Məhkəmə qərarları › İş №2-1(102)-1484/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1484/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1484/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: pensiyanın yenidən hesablanması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzr ə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1401/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 20 may 2007-ci il tarixdən yəni, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilmişdir.

2. İddiaçı pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir.

3. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə daha sonra iddia ərizəsinin də qiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının onun pensiya hüququnun yarandığı xx.xx.2007-ci ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27ci maddəsinin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması və yaranmış pensiya məbləği fərqinin müraciət edilən tarixdən əvvəlki üç il üçün ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 20 may 2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda müvafiq indeksləşdirmə aparıldıqdan sonra 260 manat məbləğində əmək pensiyası alır. Ona təyin edilmiş pensiyanın hesa blanması düzgün aparılmamışdır. Pensiyaya çıxdığı dövrdə qüvvədə olan pensiya qanunvericiliyinin tələblərinə əsasən pensiya məbləği orta aylıq əmək haqqı məbləğinə uyğun təyin edilməli idi. Həmin dövrdə pensiya təyin edilməsi zamanı 20072010-cu illərdə işlədiyi peşə üzrə güzəştli şərtlərlə pensiya hüququ yaranan şəxslərə orta aylıq əmək haqqı məbləğinə əsasən pensiya təyin edilməli idi. O, bu barədə cavabdehə müraciət etsə də, müraciətinə bu günə qədər cavab verilməmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10386/2022 saylı, 26 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilərək, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2007-ci ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan R espublikası Qanununun 27-ci maddəsinin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması və yaranmış pensiya məbləği fərqinin müraciət edilən tarixdən əvvəlki üç il üçün İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının pensiya hüququnun yaradığı zaman qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən orta aylıq əmək haqqı məbləği nəzərə alınmaqla əmək pensiyasının hesablanması müəyyən edilmişdir. İş yerindən orta aylıq əmək haqqı barədə arayış əldə edilə bilməməsi iddiaçıya əmək pensiyasının qüvvədə olan qanunvericiliyin tələbl ərinə zidd hesablanmasına əsas vermir.

8. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1401/2023 saylı, 7 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Ə.Səmədov -sərdlik edən, X.A.Cəmilova və A.P. Oruczadə) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10386/2022 saylı, 26 sentyabr 2022ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qə bul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində göstərilmişdir ki, pensiyanın orta aylıq əməkhaqqı məbləğinə əsasən hesablanması iş yerindən bununla bağlı verilmiş arayışa əsasən həyata keçirilir. Lakin iddiaçı iş yerindən orta aylıq əməkhaqqı barədə arayış təqdim etmədiyinə görə pensiyanın orta aylıq əməkhaqqı məbləğinə əsasən hesablanması mümkün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı kasasiya şikayətinə dair etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

16. Maddə 27.1-ci bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qa zanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Maddə 27.2-ci bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (...) məhdudiyyət tətbiq edilmir. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası N azirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkə mə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdi rilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin əsas dəlili iddiaçı iş yerindən orta aylıq əməkhaqqı barədə arayış təqdim etmədiyinə görə pensiyanın orta aylıq əməkhaqqı məbləğinə əsasən hesablanması mümkün olmamasından ibarətdir.

25. Nəzərə almaq lazımıdır ki, iddiaçının pensiya hüququnun yaradığı zaman qüvvədə olan qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən orta aylıq əmək haqqı məbləği nəzərə alınmaqla əmək pensiyasının hesablanması müəyyən edilmişdir. İş yerindən orta aylıq əmək haqqı barədə arayış əldə edilə bilməməsi iddiaçıya əmək pensiyasının qüvvədə olan qanunvericiliyin tələblərinə zidd hesablanmasına əsas vermir. Əldə edilməsi iddiaçı tərəfindən mümkün olmayan sənədin tələb edilməsi, iddiaçının üzərinə belə bir öhdəliyin qoyulması əsassızdır. Əmək haqqı (orta aylıq əmək haqqı) barədə arayış iddiaçı tərəfindən təqdim edilə bilmirsə, inzibati orqan tərəfindən bu barədə məlumatlar oxşar iş yerlərinə, eləcə də aidiyyəti orqanlara müvafiq sorğular verilməklə əldə olunmalıdır.

26. Beləliklə iddiaçı ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının onun pensiya hüququnun yarandığı xx.xx.2007-ci ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanmasını tələb etməkdə haqlı olduğu üçün cavabdehin əmək haqqı (orta aylıq əmək haqqı) barədə arayışın iddiaçı tərəfindən təqdim edilməməsini əsas götürməklə yenidən hesablamaması ilə bağlı hərəkətsizliyinin qanunsuz olması nəticəsinə gəlməkdə apellyasiya instansiya məhkəməsi haqlı olmuşdur.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə ko llegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1401/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar