Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1487/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1952) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə da ir iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 2-1(103)-553/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə müraciət edərək ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.11.1 və 20.11.2-ci maddələrinə və «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddi açı tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (13 il 1 ay 6 gün (xx.xx.2008-xx.xx.2022)) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1973 – 1983-cü illər üzrə iş stajının dövlət qulluğu vəzifəsində iş stajı kimi qəbul edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1969-cu ildən əmək fəaliyətinə başlamış və müxtəlif təşkilatlarda, o cümlədən 1973-cü ilin oktyabr ayından 1983-cü ilin sentyabr ayınad ək 10 il müddətində Bakı Şəhər X1 İcraiyyə Komitəsinin Əsaslı Tikinti İdarəsində mühəndis, böyük mühəndis vəzifələrində çalışmışdır. Əmək kitabçası itdiyindən, onun dublikatını almışdır. Lakin dəfələrlə həm Bakı ŞİH-ə, həm Milli Arxiv İdarəsinə müraciət etsə də, arxiv sənədini ala bilməmişdir. Hər iki qurumdan bildirilmişdir ki, 1973 – 1983-cü illərə dair arxiv sənədləri saxlanılmır. 19 dekabr 2008-ci il tarixdən 25 yanvar 2022-ci il tarixədək olan dövr ərzində isə Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsində dövlət qulluqçusu kimi məsləhətçi, baş məsləhətçi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları»nın 9-cu bəndinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin inzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci bəndinə əsasən aparılmışdır. Adıçəkilən Siyahının 1.20ci bəndində Bakı Şəhər X1 İcraiyyə Komitəsinin aparatında mövcud olmuş bütün ixtisaslardan mühəndis vəzifəsi İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən Bakı ŞİH başçısı Aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. İddiaçı Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsindən pensiya yaşına çatması ilə əlaqədar işdən azad olunduqdan sonra ona dövlət qulluqçusu kimi yaşa g örə əmək pensiyası təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin 1973 – 1983-cü illərin dövlət qulluqçusu kimi stajına əlavə olunmasından DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı imtina etmişdir. Əmək kitabçasının dublikat olmasına və təsdiqedici arxiv sənədini əldə edə bilməməsinə əsaslanaraq «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə əsasən mənim dövlət qulluğu stajı 15 ildən az (yalnız Fövqəladə Hallar Nazirliyində çalışdığı 13 il 1 ay 6 gün) olması qeyd olunaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmamışdır.
5. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.
6. Bakı İnzibati M əhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2-1(112)-3004/2023 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilmiş, iddiaçının 1973 – 1979-cu illər üzrə iş stajı dövlət qulluğu vəzifəsində iş stajı kimi qəbul edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında həmin sənəd “dublikat” olsa da, onun 1973 – 1983-cü illərdə Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində mühəndis və böyük mühəndis vəzifələrində işləməsi əksini tapmışdır. Həmin qeydlərin hansı əsaslarla aparıldığı hazırda dəqiq müəyyən edilməsə də, məhkəmə icraatındakı şahid ifadələri müvafiq məlumatların həqiqiliyinə olan şübhələrin aradan qaldırılmasına da xidmət edir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçıya məxsus əmək kitabçasının dublikatındakı qeydlərin vaxtilə şahid ifadələri, arayışlar və ya digər vasitələrlə aparılması istisna olunmur və bu hal qanuna zidd də sayıla bilməz. Bundan başqa, iddiaçının təqdim etdiyi arayışın – əmək kitabçasından çıxarışın surəti də onun 1983 – 1979-cu illərdə Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində işləməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilər. İddiaçıya məxsus olmuş əmək kitabçasından çıxarışın surətində onun 1973 – 1979-cu illərdə həmin İdarədə işləməsi barədə qeydləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 17-ci bəndinin tələbləri nəzərə alınmaqla, iddiaçının əmək kitabçasındakı 1973 – 1983-cü illər üzrə stajının 1973 – 1979-cu illərə aid hissəsi (Ə sasnamənin 17-ci bəndinə müvafiq olaraq, pensiya təminatı üçün tələb olunan iş stajının yarısından az həddədir) cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyəti üzrə mübahisələndirilməyən 13 il 1 ay 6 gün dövlət qulluğu stajına əlavə edildikdə, onun dövlət qulluğu vəzifəsində 15 ildən artıq iş stajı toplanmış olur. Məhkəmə iddiaçının “dublikat” əmək kitabçasında Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində 1973 – 1983-cü illərdə işləməsi barədə qeydlərin 1980 – 1983-cü illərə aid hissəsinin iş stajına daxil edilməsini məqsədəmüvafiq saymamışdır.
8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş e tmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sorğusuna X2 tərəfindən verilən 20 dekabr 2023-cü il tarixli cavabdan qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və pa rtiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1973-1983-cü illərdə Bakı Şəhər X1 İcraiyyə Komitəsinin Əsaslı Tikinti İdarəsində iş müddətilə bağlı bildirilir ki, Bakı Şəhər X1 İcraiyyə Komitəsinin Aparatının strukturunu təsdiq edən sənədlər Mərkəzdə mövcud olmadığından həmin illərə dair rəy vermək mümkün olmamışdır. Bununla belə yuxarıda adıçəkilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X1 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Qeyd edilənlərə əsasən 19731983-cü illər də Əsaslı Tikinti İdarəsi müvafiq olaraq Bakı Şəhər X1 İcraiyyə Komitəsinin aparatında mövcud olmuşsa həmin idarədə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilər.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 2-1(103)-553/2024 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi «Əmək pensiyaları haqqında» Qanunun 4.1, 20.1, 20.1.7-ci, «Dövlət qulluğu haqqında» Qanunun 2.1, 2.2, 8.1, 23.1, 23.2-ci, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublika sı Prezidentinin 29 dekabr 2000-ci il tarixli 435 nömrəli Fərmanının 3.6-cı bəndinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”yə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tar ixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "«Əmək pensiyaları haqqrnda» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud oimadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Sİyahısı”nın 1.20-ci bəndinə əsasən iddiaçının işlədiyini iddia etdiyi vəzifənin Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında məsləhətçi vəzifəsinə uyğun olduğunu müəyyən etmişdir. Halbuki sözügedən siyahım 1.20-ci bəndində 1991-ci il oktyabrın 18-dək Bakı Şəhər X1 İcraiyyə Komitəsinin aparatında bütün ixti saslardan olan böyük mühəndislər və bütün ixtisaslardan mühəndislər “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu”nda Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında məsləhətçi vəzifəsinə uyğun olduğu göstərilmişdir. İddiaçı isə Bakı Şəhər X1 İcraiyyə Komitəsinin aparatında deyil Əsas Tikinti İdarəsində işlədiyini iddia edir. Göründüyü kimi, iddiaçının işlədiyini iddia etdiyi vəzifə Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında olan vəzifələrlə eyniləşdirilə bilməz.
15. Bundan əlavə apellyasiya məhkəməsinin sorğusuna X2 tərəfindən verilən 20 dekabr 2023-cü İİ tarixli cavab məktubunda 1973-1983-cü illərdə Əsaslı Tikinti İdarəsi müvafiq olaraq Bakı Şəhər X1 İcraiyyə Komitəsinin aparatında mövcud olmuşsa həmin idarədə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilinəcəyi qeyd edilmiş, apellyasiya instansiyası məhkəməsi isə sözügedən idarənin Bakı Şəhər X1 İcraiyyə Komitəsinin aparatında mövcud olub olmamasını araşdırmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Dövlət qulluğu haqqında” Qanun: Maddə
17. İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi Maddə 17.1. İxtisas dərəcələri bu Qanun un 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Maddə
23. Dövlət qulluqçularının pensiya təminatı Maddə 23.1. dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olar aq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə
3. Əmək pensiyası təminatı hüququ Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları "Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə
4. Əmək pensiyasının növləri və tərkibi Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə
5. Pensiya seçmək hüququ Maddə 5.1. Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Maddə
7. Yaş a görə əmək pensiyasının təyin edilməsi şərtləri Maddə 7.1. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr Maddə 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yar dımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);
20. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”
21. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin möv cudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmu ş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalar ının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazır kı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş fa ktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
31. Cavabdehin kassasiya şikayətinin əsas və yeganə dəlili ondan ibarətdir ki, iddiaçının Bakı Şəhər X1 İcraiyyə Komitəsinin Əsas Tikinti İdarəsində mühəndis və böyük mühəndis işlədiyi müddət dövlət qulluğu stajına daxil edilə bilməz.
32. Apellyasiya məhkəməsi tərəfindən bu dəlillə bağlı araşdırma aparılmış və həmin dəlilin əsassız olması sübuta yetirilmişdir. Belə ki, apellyasiya məh kəməsinin sorğusuna X2 tərəfindən verilən 20 dekabr 2023-cü il tarixli cavabdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabr 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda gö stərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1973-1983-cü illərdə Bakı Şəhər X1 İcraiyyə Komitəsinin Əsaslı Tikinti İdarəsində iş müddətilə bağlı bildirilir ki, Bakı Şəhər X1 İcraiyyə Komitəsinin Aparatının strukturunu təsdiq edən sənədlər Mərkəzdə mövcud olmadığından həmin illərə dair rəy vermək mümkün olmamışdır. Bununla belə yuxarıda adıçəkilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X1 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Qeyd edilənlərə əsasən 1973-1983-cü illərdə Əsaslı Tikinti İdarəsi müvafiq olaraq Bakı Şəhər X1 İcraiyyə Komitəsinin aparatında mövcud olmuşsa həmin idarəd ə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilər.
33. Göründüyü kimi, iddiaçıya məxsus olmuş əmək kitabçasından çıxarışın surətində onun 1973 – 1979-cu illərdə Bakı Şəhər X1 İcraiyyə Komitəsinin Əsaslı Tikinti İdarəsində mühəndis işləməsi barədə qeydlər mövcud olduğundan, həmin dövrün onun dövlət qulluğu stajına daxil edilməsi barədə apellyasiya məhkəməsinin qənaəti düzgün olmuşdur.
34. Bu səbəbdən iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icr ası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın 17-21(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 21(103)-553/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.