Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1486/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1486/2019 Bakı şəhəri 15 may 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili X2un, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon Şöbəsinin vəkili XXXun iştirakları ilə, cavabdeh Dövlət Sosial Müda fiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən xxx3 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2-1(103)-277/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 06 mart 2012-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1973-cü il tarixdə əm ək fəaliyyətinə başlamaqla 1994-cü il tarixədək müxtəlif vəzifələrdə işləmişdir ki, həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır işlərin Siyahısında öz əksini tapmış. İddiaçı əmək kitabçasında da göstərilmiş həmin güzəştli vəzifələrdə işləməsi səbəbindən, ona qanunvericiliyin tələblərinə uyğun olaraq 57 yaşının tamam olduğu 06 mart 2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etiraz təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixdə, 2-1(82)3063/2018 saylı qərarı ilə (hakim Zaur Tağıyev) iddia təm in edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı zəruri iş stajını topladığından və əmək kitabçasında göstərilmiş peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, göstəricilərin Siyahısı”nda öz əksini tapdığından, cavabdehin araşdırma aparmadan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməsi qanuna zidd olmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2-1(103)-277/2019 saylı qərarı ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Ülvi Mayılo v və Kəmalə Abiyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2, 9, 9.1, 9.8, 21.1, 31.1, 32.1, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyü nü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, əmək pensiyaları haqqında qanunvericilik axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunan kişilərin azı 25 il sığorta stajına malik olduqları və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdırları halda onların 60 yaşına çatdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olmasını müəyyən etmişdir. İddiaçı, “Azgiprazem”də və “Cənubaqrarkəndsutəchizatı” BL İnstitutunda bilavasitə çöl şəraitində işlədiyi müddət barəsində arayış təqdim etmədiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmamışdı r. Digər əsas kimi cavabdeh şikayətində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddələrinin tələblərini və pensiyanın hesablanması zamanı orta aylıq əmək haqqında dair müddəaları sadalanmış, lakin onların hansı qaydada tətbiq edilib-edilməməsi barədə əsaslandırma aparmamışdır. Kassasiya şikayətində göstərilən dəlilin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası icl asında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun rədd edilməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı xx xxxx 1955-ci il təvəllüdlüdür. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin 30 may 2018-ci il tarixli, 19/4724-01 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında’' Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində. həmçi nin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahı üzrə çalışan sığortaolunanların: kişilər — 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Azgiprazem "-də və "Cənubaqrarkəndsutəchizatı "DBL İnstitutunda biləvasitə çöl şəraitində iddiaçı işlədiyi müddət barəsində arayış təqdim etdikdən sonra pensiya hüququna baxılacaqdır. Əmək kitabçasının surətinə əsasən, iddiaçı 26 mart 1973-cü il tarixli, 39 saylı əmrlə X1 Nazirliyi Kür-Araz çaylarının Bəndatma İdarəsində t opoqrafik dəstədə baş texnik peşəsinə qəbul edilmiş və 01 avqust 1973-cü il tarixli, 8 saylı əmrlə işdən azad edilmiş, 04 sentyabr 1973-cü il tarixli, 164 saylı əmrlə “Azgiprazem”-də texnik peşəsinə qəbul edilmiş və 04 noyabr 1974-cü il tarixli, 155 saylı əmrlə işdən azad edilmiş, 26 noyabr 1974-cü ildən 06 dekabr 1976-cı ilə kimi sovet ordu sıralarında hərbi xidmətdə olmuş, 17 yanvar 1977-ci il tarixli, 7 saylı əmrlə həmin müəssisədə texnik peşəsinə qəbul edilmiş və 20 mart 1979-cu il tarixli, 61 saylı əmrlə işdən azad edilmiş, 29 mart 1979-cu il tarixli, 52 saylı əmrlə “Cənubaqrarkəndsutəchizatı” BLİnstitutunun mühəndis axtarış şöbəsində mühəndistopoqraf peşəsinə qəbul edilmiş və 27 avqust 1986-cı il tarixli, 101 saylı əmrlə işdən azad edilmiş, 28 avqust 1986-cı il tarixli, 177-k saylı ə mrlə mühəndis-topoqraf peşəsinə qəbul edilmiş və 10 iyun 1994-cü il tarixli, 79-k saylı əmrlə işdən azad edilmiş, 10 iyun 1994-cü il tarixli, 2 saylı əmrlə “İlham” kooperativinə baş-mühəndis peşəsinə qəbul edilmiş və 30 iyul 1994-cü il tarixli, 4 saylı əmrlə işdən azad edilmiş, 01 avqust 1994-cü il tarixli, 35/k saylı əmrlə iş icraçısı vəzifəsinə qəbul edilmiş və 04 may 1996-cı il tarixli, 31/k saylı əmrlə işdən azad edilmişdir. “Azərmemarlayihə” DBLİ 02 avqust 2013-cü il tarixli, 02/06 saylı arayışında İddiaçı 1979-cu ildən 1983-cü ilədək, 1986-cı ildən 1994-cü ilədək “Cənubaqrarkəndsutəchizatı” DBL İnstitutunun mühəndis-axtarış şöbəsində mühəndis-topoqraf, topopartiyanın rəisi, baş mütəxəssis vəziflərində çalışmışdır. İşlədiyi müddətdə Respublikasının müxtəlif rayonlarında çöl işlərində topoqrafiya-geodeziya işlərini yerinə yetirmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixində imzaladığı “Əmək pensiyaları haqqında” fərmanın 1.3-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, göstəricilərin siyahısı”nın 1.3-ci bəndinə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Azərbaycan Respublikası DT və XK Dövlət Yerquruluşu Layihə İnstitutunun 27 sentyabr 2013-cü il tarixli, 113 saylı arayışında iddiaçının 04 sentyabr 1973-cü ildən “Azgiprazem”də texnik vəzifəsində 04 noyabr 1974-cü ildən topogeodezis işləmişdir. İşlədiyi müddət ərzind ə Respublikasının müxtəlif çöllərində geodeziya işlərini yerinə yetirmidir. Həbi xidmətə çağırı ilə əlaqədar işdən azad edilmiş, hərbi xidmətdən qayıtdığı üçün 18 yanvar 1977-ci il öz iş yerinə bərpa olunmuş və 20 mart 1979-cu ildən işdən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixində imzaladığı “Əmək pensiyaları haqqında” fərmanın 1.3-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, göstəricilərin siyahısı”nın 1.3-ci bəndinə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual M əcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ o əsasla yaranmışdır ki, qanunla müəyyən edilmiş yaş həddinə çatmış və müvafiq umumi və xüsusi iş s tajını toplamışdır. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, iddiaçının işlədiyi dövrə aid güzəştli iş stajı barədə arayışın olmaması səbəbindən, onun güzəştli şərtlərlə pensiya hüququ da yaranmamışdır. Məhkəmə kollegiyası dəlili qismən əsaslı hesab edir. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçının pensiya hüququnun yarandığı dövrə münasibətdə düzgün olaraq pensiya qanunvericiliyinin tələblərini tətbiq etmiş və bu hissədə cavabdehin bildirdiyi əsası, yəni iddiaçının müraciət etdiyi vaxt qanunvericiliyin müddəalarının tətbiq edilməli olduğunu düzgün hesab etmir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci və Azərbaycan Respublikası MPM-nin 217-ci maddələrinin mənasına görə, inzibati prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mü bahisələrə dair işlər üzrə məhkəmə icraatında mülki prosessual qanunvericiliyin tələbləri tətbiq olunur ki, onlara əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsi müəyyən edilmişdir. Eyni mahiyyətli müddəada həmçinin zamana görə qüvvəyə minən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulu ndan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, bu hissədə cavabdehin bildirdiyi dəlil qanunvericiliyin tələblərinə uyğun deyildir və apellyasiya məhkəməsi məsələyə düzgün hüquqi qiymət vermişdir. İddiaçının iddia edilən güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı 06 mart 2012-ci il tarixinə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) müddəalarına görə: - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanıtərəfi ndən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, (...) çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsas ən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Republikasının Nazirlər Kabineti 23 yanvar 2007-ci il tarixli, 23 saylı qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıs ı» təsdiq edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, 06 mart 2012-ci il tarixinə iddiaçının 57 yaşı tamam olmuş, həmin müddətə onun 25 il sığorta stajı və onun daxilində 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi sığorta stajı toplanılmışdır. İşin hallarına görə iddiaçının ümumi iş stajınının dövrlərini 26 mart 1973-ci ildən və 04 may 1996-cı tarixə qədər olan müddət təşkil etmiş, bu müddət ərzində iddiaçının müxtəlif vaxtlarda müxtəlif peşələrdə işlədiyini apellyasiya məhkəməsi müəyyən etsə də, lakin hansı qaydada həmin müddətlərin bilavasitə cəm şəklində 25 il təşkil etdiyi, onun daxilində isə 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi sığorta stajının hesablandığı müəyyən deyildir. Halbuki, istinad edilmiş Qanununun 22-ci maddəsi “Sığorta stajının hesablanması qaydası”nı aşağıdakı kimi tənzimləmişdir: - 22.1-ci maddəsinə əsaəsn, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddələrin tələblərinin tətbiqi onu ehtiva edir ki, şəxsin sığorta stajı müəyyən edilərkən, onun hesablanması zamanı bilavasitə 25 il (onun daxilində 12 il 6 ay) təşkil etdiyi işlədiyi dövrlər üzrə hər bir əmək fəaliyyətinin müddəti illər, aylar və günlərlə hesablanmalıdır ki, onların cəm şəklində toplanmasının istinad edilən nəticənin verdiyi aydın olsun. Habelə, apellyasiya məhkəməsi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə istinad etmişdir ki, həmin bəndə görə, hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmi ş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Lakin bu maddənin tələblərinin işin hansı hallarına tətbiq edilməli olduğu qeyrimüəyyəndir, çünki işin hallarında iddiaçının hərbi xidmətdə hansı dövrlərdə olduğu barədə göstərilməmişdir. Kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayır. Qeyd edilmiş səlahiyyət çərçivəsində apellaysiya məhkəməsinin qərarı yoxlanılarkən, məhkəmə kollegiyası bildirir ki, iddiaç ının güzəştli şərtlərlə pensiya hüququnun hansı qaydada yarandığı qeyri-müəyyəndir və bu halda kassasiya instansiya məhkəməsi həmin müddətlərin hesablanması məcburiyyəti qarşısında qalır. Halbuki, işin halı olmaqla, sığorta stajı apellyasiya məhkəməsi tərəfindən istinad edilmiş maddənin tələblərinə əsasən müəyyən edilməli idi. Apellyasiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə pensya hüququnun yaranmasınının əsası kimi həmçinin Azərbaycan Republikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 23 saylı qərarı ilə təsqdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 1.3-ci bəndində göstərilən peşəsinə uyğun olduğuna istinad etmişdir. Halbuki, işin hallarına görə, iddiaçının güzəştli pens iya hüququ verən əmək fəaliyyəti 1994-cü ilədək həyata keçirildiyindən, zamana görə qüvvədə olmuş normativhüquqi aktların tətbiqi zəruri olmuşdur ki, bu hissədə apellyasiya məhkəməsi müvafiq hüquqi əsaslandırmanı aparmamaqla, maddi hüquq normaların tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısı” təsdiq edilmiş və yalnız həmin siyahıda “Geologiya kəşfiyyat işləri (yerüstü)” hissəsində “Ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiyageodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışa n işçilər.” göstərilmişdir. Apellyasiya məhkəməsi tərəfindən iddiaçının ğöstərilmiş sonuncu peşədə işlədiyi müəyyən olunduğu halda, həmin peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşəyə aid olduğu əsaslandırılmalı və yaxud daha sonra qəbul edilmiş normativ hüquqi əktın qeriya şamil olunmasına hüquqi qiymət verilməli idi. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üz rə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən məsələ ilə bağlı faktiki hallara dair iddiaçının işlədiyi müəssisələrə və topladığı sosial sığorta stajına dair araşdırma aparmaqla, tələbə qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bi lər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən xxx3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2-1(103)-277/20 19 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1486/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1486/2019
15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver