Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1483/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 24.06.2023 Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə (üçüncü şəxslər: X25 və X26) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2023-cü il tarixli, 2-1(103)-2/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı evin 1/8 hissəsi iddiaçının xüsusi mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2017-ci il tarixli, 984548 nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən Bakı şəhəri, Qəsr döngəsi, ev 11-də iddiaçıdan başqa qeydiyyatda olan digər şəxslər: X31, xx.xx.1952; Həsən-zadə Mehriban Rüfət qızı, xx.xx.1997; Həsən-zadə Ayaz Rüfət oğlu, xx.xx.2010; Həsən-zadə Rüfət Mənsur oğlu, xx.xx.1979; X25, xx.xx.1989; X26, xx.xx.1964; Həsən-zadə Könül Mənsur qızı, xx.xx.1980.
3. İddiaçı ərizə ilə cavabdeh ə müraciət edərək, mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan X25 və X13 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2017-ci il tarixli 065-22936H-3217 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən sənədlərin hər hansı biri təqdim edildikdə keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, X25 və X13 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı evdən qeydiyyatdan çıxarılma vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı evin 1/8 hissəsi xüsusi onun mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 11 avqust 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı çıxarış təsdiq edir. «Asan 3» tərəfindən 29 avqust 2017-ci il tarixdə verilmiş 984548 saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx xxxx 1954-cü ildə Bakı şəhərində anadan olmuş X27 Bakı şəhəri, Səbail rayonu, Qəsr döngəsi, 11 saylı evin qeydiyyatındadır, qeydiyyatda olan digər şəxslər: X31, xx.xx.1952; Həsən-zadə Mehriban Rüfət qızı, xx.xx.1997; Həsən-zadə Ayaz Rüfət oğlu, xx.xx.2010; Həsən-zadə Rüfət Mənsur oğlu, xx.xx.1979; X25, xx.xx.1989; X26, xx. xx.1964; Həsənzadə Könül Mənsur qızı, xx.xx.1980. Bildirir ki, iki nəfər hazırki mübahisə üzrə üçüncü şəxslər X25 və X26 onun ailə üzvləri deyillər, mənzilə pasport qeydiyyatına çoxdan düşüb, lakin heç vaxt həmin mənzildə yaşamayıblar. Hətta, hazırki iş üzrə üçüncü şəxs olan X25 vaxtı ilə Bakı şəhəri Səbail rayon məhkəməsinə iddia ərizəsilə müraciət edərək, hazırda iddiaçının mülkiyyətimdə olan mənzilə köçürülməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 19 yanvar 2015-ci il tarixli qətnaməsilə onun Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı evə köçürülməsi tələbinə dair iddiası əsassız olduğuna görə rədd edilmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2-1(081)454/2018 nömrəli qərarı ilə (hakim T.Əsədova) iddia tələbi təmi n edilmiş, X25 və X13 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı evdən qeydiyyatdan çıxarılmaları vəzifəsi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, üçüncü şəxslərin mübahisəli ev üzrə istifadə hüququnun yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşma olmadığından, həmçinin belə razılaşmanın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onların həmin mənzilə istifadə hüququ yaranmamışdır.
9. Üçüncü şəxs X25 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2023-cü il tarixli, 21(103)-2/2023 nömrəli qərarı ilə (hakimlər: M.Tağızad ə - sədrlik edən və məruzəçi, K.Əkbərov və R.Səmədov) üçüncü şəxs X14 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X15 mübahisəli evə köçürülmə tələbinə dair tələbinin rədd edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-170/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinin mövcudluğu hazırki iş üzrə həlledici əhəmiyyət daşımır. Belə ki, hazırki işin faktiki hallarından müəyyən edilir ki, üçüncü şəxslər X25 və X26 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı fərdi yaşayış evinin mərhum X16 mülkiyyətində olmuş 1/8 hissəsinə münasibətdə ehtimal edilən mülkiyyətçilərdir. İddiaçı isə həmin 1/8 paya münasibətdə h ər hansı hüquqlarının olması hazırki işin materiallarına əsasən müəyyən edilmir. Belə olan halda, iddia tələbinin təmin edilməsi yalnız üçüncü şəxslərin yaşayış evinin mübahisəli hissəsinin münasibətdə ehtimal edilən mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayətində qeyd edir ki, İPM-nin 68.2-ci maddəsinin tələbləri baxımından məhkəmə qərarını yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübu tlarla əsaslandırılmalıdır. Lakin məhkəmənin çıxardığı qərar sübutlara deyil yalnız ehtimallara əsaslanmışdır. Belə ki, məhkəmə qərarda üçüncü şəxslərin mirası qəbul etmək ehtimallarının olmasına istinad edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını ləğv etmişdir. Halbuki qanunvericiliyin tələbləri baxımından məhkəmə qərarı ehtimallara deyil sübutlara əsaslanmalıdır. Hazırkı halda isə üçüncü şəxslərin ünvan 1 ünvanına hər hansı bir hüquqlarının olmasını təsdiq edən heç bir sübut iş materiallarında yoxdur. Həmçinin məhkəmə üçüncü şəxslərin hər ikisinin qeyd edilən evin 1/8 hissəsinə ehtimal olunan mülkiyyət hüquqlarının olmasına istinad etməklə də səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1159.1.3-cü maddənin tələbləri baxımından yaln ız X26 Bakı şəhəri, Səbail rayonu, Qəsr döngəsi 11 ünvanında yerləşən 11 nömrəli evin 1/8 hissəsinin hazırkı mülkiyyətçisi X4 qanun üzrə vərəsəsidir. Yəni, üçüncü şəxs X25 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1159.1.3-cü maddənin tələbləri baxımından X4 vərəsəsi olmadığından onun Bakı şəhəri, Səbail rayonu, Qəsr döngəsi 11 ünvanında yerləşən 11 nömrəli evin 1/8 hissəsinə mülkiyyət hüququnun olması ehtimal oluna bilməz. Həmçinin məhkəmə üçüncü şəxslərin hər ikisinin qeyd edilən evin 1/8 hissəsinə ehtimal olunan mülkiyyət hüquqlarının olmasını və üçüncü şəxslərin müraciətini nəzərə alaraq mirasın qəbulu üçün onlara vaxt verilməsi məqsədi ilə məhkəmə baxışını təxirə alsa da üçüncü şəxslər yenə də mirasın qəbulu ilə bağlı hər hansı bir addım atmamışlar. Lakin buna baxmayaraq məhkəmə qeyd edilən evə heç bir hüququ olmayan üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməklə qanunun tələblərini kobud şəkildə pozmuşdur.. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə
1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətənd aş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə
2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (-). Maddə
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tə rəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məs ələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında....
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı.
17. İnzibati Prosessual Məcəllə: Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktlar ı (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlid ir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, X13 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı evdən qeydiyyatdan çıxarılma vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin rədd edilməsi hissəsində prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı həmin hissədə ləğv olunmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
21. Məlum olduğu kimi, hazırkı iş üzrə iddiaçının hüquqi marağı üçüncü şəxslərin onu n mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılması ilə bağlıdır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatd an çıxarılması təmin olunmalıdır.”
23. Eyni zamanda yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır.”
24. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq X8 və X17 adına qeydiyyatdan keçmiş, X17 ölümündən sonra vərəsəlik qaydasında 2/8 hissə X4 və X10, 1/8 hissə Şəraba ni Quliyeva və 1/8 hissə X5 adına qeydiyyatdan keçmişdir. X9 xx.xx.1997-ci il tarixdə X27 ilə nikaha daxil olmuş və iddiaçı mübahisəli evə gəlin köçməklə həmin tarixdən hal-hazıradək mübahisəli evdə yaşayır. X9 23 dekabr 2014-cü il tarixdə ölmüş, ölənədək mübahisəli evdə yaşamış və xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun mübahisəli evdəki 1/8 hissə payı xx.xx.2017-ci il tarixdə arvadının, yəni iddiaçının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(009)-1888/2019 nömrəli, 19 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının ərizəsi təmin edilərək, mübahisəli evin X6 miras qalmış 4/8 hissəsinin və X20 miras qalmış 1/8 hissəsinin onun tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmiş və müb ahisəli ev xx.xx.2022-ci il tarixdə 6/8 hissə payla iddiaçının adına qeydiyyatdan keçmişdir. Mübahisəli evin payçılarından (1/8 hissədə) biri olan X7 isə, iddiaçının mərhum ərinin əmisi oğlu olmaqla xx.xx.2006-ci il tarixdə ölmüşdür.
25. Miras qoyanın nəvəsi X25 mübahisəli evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-170/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiası həmin evə hüququnun müəyyən edilməməsi əsası ilə rədd olunmuş və qətnamə qanuni qüvvəsini almışdır. Miras qoyanın oğlu X26 isə, xx.xx.2018-ci il tarixdə atasından qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət etmiş, ərizəsi ə sasında vərəsəlik işi açılmış və vərəsəlik işinin açılmasına əsas kimi birinci cavabdehin miras açılan gündən mübahisəli ünvanda pasport qeydiyyatında olması göstərilmişdir.
26. Bundan sonra X27 cavabdeh Bakı şəhəri 46 saylı notariat bürosunun notariusu X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 saylı evə olan 1/8 hissədə paya dair vərəsəlik işinin açılmasının qeyri-qanuni hesab edilməsi və açılmış vərəsəlik işinin ləğv edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-4404/2018 saylı, xx.xx.2018ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilərək, miras əmlaka dair açılmış vərəsəlik işinin qeyri-qanuni hesab edilməsi və işin ləğv edilməsi tələbinə dair mülki iş üzrə X1 miras qalmı ş Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı fərdi yaşayış evinin 1/8 hissəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi Bakı şəhəri 46 saylı notariat bürosunun xüsusi notariusu X3 qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-981/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Bakı şəhər 46 saylı Notariat Ofisinə və X22 (üçüncü şəxslər X23, X11, X19) qarşı “X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evə olan 1/8 hissədə payın iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi üzrə iddia rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3806/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apelyasiya in stansiyası məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır.
27. Beləliklə, qeyd edilənlərdən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı fərdi yaşayış evinin 6/8 hissəsi iddiaçının adına, 1/8 hissəsi X10, 1/8 hissəsi isə X4 adına qeydiyyata alınmışdır. İddiaçının hazırki iş üzrə qeydiyyatdan çıxarılmalarını tələb etdiyi üçüncü şəxslər X26 və X2 evin paylı mülkiyyətçisi olmuş X4 oğlu və nəvəsidir.
28. Bununla bağlı apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, üçüncü şəxslər X25 və X26 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı fərdi yaşayış evinin mərhum X16 mülkiyyətində olmuş 1/8 hissəsinə münasibətdə ehtimal edilən mülkiyyətçiləri olduğundan, İddiaçı isə həmin 1/8 paya münasibətdə hər hansı hüquqlarının olması hazırki işin materialların a əsasən müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi yalnız üçüncü şəxslərin yaşayış evinin mübahisəli hissəsinin münasibətdə ehtimal edilən mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər.
29. Lakin işə apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını hər iki üçüncü şəxsə münasibətdə ləğv etmiş, üçüncü şəxs X26 tərəfindən qanunla nəzərdə tutulan müddətdə apellyasiya şikayəti verilmədiyini nəzərə almamışdır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, apellyasiya şikayəti verməyən şəxsə münasibətdə hər hansısa bir qərarın qəbul edilməsi İPM-in 82-ci maddəsinin tələblərinə ziddir.
30. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2023-cü il tarixli, 2-1(103)-2/2023 nömrəli qərarı iddiaçının cavabdehə qarşı “X13 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı evdən qeydiyyatdan çıxarılma vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilmə, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2023-cü il tarixli, 21(103)-2/2023 nömrəli qərarı “İddiaçı Cavabdehnə qarşı “X13 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı evdən qeydiyyatdan çıxarılma vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.