Məhkəmə qərarları › İş №2-1(102)-1483/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1483/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1483/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin qanun pozuntusu kimi tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “16 aprel 2020-ci il ta rixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin qanun pozuntusu kimi tanınması, iddia ərizəsi məhkəməyə daxil olandan sonra ərizəyə cavab verilməsinin qanun pozuntusu kimi tanınması və vurulmuş mənəvi ziyanın əvəzi kimi 2500 manat pulun cavabdehdən onun xeyrinə tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2-1(105)-196/2022 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında vergi bəyannamələrinin (hesabatların) vergi ödəyicisi tərəfindən elektron sənəd formasında göndərilməsi, vergi orqanları tərəfindən onların qəbulu və bu barədə vergi ödəy icisinə elektron şəkildə bildiriş verilməsi barədə 6 aprel 2011-ci il tarixdə “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanmışdır.

2. İddiaçı 3 aprel 2020-ci il tarixli ərizə ilə cavabdehə 2020-ci ilin l rübünə görə vergi hesabatını təqdim etmişdir.

3. Daha sonra iddiaçı 16 aprel 2020-ci il tarixli ərizə ilə vergi orqanına müraciət edərək 3 aprel 2020-ci il tarixli ərizəyə cavab verilməsini və şəxsi hesab vərəqindən çıxarışın təqdim edilməsini xahiş etmişdir. Həmin ərizə cavabdeh orqan tərəfindən 16 aprel 2020-ci il tarixdə qəbul edilmiş, lakin ərizəsinə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 7 sentyabr 2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “16 aprel 2020-ci il tar ixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin qanun pozuntusu kimi tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək xx.xx.2020ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin qanun pozuntusu kimi tanınması, iddia ərizəsi məhkəməyə daxil olandan sonra ərizəyə cavab verilməsinin qanun pozuntusu kimi tanınması və vurulmuş mənəvi ziyanın əvəzi kimi 2500 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddia onunla əsaslandırılmışdır ki, qanunla müəyyən edilmiş müddət ərzində iddiaçının ərizəsinə cavab verilməmişdir. Bununla bağlı onun hüquqlarının pozulmasına yol verilmişdir. Həmin müra ciətlə bağlı cavab 21 sentyabr 2020-ci il tarixdə poçta verilmiş, zərfin içərisinə isə 28 aprel 2020-ci il tarixli məktub qoyulmuşdur.

7. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının 3 aprel 2020-ci il tarixli ərizəsində 2020-ci ilin l rübünə görə sadələşdirilmiş vergi hesabatını, o cümlədən DSMF-yə əvvəllər verilməli hesabatın sistemdə aşağıdakı kimi qeyd edilməsi göstərilmişdir: yanvar -0, fevral – 0, mart – 0, cəmi l rüb – 0, vergi – 0, 2020-ci ilin l rübündə muzdlu işçi nəzərdə tutulmamışdır və olmayıb. Beləliklə, iddiaçının 3 aprel 2020ci il tarixli ərizəsi vergi hesabatı ilə, 16 aprel 2020-ci il tarixli ərizəsi isə həmin hesabatın qəbul edilməsi və şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi ilə bağlı olmuşdur. İddiaçının təqdim etdiyi hesabat müvafiq ic ra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formaya uyğun olmamasına baxmayaraq həmin ərizədə göstərilən hesabat rəqəmləri vergi orqanı tərəfindən qəbul edilərək sistemə işlənilmişdir. Lakin iddiaçı qanunun tələbinə uyğun olmayaraq vergi orqanının üzərinə hesabat sənədinin qəbul edilməsi ilə bağlı həmin ərizələrə cavab vermək vəzifəsi qoyulmasını iddia etmişdir ki, bu hal qanunun tələblərinə uyğun deyildir. Etirazın maddi hüquqi əsası kimi Vergi Məcəlləsinin 72.2-ci, 72.7-ci maddələrinə istinad edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 11 noyabr 2020-ci il tarixli, 2-1(118)-1284/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

9. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmi şdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2-1(105)-239/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iddiaya mahiyyəti üzrə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat

11. Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(118)- 1282/2021 nömrəli qərarı ilə (hakim V.E.Əzizova) iddia qismən təmin edilərək cavabdeh tərəfindən iddiaçının 16 aprel 2020-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsi və iddia ərizəsi məhkəməyə daxil olandan sonra ərizəyə cavab verilməsi qanun pozuntusu kimi t anınmış, iddia qalan hissədə təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə görə elektron sənəd formasında aparılan mütləq qayda vergi ödəyicisi ilə vergi orqanı arasında olan yazışmaların bütün növlərinə aid deyil, yalnız bəyannamələrin (hesabatların) göndərilməsi ilə bağlı olmuşdur. Cavabdeh vergi orqanı tərəfindən iddiaçının 16 aprel 2020-ci il tarixli müraciətinə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada cavab verilməməsi və iddiaçı tərəfindən müvafiq iddia qaldırdıqdan sonra cavab verilməsi qanun pozuntusu kimi tanınmalıdır. İddiaçı cavabdeh inzibati orqan tərəfindən ona mənəvi ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən məhkəmə həmin qanun pozuntusu nəticəsində iddiaçıya mənəvi ziyanın dəyməsinə dair iddiasını əsassızdır.

13. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarından apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiya məhkəməsində ikinci icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və Ə.F.Məmmədov) 13 aprel 2022-ci il tarixli, 2-1(105)-196/2022 nömrəli qərarı ilə iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 21(118)- 1282/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərardadının, 13 aprel 2022-ci il qərarının ləğv edilməsi, iddianın təmin edilmiş hissədə rədd edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətlərinin dəlilləri

19. İddiaçının kassasiya şikayətinin əsaslarına görə iddiaçı cavabdeh tərəfindən hüquqlarının pozulması nəticəsində stress, fiziki iztirablar keçirmiş, hüquqlarının pozulması şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuş, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, cavabdeh təşkilat tərəfindən ona qarşı mülki hüquq pozuntusuna yol verilməsi, təqsirli olması, hüquqlarının pozulması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş, cavabdeh tərəfindən qanunsuz hərəkətlər nəticəsində ona maddi və mənəvi zərər vurulması istisna edilmir, bu xərclər cavabdehdən tutulmalı və ona ödənilməlidir.

20. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci, Vergi Məcəlləsini n 70 və 72-ci, “İnzibati icraat haqqında” Qanunun 89cu maddəsinə istinad edilmişdir.

21. Cavabdehin kassasiya şikayətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 72.1-ci, 72.2, 72.3-72.4-cü, 72.6.3-cü və 72.6.4-cü maddələrinə istinad edilərək qeyd edilmişdir ki, iddiaçı tərəfindən qanunun qeyd edilən tələbləri pozularaq müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada (burada müvafiq icra hakimiyyəti orqanı dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulur) deyil, vergi orqanına ərizə ilə müraciət edilərək hesabat rəqəmlərinin sistemə işlənilməsi tələb edilmişdir. İddiaçının təqdim etdiyi hesabat müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formaya uyğun olmamasına baxmayaraq həmin ərizədə göstərilən hesabat rəqəm ləri vergi orqanı tərəfindən qəbul edilərək sistemə işlənilmişdir. Lakin iddiaçı qanunun tələbinə uyğun olmayaraq vergi orqanının üzərinə hesabat sənədinin qəbul edilməsi ilə bağlı həmin ərizələrə cavab vermək vəzifəsi qoyulmasını iddia etmişdir ki, bu hal qanunun tələblərinə uyğun deyildir.

22. İddiaçının 16 aprel 2020-ci il tarixli ərizəsi cavabdehin 28 aprel 2020-ci il tarixli məktubu ilə cavablandırılaraq iddiaçının e-qutusuna göndərilmişdir. İddiaçının e-qutusuna göndərilmiş məktubla tanış olmaması məsuliyyəti onun öz üzərinə düşür və bu hərəkətdə vergi orqanını təqsirləndirə bilməz.

23. İddiaçı ilə 6 aprel 2011-ci il tarixdə “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanılmışdır. İddiaçı tərəfindən 01 iyul 2013-cü il tarixdən 18 iyul 2013-cü il tarixədək sadələşdirilmiş vergi b əyannaməsi vergi orqanına elektron qaydada təqdim edilmişdir. Lakin həmin tarixdən sonra iddiaçı elektron bəyannamə təqdim etməkdən imtina edərək bəyannaməni Vergilər Nazirliyinin müəyyənləşdirdiyi formada deyil, öz mülahizəsinə əsasən ərizə formasında təqdim etmişdir. Bununla əlaqədar olaraq 15 yanvar 2015-ci il tarixli məktubla bəyannamənin hansı formada verilməsi barədə izahat verilməklə, sadələşdirilmiş vergi bəyannaməsinin forması (kağız formatda), bəyannamənin doldurulma qaydası, elektron mübadiləyə xitam verilməsi üçün ərizə forması iddiaçıya göndərilmişdir.

24. Məhkəmə əsassız olaraq cavabdehə qarşı qaldırılmış iddianı İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan “inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) v ə ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia” növünə aid etmişdir.

25. İddiaçının iddia tələbinin “16 aprel 2020-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdən gec cavab verilməməsinin qanun pozuntusu kimi tanınması” hissəsi ümumiyyətlə İPM-in 2-ci maddəsində qeyd olunan heç bir iddia növünə uyğun gəlmir. Başqa sözlə desək məhkəmə mümkün olmayan iddia tələbini mümkün sayaraq mahiyyəti üzrə baxmış və qərar qəbul etmişdir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Bu baxımdan hazırkı şikayətdə Sumqayıt Apellyasiya Məhkəməsinin 1 4 aprel 2021-ci i il tarixli, 2-1(105)239/2021 saylı qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılmamasını xahiş edilmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

70. Vergi ödəyiciləri ilə yazışma 70.1. Vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstəril məklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Maddə

72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdi yi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. 29. “Vətəndaşların müraciətləri haqqında” Qanun: Maddə

1. Müraciət etmək hüququ 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. 3.0.2. müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümləd ən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət;.... Maddə

6. Vətəndaşların müraciətlərinə dair tələblər 6.1. Vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər. 6.2. Yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir. 7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Maddə

10. Mürac iətə baxılması müddəti 10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

30. İnzibati icraat haqqında Qanun: Maddə

89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

31. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər. 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edi r. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Şikayətdə apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunili yi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

36. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının mənəvi zərərə (mənəvi sarsıntıya) məruz qaldığını təsdiq edən hallar müəyyən edilməmişdir. Bu baxımdan, mənəvi zərərin ödənilməsi hissəsində iddianın rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur.

38. Cavabdehin şikayətinin dəlillərinə gəldikdə, cavabdeh Azərbaycan Respublikası Verg i Məcəlləsinin 72.1-ci, 72.2, 72.3-72.4-cü, 72.6.3-cü və 72.6.4-cü maddələrinə istinadla qeyd edir ki, iddiaçı tərəfindən qanunun qeyd edilən tələbləri pozularaq müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada deyil, vergi orqanına ərizə ilə müraciət edilərək hesabat rəqəmlərinin sistemə işlənilməsi tələb edilmişdir. İddiaçının təqdim etdiyi hesabat müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formaya uyğun olmamasına baxmayaraq, həmin ərizədə göstərilən hesabat rəqəmləri vergi orqanı tərəfindən qəbul edilərək sistemə işlənilmişdir. Lakin iddiaçı qanunun tələbinə uyğun olmayaraq vergi orqanının üzərinə hesabat sənədinin qəbul edilməsi ilə bağlı həmin ərizələrə cavab vermək vəzifəsi qoyulmasını iddia etmişdir ki, bu hal qanunun tələblərinə uyğun deyildir.

39. Məhkəmə ko llegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və ya dəyişdirilməsinin əsası kimi qəbul etmir. Belə ki, cavabdehin istinad etdiyi hallar iddiaçını məlumat almaq üçün inzibati orqana müraciət etmək hüququndan məhrum, inzibati orqanı isə həmin müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətdə cavab vermək öhdəliyindən azad etmir.

40. İddiaçının iddia tələbinin “16 aprel 2020-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdən gec cavab verilməməsinin qanun pozuntusu kimi tanınması” hissəsinin ümumiyyətlə İPM-in 2-ci maddəsində qeyd olunan heç bir iddia növünə uyğun gəlmədiyinə, məhkəmənin mümkün olmayan iddia tələbini mümkün sayaraq mahiyyəti üzrə baxdığını dair dəlilə gəldikdə, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 1. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Beləliklə, tələb inzibati akta qarşı yönəldikdə, bu, sual doğurmur və həmin inzibati akta qarşı mübahisələndirmə (inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi), yaxud tanınma (inzibati aktın etibarsızlığının tanınması, artıq icra edildiyinə görə əhəmiyyətini itirmiş inzibati aktın qanunsuz sayılması) haqqında iddia irəli sürülə bilər. Bu halda, həmin inzibati akt həm formal-hüquqi baxımdan (məsələn, inzibati aktın inzibati icraat qaydalarının pozulması ilə qəbul edildiyi halda), həm də maddi-hüquqi baxımdan qanunsuz sayıla bilər. 41. “İnzibati icra at haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

42. Normanın məzmunundan göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər.

43. Formal-hüquqi baxımdan “İnzibati icraat haqqında” Qanunda onun 1.2-ci maddəsində təsbit edilmiş hərəkətlər (fəaliyyət) üçün heç bir aşkar qayda nəzərdə tutulmayıb. Lakin belə bir hərəkət inzibati akt olsaydı (hipotetik baxımdan) və qanunsuz olsaydı, onda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən müvafiq hərəkəti də qanunsuz sayılardı.

44. Beləliklə, mara qlı şəxs tanınma haqqında iddia vasitəsilə əlverişsiz inzibati aktın qanunsuz sayılmasını tələb edə bildiyi halda, eyni əsaslardan çıxış edərək inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin qanunsuzluğunun tanınmasını tələb edə bilər.

45. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətlərin təmin olunması üçün əsaslar yoxdur.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayətləri təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2-1(105)-196/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar