Məhkəmə qərarları › İş №2-1(102)-1486/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1486/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1486/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Quba rayonu Alekseyevka bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə qərarının ləğvi 29.09.2021 Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, üçüncü şəxs X3, vəkili X4 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Quba rayonu Alekseyevka bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs X3) “cavabdehin 30 sentyabr 2019-cu il tarixli 9 saylı qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasi ya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-379/2021 saylı, 7 iyun 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quba rayon Alekseyevka bələdiyyəsinin 30.09.2019-cu il tarixli 09 saylı qərarı ilə 400 kv m torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə alınması proseduruna başlanmışdır. Bundan sonra 07.03.2020-ci il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi cavabdeh tərəfindən üçüncü şəxs X1 və sonuncu torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 7 sentyabr 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 30 sentyabr 2019-cu il tarixli 09 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin 30 sentyabr 2019-cu il tarixli 09 saylı qərarı ilə Alekseyevka bələdiyyəsinin mülkiyyətində olan “yaşayış məntəqələrinin torpaqları kateqoriyalı” ümumi sahəsi 400.0 kv m torpaq sahəsi Timiryazev kənd sakini – iddiaçıya satılmışdır. Bələdiyyə tərəfindən göstərilən torpaq sahəsi satılarkən qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, həmin ərazi iddiaçının evinə yaxın ərazidə yerləşdiyindən o, dəfələrlə bələdiyyəyə müraciət edərək göstərilən torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Lakin bələdiyyə heç bir əsas olmadan torpağı ona satmaqdan imtina etmişdir. Halbuki, iddiaçı həmin kəndin sakini olduğundan torpağı hərracdan kənar almaq hüququna malik olmuşdur. Bələdiyyə isə həmin ərazini hərrac və ya müsabiqədən kənar qaydada başqa kəndin sakini olan B.Rüstəmova satmışdır. Bununla bağlı həmin bələdiyyə qərarı ləğv edilməlidir.

4. Üçüncü şəxs iddiaya etirazını onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsi ona satılarkən boş sahə olmuş və heç kimin istifadəsində olmamışdır. Torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur, həmin torpaq sahəsinin ona satılması zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş və heç kimin hüquqlarına toxunulmamışdır.

5. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X7, 2-1(118)-274/2021 saylı iş) 18 mart 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsinin mövqeyinə görə torpaq sahəsi iddiaçının evinin yaxınlığında yerləşsə də, mübahisəli torpaq sahəsi onun evinə bitişik yerləşmir və aralarında kifayət qədər məsafə vardır, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir.

7. İddiaçı apelyasiya şikayəti verərək qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X8-məruzəçi, X5 və X11, 2-1(105)-379/2021 saylı iş) 7 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 18 mart 2021-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.

9. İddiaçı 2 iyul 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

10. X3 torpaq sahəsini qanuna zidd olaraq, Alekseyevka kənd bələdiyyəsinin saxta sənədləri ilə mənimsəmişdir. Belə ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9-cu və “Torpaq islahatı haqqında” Qanunun 19-cu maddəsinin tələbinə görə bələdiyyə ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları, Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar alqı-satqı müqavilələrinin predmeti ola bilər. Azərbaycan Respublikasında torpaq sahələri üzərində mül kiyyət hüququ mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququ yalnız açıq t orpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Lakin heç bir hərrac təşkil edilməmişdir və məhkəmə əsassız olaraq bu tələbin cavabdeh orqanın 30 sentyabr 2019-cu il tarixli 09 saylı qərarı ilə əlaqədar olmadığını bildirmişdir. Məhz bununla bağlı bildirməliyəm ki, əgər bu qərarın qanuniliyi mübahisələndirilirsə deməli burada ədalətli mövqe sərgilənənə qədər işə mahiyyəti üzrə baxılmaması gələcəkdə digər şəxslərin də hüquqlarını poza bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir.

13. Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 15. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qa nunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. (-). 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma m əqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (12 dekabr 2008-ci ilə qədər qüvvədə olan redaksiya). Maddə

9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikası nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (-). 9.8. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci mad dəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. 16. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə:

36. Quba rayonu (-) 36.2. Alekseyevka bələdiyyəsi-Alekseyevka, İqrığ və Qacar Zeyid kəndləri (-) 36.31. Timiryazev bələdiyyəsi-Timiryazev və Zizik kəndləri

17. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçını n iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndiri lməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şik ayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) ye ni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol v erilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

19. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə b axılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunduğundan qəbul etdiyi qərardad dəyişdirilmədən saxlanılmalıdır.

22. İddiaçı bələdiyyənin mülkiyyətində olan “yaşayış məntəqələrinin torpaqları kateqoriyalı” ümumi sahəsi 400.0 kv m torpaq sahəsinin satılması barədə cavabdehin 30 sentyabr 2019-cu il tarixli 09 saylı qərarının ləğv olunmasını xahiş edir. İddiaçı tələbində bildirir ki, həmin ərazi evinə yaxın ərazidə yerləşdiyindən o, dəfələrlə bələdiyyəyə müraciət edərək göstərilən torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Həmin kəndin sakini olduğundan torpağı hərracdan kənar almaq hüququna malik olmuşdur. Bələdiyyə isə həmin ərazini hərrac və ya müsabiqədən kənar qaydada başqa kəndin sakininə satmışdır.

23. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə id dia tələbində göstərilən 30.09.2019-cu il tarixli qərar mübahisə predmeti ola bilməz. Həmin qərarla yalnız bələdiyyə torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun qeydə alınması üçün prosedurlara başlanılması barədə qərar qəbul etmiş və daha sonra alqı-satqı müqaviləsi əsasında torpağı üçüncü şəxsə satmışdır.

24. İddiaçının şikayətinin dəlillərinə görə uzun müddət kənddə qeydiyyatda olduğuna görə mübahisə açdığı torpaq sahəsi hərracdan kənar ona satılmalı idi.

25. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

26. İddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quba rayonu Nərimankənd kəndində doğulmuş, 8 may 2013-cü il tarixdən həmin kənddə qeydiyyatdadır.

27. İddiaçının mübahisə açdığı cavabdehin qərarından görünür ki, cavabdeh bələdiyyə mülkiyyətində olan 0,04 ha torpaq sahəsini fərdi yaşayış evinin tikilməsi məqsədilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurana başlanılması, bələdiyyənin satış məqsədilə müsabiqəyə çıxarmaq istədiyi torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınmasının xahiş edilməsi göstərilmişdir. 28. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə görə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə torpaq sahəsi keçə bilər, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsil ə əldə edilə bilər. 29. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavəyə görə Quba rayonu Alekseyevka Bələdiyyəsinin inzibati ərazi vahidlərinə Alekseyevka, İqrığ və Qacar Zeyid kəndləri daxildir.

30. İddiaçının qeydiyyatda olduğu Nərimankənd kəndi Alekseyevka Bələdiyyəsinin inzibati ərazi vahidində göstərilməmişdir. İddiaçının torpaq sahəsinin hərracdan və ya müsabiqədən kənar alması (subyektiv hüquqa malik olması) üçün qeydiyyat yerinin Quba rayonu Alekseyevka Bələdiyyəsinin inzibati ərazi vahidi daxilində olması şərtdir. Lakin işdə olan sənədlərlə iddiaçının Alekseyevka Bələdiyyəsinin inzibati ərazi vahidi daxilində olması təsdiq olunmur.

31. Bundan başqa, iddiaçı bələdiyyənin ərazisindən ona hərracdan və ya müsabiqədən kənar fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi satılması, həmçinin məhz mübahisə açdığı torpaq sahəsinin satılması ilə bağlı əvvəllər cavabdehə müraciət etməsi barədə məhkəmələrə hər hansı mötəbər sübut təqdim etməmişdir.

32. İddiaçının belə müraciəti olmadığı halda onun cavabdehin 30 sentyabr 2019cu il tarixli qərarını mübahisələndirmək üçün subyektiv hüququ olmamışdır. 33. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır.

34. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir...

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subye ktiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.

36. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin 30 sentyabr 2019-cu il tarixli qərarı ilə iddiaçının qanunla qorunan hüquqlar ına müdaxilə baş verməmişdir.

37. Odur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddia mümkün sayılmamışdır.

38. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.

39. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

40. Bəhs olunanlara əsasən iddianı mümkün saymamaqla apelyasiya məhkəməsi haqlı olmuşdur.

41. Kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-379/2021 saylı, 7 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar