Məhkəmə qərarları › İş №2-1(102)-1484/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1484/2022

16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1484/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çoxmənzilli yaşayış binasındakı mənzil üzərində mülkiyyət hüququna dair çıxarış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) iş üzrə “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2022-ci il tarixli, 2-1(103)-642/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha. torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağın layihələndirilməsi və tikintisinə "xxxx" MTK-ya icazə verilmişdir (1-ci cild, iş v.43). 2. "xxxx" MTK ilə "xxxx" MMC arasında 5 mart 2006-cı il tarixində müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC, "xxxx" MTK-nın tapşırığı ilə öz vəsaiti və riski ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha. torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində yaşayış binası və ticarət obyektinin inşa edilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.9-cu bəndinə əsasən, "xxxx" MMC tərəfindən tikilən obyektdə mənzillərin və qeyri-yaşayış sahələrinin satışını və özgəninkiləşdirilməsini "xxxx" MMC ilə razılaşdırmaqla "xxxx" MTK aparır və bu razılaşma alıcılarla bağlanacaq müqavilələrdə öz əksini tapmalıdır. Müqavilənin 3.1.14-cü bəndinə əsasən, mənzillərin satılması üçün alıcılarla bağlanan müqavilə "xxxx" MTK tərəfindən bağlanır ( 1-ci cild, iş v.82). 3. "xxxx" MMC ilə iddiaçı arasında imzalanmış 20 noyabr 2012-ci il tarixli 74 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 1 nömrəli çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində 3 otaqlı 15 nömrəli 140,6 kv.m. mənzili tikib iddiaçıya təhvil verməyi, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. 4. "xxxx" MMC tərəfindən verilmiş 20 noyabr 2012-ci il tarixli, 74 nömrəli mədaxil orderinə əsasən, iddiaçı tərəfindən 20 noyabr 2012-ci il tarixli 74 nömrəli müqavilə üzrə 48.000 manat məbləğində ödəniş edilmişdir. 5. "xxxx" MMC tərəfindən verilmiş 26 noyabr 2012-ci il tarixli, 76 nömrəli mədaxil orderinə əsasən, iddiaçı tərəfindən 20 noyabr 2012-ci il tarixli 74 nömrəli müq avilə üzrə 78.000 manat məbləğində ödəniş edilmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 sentyabr 2016-cı il tarixli, 2-2(81)1602/2016 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 717-ci məhəllədə yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha. torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş və iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyatını iddia etdiyi mənzilin də yerləşdiyi çoxmənzilli yaşayış binasının tikinti sahəsinin satışından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi "xxxx" MMC-yə aid edilmiş, qətnamə bu hissədə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

7. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-150/2018 nömrəli cinayət işi üzrə 19 iyul 2018-ci il tarixli hökmünə əsasən "xxxx" MMC-nin rəhbəri və təsisçisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair cinayət mühakimə icraatında iş üzrə iddiaçının hüquqmüəyyənedici sənədi kimi təqdim edilən "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 20 noyabr 2012-ci il tarixli 74 nömrəli müqavilənin qanuniliyi və mötəbərliyi tanınmışdır.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı1 və digərlərinə qarşı iddiası qismən təmin olunmuş, "xxxx" MMC ilə İddiaçı1 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən 717-ci məhəllədə inşa edilmiş 1 nömrəli çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində 3 otaqlı, 140,6 kv.m. olan 15 nömrəli mənzi lə dair bağlanmış 20 noyabr 2012-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin mənzilə görə ödənilmiş 126.000 manat pulun "xxxx" MMC-dən tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2018-ci il tarixli 2(103)-5218/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilmiş 1 nömrəli çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində 3 otaqlı, 140,6 kv.m. olan 15 nömrəli mənzil üzərində İddiaçı1 sahiblik və istifadə hüququ tanınmış, həmin mənzilin İddiaçı1 təhvil verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmuşdur.

10. İddiaçı 5 oktyabr 2018-ci il tarixli ərizə ilə ünvan 1 ünvanında yerləşən 15 nömrəli mənzilinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh 10 oktyabr 2018-ci il tarixli imtina məktubunda bildirmişdir ki, ərizəyə hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən aldığı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 1 nömrəli çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 15 nömrəli mənzili onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılma sını xahiş etmişdir.

12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 20 noyabr 2012-ci il tarixində "xxxx" MMC ilə çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 74 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 1 nömrəli çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 15 nömrəli mənzilin pay dəyərini ödəməklə almışdır. Ödənişləri etdiyini sübut edən qəbzlərdən görünür ki, mənzilin dəyəri tam ödənilmişdir. Cavabdeh isə əsassız olaraq həmin mənzil üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdan imtina etmişdir. Belə ki, iddiaçı tələb olunan bütün sənədləri cavabdehə təqdim etmişdir. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2018-c i il tarixli, 2-1(81)4536/2018 nömrəli qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 1 nömrəli çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 15 nömrəli mənzili iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

14. Məhkəmənin sözügedən qərarını tərəflər mübahisələndirməmiş, qərar qanuni qüvvəyə minmiş və icra edilmişdir.

15. Bundan sonra, "xxxx" Mənzil Tikinti Kooperativi ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2-1(81)4536/2018 nömrəli qərarının onun hüquqlarına toxunduğu bildirmiş və bu na görə də, hazırkı inzibati iş üzrə icraatın təzələnməsini və üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 1 nömrəli çoxmənzilli yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilmişdir və həmin bina "xxxx" MTK-ya məxsusdur.

16. İddiaçı, "xxxx" MTK-nın ərizəsinə qarşı etiraz təqdim edərək ərizənin rədd olunmasını xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən müqavilə ilə razılaşdırılmış məbləğ ödənilsə də, "xxxx" MMC 20 noyabr 2012-ci il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, bundan sonra isə həmin müqavilənin etibarsızlığına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" MTK-nın üçüncü şəxs qismində cəlb olunmasına dair ərizəsinin əsası kimi isti nad etdiyi 5 mart 2006-cı il tarixli "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin 3.1.14-cü bəndində qeyd olunan xüsusat artıq məhkəmələr tərəfindən qiymətləndirilmiş, nəticədə göstərilən hal müqavilənin etibarsızlığı üçün əsas hesab edilməmiş, əksinə "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 20 noyabr 2012-ci il tarixli müqavilə əsasında adıçəkilən mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququ tanınmışdır. Həmçinin, məhkəmələr tərəfindən mənzillərin "xxxx" MTK tərəfindən deyil, "xxxx" MMC tərəfindən satılması müəyyən edilmiş və mənzillərin satılmasından əldə edilən vəsait vergi tutma mənbəyi hesab edilmiş, əldə edən "xxxx" MMC olduğuna görə məhz MMC-nin vergi ödəməli olması müəyyən edilmişdir.

17. Bakı İnzibati Məhkəməsinin 15 o ktyabr 2020-ci il tarixli, 2-1(81)-4536/2018 nömrəli (hakim: P.A.Hüseynov) qərardadı ilə "xxxx" MTK tərəfindən verilmiş ərizə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4536/2018 nömrəli, 15 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, "xxxx" MTK hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

18. Məhkəmə icraatının gedişində üçüncü şəxs məhkəməyə ərizə ilə müraciət edərək, hazırkı işə baxılıb yekun nəticə qəbul edilənə və məhkəmə qərarı qanuni qüvvəsini alanadək Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717, 1 nömrəli çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 15 nömrəli mənzilin üzərinə həbs qoyulmasını və həmin iş üzrə məhkəmə qərarının icrasına dönüş edilməsi barədə qərard ad qəbul olunmasını xahiş etmişdir.

19. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2-1(112)-2167/2021 nömrəli (hakim: P.A.Hüseynov) qərardadı ilə üçüncü şəxsin ərizəsi təmin edilməmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbiri çıxarılacaq məhkəmə qərarının gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn və məhkəmə qərarının gələcəkdə icrasının təmini məqsədi ilə görülən prosessual hüquqi tədbiridir. İddia tələbi mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlıdır, belə olan halda, əgər iddia təmin edilərsə, ərizədə qeyd olunan tələbin (mənzilin üzərinə həbs qoyulması) gələcəkdə qəbul ediləcək məhkə mə qərarının icrası ilə heç bir bağlılığı və əlaqəsi yoxdur.

21. Ərizənin məhkəmə qərarının icrasına dönüş edilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, tərəflər arasında hazırkı iş üzrə məhkəmə mübahisəsi başa çatmamışdır, məhkəmə mübahisəsi davam edir. Əvvəlki qərarın ləğv edilməsi üçüncü şəxslərin icraata cəlb edilməsi ilə əlaqədar olmuş, məhkəmə araşdırmasının yekunlaşması ilə bağlı deyildir. İddiaçının ərizəsində qaldırılan məsələ mahiyyətcə yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvini ehtiva edir, bu da inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia tələbi ilə mübahisələndirilə bilər.

22. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2-1(112)-2167/2021 nömrəli (hakim: P.A.Hüseynov) qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, N əsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 15 nömrəli mənzilə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarları ilə iddiaçının "xxxx" MMC ilə imzaladığı müqavilənin qanuniliyi və mötəbərliyi, həmçinin iddiaçının qeyd olunan mənzilə hüquqları tanınmış və qəbul edilmişdir. Öz növbəsində həmin müqavilə hər hansı qaydada mübahisələndirilmədiyindən, o cümlədən ləğv edilmədiyindən, etibarsız sayılmadığından qüvvədədir və hazırkı inzibati işdə mötəbər sübut qismində qiymətləndirili r. İddiaçı 20 noyabr 2012-ci il tarixli 74 nömrəli müqavilə üzrə müvafiq mənzilin dəyərini tam şəkildə ödədiyindən, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etmişdir, Mülki Məcəllənin 139-1-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən həmin hüquq qeydiyyata alınmalıdır. Üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin ("xxxx" MMC və ya "xxxx" MTK, yaxud "xxxx" MMMC) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtim alı görünmür.

24. Üçüncü şəxs apellyasiya şikayəti verərək qərar və qərardadın ləğv edilməsini, məhkəmə qərarının icrasına dönüş edilməsi barədə qərardad qəbul edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

25. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1723/2021 nömrəli 14 iyun 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: X.A.Cəmilova və A.S.Hüseynov) üçüncü şəxsin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2-1(112)-2167/2021 nömrəli qərardadı mənzilin üzərinə həbs qoyulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, ərizə həmin hissədə qismən təmin olunaraq ünvan 2, inşa edilmiş çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəs ində yerləşən ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 15 nömrəli mənzilin özgəninkiləşdirilməsi qadağan edilmiş, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi qanunun məzmunundan da açıq aydın görünür ki, mübahisə barəsində məhkəmədən müvafiq məlumatın daxil olduğu halda hər hansı qeydiyyatın dayandırılması DƏDRX-nin müvafiq qurumunun vəzifəsidir. Lakin, birinci instansiya məhkəməsi bu halda DƏDRX-nin müvafiq qurumunun öz vəzifəsini (vəzifəsinin icrasına səhlənkar yanaşması, diqqətsizlik etməsi və sair səbəbdən) icra etməməsi ehtimalını nəzərə almamışdır. Eyni zamanda, müvəqqəti xarakterli tədbir görülərkən işin faktiki hallarından asılı olaraq, işdə iştirak edən üçüncü şəxs stat usunda olan şəxslərin də qanunla qorunan mənafeləri nəzərə alınmalıdır. Həm də müvəqqəti xarakterli müdafiə tədbirinin məqsədi gələcəkdə məhkəmənin qərarının icrasında baş verə biləcək hər hansı bir çətinliyi aradan qaldırmaqdır. Qərarın gələcəkdə icrasının çətinləşməsi və ya qeyrimümkün olması mübahisəli əmlakın özgəninkiləşdirməsi ilə əlaqəli olar bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlak üzərinə həbs qoyulmasına dair təmin tədbiri daha geniş anlayış olub mülkiyyətçini sahiblik və istifadə hüququndan müvəqqəti olsa da məhrum etdiyindən, müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə qismən təmin edilərək, mübahisəli mənzilin üzərində sərəncam verilməsinə qadağa qoyulmalıdır. Kollegiya bu nəticəyə gələrkən qərarın icrasını çətinləşməsinin və ya qeyrimümkün olmasının qarşısını almaqla yanaşı, görüləcək tədbirin məhkəmə mübahisəsinin davam edəcəyi müddət ərzində mülkiyyətçinin istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə də mane olmayacağını nəzərə alır.

27. İcraya dönüş hissəsində ərizənin təmin edilməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddia tələbində göstərilən məsələ mahiyyətcə yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvini ehtiva edir ki, bu da inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia tələbi ilə mübahisələndirilə bilər.

28. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1723/2021 nömrəli 14 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsini, üçüncü şəxs "xxxx" MTK-nın müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizəsinin mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli 2-1(102)-1459/2021 nömrəli qərarına əsasən (sədrlik edən K.N.Bədəlov, hakimlər N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2021-ci il tarixli, 21(103)-1732/2021 nömrəli qərardadı müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı hissədə ləğv edilmiş və həmin hissədə ərizə mümkün sayılmamış, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

30. Məhkəmə kollegiyas ı qeyd etmişdir ki, iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülə bilməsi üçün üçüncü şəxs tərəfindən bununla bağlı ayrıca iddia qaldırılmalıdır. Çünki, bu tədbir məhz iddiaçının hüquqlarının müdafiəsinə yönəlmişdir. Üçüncü şəxs isə ayrıca iddia qaldırmadan hazırkı icraatın gedişində müvəqqəti xarakterli müdafiə ilə bağlı ərizə vermişdir. Digər tərəfdən, üçüncü şəxsin ayrıca icraatda ərizəçi kimi iddia qaldıranadək belə bir ərizə ilə müraciət etmək hüququ istisna olunmur. Lakin həmin ərizə ilə bağlı onun maddi tələbinin mövcud olması ehtimalı müəyyən olunmalıdır. Hazırkı icraatda belə bir hal da yoxdur. Nəhayət, üçüncü şəxs tərəfindən inzibati aktın icrasının dayandırılması növündə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verilə bilməsi üçün də onun tərəfin dən iddia qaldırılmalıdır. Göründüyü kimi, üçüncü şəxsin hazırkı icraatda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermək hüququ olmamışdır. Apellyasiya məhkəməsi isə bu halı nəzərə almadan sözügedən ərizəni mahiyyəti üzrə araşdırmaqla həll etmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qərardadı bu hissədə ləğv edilməlidir. Apellyasiya məhkəməsinin icraya dönüş hissəsində ərizənin təmin edilməməsi ilə bağlı mövqeyi isə əsaslıdır. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

31. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2022-ci il tarixli, 2-1(103)-642/2022 nömrəli qərarına əsasən (sədrlik edən E.E.Nağıyeva, hakimlər A.P.Oruczadə və C.A.Yusifov) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-c i il tarixli 2-1(112)-2167/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

32. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

33. Üçüncü şəxs kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2022-ci il tarixli, 2-1(103)-642/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

34. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin təqdim etdiyi sənədlərə hüquqi qiymət verməmiş, işdə olan ziddiyyətləri aradan qaldırmamış, təqdim edilən sübutları yalnız qərarda sadalamaqla kifayətlənmişdir.. Lakin, işdə olan bütün sənədlərdən məlum olur ki, sözügedən yaşayış binası bütövlükdə "xxxx" MTK-ya məxsus dur. İddiaçı, üçüncü şəxsə məxsus binanın mənzilinə dair adına çıxarış verilməsini tələb edir və həmin mənzilə dair heç bir hüququ olmayan "xxxx" MMC ilə müqavilə bağlamış və mənzilin dəyərini "xxxx" MMC-yə ödəmişdir. Halbuki, "xxxx" MMC ümumiyyətlə həmin binanın mənzillərinin satılmasına ixtiyarsız idi və belə bir hüququ olmamışdır. Üçüncü şəxsin təqdim etdiyi və işə əlavə edilmiş sənədlərdən məlum olur ki, məhkəmənin istinad etdiyi müqavilə özü-özlüyündə etibarsızdır. Belə ki, 5 mart 2006-cı il tarixli müqavilədə birbaşa göstərilir ki, mənzillərin satılması yalnız "xxxx" MTK tərəfindən aparılmalıdır. b. Etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülki yyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-); 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); (-); Maddə. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma v ə Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (-); 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; (-). Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyi ci sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

37. Mülki Məcəllə: Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

38. Mənzil Məcəlləsi: Maddə

112. Mənzil-tikinti koo perativi üzvünün yaşayış sahəsinə mülkiyyət hüququ 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə

113. Mənzil-tikinti kooperativi binalarında yaşayış sahəsinin verilməsi 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahə nin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

39. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses işti rakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim ol unduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə b ilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

44. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını ye tərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.

45. İddiaçı1 "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D. Əliyeva küçəsi, 717-ci məhəlləsində inşa edilmiş çoxmənzilli yaşayış binasında mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsini xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.

46. Üçüncü şəxsin şikayətinin dəlillərinə görə iddiaçı üçüncü şəxsə məxsus binanın mənzilinə dair adına çıxarışın verilməsini iddia edir və həmin mənzilə dair heç bir hüququ olmayan "xxxx" MMC ilə bağladığı müqaviləyə və mənzilin dəyərini "xxxx" MMC-yə ödəməsinə dair sənədə istinad edir. Halbuki, "xxxx" MMC ümumiyyətlə h əmin binanın mənzillərin satılmasına ixtiyarsız olmuş və hüququ olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 mərtəbəli yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativə məxsus olmuş, binada olan mənzillərin və digər sahələrin "xxxx" MMC-nin ümumiyyətlə təkbaşına mənzillərin satmasına səlahiyyəti olmamışdır. 47. "xxxx" MMC ilə iddiaçı arasında imzalanmış xx.xx.2012-ci il tarixli 74 nömrəli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində 3 otaqlı 15 nömrəli 140,6 kv.m mənzili tikib İddiaçı1 təhvil verilməsini, iddiaçı isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə gö türmüşdür. 48. "xxxx" MMC tərəfindən verilmiş 20 noyabr 2012-ci il tarixli və 26 noyabr 2012-ci il tarixli mədaxil orderlərindən görünür ki, İddiaçı1 tərəfindən həmin günlər 20 noyabr 2012-ci il tarixli müqavilə üzrə müvafiq olaraq 48.000 manat və 78.000 manat ödəniş edilmişdir.

49. Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə iddiaçının "xxxx" MMC ilə imzaladığı müqavilənin qanuniliyi və mötəbərliliyi, həmçinin iddiaçının qeyd olunan mənzilə hüquqları tanınmış, eyni zamanda həmin müqavilə hər hansı qaydada ləğv edilməmiş, etibarsız sayılmamışdır.

50. Mənzilin iddiaçıya verilməsi barədə müqavilə qüvvədə olduğundan hazırkı inzibati işdə mötəbər sübut qismində qiymətləndirilir.

51. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddiaçı mənzil-tikinti kooperativinin üzvü kimi xx.xx.2012-ci il ta rixli 74 nömrəli müqavilə üzrə müvafiq mənzilin dəyərini (pay haqqını) tam ödəyərək, ona mülkiyyət hüququ əldə etdiyindən həmin hüquq qeydiyyata alınmalıdır.

52. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə mənzil sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün apellyasiya məhkəməsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona gö rə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşaraq şikayəti təmin etmir.

53. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2022-ci il tarixli, 21(103)-642/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar