Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1485/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydə alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2023-cü il tarixli, 2-1(103)-1372/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında, 0,0445 kv.metr xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 229,10 kv.metrdən ibarət fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (reyestr nömrəsi: **********31-10301) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmış və sözügedən fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixdə texniki pasport tərtib olunmuşdur.
2. Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən, Hövsan qəsəbəsi, Məktəb küçəsi, ev 2C ünvanınd a yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 2 mərtəbəli fərdi yaşayış evinin yenidənqurma və yenidənplanlaşdırma işləri aparılaraq qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün uyğunlaşdırıldığı müəyyən edilmiş və həmin 2 mərtəbəli fərdi yaşayış evinin 117,9 kv.metr yaşayış sahəsinin mövcud qanunvericiliyin tələblərinə əsasən təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilmişdir. 3. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə ünvanlanmış razılıq ərizələrində iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən **********1-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli ümumi sahəsi 229,10 kv.metr olan fərdi yaşayış evinin və ümumi sahə si 0,0445 ha olan torpaq sahəsinin ipoteka olunmağına baxmayaraq, təyinatının (daşınmaz əmlakın növünün) dəyişilməsinə etiraz etmədikləri, əmlakın təyinatının dəyişməsinin girov saxlayan ilə girov münasibətlərinə təsir göstərməyəcəyi qeyd olunmuşdur.
4. İddiaçı hazırkı tələblə bağlı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, cavabdehin mütəxəssisləri tərəfindən sözügedən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasına dair təqdim edilən eskiz layihə ilə faktiki vəziyyət uyğunsuzluq təşkil edir. Qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqlar "xxxx" MMC-nin x eyrinə ipoteka ilə yüklü edildiyi üçün daşınmaz əmlakın dövlət reyestrində cari dəyişikliklərin edilməsi ilə bağlı "xxxx" MMC-nin razılıq məktubu əlavə edilməlidir. Bundan əlavə, qeyri - yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydə al ınmış, ünvan 1 ünvanında yerləşən 229,10 kv.metrdən ibarət daşınmaz əmlakın (fərdi yaşayış evi) qeyriyaşayış sahəsi kimi iddiaçının adına xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Lakin indi həmin yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirmək istəyir. Bununla bağlı qanuni hər hansı maneə mövcud deyil. Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin razılığı mövcuddur. Həmçinin, evin ipotekada olması nəzərə alınaraq, "xxxx" MMC-nin də razılığı alınmışdır. Cavabdehin imtinasını əsassız hesab edir.
8. Cavabdeh iddiaya qarşı imtina məktubuna uyğun etirazında əlavə olaraq qeyd etmişdir ki, sözügedən daşınmaz əmlaka yerində baxış zamanı göstərilən əmlakın sənəd üzrə sahəsinin 229,1 kv.metr, faktiki ölçüsünün 233,7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 07 dekabr 2022-ci il tarixli, 2-1(112)-11888/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 1 ünvanında yerləşən 229,10 kv.metrdən ibarət daşınmaz əmlakın (fərdi yaşayış evi) qeyri-yaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən, işin halları və qanunvericiliyin tələbləri nəzərə alınmamış, yalnız formal mülahizələrə istinad olunmuşdur.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya insta nsiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 07 mart 2023-cü il tarixli, 2-1(103)-1372/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri qeyri-yaşayış binasına dair təqdim edilən eskiz layihə ilə faktiki vəziyyətin uyğunsuzluq təşkil etməsindən, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqların "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edildiyi üçün daşınmaz əmlakın dövlət reyestrində cari dəyişikliklərin edilməsi ilə bağlı "xxxx" MMC-nin razılıq məktubunun əlavə edilməməsindən, yaşayış sahəsindən qeyri-yaşayış binasına keçilməsinə dair daşınmaz əmlakın hüquqmüəyyənedici sənədlərinin təqdim edilməməsindən ibarətdir. Halbuki, Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 127 nömrəli sərəncamı ilə sözügedən fərdi yaşayış evinin 117,9 kv.metr yaşayış sahəsi təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq qeyri-yaşayış sahəsinə mövcud qanunvericiliyin tələblərinə əsasən keçirilmiş, o cümlədən "xxxx" MMC tərəfindən iddiaçıya məxsus həmin fərdi yaşayış evinin ipoteka olunmağına baxmayaraq, təyinatının (daşınmaz əmlakın növünün) dəyişdirilməsinə etiraz edilməməsi barədə razılıq verilmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış sözügedən daşınmaz əmlakın Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən qeyriyaşayış sahəsinə mövcud qanunvericiliyin tələblərinə əsasən keçirilməsi müəyyən edildiyindən, eyni zamanda həmin sahə ilə bağlı hər hansı mübahisənin olması hazırkı məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QA RŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istəd iyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanının 1.2.-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləs inə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaş dırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qe ydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əs assızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivə sində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şi kayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə cavabdehin imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları b axımından iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. İddiaçının hüquqi marağı və məqsədi ona məxsus qeyri-yaşayış sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsinə nail olmaqdan ibarətdir.
30. Bununla bağlı nəzərə almaq lazımdır ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanının səlahiyyətinə aiddir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya məxsus yaşayış sahəsi Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq inzibati aktla qeyri-yaşayış sahəsinə keçirilmişdir. Həmin inzibati akt cavabdehə münasibətdə də hüquqi qüvvəyə malikdir. Cavabdeh həmi n sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
31. Belə ki, bu qərarın 18-ci bəndində istinad olunan normalara görə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. 32. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanının 1.2.-ci bəndinə əsasən, həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, cav abdeh yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qanuni qüvvəsini almış və etibarlı olan qərarını təftiş edə, həmin qərarı icra etməkdən yayına bilməz.
34. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 ma rt 2023-cü il tarixli, 21(103)-1372/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.