Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1485/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X5 rayon şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1485/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, İddiaçı, nümayəndəsi Nümayəndə X1, vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X5 rayon şöbəsinə qarşı ailə başçısını itirməyə görə əmək pensiya sının təyin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)22/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial X5 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1992-ci ildə Bakı şəhərinin Qaradağ rayonunda anadan olduğunu, anadan olduğu gündən orta dərəcəli kəmağılıq diaqnozunun qoyulduğunu və mütəmadi dərmanlar qəbul etməklə bu günə qədər həmin diaqnoz ilə müalicə olunduğunu, validenlərinin çoxsaylı müraciətlərinə baxmayaraq, ona əli llik dərəcəsinin gec verildiyini, Həkim Məsləhət Komissiyasının xx.xx 2005-ci 11 tarixli arayışı ilə də ona kəmağıllıq diaqnozunun qoyulduğunu, təkrar olaraq professor X1 məsləhəti və Bakı Baş Səhiyyə İdarəsi X2 xxxx 2010-cu il tarixli, 560/0 saylı rəyi əsasında ona orta dərəcəli kəmağıllıq diaqnozunun qoyulduğunu, Bakı Baş Səhiyyə İdarəsinin X2 xxxx 2010ci il tarixli arayışı ilə ona ensefalopatiya (orqanik-rezidual fonda) əqli inkişaf geriliyi ilə orta dərəcəli kəmağılıq diaqnozunun qoyulduğunu və buna müvafiq dərmanların yazıldığını, xxxx 2010-cu il tarixli HMK-nın arayışına görə professor X1 məsləhəti ilə ona orta dərəcəli kəmağıllıq diaqnozunun qoyulduğunu, X2 verdiyi 430 saylı xəstəlik tarixinə görə xxxx 2010-cu il tarixdən xxxx 2010-cu il tarixə kimi Azərbaycan Respublikası X3nda müa yinə və müalicə olunduğunu, evə buraxılan zaman ona daimi olaraq qəbul edilməsi üçün dərmanların yazıldığını, xxxx 2010-cu il tarixli müayinə aktı əsasında ona 2-ci qrup əlillik dərəcəsinin verildiyini, lakin faktiki olaraq anadan olan gündən ona kəmağıllıq diaqnozunun qoyulduğunu və mütəmadi olaraq bu diaqnoz ilə müalicə olunduğunu, atası X2 xxxx 2018-ci il tarixdə vəfat etdiyini, vəfat etmiş atasının - ailə başçısıni itirməyə görə əmək pensiyası alması üçün cavabdeh inzibati orqana müraciət etdiyini, anadan olduğu gündən 18 yaşına çatanadək orta dərəcəli kəmağıl olmaqla sağlamlıq imkanlarının məhdud olduğunu və vəfat etmiş atasının öhdəsində olduğunu, onun tam təminatında olmaqla yaşayış üçün daimi və əsas mənbəyi kimi kömək alaraq yaşadığını, atasının vəfatından sonra cavabdehə müraciət edərək, onun himayəsində olan ailə üzvü kimi ona pensiyanın təyin olunmasını xahiş etsə də, sonuncu, xxxx 2018-ci il tarixli məktubla “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsinə istinad etməklə, ona pensiya təyin olunmasından imtina etdiyini, halbuki anadan olduğu gündən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu rəsmi sənədlər: arayışlar, çıxarış, HMK-nın rəyi ilə müəyyən edilmiş 18 yaşından yuxarı əlil vəfat etmiş ailə başçısının öhdəsində olan ailə üzvü olduğunu, atası vəfat etdiyi günə qədər onun himayəsində olduğunu, ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun olduğunu, cavabdeh tərəfindən hüquqlarının pozulduğunu bildirərək, xxxx 2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavab dehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-4049/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xxxx 2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim – E.Q.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-22/2019 saylı qərarı ilə (sədrlik edən V.M.Məmmədov, hakimlər İ.B.Əhmədov və S.S.Seyidova) cavabdeh Dövlət Sosial X5 rayon şöbəsinin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsin in İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, qanunvericiliyin tələblərinə əsasən 18 yaşınadək uşaqlara sağlamlıq imkanlarının məhdudluğu, bundan böyük şəxslər üçün isə müvafiq olaraq birinci, ikinci və üçüncü qrup əlillik müəyyən edilir, hər iki halda yəni, həm əlillik dərəcəsini, həm də sağlamlıq imkanlarının məhdudluğunu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyinin qurumu olan tibbi-sosial ekspert komissiyaları müəyyən edir, İddiaçı (xx.xx.1992-ci il təvəllüdlü) xxxx 2010-cu ildə 2-ci qrup əlillik dərəcəsi verilmiş, yəni İddiaçı 18 yaşı tamam olduqdan sonra (18 yaş 5 ay) sonra ona əlillik dərəcəsi müəyyən edilmiş, halbuki, 430 saylı, xxxx 2010-cu il tarixli X2 verdiyi Epikriz (xəstəlik tarixindən) və xxxx 2010-cu il tarixli HMK-nın rəyinə görə i 18 yaşı tamam olmamışdan əvvəl iddiaçıda bu xəstəlik təsdiq edilmiş, lakin dövlət qurumları bu sənədləri vaxtında sosial ekspert komissiyasına təqdim etməsi, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu qurumu olan tibbi-sosial ekspert komissiyası öz vəzifə borcunu yerinə yetirməyək, iddiaçının 18 yaşının tamam olmasını gözləmiş, sonra isə xahişi təm in etməmiş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında’’ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2015-ci il tarixili 413 saylı Qərarının 1.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 3.1-ci bəndinə əsasən, uşaqların sağlamlıq imkanlarının məhdudluğu aşağıdakı hallarda müəyyən edilir: o cümlədən, 3.1.25-ci bəndə görə- iıııbesillik və idiotiya dərəcəsində olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi, daun sindromu (F71-F72, F73.F79. Q90); Əsasnamənin 4.4-cü bəndinə əsasən, bu Əsasnamənin 3.1.1-3.1.22-ci bəndlərində göstərilən hallarda 1 8 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir. Tərəflərin izahatları İddiaçı, nümayəndəsi Nümayəndə və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Dövlət Sosial X5 rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhk əmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Dövlət Sosial X5 rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin də lilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılma sı kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı, nümayəndəsi Nümayəndə, vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-22/2019 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, İddiaçı kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdə anadan olmuş, 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının xxxx 2010-cu il tarixli **** nömrəli arayışına görə iddiaçıya ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik təyin edilmişdir. Apellyasiya Məhkəməsi iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iddiaçıya əlillik 18 yaşından sonra təyin olunmuş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.5-ci bəndinin tələbi qaydasında tibbi-sosial ekspert komissiyaları tərəfindən onun sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən olunmamış, halbuki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsi bu halın 18 yaşınadək müəyyən edilməsini tələb edir, beləliklə, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmiş, bu inzibati aktın cavabdeh tə rəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmuş, Qanunun 14.1.1.2-ci maddəsinin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmadığından, cavabdehin xxxx 2018-ci il tarixli imtinası qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması və işdəki sübutların düzgün qiymətləndirilməməsi, iş materiallarının səthi araşdırılması ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbayc an Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, iddiaçının xxxx 2018-ci il tarixdə vəfat etmiş mərhum atası X6 xxxx 1982-ci ildən xxxx 2018-ci il tarixədək sosial sığorta stajına malik olmuş, X3 tərəfindən xxxx 2010-cu il tarixdə verilmiş HMK-nın qərarına və professor X1 məsləhətinə əsasən iddiaçıya orta dər əcəli kəmağıllıq diaqnozu qoyulmuş, bundan səkkiz ay sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı xxxx 2010-cu ildən müddətsiz 2-ci qrup əlillik təyin edilmiş, iş materiallarındakı Bakı Baş Səhiyyə İdarəsi X3 tərəfindən verilmiş xəstəlik barədə məlumat sənədlərinə əsasən, iddiaçı 2005-ci il tarixdən davamlı olaraq həkim müayinəsindən keçmiş və ona əqli (psixi) inkişaf geriliyi ilə orta dərəcəli kəmağıllıq diaqnozu qoyulmuş, Qaradağ rayonu X1 adına 195 saylı məktəbin direktoru tərəfindən verilmiş xasiyyətnamədə iddiaçının 2000-ci ildən 2004-cü ilə qədər məktəbin ibtidai sinifində təhsil aldığı, əqli və fiziki cəhətdən qüsurlu şagird olduğu və yoldaşlarından geri qalma xüsusiyyətlərinin olduğu, id diaçının məktəbdə 2000/2007-ci tədris ilində 7-ci sinfi bitirdiyi göstərilmiş, iddiaçıya xxxx 2010-cu ildə - 18 yaşı tamam olduqdan sonra 2-ci qrup əlillik təyin edilməsinə bazmayaraq iş materialları ilə iddiaçının məhz uşaqlıqdan sağlamlıq imkanlarının məhdud olduğu, vəfat etmiş atası Azər Məmmədovun himayəsində yaşadığı, buna görə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən onun vəfat etmiş ailə başçısının öhdəsində olan övladı olaraq əmək pensiyası hüququ olmuş, o, bu əsasla pensiya təyin olunması üçün cavabdehə müraciət etsə də, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsaslanaraq tələbin təmin edilməsindən imtina etmiş, bu zaman iddiaçının məhz 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu, inzibati orqanların səhlə nkarlığı üzündən 18 yaşı tamam olduqdan sonra əlilliyi rəsmiləşdirilməsi, beləliklə, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olduğu nəzərə alınmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1 və 14.1.1.2-ci maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda ( bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. İş materiallarına əsasən, iddiaçıya 18 yaşı tamam olduqdan sonra təyin edilmiş əlillik dərəcəsi sonradan yaranmış xəstəlik nəticəsində təyin olunmamış, uşaqlıqdan müəyyən edilmiş orta dərəcəli kəmağıllıq diaqnozu əsasında təyin edilmiş, işə əlavə edilmiş çoxsaylı tibbi sənədlərdən, xəstəlik tarixindən çıxarışlardan iddiaçının məhz 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunduğuna görə onun vəfat etmiş ailə başçısını itirməyə görə əmək pensiyası hüququ müəyyən edilsə də, apellyasiya məhkəməsi işin qeyd edilən faktiki hallarını və mövcud sübutları düzgün qiymətləndirməmiş, işin yalnız formal tərəflərinə əsaslanmaqla iddia tələbini təmin et məmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessu al pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İş üzrə əlavə sübutların əldə edilməsi və qiymətləndirilməsi, hərtərəfi məhkəmə tədqiqatı aparılması, zərurətini nəzərə alan məhkəmə kollegiyası hazırkı halda kassasiya şikayətinin tam təmin edilməsini mümkün saymır. İşə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)22/2019 saylı qər arı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, İddiaçı kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-22/2019 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(102)-1485/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1485/2019
29.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver