Məhkəmə qərarları › İş №2-1(102)-1487/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1487/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1487/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququ əldə edə bilməsi üçün sərəncam vermək vəzifəsinin qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı “bağ sahəsinə dövlət rüsumu ödəməklə mülkiyyət hüququ əldə edə bilməsi üçün Quba bələdiyyəsi rəhbərinin üzərinə onun adına sərəncam vermək vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməs inin İnzibati kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(1105)-338/2022 nömrəli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Quba Bələdiyyəsinin 4 nümayəndəsi tərəfindən tərtib edilmiş, 30 iyun 2020-ci il tarixli aktdan görünür ki, sözügedən aktda M.Qonaq küçəsindəki 5 mərtəbəli evin qarşısındakı ərazidə bələdiyyə mülkiyyətinə aid olan 9m 50sm *6m 78 sm torpaq sahəsinin Həmin binanın sakini İddiaçı tərəfindən zəbt edildiyi və metal tordan ibarət hasara alındığı, həmçinin həmin ərazidə 2.5 * 8 ölçüdə özbaşına tikilmiş anbar binasının olduğu aşkarlanması qeyd edilmiş, eyni zamanda bunun yolverilməz olması iddiaçıya bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı iddia ərizəsi ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Quba şəhəri, Fətəli xan küçəsi 2A saylı binanın qarşısında inşa etdiyi 8 metr x 2,5 metr=20 metr kv. anbar/yığınağın altında olan və əkdiyi alma, armud, gilas ağacları olan ümumilikdə 8 metr x 6,5 metr=52 kv.m bağ sahəsinə dövlət rüsumu ödəməklə mülkiyyət hüququ əldə edə bilməsi üçün Quba bələdiyyəsi rəhbərinin üzərinə onun adına sərəncam vermək vəzifəsinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, hazırda yaşadığı Quba şəhəri, Fətəli xan küçəsi 2A saylı binanın 6-cı mənzilinə 1979-cu ildə köçərkən, binanın qarşısında olan yararsız boş sahəni zibil və tullantılardan təmizləyərək, abadlaşdırdıqdan sonra hasarlayaraq bağa çevirmişdir. Həmin bağ 1979-cu ildən hal-hazıradək, yəni 42 ildir ki, mövcuddur. Atası, X3 həmin torpaq sahəsində dükan tikmək üçün 40 kv.m sahənin anasının adına ayrılması üçün ərizə vermiş və 500.000 (beş yüz min) manat hərrac pulunu ödəmişdir. Quba bələdiyyəsinin 09 sentyabr 2002-ci il tarixli 81 saylı sərəncamı ilə anası X1 təsərrüfatı məhsullarının satışından ötrü Quba şəhərinin 4-cü məhəlləsinin, Mövlud Qonaq küçəsindən 40 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində dükan inşa edilmişdir. Anasının adına sənədləşdirərək onun maliyyə vəsaiti ilə tikilmiş dükanı anası etibarnamə ilə icarəyə vermişdir. İcarədar da etibardan sui-istifadə edərək dükanlarını satmış və Quba rayon notariusu da onun razılığı olmadan həmin dükan üçün a lğı-satqı müqaviləsini təsdiq etmişdir. Satılmış dükanın arxa hissəsində ərsəyə gətirdiyi bağçada alma, armud, gilas ağacları və üzüm tənəyi əkmişdir. Tələbat yarandığından satılmış dükanın arxa hissəsində 8.0 metr x 2.5 metr ölçülərdə anbar yığınaq inşa etmişdir. 42 il müddətində bağ olaraq istifadə etdiyi ərazinin anbar (yığınaq) da daxil olmaqla ümumi ölçüsü 8 metr x 6.5 metr - 52 metr kvadratdır. Yarım sotdan bircə qədər artıqdır. Mişar daşından inşa etdirdiyi 8 metr x 2.5 metr=20 metr kvadrat olan anbar (yığınaq) satılmış dükana aid olmadığından həmin dükanın sənədlərində öz əksini tapmır. Quba bələdiyyəsinin sədrinə 42 il müddətində hasarlayaraq bağ kimi istifadə etdiyi 52 kv.m torpaq sahəsinin dövlət rüsumu ödəməklə ona satılması barədə ərizə ilə müraciət etsə də, Quba bələdiyyəsi ərizəsinə heç bir cavab verməmişdir. Əkdiyi ağaclar həmin ərazinin ekologiyası üçün çox əhəmiyyətlidir. Ərazidə 6 beşmərtəbəli, 2 ikimərtəbəli binalar, xəstəxana kompleksi və çox sayda irili xırdalı dükanlar olmaqla yanaşı çox sayda avtomobil istifadəçisi də vardır. Əkdiyi həmin 3-4 ağac eyni zamanda oksigen balansına xidmət edir. Həmin ərazi başqa birinə verilərsə ağaclar yerlə yeksan ediləcək və anbar (yığınaq) tikmək üçün xərclədiyi maliyyə vəsaitini itirəcək.

4. Sumqayıt İnzibati Məhkəməsinin (hakim L.E.Mirzəyeva) 17 yanvar 2022-ci il tarixli, 2-1(118)-127/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hazırki işdə də cavabdehin torpaq sahəsini mülkiyyətə ayırıb-ayırmaması ilə bağlı diskresion səlahiyyətləri vardır v ə cavabdeh tərəfindən qanunvericiliklə ona verilmiş diskresion səlahiyyətlərin həddinin aşıldığı müəyyən olunmur.

6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/ H.Ç.Babayeva və Z.T.Məmmədov) 26 aprel 2022-ci il tarixli 2-1(105)-338/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayətini təmin edilməmiş, birinci instansiya məhkəməsinin 17 yanvar 2022-ci il qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətini n dəlilləri

9. Quba Bələdiyyəsinə, 42 il ərzində iddiaçının fasiləsiz istifadə etdiyi 52 kv.m. torpaq sahəsinin, haqqı ödənilməklə ona satılması barədə etdiyi 3 iyun 2020-ci il tarixli müraciətinə ümumiyyətlə baxmamış və heç bir münasibət göstərməmişdir. Qanunvericilik aktlarının müddəaları Bələdiyyə sədri tərəfindən kobud formada pozulmuşdur. Məhkəmədə işə baxılarkən bu məsələyə münasibət bildirilməmişdir.

10. Quba Bələdiyyəsi iddiaçının konstitusiyada təsbit edilmiş hüququnu pozaraq, müraciətinə məqsədli şəkildə cavab verməmişdir. Məhkəmə instansiyaları bu məqama diqqət yetirməmişdir.

11. Sumqayıt İnzibati Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında işə baxılarkən Quba Bələdiyyəsi mübahisəli 52 kv.m. torpaq sahəsinə dair iş üçün əhəmiyyətli heç bir sənədi mə hkəməyə təqdim etməmiş, bu sənədlər məhkəmə tərəfindən tələb edilməmişdir. İş materiallarında olan sənədlər yalnız iddiaçı tərəfindən təqdim edilən sənədlərdir. Cavabdeh Quba Bələdiyyəsi məhkəməyə yalnız işdə iştirak etməyəcəyi barədə məktublar göndərmişdir. Cavabdeh və ya nümayəndəsi 1 dəfə olsun iclasda iştirak etməmiş və işə dair məhkəməyə heç bir inzibati akt, etiraz, ərizə və ya vəsatət təqdim etməmişdir.

12. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(105)-338/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarını ləğv edərək, işə apellyasiya qaydasında yenidən baxılması üçün göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

14. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur...... Maddə

68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanın a malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat..... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur...... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. İddiaçının kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. İddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaq dır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məlum olduğu kimi iddiaçı Quba şəhəri, Fətəli xan küçəsi 2A saylı binanın qarşısında inşa etdiyi 8 metr x 2,5 metr=20 kv.m anbar/yığınağın altında olan və əkdiyi alma, armud, gilas ağacları olan ümumilikdə 8 metr x 6,5 metr=52 kv.m bağ sahəsinə dövlət rüsumu ödəməklə mülkiyyət hüququ əldə edə bilməsi üçün Quba bələdiyyəsi rəhbərinin üzərinə onun adına sərəncam vermək vəzifəsinin qoyulmasını xahiş edir.

18. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırki işdə iddiaçı torpaq sahəsinin geri qaytarılması mümkün olmayan torpaq sahəsi kimi ona ayrılmasını tələb edir. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3 və 16.4-cü maddələrini təhlil edərək düzgün olaraq qeyd etmişdir ki, qanunvericilikdə qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki, həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur: bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq is tifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər.

19. İddiaçı torpaq sahəsinin geri qaytarılmasının mümkünsüzlüyünün əsası kimi anasının adına sənədləşdirərək onun maliyyə vəsaiti ilə tikilmiş dükanı anasının etibarnamə ilə icarəyə verdiyini, icarədarın etibardan sui-istifadə edərək dükanlarını satdığını və Quba rayon notariusu da onun razılığı olmadan həmin dükan üçün alqı-satqı mü qaviləsini təsdiq etdiyini, satılmış dükanın arxa hissəsində ərsəyə gətirdiyi bağçada alma, armud, gilas ağacları və üzüm təhəngi əkdiyini, 8.0 metr x 2.5 metr ölçülərdə anbar yığınaq inşa etdiyini göstərmişdir.

20. İddiaçı kassasiya şikayətində cavabdehin iddiaçının 3 iyun 2020-ci il tarixli 52 kv.m. torpaq sahəsi ilə bağlı müraciətinə baxmadığını, ümumiyyətlə məhkəmə iclaslarında iştirak etmədiyini, etiraz, vəsatət, inzibati akt və ya ərizə vermədiyini göstərmişdir.

21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri əsassız olmaqla formal xarakter daşıyır.

22. Belə ki, işdə olan (iş səhifəsi 16) Quba Bələdiyyəsinin 4 (dörd) nümayəndəsi tərəfindən tərtib edilmiş, 30 iyun 2020-ci il tarixli aktdan görünür ki, sözügedən aktda M.Qonaq küçəsindəki 5 mərtəbəli evin qarşısındakı əra zidə bələdiyyə mülkiyyətinə aid olan 9m 50sm *6m 78 sm torpaq sahəsinin Həmin binanın sakini İddiaçı tərəfindən zəbt edildiyi və metal tordan ibarət hasara alındığı, həmçinin həmin ərazidə 2.5 * 8 ölçüdə özbaşına tikilmiş anbar binasının olduğu aşkarlanması qeyd edilmiş, eyni zamanda bunun yolverilməz olması İddiaçı bildirilmişdir.

23. Adıçəkilən aktda İddiaçı imzası da var.

24. Başqa sözlə cavabdehin mübahisə predmetinə çevrilmiş məsələyə dair mənfi mövqeyi adı çəkilən aktla iddiaçının diqqətinə çatdırılmışdır.

25. Bundan başqa işdə olan (iş səhifəsi 62) cavabdehin birinci instansiya məhkəməsinə göndərdiyi 21 dekabr 2021-ci il tarixli ərizədə cavabdeh iddiaçının hazırki iddiasının rədd edilməsini xahiş etmişdir, yəni cavabdehin sözügedən məsələyə dair mənfi mövqeyi dəyişməmişdir.

26. Bunu nla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı mülkiyyətində ona ayrılmasını tələb etdiyi torpaq sahəsinə bitişik torpaq sahəsinin olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, habelə inşa etdirdiyini bildirdiyi anbar-yığınağın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək inşa etdiyini sübut edə bilməmişdir.

27. Belə olan halda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, bələdiyyə torpaqları cavabdehin mülkiyyətində olmaqla cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Hazırki iş üzrə bələdiyyə s özügedən torpaq sahəsinin iddiaçıya satmaq və ya icarəyə vermək öhdəliyi daşımır, çünki cavabdeh onun mülkiyyətində olan əmlak üzərində sərəncam verilməsinə məcbur edilə bilməz. Bələdiyyə torpağın iddiaçıya satılmasını məqsədəuyğun hesab etdikdə, bu barədə qərar qəbul edərək müqavilə bağlamaq hüququna malikdir.

28. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(1105)-338/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar