Məhkəmə qərarları › İş №2-1(102)-1486/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1486/2023

07.09.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1486/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; ödənişsiz məzuniyyət müddətinin iş stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edil məsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-678/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxxx 1957-ci il tarixdə doğulmuşdur.

2. İddiaçıya məxsus əmək kitabçasına əsasən o, 01 noyabr 1974 - 12 avqust 1975 (9 ay 11 gün), 01 mart 1976- 02 sentyabr 1988 (12 il 6 ay 01 gün), 05 oktyabr 1988 – 15 sentyabr 1992 (3 il 11 ay 10 gün), 21 sentyabr 1992 – 06 avqust 1996 (3 il 10 ay 15 gün), 20 sentyabr 1996 – 10 fevral 1997 (4 ay 20 gün), 02 aprel 1997 – 01 avqust 1997 (3 ay 29 gün), 01 oktyabr 1999 – 14 dekabr 1999 (2 ay 13 gün), 16 oktyabr 2000 – 01 mart 2003-cü illər (2 il 4 ay 15 gün) ərz ində əmək fəaliyyəti ilə məşğul olmuş, 06 avqust 1996 – 20 sentyabr 1996 (1 ay 14 gün) və 01 avqust 1997 30 sentyabr 1999-cu illər (2 il 1 ay 29 gün) ərzində ödənişsiz məzuniyyətdə olmuşdur.

3. İddiaçı yaşa görə pensiya təmin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubla yaşa görə pensiya təyin edilməsindən imtina edərək bildirmişdir ki, iddiaçının ümumi iş stajı 24 il 4 ay 24 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan 25 il müddətdən azdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 24 il 4 ay 24 gün sığorta stajına uyğun olaraq 18586,88 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunaqn 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, 25 avqust 2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 25 avqust 2022-ci il tarixli 2-1(112)-5288/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələb ini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1957-ci il tarixdə doğulmuşdur. İlk dəfə 1974-cü il tarixdə əmək fəaliyyətinə başlamışdır və 01 mart 2003-cü tarixədək əmək stajı vardır. Yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə aidiyyəti üzrə cavabdehə müraciət etmiş, lakin sonuncu 24 dekabr 2021-ci il tarixli məktubla bundan imtina etmişdir. İmtinaya əsas səbəb göstərilmişdir ki, sığorta stajı 24 il 4 ay 24 gün təşkil edir, sığorta stajına uyğun olaraq pensiya kapitalı 18586,88 manat təşkil edir ki, bu məbləğ qanunvericilikdə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Həmçinin imtina məktubunda qeyd olunmuşdur ki, 01 yanvar 2006-ci tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. 7 ildən artıq müddətdir ki, İ İ qrup əlilliyə görə ona 260 manat pensiya təyin olunmuşdur. Əsassız olaraq 2021-ci ilin oktyabr ayından ona təyin olunan pensiya dayandırılmış, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən ona 130 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının sığorta stajı 24 il 4 ay 24 gün olmaqla qanunvericiliklə tələb olunan sığorta stajından (25 ildən) azdır və 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmamışdır. Həmçinin, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı (18586,88 manat) qanunvericiliklə tələb olunan pensiya kapi talından (28800 manat) az olmaqla, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir.

7. Eyni zamanda iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən onun ümumilikdə 24 il 4 ay 24 gün sığorta stajı mübahisələndirilmir. İddiaçı 06 avqust 1996cı il tarixindən 20 sentyabr 1996-cı il tarixədək 1 ay 14 gün və 01 avqust 1997-ci il tarixdən 30 sentyabr 1999-cu il tarixədək 2 il 1 ay 29 gün ödənişsiz məzuniyyətdə olduğu üçün həmin dövrlərdə heç bir ödəniş, əmək haqqı almamışdır. Bu səbəbdən ödənişsiz məzuniyyətdə olduğu ümumilikdə 2 il 3 ay 13 gün mübahisələndirilən dövr sığorta stajına daxil edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmasına səbəb olan hallar İddiaçının 25 il sığorta stajına malik olmaması, xx.xx.2006-cı il tarixdən 01 07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının (18586,88 manat) qanunvericiliklə tələb olunan pensiya kapitalından (28800 manat) az olmaqla, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatın imkan verməməsindən ibarətdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(112)-5289/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 01 oktyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23 sentyabr 1992-ci il tar ixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd edilən ümumilikdə 24 il 4 ay 24 gün sığorta stajı mübahisələndirilmir. Cavabdeh inzibati orqan iddiaçının 06 avqust 1996-cı il tarixdən 20 sentyabr 1996-cı il tarixədək 1 ay 14 gün və 01 avqust 1997-cı il tarixdən 30 sentyabr 1999-cu il tarixədək 2 il 1 ay 29 gün ödənişsiz məzuniyyətdə olduğu ümumilikdə 2 il 3 ay 13 gün müddəti sığorta stajına daxil etməmişdir. Mə hkəmə cavabdeh inzibati orqanın mübahisələndirdiyi ödənişsiz məzuniyyət dövrü ilə bağlı qeyd etmişdir ki, Əmək Məcəlləsinin 149.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

10. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı öz hesabına ödənişsiz məzuniyyətdə olsa belə, ödənişsiz məzuniyyətdə olması onun təqsiri üzündən baş verməmişdir və həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına əsasən pensiya təyin edilərkən qeyd edilən aylar iddiaçının arzusu ilə onun iş stajına daxil edilə bilər. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiy a üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar... Yuxarıda qeyd edilən normaların məzmunundan da aydın olur ki, işçinin təqsiri olmadan ödənişsiz məzuniyyətə göndərilməsi boşdayanma hesab olunur və həmin vaxtlarda onun əmək haqqı ödənilməlidir. Əmək haqqı ödənildiyi halda müvafiq olaraq məcburi sosial sığorta ödəmələri də həyata keçirilir. Həmçinin işçinin pensiya məbləği hesablanarkən götürülən müvafiq dövrlərdə ödənişsiz məzuniyyətdə olduğu vaxt onun arzusu ilə həmin dövrlərdən çıxılması onu göstərir ki, həmin dövrlər sığorta stajına hesablanır. Yəni işçinin ödənişsiz məzuniyyətdə olduğu vaxt pensiya məbləği hesablanarkən onun öz arzusu ilə nəzərə alına bilər. Bundan əlavə, 06 mart 2007-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 7-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 67ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterin dən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmçinin məhkəmə qeyd edir ki, həmin dövrdə qüvvədə olan “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 14-cu maddəsinə əsasən, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Məhkəmə qeyd edir ki, qeyd edilən maddə əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri deyil, məhz məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri nəzərdə tutduğundan işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrün əmək stajına daxil edilməsini də istisna etmir. Məhkəmənin qənaətinə görə iddiaçı 25 ildən artıq ümumi iş stajına malik olduğundan, yaşa görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən təyin olunmasına dair idd ia tələbi təmin edilməlidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-678/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassa siya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddiaya etirazda göstərilənlər təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçının kassasiya şikayətinə etirazının dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdi q edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

19. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələ rində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

23. İddiaçının 01 noyabr 1974 - 12 avqust 1975 (9 ay 11 gün), 01 mart 1976- 02 sentyabr 1988 (12 il 6 ay 01 gün), 05 oktyabr 1988 – 15 sentyabr 1992 (3 il 11 ay 10 gün), 21 sentyabr 1992 – 06 avqust 1996 (3 il 10 ay 15 gün), 20 sentyabr 1996 – 10 fevral 1997 (4 ay 20 gün), 02 aprel 1997 – 01 avqust 1997 (3 ay 29 gün), 01 oktyabr 1999 – 14 dekabr 1999 (2 ay 13 gün), 16 oktyabr 2000 – 01 mart 2003-cü illər (2 il 4 ay 15 gün) ərzində işləməsi cavabdeh tərəfindən mübahisələndirilmir və iş materialları (əmək kitabçası) ilə təsdiqlənir.

24. Cavabdeh tərəfindən mübahisələndirilən dövrlər iddiaçının 06 avqust 1996-cı il tarixdən 20 sentyabr 1996-cı il tarixədək 1 ay 14 gün və 01 avqust 1997-ci il tarixdən 30 sentyabr 1999-cu il tarixədək 2 il 1 ay 29 gün ödənişsiz məzuniyyətdə olduğu dövrlərdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...

25. Normaların tələblərind ən göründüyü kimi, Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir.

26. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi).

27. Tərəflərin təqdim etdikləri, həmçinin məhkəmənin təşəbbüsü ilə əldə edilmiş və apellyasiya instansiyası məhkəməsində icraat zamanı araşdırıl mış sənədlərə görə, iddiaçı 06 avqust 1996-cı il tarixdən 20 sentyabr 1996-cı il tarixədək 1 ay 14 gün və 01 avqust 1997-ci il tarixdən 30 sentyabr 1999-cu il tarixədək 2 il 1 ay 29 gün öz hesabına məzuniyyətdə olmuşdur.

28. Əmək pensiyası hüququnun yaranmasının əsası kimi məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin nəzərə alınması şərtinin hazırkı halda təmin olunub-olunmadığına gəldikdə, iddiaçının ilk növbədə əmək fəaliyyətinin 2002-ci il 1 yanvar tarixədək müddətinə həmin şərtin tətbiqi, ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə istisna edilir. Həmin normaya görə, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 20 02-ci il 1 yanvar tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin maddənin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

29. Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edi lən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

30. Əmək Məcəlləsinin 146-cı maddəsinin müddəalarına görə:

1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər - təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olm amalıdır.

2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.

31. İstinad edilən normaların tələbləri nəzərə alındıqda, ödənişsiz məzuniyyətin 06 avqust 1996-cı il tarixdən 20 sentyabr 1996-cı il tarixədək 1 ay 14 günü və 01 avqust 1997-ci il tarixdən ən çoxu, yəni altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər. Belə olan halda, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan 25 il sosial sığorta stajı tam olaraq tamamlanır (24 il 4 ay 6 gün işlədiyi dövr + 1996-cı ildəki 1 ay 14 gün və 01 avqust 1997-ci il tarixdən 30 sentyabr 1999-cu il tarixədək olan dövrün 6 ay ödənişsiz məzuniyyət müddəti).

32. Beləliklə, iddiaçının yaşa görə pensiya hüququnun olması ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi əsaslı və qanunidir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-678/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar