Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1485/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməməyə görə cavabdehin cərimə olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı “ona xx.xx.2005-ci il tarixdə 01 nömrəli siyahı üzrə 45 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarını icra etməyən cavabdehin cərimə edilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-127/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı id dia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçıya xx.xx.2005-ci il tarixdə 1 nömrəli siyahı üzrə 45 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının xx.xx.2006cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2604/2019 saylı, 26 dekabr 2019cu il tarixli qərarı ilə (hakim X2) iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2005-ci il tarixdə 1 nömrəli siyahı üzrə 45 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. İddiaçının ərizəsi əsasında Şirvan İnzibati Məhkəməsinin 2-1(086)-2604/2019 saylı, 10 mart 2020-ci il tarixli qərardadı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)2604/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qərarının icrasına dair icra sənədi verilməklə Salyan rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək barəsində çıxarılmış Şirvan İnzibatiİqtisadi Məhkəməsinin 2-1(086)-2604/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qərarının cavabdeh tərəfindən icra olunmadığını bildirmiş və məhkəmənin qərarının icrasının təmin edilməsini xahiş etmişdir. 5. 24 yanvar 2022-ci il tarixdə yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdaf iə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (surəti Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına) müraciət olunaraq, qeyd olunan məhkəmə qərarının dərhal icra olunması tələb olunmuş, məhkəmə qərarını icra etməyən cavabdehin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən 50000 (əlli min) manat cərimə edilməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 09 fevral 2022-ci il tarixli, **********9 məktubunda Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2-1(086)-2604/2019 nömrəli qərarının 32644,80 manat fərq məbləği müəyyən edilərək ödənildiyini bildirmişdir. İddiaçı 11 noyabr 2022-ci il tarixdə məhkəməyə şikayət ərizəsi yazaraq, barəsində çıxarılmış Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2-1(086)-2604/2019 nömrəli qərarının cavabdeh tərəfindən tam icra olunmadığını bildirmiş, məhkəmədən qərarın icrasının təmin edilməsi xahiş edilmişdir. 6. 11 noyabr 2022-ci il tarixdə və 03 aprel 2023-cü il tarixdə yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (surəti Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına) müraciət olunaraq, qeyd olunan məhkəmə qərarının dərhal icra olunması tələb olunmuş, məhkəmə qərarını icra etməyən cavab dehin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120ci maddəsinə əsasən 50000 (əlli min) manat cərimə edilməsi barədə xəbərdarlıq edilmişdir.
7. İddiaçı 03 aprel 2023-cü il tarixdə məhkəməyə şikayət ərizəsi yazaraq, barəsində çıxarılmış Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2-1(086)2604/2019 nömrəli qərarının cavabdeh tərəfindən tam icra olunmadığını bildirmiş, məhkəmədən qərarın icrasının təmin edilməsini, əks halda həmin inzibati orqanın cərimə edilməsini xahiş etmişdir.
8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 23 may 2023-cü il tarixli, 3-17-1/2-114787/2023 nömrəli eyni məzmunlu məktubunda Şirv an İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2- 1(086)-2604/2019 nömrəli qərarının 32644,80 manat fərq məbləği müəyyən edilərək ödənildiyini bildirmişdir.
9. Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərardadı ilə (hakim X4) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə X7 İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarını icra etmədiyi üçün 2000 (iki min manat) cərimə edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh bütün xəbərdarlıqlara baxmayaraq Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(086)2604/2019 nömrəli qərarını icra etmir, həmin qə rar üzrə xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək 140321,92 manat ödənilməli məbləği 36 aya bölməklə ödəməli olduğu halda məhkəmə qərarını öz mülahizəsinə uyğun təfsir edərək 2018, 2019, 2020-ci illər üzrə hesablayaraq ödəniş etmiş, məhkəmənin 32644,80 manat fərq məbləğinin hansı illər və aylar üzrə hesablanmasının açıqlaması barədə sorğulara cavab verməmiş, həmçinin 90832,37 manat ödənilməli məbləğ qaldığı halda məhkəməyə Şirvan İnzibatiİqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarının icra olunması barədə yalan məlumat verir. Həmçinin xəbərdarlıqlar olunaraq müəyyən olunmuş müddət verilməsinə baxmayaraq cavabdeh yenə də məhkəmə qərarını icra etməmiş, qərarın icra olunmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-127/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X5 və X1) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayə tində “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020ci il tarixli qərardadına istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının əsassız və qanunsuz olduğu qeyd edilir.
16. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün.. ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyul tarixədək yaranmış, '“lakin əmək pensiyasının təyin “edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
17. Göründüyü kimi “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
18. Eyni zamanda Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 21(086)-2604/2019 nömrəli qərarında İddiaçı qızma xx.xx.2005-ci il tarixdə 1 nömrəli siyahı üzrə 45 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2006cı il tarixdən 2004-2005-ci illərin, əməkha qqı arayışına əsasən yenidən hesablanması göstərilsə də, fərq məbləğinin məhz həmin tarixdən hesablanaraq tam ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmamışdır. Yəni məhkəmə əmək pensiyasının hansı tarixdən və hansı qaydada yenidən hesablanmalı olmasını dəqiq ifadə etmiş, lakin keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi şərtlərini müəyyənləşdirməmişdir. Belə olan halda, keçmiş dövr üzrə fərq məbləğinin qanunvericiliyin məhkəmə qərarının qəbul olunduğu tarixdə qüvvədə olan tələblərinə uyğun qaydada hesablanaraq ödənilməsi tamamilə qanunauyğundur. Odur ki, adıçəkilən şəxsə ötən dövr üzrə ödənilməli olan 32644,80 manat fərq məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada məhkəmə qərarının icrası tam başa çatdırılıb və sö zügedən ekspert rəyində göstərilən hər hansı borc məbləği mövcud deyildir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olu nacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasi ya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar q əbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərardadı bütövlüklə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayə tinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır.
23. İş materiallarından görünür ki, hazırkı məhkəmə mübahisəsi məhkəmə qərarının tam icra edilməməsi ilə əlaqədar yaranmışdır.
24. Apelyasiya instansiyası məhkəməsi cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarının tam icra edilmədiyi qənaətinə gəlmiş və hesab etmişdir ki, məhkəmə qərarı tam icra olunmadığına, verilmiş xəbərdarlıqlara əməl edilmədiyinə görə cavabdeh inzibati orqan barəsində cərimə tətbiq edilməlidir.
25. Lakin məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.
26. Cərimənin tətbiq edilmə əsası Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)2604/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qərarının icrası ilə bağlı olmuşdur. Həmin qərarın nəticə hissəsində məhkəmə iddia tələbinin təmin edilməsi, İddiaçı xx.xx.2005-ci il tarixdə 1 nömrəli siyahı üzrə 45 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması öhdəliyini cavabdehin üzərinə qoymuşdur.
27. Yəni göründüyü kimi məhkəmə iddiaçıya təyin edilmiş əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması qərarına gəlmişdir. Başqa sözlə məhkəmə iddia tələbini təmin edərkən iddia tələbinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanmasını aparmış, ödəmə ilə bağlı məsələyə toxunmamışdır. Odur ki, məhkəmə qərarının tam icra edilməməsi ilə bağlı apely asiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə qəbul edilən saya bilməz.
28. Ödəmə hissəsi ilə əlaqədar olaraq isə məhkəmə kollegiyası bildirir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
29. Eyni zamanda “N.Hüseynbəyov un şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1-1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir.
30. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarına və Ali Məh kəmənin İnzibati Kollegiyasının qərardadına müvafiq olaraq ötən dövr üzrə ödənişin həyata keçirilməsi ilə bağlı müraciətin hansı vaxtda edilməsindən, habelə pensiyanın ilk dəfə təyin edilməsindən və pensiyanın yenidən hesablanmasından asılı olaraq fərqli qayda müəyyən edilmişdir. Apellyasiya məhkəməsi Plenum qərarı və kollegiyanın qərardadının işığında mübahisəyə qiymət verməmişdir.
31. Məhkəmə qərarında pensiya məbləğinin (fərqinin) təyin edilməsi və ödənilməsi konkret olaraq göstərilməli, onun icrası zamanı bu hal xüsusi nəzərə alınmalı, icrası da onun məzmununa uyğun həyata keçirilməlidir. Lakin apelyasiya instansiyası məhkəməsinin qərardadında Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2604/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qərarının xx.xx.2006-cı il tarixdən icra edilməsi, yəni əmək pensiyasının həmin tarixdən iddiaçıya ödənilməsi əsaslandırılmamışdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, təkrar apelyasiya baxışında bu xüsusata diqqət yetirilməli və məhz ödəmə müddətinin hansı tarixdən həyata keçirilməsi müəyyən edilməli, bundan sonra məhkəmə qərarının icra vəziyyəti müzakirə edilməlidir.
33. Eyni zamanda bunu da vurğulamaq zəruridir ki, bu halın müəyyən edilməsi zamanı hər hansı bir ekspertizanın keçirilməsinə zərurət yoxdur. Çünki bu bir hüquqi məsələdir və ekspertiza tədqiqatının predmeti ola bilməz.
34. Odur ki, kassasiya şikayəti qismən təmin olunaraq apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar apellyasiya baxışına göndərilməli, əlavə araşdırmaya zərurət olduğundan şikayət icraata xitam verilmə hissəsində təmin edilməməlidir.
35. Yuxa rıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-127/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti iş üzrə icraata xitam verilməsi hissəsində təmin olunmasın. Qərar qətidir.