Məhkəmə qərarları › İş №2-1(102)-1485/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1485/2025

05.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1485/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxsə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi; məzmunun formadan üstün olması; mütənasiblik və ədalətlilik prinsipləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavab deh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)3309/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qərarından iddiaçının kassasiya şikayətinə əsasən inzibati işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının xx.xx.1968-ci il tarixdə doğulması barədə akt qeydi doğum haqqında akt qeydi Füzuli rayon qeydiyyat şöbəsində qeydiyyata alınmış, valideynləri X1 ilə Babaşova Zabuta Kamran qızıdır.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabe liyində Dövlət Sosial Müdafiə X3 şəxsin tabeliyində Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının 12 oktyabr 2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş inzibati icraat materiallarına, o cümlədən Azərbaycan SSR Sosial Təminatlar Nazirliyinin Füzuli rayon TSEK-nin Ser BTЭ-4 seriyalı 095606 nömrəli arayışına əsasən TSEK-in qərarı ilə iddiaçıya xx.xx.1991-ci il tarixdən İİ dərəcə əlillik təyin edilmiş, Sosial Müdafiə Mərkəzinin Qərarının surətinə əsasən həmin qərarla “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə müvafiq olaraq iddiaçının İİ qrup uşaqlıqdan əlilliyinə görə ailə üzvünə xx.xx.1993-cü ildən 500 (beş yüz) manat məbləğində pensiya təyin olunmuş, xx.xx.1994cü il tarixdən iddiaçıya DSMF-nin Sabirabad ra yon şöbəsinin 1642 №-li qərarı ilə ona yaşa görə əmək pensiyası təyin olunmuşdur.

3. Beləliklə iddiaçının əlillik vəziyyəti xx.xx.1991-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmış və MEİS-in “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən ona İİ qrup əlilliyə görə müavinət təyin edilmişdir və ödənilir.

4. DSMF-nin Sabirabad rayon şöbəsinin 1642 №-li qərarı ilə ona xx.xx.1994-cü il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur.

5. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilir ki, müavinət işinə dair sənədlərdə olan Ser. BTЭ-5 095606 saylı Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışa əsasən İİ dərəcə əlilliyi 18 yaşından (xx.xx.1986-cı il tarixdən) sonra müəy yən olunduğu üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddianın əsaslarına görə, Uşaqlıqdan əlildir və 28 fevral 1989-cu il tarixli Ser BTЭ-5 № 098126 seriyalı Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışa əsasən İİ dərəcəli əlillik müəyyən edilmiş və həmin dərəcə ilə müavinət alır. Hal-hazırda valideynləri öldüyünə görə “Əmək pensiyaları haqqında” Qanuna əsaslanaraq atasının və ya anası nın əmək pensiyasının ona təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətindən imtina olunmuş və bunun əsası kimi, əlilliyinin 18 yaşından sonra (xx.xx.1986-cı il tarixdən sonra) müəyyən edilməsi göstərilmişdir. Halbuki, iddia ərizəsinə əlavə olunmuş Tibbi-sosial ekspert komissiyasının rəyindən müəyyən olunur ki, əlilliyi 18 yaşından sonra qeydiyyata alınsa da əlillik onda uşaqlıqdan mövcud olmuşdur.

8. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlillərinə görə, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.1991-ci il tarixdən İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyini üçün 18 yaşına çatanadək onun sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməli idi. İş materiallarında olan sənədlər əsasın da iddiaçının ikinci dərəcəli əlil olması, əlilliyin səbəbinin uşaqlıqdan yazıldığı müəyyən edilsə də, lakin həmin əlilliyin iddiaçıya ilkin olaraq xx.xx.1991-ci il tarixdə, yəni 18 yaşına çatanadək deyil, 18 yaşından sonra (23 yaşında) təyin edildiyi müəyyən edilmişdir. Belə olan halda, iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs kateqoriyasına daxil deyildir və həmin əsasla ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilməz.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2444/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim N.Abiyev) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, iddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuşdur. 18 yaşı xx.xx.1986-cı il tarixdə tamam ol muş, lakin ilkin əlillik dərəcəsi isə ona 5 ildən sonra, xx.xx.1991-ci il tarixdə, yəni 23 yaşında təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci və 14.1.1.2-ci maddələri isə nəzərdə tutur ki, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs - vəfat etmiş və ya həlak olmuş ailənin ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, iddiaçının davamlı olaraq 18 yaşınadək və həmin yaşından əlillik dərəcəsi mövcud olmalıdır ki, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması mümkün olsun. Konkret halda isə tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, onun 18 yaşı 1986-cı ildə tamam olsa da, həmin yaşından ona əlillik təyin olunması üçün TSEK-ə müraciət etməmiş, 18 yaşı tamam olduqdan 5 il keçdikdən sonra, onun müraciəti əsasında TSEK tərəfindən xx.xx.1991-ci il tarixli qərarı ilə ona İİ dərəcə əlillik təyin edilmiş, lakin bu zaman da əlilliyinin 18 yaşından təyin edilməli olmasını mübahisələndirməmiş, müvafiq iddia qaldırmamış və həmin qərar qüvvəsində qalmışdır.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-3309/2024 nömrəli iş üzrə 17 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər C.Yusifov (sədrlik edən və məruzəçi), C.Məmmədov və G.Abbasova) apellyasiya şikayəti təmin edilməmiş, B akı İnzibati Məhkəməsinin 2-1(112)-2444/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsinin qərarının əsasları birinci instansiya məhkəməsi ilə eyni olmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. İşin faktiki hallarına görə iddiaçı sol gözü əməliyyat nəticəsində götürüldüyü üçün faktiki olaraq 1983-cü ildən əlildir. Məhkəmə tərəfindən faktiki olaraq 1983-cü illərdə iddiaçının əlilliyinin müəyyən olunması ilə bağlı münasibət bildirməyib və iddiaçının sol gözünün əməliyyat nəticəsində götürülməsinə dair araşdırma aparm amışdır. Nəzərə almaq lazımdır ki, 1986-cı ilə kimi, yəni 18 müəyyən edilməsi ilə bağlı müraciət edə bilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır; İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkə mə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur; Maddə 15.1. Qa nunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə

17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərin in ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nə vələrinə baxırsa və işləmirsə; Maddə

34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. 21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif man eələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq (22 iyun 2021-ci il tarixli 346-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.2-ci maddədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri çıxarılmışdır); Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edi ldiyi tarixdən əlilliyi olan şəxs hesab edilir

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur; 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.20. anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8).

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyal arı tərəfindən həyata keçirilir; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul ed ir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasi ya instansiyası məhkəməsi vasitəsi ilə verilir; Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir; Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instans iyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İ NSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə işin halları tam və hərtərəfli olaraq araşdırılmamışdır. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

28. İddiaçı hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olduğundan, onun vəfat etmiş ailə başçısının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.

29. Cavabdehin şikayətinin d əlillərinə görə iddiaçı 18 yaşına çatanadək qanunvericiliklə tələb edilən qaydada sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədiyindən, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmamışdır.

30. İşdə olan sənədlərə görə iddiaçının 18 yaşından yuxarı əlilliyi olan şəxs olması mübahisə doğurmur. Mübahisə onun əlilliyinin məhz 18 yaşına çatanadək müəyyən edilməsi ilə bağlıdır.

31. Apellyasiya instansiyası məhkəməsi iddia rədd edilməsi nəticəsinə gələrkən cavabdehin mövqeyi ilə razılaşmış, iddiaçının əlilliyinin məhz 18 yaşına çatanadək müəyyən edilmədiyi qənaətinə gəlmişdir.

32. Lakin iş materiallarında olan Ser. BTЭ-5 098126 saylı arayışda iddiaçının İİ dərəcə əlilliyinin uşaqlıqdan mövcud olduğu qeyd edilmişdir.

33. Nəticə etibarilə, əlilliyin qiymətləndirilməsi üzrə qeyd edilən arayışda göstərilənlər o qənaətə gəlməyə imkan verir ki, iddiaçının əlilliyinə əsas verən, onun müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki pozuntular onda 18 yaşına çatanadək mövcud olmuşdur.

34. Bununla belə, iddiaçı 18 yaşı tamam olduqdan sonra rəsmi qaydada, müvafiq orqanın qərarı ilə əlilliyi olan şəxs hesab edilmişdir. Qanunverici isə əlilliyi olan şəxs statusunun əldə edilməsini məhz əlilliyin qiymətləndirilməsini həyata keçirən orqanın müvafiq qərarı ilə şərtləndirmişdir.

35. Bu halda, 18 yaşı tamam olmamış şəxsin əlilliyinin müəyyən edilməsi üçün onun qanuni nümayəndəsinin həmin orqana müraciət etməsi, bundan sonra isə əlilliyi müəyyən edən orqanın bu barədə qərar verməsi vacibdir. H azırkı halda iddiaçının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə valideynlərinin əlilliyi müəyyən edən orqana müraciət etməsinə dair işdə sübut olmamasına və 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə inzibati aktın (arayışın) olmamasına baxmayaraq, iddiaçının əlilliyinin uşaqlıqdan mövcud olduğu müəyyən edilərsə, o 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə bərabər statuslu hesab edilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxs hesab edilməlidir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2925/2023 nömrəli üçulduzlu qərarında olan mövqeyə görə ““Əmək pensiyaları haq qında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan əldə olunması halına münasibətdə xüsusi yanaşma tətbiq olunmalıdır.... Nəzərə alınmalıdır ki, əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə həyata keçirilir. Kollegiya qeyd edir ki, əlilliyə səbəbiyyət verən xəstəliklər və ya çatışmazlıqların anadangəlmə və ya sonradan qazanılmış olmasının fərqləndirilməsi bu qəbildən olan mübahisələr üzrə mühüm əhəmiyyət kəsb edir. Birinci halda, şəxsin cəmiyyət həyatında digər şəxslərlə bərabər tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissi pozuntuları onun doğulduğu andan mövcud olur, digər halda isə həyatın sonrakı dövrlərində müxtəlif amillərin təsiri altında əldə edilir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin məqsədi ona yönəlmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vəfat etmiş şəxsin övladları sırasından həm də o şəxslərə verilsin ki, onlar 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olsunlar. Hazırkı müb ahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərtlərdən biri 18 yaşına çatanadək əlilliyin müəyyən edilməsidir. Kollegiya qeyd edir ki, əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqda, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Bu halda da şəxs qanunun məqsədləri baxımından 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs kimi qəbul edilməlidir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər.”

37. Belə olan halda işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman iş materiallarında olan Ser. BTЭ-5 098126 saylı arayışda iddiaçının İİ dərəcə əlilliyinin uşaqlıqdan mövcud olmasına dair göstərilmiş qeydlə bağlı ətraflı araşdırma aparılmalı, TSEK-in qərarı ilə iddiaçıya xx.xx.1991-ci il tarixdən İİ dərəcə əlillik təyin edilərkən əsas olmuş diaqnozun iddiaçıda hansı tarixdən mövcud olduğu dəqiqləşdirilməli, araşdırmanın nəticəsi hazırkı əsaslandırma baxımından qiymətləndirilməklə yekun qərar qəbul edilməlidir.

38. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş yuxarıda qeyd olunan xüsusatların araşdırılması və qiymətləndirilməsi üçün təkr ar apellyasiya məhkəməsinə qaytarılmalıdır.

39. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-3309/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar