Məhkəmə qərarları › İş №2-1(102)-1487/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1487/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1487/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (üçüncü şəxs Sumqayıt şəhər Bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (üçüncü şəxs Sumqayıt şəhər Bələdi yyəsi) qarşı onunla mərhum atası X4 arasında notarial qaydada bağlanmış "torpağın icarə hüququnun bağışlama müqaviləsi" əsasında torpaq sahəsi üzərində yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına reyestrdən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli, 2-1(105)-293/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt şəhər Bələdiyyəsinin 17 may 2007-ci il tarixli 15 nömrəli qərarı ilə Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən, sahəsi 232 kvadrat met r olan torpaq sahəsi iddiaçının mərhum atası X3 icarəyə verilmişdir. İddiaçı ilə mərhum atası arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanmış 01 noyabr 2017-ci il tarixli 3M 856 nömrəli "torpağın icarə hüququnu bağışlama müqaviləsi” əsasında torpaq sahəsi üzərində icarə hüququ iddiaçıya keçmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək həmin torpaq sahəsi üzərində yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını və bununla bağlı onun adına reyestrdən müvafiq çıxarışın verilməsini xahiş etmişdir. 22.11.2017-ci ildə iddiaçının qeyd edilən torpaq sahəsi üzərində icarə hüququ dövlət qeydiyyatına alınmış və ona ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən icarə hüququnun müddəti 31.12.2019-cu il t arixədək müəyyən edilmişdir.

3. İddiaçı 2019-cu ilin dekabrında Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək icarə müddətinin uzadılmasını xahiş etmişdir. Həmin müraciət əsasında Sumqayıt şəhər Bələdiyyəsi ilə iddiaçı arasında 17.12.2019-cu il tarixli, 134 nömrəli yeni icarə müqaviləsi bağlanmış və icarə müddəti 31.12.2024-cü il tarixədək müyyən edilmişdir.

4. Bundan sonra iddiaçı torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması üçün yenidən ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh 29.12.2019-cu il tarixli məktubla iddiaçının icarə hüququnun qeydiyyata alınmasından imtina edildiyini bildirmişdir.

5. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, müraciətə əlavə edilmiş **********81 nömrəli, 22.11.2017-ci il tarixli dövlət reyestrindən çıxarışdan göründüyü kimi, torpaq sahəs i üzərində icarə müddəti 31.12.2019-cu il tarixdə bitmişdir. Odur ki, həmin torpaq sahəsi üzərində icarə hüququnun müddətinin uzadılması yalnız açıq torpaq hərracı yaxud müsabiqəsi yolu ilə mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına reyestrdən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 7.İddiaçı tələbini belə əsaslandırmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 17 may 2007-ci il tarixli 15 nömrəli qərarı ilə mərhum atası, Qarabağ müharibəsi veteranı X1 icarəsinə Sumqayit şəhərində, 50-c i məhəllə ərazisində Çerkassı küçəsində sahəsi 300 kv.metr olan torpaq sahəsi ayrılmışdır. İddiaçı ilə mərhum atası arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanmış 01.11. 2017-ci il tarixli 3M 856 nömrəli torpağın icarə hüququnun bağışlama müqaviləsi əsasında atası X1 bələdiyyə mülkiyyətində olan və Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən və sahəsi 232 kvadrat metr olan torpaq sahəsi üzərində icarə hüququ iddiaçıya keçmişdir. Həmin müqavilə bağlandıqdan sonra torpaq sahəsi üzərində hüquq iddiaçının adına keçmiş və icarənin müddəti 2019-cu ilin sonunadək müəyyən edilmişdir. Bundan sonra iddiaçı torpaq üzərində hüququnun dövlət qeydiyyatı üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən 22 noyabr 2017-ci il tarixində sözügedən torpaq sahəsi üzərində iddiaçının icarə hüququ dövlət qeydiyyatına alınmış və bu barədə ona RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Həmin çıxarışa əsasən icarə hüququnun yüklülüyü 31.12. 2019-cu il tarixinədək müəyyən edilmişdir. İddiaçı 2019-cu ilin dekabr ayında Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək torpağın icarə müddətinin başa çatmaq üzrə olduğunu bildirmiş və icarə müddətinin uzadılmasını xahiş etmişdir. İddiaçının müraciəti əsasında Sumqayıt şəhər Bələdiyyəsi sözügedən torpaq sahəsinə dair iddiaçı ilə 17 dekabr 2019-cu il tarixli, 134 nömrəli yeni icarə müqaviləsi bağlamış və torpağın icarə müddəti 31.12. 2024-cü il tarixədək müəyyən olunmuşdur. Bundan sonra iddiaçı torpaq üzərində hüququnun dövlət qeydiyyatı üçün yenidən ərizə ilə cavabdehə müraciət etsə də, bu dəfə cavabdeh hüqu qunun dövlət qeydiyyatindan imtina etmişdir. İddiaçının müraciətinə cavabdeh tərəfındən verilmiş 29.12.2019-cu il tarixli **********55 nömrəli cavab məktubunda bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində icarə hüququnun müddətinin uzadılmasının yalnız açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ilə mümkün ola biləcəyi göstərilmişdir. Halbuki bələdiyyə torpaqlarının açıq torpaq hərracı yaxud müsabiqəsi yolu ayrılması qanunvericiliklə 2007-ci ilin dekabr ayının 1-dən sonra nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edildiyi kimi, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla Sumqayıt şəhər Bələdiyyəsinin 17 may 2007 ci il tarixli, 15 nömrəli qərarı ilə iddiaçının mərhum atası X1 icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində yaranmış icarə hüququnun müddətinin uzadılmasına münasibətdə bələdiyyə torpaqlarının ayrılmasına dair 2007-ci ilin dekabr ayinin 1-dən sonra müəyyən edilmiş normalar tətbiq edilə bilməz. Bu müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Belə olan halda, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasından imtinası əsassızdir. İddiaçı onu da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehin imtina məktubunda istinad etdiyi normalar 28 oktyabr 2008-ci ildə qəbul edilmiş qanunvericilik aktı ilə müəyyən edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən 22 noyabr 2017-ci il tarixdə sözügedən torpaq sahəsi üzərində iddiaçının icarə hüququ dövlət qeydiyyatından keçirilmiş və bu barədə ona müvafiq çıxarış da verilmişdir.

8. Sumqayıt şəhər Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs iddiaçının mövqeyinə uyğun izahat verərək bildirmişdir ki, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla Sumqayıt şəhər Bələdiyyəsinin 17 may 2007 ci il tarixli, 15 nömrəli qərarı ilə mərhum X1 istifadəsinə ayrıldığından, həmin torpaq sahəsinə münasibətdə 2007-ci ilin dekabr ayinin 1-dən sonra qüvvəyə minmiş qanunvericilik normaları tətbiq oluna bilməz. 9.Sumqayıt İnzibati Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2-1(118)-291/2021 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddia rədd edilmişdir. 10.Məhkəmə hesab etmişdir ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi bar ədə” 28.10.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu bəndlərinə əsasən, bu Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Məhkəmənin qənaətinə görə, qeyd edilən qanun qüvvəyə minənədək hüquqi və ya fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi yolu ilə icarəyə verilə bilər. Qeyd edilən qanun qüvvəyə minənədək icarəyə verilmiş torpaqların isə ham ısının yox, qanunla müəyyən edilmiş müəyyən hissəsinin icarə müqaviləsi açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən uzadıla bilər. Sumqayıt bələdiyyəsi iddiaçı ilə 17 dekabr 2019cu il tarixli, 134 saylı torpaq icarə müqaviləsi bağlamışdır. Lakin bələdiyyə torpaq sahəsinin ilkin icarəyə verilmə və istifadə əsaslarını müəyyən edib, qanunvericiliyin imkan verdiyi halda icarə müqaviləsini uzada bilərdi. Ancaq cavabdeh inzibati orqana təqdim edilmiş 17 dekabr 2019-cu il tarixli, 134 saylı torpaq icarə müqaviləsində bu hallar müəyyən edilməmişdir. Ona görə də cavabdehin imtinası əsaslı olmuşdur.

11. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası mə hkəməsində icraat

12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli 2-1(105)-293/2021 nömrəli (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Fuad Məmmədov və Hökümə Babayeva) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 13.Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, məhkəmə öz qərarını 01.12.2007-ci il tarixdən sonra bələdiyyə torpaqları üzərində hüquqların yalnız açıq torpaq hərracları yaxud müsabiqələri vasitəsi ilə əldə edilməsinin mümkün olması ilə əsaslandırsa da, iddiaçının icarəsində olan torpaq sahəsinin ona həmin tarixdən əvvəl ayrıldığını, bu səbəbdən də həmin tarixdən sonra qəbul edilmiş qanunvericiliyin qeyd edilən icarə müqaviləsinə münasibətdə tətbiqinə yol verilmədiyini nəzərə almamışdır. Bununla da məhkəmə torpaq sahəsi üzərində onun icarə hüququnu təkrar dövlət qeydiyyatına almaqdan cavabdehin imtinasının qanunsuz və hüquqazidd olmaqla yanaşı, həm də hüquqların dövlət qeydiyyatından imtina ilə bağlı müvafiq qanunvericilik aktlarında, o cümlədən "Daşınmaz əmlakın dövlət reyestri haqqında'' Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş əsasla ra da zidd olduğunu müəyyən edə bilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı və onun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdilər. 18.İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfin nümayəndəsi şifahi məhkəmə iclasında təmsil olunmamışdır Onlara təqdim olunmuş məhkəmə bildirişində, məhkəmə iclasında iştirak etmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (İPM-in 62.3-cü maddəsi). Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olm adan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28.10.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu 9-cu bənd: Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaq lara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.

20. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərra cları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 21.İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı halla rda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, K ASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 22.Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. 23.Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli və apelyasiya m əhkəməsinin qərarı ləğv olunmalıdır.

25. Məhkəmə Kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

26. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli və iş üzrə obyektiv qanunauyğun qərarın qəbulu üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

27. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hal larından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. 28.Belə ki, bu qərarın 19-cu bəndində istinad olunan normaya görə, bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.

29. İstinad olunan həmin normanın məzmunundan görünür ki, həmin qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlara münasibətdə qanunverici tərəfindən istisna nəzərdə tutulmuş və icarə müddətinin açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən uzadılmasının mümkünlüyü birbaşa təsbit olunmuşdur. İcarə müddətinin açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə uzadılması qaydası həmin qanun qüvvəyə minənədək qeyd olu nan məqsədlərlə icarəyə verilmiş torpaqlara deyil, digər torpaqlara münasibətdə tətbiq oluna bilər. 30.Məhkəmələr tərəfindən “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28.10.2008-ci il tarixli Azərbaycan Respublikası Qanununun 9-cu bəndinə istinad edilməsinə baxmayaraq, konkret mübahisəyə münasibətdə həmin normanın tətbiqinə imkan yaradan və açıq torpaq hərracını və ya müsabiqəsini istisna edən halların (həmin normada nəzərdə tutulmuş dispozisiya şərtlərinin) iddiaçıya və hazırkı mübahisəyə münasibətdə mövcud olubolmaması araşdırılmamışdır.

31. Bu baxımdan torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinin məqsədi və istifadə tə yinatı, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün ayrılıb-ayrılmadığı məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə müəyyən edilməli idi. Bu halların yoxlanılması və müəyyən edilməsi yuxarıda istinad olunan normanın hazırkı mübahisəyə tətbiqinin mümkünlüyü və iş üzrə düzgün qərarın qəbulu üçün mühüm əhəmiyyət kəsb edir.

32. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu qərarın 19-cu bəndində istinad olunan norma digər qanunlara dəyişiklikləri nəzərdə tutmayan və mahiyyətcə keçid müddəaları xarakteri daşıyan müstəqil ümumi bir normadır. Həmin normanı nəzərdə tutmaqda qanunvericinin məqsədi qəbul etdiyi yeni tənzimləmənin tətbiqi zamanı hüquqi sabitlik məqsədləri baxımından əvvəl yaranmış icarə h üquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir.

33. Məhkəmələrin qənaətinə görə iddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında müqavilə uzadılmamış, 17.12.2019-cu il tarixli 134 saylı yeni torpaq icarə müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, həmin torpaq sahəsinin mərhum X2 icarəsinə Sumqayıt Bələdiyyəsinin 17.05.2007-ci il tarixli 15 saylı qərarı ilə verildiyi nəzərə alınmalıdır. Sonrada icarə hüququ qanunvericiliyə uyğun olaraq onun varisi olan iddiaçıya keçmişdir. İcarə müddəti bitdiyindən iddiaçı müddətin uzadılması ilə bağlı bələdiyyəyə müraciət etmiş və tərəflər arasında müvafiq müqavilə bağlanmışdır. Eyni zamanda həm də qeyd olunmalıdır ki, iş materiallarında Sumqayıt Bələdiyyəsi tərəfindən torpağın icarəyə verilməsi barədə yeni qərarın qəbul edilib-edilməməsi haqqında məlumat aşkar edilməmişdir. Məhkəmələr tərəfindən bu hal da yoxlanılmalı və müəyyən edilməli idi. Belə ki, tərəflər arasında müqavilənin bələdiyyənin 17.05.2007-ci il tarixli 15 saylı qərarına əsasən bağlanması müəyyən olunarsa, həmin hal tərəflərin iradəsinin müqavilənin müddətinin uzadılmasına yönəldiyini ifadə etmiş olacaqdır.

34. Məhkəmələr haqlı olaraq qeyd edirlər ki, həmin qanun qüvvəyə minənə qədər icarəyə ayrılmış torpaqların hamısının yox, yalnız qanunla müəyyən edilmiş müəyyən hissəsinin icarə müddəti açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən uzadıla bilər. Lakin buna baxmayaraq məhkəmələr tərəfindən həmin normanın tətbiqi şərtlərinin müəyyən edilməsi təmin olunmamışdır. 35.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın lə ğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apelyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir. 36.Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli, 2-1(105)-293/2021 nömrəli qərarı ləğv olunur. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar