Məhkəmə qərarları › İş №2-1(102)-1483/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1483/2019

04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1483/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərb aycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “arayışda göstərilən iş illərinin sığorta stajı kimi hesablanaraq, əmək kitabçasında olan iş stajı ilə birlikdə, artımlarda nəzərə alınmaqla 1998-ci ildən hazırkı vaxtadək olan dövr üçün əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-266/19 saylı, 16 yanvar 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 4 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Əmək kitabçasına əsasən iddiaçı 11.10.1971-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 01.06.1998-ci ildə pensiyaya çıxmaqla əlaqədar işdən çıxmışdır. Masallı rayonu Dövlət Arxiv İdarəsi tərəfindən 16.12.2011-ci il tarixli 774 nömrəli arxivin arayışına əsasən iddiaçı “Kommunizm yolu” kolxozunda kolxozçu işləmişdir. “Kommunizm yolu” kolxozunda işləyənlərin iş stajını müəyyən edən staj komissiyasının 5 oktyabr 1964-cü il tarixli 1 saylı staj protokolunda Kolatan kəndi üzrə 238-ci sırada təvəllüdü 1941-ci il olmaqla 01.01.1957-ci ildən 01.10.1964-cü ilə kimi iş stajı təsdiqlənmişdir. İddiaçıya5 uşağa görə ömürlük pensiya təyin edilmişdir. O, təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 15.03.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, əmək pen siyası təminatına dair normativ hüquqi aktlara əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə qaydasında təyin edilir. İddiaçı cavabdehə qarşı 18 iyul 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “arayışda göstərilən iş illərinin sığorta stajı kimi hesablanaraq əmək kitabçasında olan iş stajı ilə birlikdə, artımlarda nəzərə alınmaqla 1998-ci ildən hazırkı vaxtadək olan dövr üçün əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı iş stajını təsdiq edən arayışı cavabdehə təqdim etsə də, cavabdeh nəzərə almamışdır. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyy ətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-2465/18 saylı iş)27 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçının “Kommunizm yolu” kolxozunda 01.01.1957-ci ildən 01.10.1964-cü ilədək işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və pensiya təyin edilən tarixdən ödənilməyən əmək pensiyasının məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, işdə olan arxiv arayış ı ilə iddiaçının 01.01.1957-01.10.1964-cü ilədək olan iş stajının olması öz təsdiqini tapdığından həmin dövr yaşa görə əmək pensiyasının hesablanmasında sosial sığorta stajı kimi nəzərə alınmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin27 sentyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3məruzəçi, X5 və X4, 2-1(103)-266/19 saylı iş) 16 yanvar 2019-cu il tarixliqərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 25 fevral 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin d əlilləri: “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyalarının təyin edilərək sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3-cü bölməsinin (sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri, sosial sığorta stajının hesablanması və təsdiq edilməsi) 3.1.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Göründüyü kimi, məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd edilənləri nəzərə almamış və heç bir əsas olmadan iddiaçının iddia ərizəsini təmin etmiş, bununla da maddi hüquq normaları pozulmuşdur. tərəflərin izahatı: Cavabdehin vəkili məhkəmə kollegiyas ının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələbi 1957-1963-cü illərdə Masallı rayonu “Kommunizm yolu” kolxozunda işlədiyi iş stajı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və yaranmış fərqin pensiya təyin edilən vaxtdan ödənilməsi barədədir. Cavabdeh etirazında təqd im edilən arxiv arayışında olan dövr iddiaçının əmək kitabçasında olmadığına görə həmin illərin nəzərə alınmadığını bildirmişdir. İddiaçının 1957-1963-cü illərdə Masallı rayonu “Kommunizm yolu” kolxozunda işləməsi “Kommunizm yolu” sovxozunun 5 oktyabr 1964-cü il tarixli staj komissiyasının iclası ilə təsdiq edilir. Staj komissiyasının qərarında qeyd edilmişdir ki, iddiaçının 1 yanvar 1957-ci ildən 1 yanvar 1964-cü illərdəki iş stajı təsdiq edilsin. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının t əyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə al ınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Kolxozun nümunəvi nizamnaməsinin 33-cü bəndində qeyd edilir ki, kolxozda iş günü, müddəti, qaydası, istirahət günləri; hər il pullu məzuniyyətlər verilməsi qaydası, habelə əmək qabiliyyətli kolxozçuların ictimai təsərrüfatda əmək iştirakı minimumu, sınaq müddətini keçmə qaydaları kolxozun daxili intizam Qaydaları ilə tənzim olunur. Yəni kolxozda iş vaxtının minimum əmək iştirakı normasının (minimumun) müəyyən edilməsi həmin kolxozun daxili Qaydaları ilə müəyyən edilir. İddiaçının 1957-1963-cü illərə dair iş stajının müəyyə n edilməsi staj komissiyasının qərarı əsasında arxiv arayışı ilə təsdiq edilir. Bundan başqa, SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 1-ci bəndində qeyd edilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təş kilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 1957-1963-cü illərin iddiaçının iş stajı kimi təsdiq edilməsi dövlət arxivinin arayışında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrü iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. 1957-1963-cü illərin iddiaçının iş stajı kimi təsdiq olunaraq onun sosial sığorta stajına daxil edilməsi barədə məhkəmə düzgün nəticəyə gəldiyindən bu hissədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. İddiaçıya yaşa görə əmək pensiyası 1 yanvar 2006-cı ilə qədər təyin edilmişdir. 1 yanvar 2006-cı ildən qüvvədə olan “Əmə k pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinin 1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiyasına əsasən, əmək pensiyası buna hüququ olan şəxslər əmək pensiyası hüququ yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiyasına görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiyasında qeyd edilmişdir ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Göründüyü kimi, qa nunverici keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin alınmasını hər hansı müddətlə məhdudlaşdırmamışdır və iddiaçıya əmək pensiyası 1991-ci ildən təyin edildiyinə, pensiya təyini zamanı 1957-1963-cü illərin iş stajı cavabdehin təqsiri nəticəsində nəzərə alınmadığına görə məhkəmə haqlı olaraq həmin dövr nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını pensiya təyin edilən vaxtdan həyata keçirməklə düzgün nəticəyə gəlmişdir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı ildən pensiyanın hesablanması isə pensiya hüququ 1 yanvar 2006-cı ildən sonra yaranmış şəxslərə münasibətdə yenidən hesablana bilər. Odur ki, bu hissədə də şikayətin dəlili əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermə diyindən şikayət təmin olunmadan, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-266/19 saylı, 16 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar