlunun cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş torpaq sahəsində payının müəyyən edilərək ayrılması tələbinə dair iddiası rədd edilmişdir.
16. Qusar rayon İcra Hakimiyyəti başçısının birinci müavini tərəfindən "xxxx" MMC-nin direktoru N.Heydərova ünvanlanmış 29 yanvar 2013-cü il tarixli, MA/ 78 nömrəli məktubun surətində, ünvan 4 ünvandakı fərdi yaşayış evinin ötən əsrdə tikildiyi və köhnə tikililərə aid olduğundan, rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində həmin ünvan barədə sorğulanmış məlumatların aşkar olunmadığı qeyd edilmiş, bununla bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə müraciət etmək tövsiyə olunmuşdur.
17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 19 fevral 2013-cü il tarixli, **********11 nömrəli məktubun surətinə əsasən, Qusar şəhəri, Məlikov küçəsində yerləşən 30 (26) saylı fərdi yaşayış evinə dair sənədlər arxivdə a şkar olunmamışdır və həmin fərdi yaşayış evinin əvvəllər Qusar rayon Tİ və MHQ idarəsi tərəfindən qeydə alınıb-alınmaması barədə DƏDRX-nin Xaçmaz Ərazi İdarəsində heç bir məlumat yoxdur.
18. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən "xxxx" MMC-nin direktoru N.Heydərova ünvanlanmış 22 yanvar 2013-cü il tarixli, 35 nömrəli məktubun surətindən görünür ki, Qusar şəhəri, Məlikov küçəsi 30 nömrəli fərdi yaşayış evinə Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə üçüncü şəxsin adına A 365290 nömrəli torpaq sahəsinin plan və ölçüsü hazırlanmışdır.
19. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, üçüncü şəxsin adına olan 0.0 6 ha torpaq sahəsinə dair 12 fevral 1998-ci il tarixli Qusar rayon Aqrar İslahat Komissiyasının 02 saylı qərarına əsasən işlənmiş torpaq sahəsinin plan və ölçü sənədi qeydiyyat kitablarında qeydiyyatdan keçmişdir. Lakin plan və ölçünün işlənməsinə əsas olan qərarlar ləğv edilmiş DTXK tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxivinə təhvil verilməmişdir.
20. Qusar rayon Dövlət arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2020-ci il tarixli, 270 saylı arxiv arayışına əsasən, rayon arxivində saxlanılan 19962000-ci illərin sənədlərində “İİİ İnernasonal” sovxozu üzrə Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 2 saylı qərarında keçmiş sovxozun bazasında Cağar, Çətkün, Minəxur, Rəcbər və Qusar birgə kəndli təsərrüfatlarında torpaq islahatının aparılması qeyd e dilmişdir və xx.xx.1998-ci il tarixli, 02 saylı qərara əsasən pay almaq hüququ olan vətəndaşların adlı siyahıları nəzərdə tutulmuşdur. Adlı siyahıların hamısına baxış keçirilmiş, üçüncü şəxsin adına 0.06 ha torpaq sahəsinin qeyd edilməsi aşkar olunmamışdır. Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 2 saylı qərarı sovxozun Aqrar İslahat Komissiyasının Cağar, Çətkün, Minəxur, Rəcbər və Qusar birgə kəndli təsərrüfatlarında torpaq islahatlarının aparılması və püşkatmanın nəticələri haqqında 27 dekabr 1997-ci il tarixli, 7 saylı qərarının təsdiq edilməsi barədədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
21. İddiaçı 3 fevral 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 02 saylı qərarının, torpaq sahəsinə plan və ölçü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək üçüncü şəxsin adına tərtib edilmiş AN065290 saylı, 09 avqust 2011-ci il tarixli plan və ölçü sənədinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
23. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxslə birgə nikah dövründə, 17 mart 1977-ci il tarixdə ünvan 7 ünvanda yerləşən, X1 məxsus 600,0 kv. M. həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli yaşayış evini satın almışlar. Alqı-satqı müqaviləsi Qusar rayon Notariat Kontorunda təsdiqlənərək reyestrdə 1/233 nömrə ilə qeydiyyata alınmışdır. 1977-ci il tarixdə Rusiyaya gedən üçüncü şəxs uzun müddət gəlmədiyi üçün aralarındakı nikah pozulmuşdur və 41 ildir ki, ayrı yaşayırlar.
24. Evi dar və köhnə olduğundan 1992-ci il tarixdə həmin evin sökülərək yerində yeni layihə ilə başqa bir evin tikintisinə icazə verilməsi üçün Qusar rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, 26 sentyabr 1992-ci il tarixli sərəncamla evin tikintisinə icazə verilmişdir. Qusar rayon İH-nin sözügedən sərəncamına əsasən köhnə evi tamamilə sökməklə və təmir-bərpa etməklə əsaslı şəkildə böyütmüşdür. Bütün bunların hamısını öz şəxsi vəsaiti hesabına etmişdir. Həmin evə və torpaq sahəsinə görə vergiləri 1979-cu ildən özü ödəyir. 36 ildən sonra, yəni 2016-ci il tarixdə üçüncü şəxs Qusar rayon Məhkəməsində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair iddi a qaldırmış və iddia təmin edilməmişdir. Üçüncü şəxs mübahisəli torpaq sahəsinin ölçülməsinə olan maneənin aradan qaldırılması tələbinə dair Qusar rayon Məhkəməsində iddia qaldırmış, iddiaçı isə 09 avqust 2011-ci il tarixli, A 362590 saylı torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız sayılması barədə qarşılıqlı iddia qaldırmışdır. Qusar Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə üçüncü şəxsin iddiası və iddiaçının qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin iş üzrə məhkəmə araşdırması zamanı ona məlum olmuşdur ki, üçüncü şəxsin adına plan və ölçü sənədi Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 02 saylı qərarı əsasında verilmişdir. Hesab edir ki, torpaq sahəsinin üçüncü şəxsin adına tərtib olunmuş plan və ölçü sənədi ləğv olunmalıdır. Belə ki, torpaq sahəsinin sözügedən plan və ölçü sənədi ləğv olunmuş DTXK tərəfindən tərtib edilmiş və sənəddə torpaq sahəsinin Qusar rayon Aqrar islahat Komissiyasının 12 fevral 1998-ci il tarixli qərarına əsasən verildiyi qeyd edilmişdir. Halbuki DTXK-nin Qusar rayon şöbəsi xx.xx.2014-cü il tarixdə Sumqayıt-İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq bildirmişdir ki, 12 fevral 1998-ci il tarixli, 02 saylı qərar torpaq şöbəsində mövcud deyildir. Qeyd edilən torpaq sahəsindən üçüncü şəxs heç vaxt istifadə etməmiş, yalnız 2011-ci ildə həmin torpaq sahəsinə dair mübahisəli plan və ölçü sənədini tərtib etdirmişdir. Onun həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə artıq heç bir aidiyyəti yoxdur.1977-ci ildə birgə nikah dövründə əldə etdikləri ümumi sahəsi 55 kv.m olan yaşayış evi art ıq mövcud deyildir. Köhnəlib yararsız hala düşdüyündən, həmin ev yerli icra hakimiyyəti orqanının xx.xx.1992-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən sökülüb yenidən tikilmişdir. Qusar RİH-in Memarlıq və Tikinti şöbəsi tərəfindən tərtib edilmiş mübahisəli evin sxematik planına əsasən hazırda həmin evin ümumi sahəsi 194.2 kv. M., yaşayış sahəsi 114 kv. metrdir. Hesab edir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının sözügedən qərarı mövcud olmadığı üçün üçüncü şəxsin adına tərtib edilmiş 09 avqust 2011-ci il tarixli, A seriyalı 365290 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi ləğv edilməlidir.
25. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzər inə qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Odur ki, iddia predmeti daşınmaz əmlakla əlaqədar mübahisənin aradan qaldırılması ilə bağlı olduğundan, Qusar rayon Aqrar İslahat Komissiyasının qərarının ləğvi və DTXK tərəfindən tərtib edilmiş “torpaq sahəsinin plan və ölçüsü”nün etibarsız sayılması cavabdehin səlahiyyətlərinə aid deyildir.
26. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-96/2021 nömrəli, 20 avqust 2021ci il tarixli qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilmiş, üçüncü şəxsin adına tərtib edilmiş AN365920 saylı, 09 avqust 2011-ci il tarixli plan və ölçü sənədinin ləğv edilməsi qərara alınmışdır.
27. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsinin plan və ölçü sənədində həmin sənədin Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 02 saylı qərarı əsasında verilməsi qeyd edilmişdir. Halbuki, sorğular vasitəsi ilə əldə edilmiş arxiv məlumatları və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən alınmış cavablardan müəyyən edilmişdir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının istinad olunan qərarı “İİİ Beynəlmiləl” sovxozunun Aqrar İslahat Komissiyasının Cağar, Çətkün, Minəxur, Rəcbər və Qusar birgə kəndli təsərrüfatlarında torpaq islahatlarının aparılması və püşkatmanın nəticələri haqqında 27 dekabr 1997-ci il tarixli, 7 saylı qərarının təsdiq edilməsi barədədir. Həmin qərara əlavə edilmiş vətəndaşların adlı siyahısında isə üçüncü şəxsin adı aşkar edilməmişdir. Belə olan halda torpaq sahəsinin plan və ölçü sənədində həmin adın hansı əsasla qeyd edilməsi və ya hansı səbəbdən sözügedən qərara istinad olunması aydın deyildir, Aqrar İslahat Komissiyasının həmin qərarı ilə üçüncü şəxsə verilmiş plan və ölçü sənədinin arasında hüquqi bağlılıq mövcud deyildir. Bununla bağlı məhkəmə hesab edir ki, plan və ölçü sənədinin verilməsinə əsas kimi göstərilmiş aqrar islahat komissiyasının qərarının ləğv edilməsinə zərurət mövcud deyildir. Göründüyü kimi, həmin sənəd həmin vaxt fəaliyyət göstərən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən hazırlanmışdır. 28. 2011-ci ildə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 16 sentyabr tarixli, 576 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında” Əsasnamənin 10.20-ci bəndinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərini aparmaq, habelə müvafiq texniki sənədləri tərtib etmək və onları həmin torpaq sahəsi üzərində hüquq əldə edənə vermək Komitənin əsas funksiyalarına aiddir. Lakin işin hallarından da göründüyü kimi, mübahisələndirilən plan və ölçü sənədini tərtib edən şəxslər torpaq sahəsinə yerində müayinə aparmadan, mərzçəkmə işlərini həyata keçirmədən 600 kv. M. torpaq sahəsinə dair plan və ölçü sənədini üçüncü şəxsin adına tərtib etmişlər.
29. Məhkəmə qeyd etmişdir ki, həmin sənəd torpaq sahəsinin texniki göstəricilərini əks etdirməklə hüquqmüəyyənedici sənəd deyildir, lakin həmin sənədin mövcudluğu iddiaçıya həyətyanı torpaq sahəsi və inşa etdiyi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasında maneçilik yaradır. Belə ki, mübahisəli torpaq sah əsinin və üzərində yerləşən fərdi yaşayış evinin iddiaçının qanuni istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır.
30. Üçüncü şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
31. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)131/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-96/2021 nömrəli, 20 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
33. Üçüncü şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
34. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə əsaslanır. Şikayətdə həmçinin işin halları sadalanmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən sənədin inzibati akt olmaması qənaətinə gəlmiş, lakin buna baxmayaraq sözügedən sənədi (plan və ölçü) inzibati orqanın faktiki xarakterli hərəkətinin nəticəsində qəbul edilmiş sənəd hesab edərək iddia tələbinin inzibati məhkəmənin səlahiyyətinə aid olmasını vurğulamışdır. Məhkəmənin bu mövqeyini əsassız hesab edərək bildirmişdir ki, plan və ölçü sənədi inzibati akt olmamaqla yanaşı, inzibati orqanın faktiki xarakterli hərəkətinin nəticəsində qəbul edilmiş sənəd olsa belə, hazırkı iddia tələbi inzibati məhkəmənin səlahiyyətinə aid ola bilməz. Hazırkı halda inzibati orqanın faktiki xarakterli hərəkəti nəticəsində qəbul edilmiş plan və ölçü inzibati akt deyil və onun mübahisələndirilməsi ilə bağlı iş inzibati məhkəmənin səlahiyyətinə aid ola bilməz.
35. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi DTXK-nin Qusar rayon şöbəsi tərəfindən Həsənov Mirzəbala Fazil oğlunun adına AN 365290 №-li torpaq sahəsinin plan və ölçü sənədinın Qusar rayonu AİK-nin 12 fevral 1998-ci il tarixli, 02 saylı qərarı əsasında hazırlandığını qeyd etmişdir. Lakin sözügedən qərarda Həsənov Mirzəbala Fazil oğlunun adı mövcud deyildir. Məhkə mə bu nəticəsini iş materiallarında olan Qusar rayon Dövlət Arxivinin müvafiq olaraq, xx.xx.2020-ci il tarixli, 46 nömrəli və xx.xx.2020-ci il tarixli, 270 nömrəli arxiv arayışlarına, "xxxx" MMC-nin 0i fevral 2022-ci il tarixli, **********95 saylı arayışına əsasən müəyyən etmişdir. Adlı siyahıda Həsənov Mirzəbala Fazil oğlunun adının olmaması hələ ona torpaq sahəsinin verilməməsi anlamına gəlmir. Məhz bu səbəbdən Qusar rayonu AİK-nin 12 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə Həsənov Mirzəbala Fazil oğlunun adına torpaq sahəsinin ayrılmaması nəticəsi əsassızdır. Çünki məhkəmə Həsənov Mirzəbala Fazil oğluna Qusar rayonu AİK-nin 12 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə torpaq sahəsinin ayrılmasına dair konkret təkzibedici sübut (sənəd) əldə edə bilməmişdir və buna görə də müm künsüzlüklə bağlı konkret sübutun (sənədin) olmaması hazırkı durumda Həsənov Mirzəbala Fazil oğlunun xeyrinə istifadə edilməlidir.
36. Eyni zamanda, məhkəmə hazırkı iş üzrə cavabdehin hərəkətini şübhə altına almışdır. Belə ki, DTXK-nin Qusar rayon şöbəsi tərəfindən Həsənov Mirzəbala Fazil oğlunun adına AN 365290 №-li torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsinin əsası kimi Qusar rayonu AİK-nin 12 fevral 1998-ci il tarixli, 02 saylı qərarı göstərilmişdir. Məhkəmə isə həmin qərarın Həsənov Mirzəbala Fazil oğluna şamil edilməməsi nəticəsinə gəlmişdir. Belə olan halda cavabdeh orqanın hərəkəti şübhəli mövqe alır, yəni cavabdeh orqan Həsənov Mirzəbala Fazil oğlunun Qusar rayon AİK-nin 12 fevral 1998-ci il tarixli, 02 saylı qərarına aidiyyəti olmadığını bildiyi halda bunu etmişdir. Məhz məhkəmə cavabdeh orqanın hansı səbəbdən plan və ölçünün hazırlanmasında əsas kimi Qusar rayonu AİKnin 12 fevral 1998-ci il tarixli, 02 saylı qərarını göstərməsi faktını ümumiyyətlə araşdırmamış və bununla da hazırkı mübahisə tam araşdırılmadan başa çatmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
38. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3- cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏ DLƏRİ
39. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
40. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
43. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
44. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından üçüncü şəxsin adına tərtib edilmiş AN 065290 saylı, 09 avqust 2011-ci il tarixli plan və ölçü sənədinin ləğv edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
45. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, torpaq sahəsinin plan və ölçü sənədi şəxsə torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında hazırlanmalıdır. Hazırkı mübahisəyə münasibətdə üçüncü şəxsin adına tərtib edilmiş AN 065290 sayl ı, 09 avqust 2011-ci il tarixli plan və ölçü sənədinin hüquqi əsası, yəni AN 365290 saylı torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsinin əsası kimi istinad edilən Qusar rayon AİK-nin 12 fevral 1998-ci il tarixli, 02 saylı qərarı məhkəmələr tərəfindən aidiyyəti dövlət orqanlarına verilən sorğulara rəğmən aşkar edilməmiş, həmin qərarla təsdiq edilmiş adlı siyahıda da üçüncü şəxsin adı müəyyən edilməmişdir. Üçüncü şəxs tərəfindən də ona torpaq sahəsinin ayrılması barədə Qusar rayon AİK-in qeyd olunan qərarı və ya eləcə də onun adına torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsinin hüquqi əsası qismində çıxış edən hər hansı başqa hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim olunmamışdır.
46. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
47. Beləliklə, yuxarıda qeyd edilən səbəblərdən apelyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Həsənov Mirzəbala Fazil oğlunun kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-131/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.