Məhkəmə qərarları › İş №2-1(102)-1484/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1484/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1484/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət aktına əsasən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 18 may tarixli, 2-1(105)-165/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 2,06 hektar torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 7 yanvar tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş JN-038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən torpaq sahəsinin cizgiləri 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Bundan əlavə, həmin dövlət aktının arxiv nüsxəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilməmişdir. Göstərilən səbəbdən torpaq sahəsinin sərhədlərini və yerini dəqiq müəyyən etmək mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 28 yanvar tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 2,06 hektar torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıx arışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək JN-038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsində səhvən JN-038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı atasının adına verilmişdir əslində isə həmin dövlət aktı onun adına verilib. Atasının adına olan şəhadətnamənin seriya nömrəsi JN-037 “Torpağa mülkiyyət hüququna dair” dövlət aktıdır və həmin akt üzrə mübahisə məhkəmənin digər hakiminin icraatındadır. Ona görə də iddia tələbinə mahiyyəti üzrə baxıb q ərar verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın dəlillərinin əsasını cavabdehin imtina məktubunda göstərilənlər təşkil etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 21 oktyabr tarixli, 2-1(118)628/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi tərəfindən verilmiş JN-038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən sahəsi 2.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına dövlət reyestrindən çıxarışın veril məsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DwJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 18 may tarixli, 2-1(105)-165/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 21 oktyabr tarixli qərarı ləğv edilmiş, idd ia təmin olunmamışdır.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, JN-038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı iddiaçının ərizəsinə əsasən Rəhimli X5 Komissiyasının 2001-ci il 16 mart tarixli, 2 saylı iclas protokolu ilə tərtib edilmiş, Dəvəçi Rayon Aqrar İslahatı Komissiyasının 2001-ci il 25 mart tarixli, 2 saylı iclas protokolu ilə təsdiq edilmiş qərarı əsasında ləğv edildiyindən mövcud iddia tələbi əsassızdır və təmin edilməməlidir.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində gös tərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu qənaət əsassızdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 2021-ci il 2 aprel tarixli məktubuna əlavə edilmiş X5 Komissiyasının 2001-ci il 16 mart tarixli, 2 saylı iclas protokoluna əsasən, Uzunboyad kənd sakini 0038 saylı mülkiyyətçi X1 ərizəsinə əsasən 2,06 ha torpaq sahəsi ləğv edilmişdir. Halbuki, həmin şəxsi iddiaçı tanımamış, onun torpaq sahəsinə dair hər hansı başqa şəxsin ərizəsinə əsasən iddiaçının mülkiyyət hüququnun ləğv edilməsi qanunsuzdur. Şabran rayonu, Uzunboyad kəndində yerləşən 2,06 ha torpaq sahəsinə verilmiş JN-038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ləğv edilməsi haqqında heç bir məlumat aşkar edilməmişdir, Beləliklə, iddia tamamilə qanuni və əsaslı hesab edilməlidir. Həmçinin, Şabran rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçıya Şabran rayonunun Uzunboyad kəndinin ərazisində 2,06 ha torpaq sahəsi ayrılmışdır. Nəzərə alınmalıdır ki, qeyd olunan dövlət aktının nüsxəsi ləğv edilmiş Dövlət və Xəritəçəkmə Komitəsində saxlanırdı və həmin qurum ləğv edildikdən sonra təhvil verilmiş sənədlərin arasında qeyd olunan dövlət aktının nüsxəsi cavabdehə təhvil verilməmişdir. Dövlət aktının nüsxəsinin cavabdehə təhvil verilməməsinə görə iddiaçının heç bir təqsiri olmamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

15. Cavabdeh məhkəmə icla sında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əm lak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;...

17. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələb i göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məh kəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

21. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Şabran rayonunun, Uzunboyad kəndinin sakini olan X2 Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Uzunboyad kəndinin ərazisində 2,06 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair JN-038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. Sonradan Məcudun Səfərova verilmiş şəhadətnamə naməlum şəraitdə itmişdir. Bununla əlaqədar İddiaçı Şabran rayon polis şöbəsinə müraciət etmiş və “Respublika” qəzetində şəhadətnamənin etibarsız hesab edilməsi haqqında elan dərc etdirmişdir. “Respublika” qəzetində İddiaçı tərəfin dən JN-038 saylı dövlət aktının etibarsız hesab edilməsi göstərilmişdir.

22. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 2020-ci il 26 noyabr tarixli məktubundan müəyyən edilmişdir ki, Rəhimli X5 Komissiyasının 2001-ci il 16 mart tarixli, 02 saylı iclas protokolu ilə tərtib edilmiş, Dəvəçi Rayon Aqrar İslahatı Komissiyasının 2001-ci il 25 mart tarixli, 02 saylı iclas protokolu ilə təsdiq edilmiş qərarı əsasında JN-0036, JN-0037, JN-0038, JN-0106, JN-0107, JN-0176, JN-0182 saylı dövlət aktları ləğv edilmiş və bazadan silinmişdir.

23. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 2021-ci il 2 aprel tarixli məktubuna əlavə edilmiş Rəhimli X5 Komissiyasının 2001-ci il 16 mart tarixli, 2 saylı iclas protokolunun surətindən isə görünür ki, Uzunboyad kənd sakini 0038 saylı mül kiyyətçi X1 ərizəsinə əsasən 2,06 ha torpaq sahəsi ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı həmin protokolda onun adının və ata adının səhvən “Məcnun Məhəmməd oğlu” qeyd olunduğunu, ərizəni isə aldadılma nəticəsində verdiyini və həmin ərizəyə əsasən torpaq sahəsi ləğv edildiyini təsdiq etmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, JN-038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı iddiaçının ərizəsinə əsasən Rəhimli X5 Komissiyasının 2001-ci il 16 mart tarixli, 2 saylı iclas protokolu ilə tərtib edilmiş, Dəvəçi Rayon Aqrar İslahatı Komissiyasının 25 mart 2001-ci il tarixli, 2 saylı iclas protokolu ilə təsdiq edilmiş qərarı əsasında ləğv edildiyindən iddiaçının hazırkı məzmunda iddiası təmin oluna bilməz.

25. Yu xarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 18 may tarixli, 2-1(105)-165/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar