Məhkəmə qərarları › İş №2-1(102)-1485/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1485/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1485/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu, Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeyd iyyata alınaraq arayış verilməsi" tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli 2-1(105)288/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Mehdiabad Bələdiyyəsinin 14 iyun 2007-ci il tarixli 13 nömrəli protokolundan çıxarışa əsasən sahibkarlıq məqsədilə bələdiyyə mülkiyyətində boş sahənin (0,66 ha) X1 qərar verilmişdir. 2. 15 fevral 2018-ci il tarixli mədaxil qəbzinə əsasən X6 tərəfindən Mehdiabad Bələdiyyəsinin hesabına 10.020 manat ödənilmiş, 20 fevral 2018-ci il tarixdə "Torpaqların alqı-satqısına dair" akt tərtib edilmişdir.

3. X6 26 dekabr 2019-cu ildə vəfat etmiş, əri İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

4. İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində X5 ayrılmış 0,66 ha. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 18 yanvar 2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 9 fevral 2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, X5 0,66 ha. torpaq sahəsinin 14 iyun 2007-ci il tarixində, 13 nömrəli qərarla ayrıldığı halda, alqısatqı aktının 20 fevral 2018-ci il, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 3 dekabr 2020-ci il tarixində verildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa, müraciətə əlavə edilmiş Abşeron rayonu Mehdiabad bələdiyyəsinin ye rquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi müəyyən edilmişdir. Həmçinin, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edildiyi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Mehdiabad bələdiyyəsinin 14 iyul 2007-ci il tarixli iclasının 13 nömrəli protokoluna əsasən mərhum həyat yoldaşının adına ayrılmış 0,66 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum həyat yoldaşı X3 adına arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsasla ndırmışdır ki, mərhum həyat yoldaşı 10 noyabr 2006-cı ildə ərizə ilə Abşeron rayonu Mehdiabad bələdiyyəsinə müraciət etmiş və Mehdiabad bələdiyyəsinin 14 iyun 2007-ci il tarixli iclasının 13 nömrəli protokoluna əsasən ona sahibkarlıq məqsədilə bələdiyyə mülkiyyətindən 0,66 ha. torpaq sahəsi ayrılması barədə qərar verilmişdir. X6 26 dekabr 2019-cu il tarixində vəfat etdiyi üçün iddiaçıya 16 fevral 2021-ci il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Uzun illərdir ki, iddiaçı ona ayrılmış torpaq sahəsini özəlləşdirə və onun üzərində tikinti apara bilmir. İddiaçı, bununla bağlı cavabdehin imtina məktubunu əsassız hesab edir. Belə ki, ayrılmış torpaq sahəsinin yerquruluşu planından çıxarış verilmiş və Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdi q edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı Qaydaları"na əlavəyə əsasən torpaqların alqı-satqısına dair akt tərtib edilərək, Mehdiabad bələdiyyəsinin büdcəsinə 10.020 manat məbləğində pul vəsaiti köçürülmüş və 20 fevral 2018-ci il tarixində təsdiq olunmuşdur.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)1436/2021 nömrəli qərarına əsasən (hakim L.E.Mirzəyeva) iddia tələbi təmin edilmiş, Abşeron rayonu, Mehdiabad bələdiyyəsinin 14 iyul 2007-ci il tarixli iclasının 13 nömrəli protokoluna əsasən iddiaçının mərhum həyat yoldaşının adına ayrılmış 0,66 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına arayış verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılarkən həm Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin, həm də Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq xidmətinin rəyi alınmış və həmin torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən Mehdiabad bələdiyyəsinin hesabına köçürülmüş, bununla bağlı torpaq sahəsinin alqı-satqısına dair müqavilə tərtib edilmişdir. Eyni zamanda, sözügedən torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi də verilmişdir. Müvafiq rəylər sözügedən torpaq sahəsinin ayrılması ilə bağlı müsbət rəylər olmuş, qeyd olunan orqanlar tərəfindən həmin torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. Həmçinin, qüvvədə olan qanunvericiliyin tələbinə görə DƏDRX və onun ərazi idarələri, bir qayda olaraq, mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Yəni, qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilibedilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur.

10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(105)-288/2022 nömrəli qərarı ilə (sədrlik edən F.Ə.Məmmədov, hakimlər H.Ç.Babayeva və Z.T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1436/2021 nömrəli qərarı dəyişdirilmiş, Abşeron rayonu, Mehdiabad bələdiyyəsinin 14 iyun 2007-ci il tarixli iclasının 13 nömrəli protokoluna əsasən iddiaçının mərhum arvadı X5 ayrılmış 0,66 ha. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına arayış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, qərarın nəticə hissəsində Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 14 iyun 2007-ci il tarixli iclasının tarixini 14 iyul 2007-ci il kimi göstərmişdir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri imtina məktubunda qeyd olunanlarla eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 6.2-ci maddəsinin pozuntusuna yol verərək nəzərə almamışdır ki, 14 iyun 2007-ci il tarixli, 13 nömrəli qərarla torpaq sahəsi ayrılarkən X6 ilə Mehdiabad bələdiyyəsi arasında 0,66 ha. torpaq sahəsinin satılması barədə alqı-satqı aktı (müqaviləsi) bağlanmamışdır. Torpaq sahəsinə dair alqı-satqı aktı 11 il sonra, 20 fevral 2018-ci il tarixində bağlanmışdır.

15. Məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsinin 145,0 kv.m. hissəsi yüksək gərginlikli elektrik xəttinin (110 kvt) mühafizə zolağında yerləşir. Belə olan halda, "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"na əsasən, 110 kvt. elektrik xətlərinin mühafizə zonası hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 20 m. məsafədə müəyyənləşdirilmişdir. Deməli, həmin hissələrə dair torpaq sahəsinə hüquqlar qeydə alınmamalıdır.

16. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə, hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn y aranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəməyə müraciət etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 18. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların h ər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 19. ²Daşınmaz əmlakın dövlət reyestri haqqında² Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakı n özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

20. Azərbaycan Respublikası Prezidentinin “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında 8 iyul 2014-cü il tarixli 215 nömrəli Fərmanı Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 07, maddələr 464, 465, № 10, maddə 640, № 12, maddə 775, 2002, № 08, maddə 480, 2003, № 10, maddələr 545, 577, 581, 583, 2006, № 5, maddə 409, № 7, maddə 590, 2010, №7, maddə 610) ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı Qaydaları”n da aşağıdakı dəyişikliklər edilsin: (...) 3. “Torpaqların alğı-satqısı Qaydaları”na Əlavə - “Torpaqların alğı-satqısına dair Akt” çıxarılsın.

21. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şika yətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən ona is tinad etmişdir ki, 20 fevral 2018-ci il tarixində tərtib edilmiş “Torpaqların alğı-satqısına dair akt”a əsasən X2 bələdiyyəsinin 14 iyun 2007-ci il tarixli 13 nömrəli qərarı ilə ona ayrılmış 0,66 h. torpaq sahəsinin dəyərini Mehdiabad bələdiyyəsinin hesabına köçürmüşdür.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və bu nəticəyə dair əsaslandırmasını İPM-in 12.1, 12.2 58.7 və 82-ci maddələrinin tələbələrinə uyğun hesab etmir. Belə ki, bu qərarın 20-ci bəndində istinad olunan normanın məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli 215 nömrəli Fərmanı ilə “Torpaqların alğı-satqı Qaydaları”ndan “Torpaqların alğı-satqısına dair Akt” çıxarılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi akt isə 20 fevral 2018-ci il tarixində tərtib edilmişdir. Digər tərəfdən, həmin akt alıcı tərəfindən də imzalanmamışdır. Beləliklə, bələdiyyə qərarında nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçının hüquq sələfinə verilməsi baş tutmamışdır ("Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 6.2-ci maddəsi). Buradan, alıcının həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan mülkiyyət hüququ yaranmamışdır.

28. Bundan başqa, işə əlavə edilmiş, fərqli qurumlar (keçmiş DTXK-nin Abşeron rayon torpaq şöbəsi, Abşeron RİH memarlıq və tikinti şöbəsi) və vəzifəli şəxslər (şöbə müdirləri, bələdiyyə sədrləri) tərəfindən təsdiqlənmiş 2 ədəd “Abşeron rayonu, Mehdiabad Bələdiyyəsinin yerquruluşu planından çıxarışlar”da ayrılan 0.66 ha torpaq sahəsinin yer ləşmə vəziyyəti və konfiqurasiyası da fərqli göstərilmişdir (iş v. 10, 11).

29. İşin həmin halları araşdırma predmeti olmamış, onlara qiymət verilməmişdir.

30. Beləliklə, İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğundan, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kolleg iyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli 2-1(105)-288/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar