Məhkəmə qərarları › İş №2-1(102)-1488/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1488/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1488/2021 28.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı iş üzrə (Açar sözlər: arxiv arayışında qeyd edilən iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.05.2021-ci il tarixli, 2-1(105)-40/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1955-ci ildə doğulmuş, 29.11.1974-cü ildən 06.12.1976-cı ilədək hərbi xidmətdə olmuş, 04.01.1972-ci ildən 28.11.1974-cü ilədək, 12.01.1977-ci ildən 20.08.1980-ci ilədək 8 saylı Təmir Tikinti İdarəsində çilingər-quraşdırıcı, 03.01.1994-cü ildən 04.06.1998-ci ilədək "xxxx" Dövlət Şirkətində 518 saylı Tikinti Quraşdırma Qatarında qaynaqçı, 23.01.1981-ci ildən 20.12.1993-cü ilədək Abşeron X1 üzümçülük sovxozunun 5 saylı briqadasında fəhlə işləmişdir.

2. İddiaçı 16.10.2019-cu il tarixində ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh 23.10.2019-cu il tarixli məkubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının əmək kitabçası ilə onun tələb olunan ümumi iş stajı təsdiq olunmur. Qanunvericiliyə görə isə pensiya hüququnun yaranması nəzərə alınması üçün iş stajı yalnız əmək kitabçası əsasında müəyyən edilir. Bundan başqa, iddiaçının təqdim etdiyi sənədlərə əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1-ci maddəsi iddiaçıya şamil edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 1972-ci ildən 25.10.1974-cü ilə kimi "xxxx" ASC-də, 19.11.1974-cü ildən 06.12.1976-cı ilə kimi həqiqi hərbi xidmətdə olmağı, 12.01.1977-ci ildən 20.08.1980-ci ilə kimi "xxxx" ASC-də təmirçi çilingər, 23.01.1981-ci ildən 20.12.1993-cü ilə kimi Abşeron X1 üzümçülük sovxozunun 5 saylı briqadada fəhlə vəzifəsində, 03.01.1994-cü il tarixdən 04.06.1998-ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövrün sosial sığorta stajı kimi təsdiq edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Ağda m şəhərində anadan olmuş, əmək fəaliyyətinə 1970-ci ildə indiki "xxxx" ASC-də başlamış və 25.10.1974-cü il tarixədək həmin müəssisədə işləmişdir. 19.11.1974-cü il tarixdən 06.12.1976-cı il tarixədək həqiqi hərbi xidmət keçmiş, hərbi xidmətdən qayıdaraq elə həmin müəssisədə 12.11.1977-ci il tarixdən 20.08.1980-ci ilə kimi təmirçi-çilingər işləmişdir. Bu barədə də “Azmənzilsənayetikintitəmir” Birliyinin 1 saylı TəmirTikintiQuraşdırma İdarəsinin təqdim etdiyi 16 saylı 27.05.2019-cu il tarixli arayış mövcuddur. 23.01.1981-ci ildə 17 №-li əmrlə Abşeron X1 üzümçülük sovxozunun 5 №-li briqadada fəhlə vəzifəsinə işə qəbul olunmuş və 20.12.1993-cü ilə kimi həmin yerdə işləmişdir. Bu barədə Abşeron rayon Dövlət Arxivinin təqdim etdiyi 15.05.2019-cu il tarixli F-620 №-li arayış mövcuddur. Bundan başq a 03.01.1994-cü il tarixdən 04.06.1998-ci il tarixədək "xxxx" ASC-də işləmiş və bu barədə "xxxx" ASC-nin 15.05.2019-cu il tarixli 05-K №-li arayışı var. Ona məxsus əmək kitabçasını itirmişdir. Cəhd etsə də əmək kitabçasını bərpa etdirməyə müvəffəq ola bilməmişdir

6. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 05.06.2020-ci il tarixli, 2-1(118)-616/2020 saylı qərarına əsasən (hakim Ceyhun Məmmədov) iddia təmin edilmiş, iddiaçının Abşeron rayon Dövlət Arxivinin təqdim etdiyi 15.05.2019-cu il tarixli F-6202 №-li arayışında, “X” Birliyinin 1№-li Təmir-Tikinti-Quraşdırma İdarəsinin 54 №-li 08.06.2020-ci il tarixli arayışında, "xxxx" ASC tərəfin dən verilmiş 05-12 nömrəli, 15.05.2019-cu il tarixli arayışında və hərbi xidmət keçdiyi müddətləri sosial sığorta stajına daxil edilərək ona 01.06.2019-cu il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Məhkəmə hesab etmişdir ki, arxiv arayışlarında qeyd edilən iş stajı və hərbi xidmət müddəti nəzərə alındıqda iddiaçının əmək stajı 25 ildən çox təşkil edir.

9. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 04.01.1972ci ildən 28.11.1974-cü ilə, 12.01.1977-ci ildən 20.08.1980-ci ilə kimi 8 saylı Təmir Tikinti İdarəsində, 23.01.1981-ci ildən 20.12.1993-cü ilə kimi Abşeron X1 üzümçülük sovxozunun 5 saylı briqadası nda, 03.01.1994-cü il tarixdən 04.06.1998-ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.05.2021-ci il tarixli, 2-1(105)-40/2021 nömrəli qərarı ilə (sədrlik edən Hökümə Babayeva, hakimlər Fuad Məmmədov və Məhəmmədəli Rzayev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 05.06.2020-ci il tarixli, 2-1(118)-616/2020 saylı qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, iddiaçının 04.01.1972-ci ildən 28.11.1974-cü ilə və 12.01.1977-ci ildən 20.08.1980-ci ilə kimi 8 saylı Təmir Tikinti İdarəsində, 23.01.1981-ci ildən 20.12.1993-cü ilə kimi Ab şeron X1 Üzümçülük sovxozunun 5 saylı briqadasında, 03.01.1994-cü il tarixdən 04.06.1998-ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə, iddiaçıya 64 yaşı tamam olduğu, yəni 01.06.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Məhkəmə dəqiqləşdirilmiş iddia tələbinə qiymət vermiş və hesab etmişdir ki, iddiaçının iş stajı arxiv arayışları ilə təsdiqlənir. İddiaçının hərbi xidmətdə olduğu və işlədiyi illəri cəmlədikdə iddiaçının 25 il 10 ay sığorta stajı yaranmış olur.

13. Məhkəmə qərarı cavabdehə 02.06.2021-ci il tarixində təqdim edilmişdir.

14. Cavabdeh 23.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.05.2021-ci il tarixli, 2-1 (105)-40/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin əsasını imtina məktubunda və yazılı etirazda qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1.1-ci bənd inə əsasən iddiaçının qanunla tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından, qanun iddiaçıya əmək pensiyasının minimum məbləğindən az olmayan yaşa görə pensiya təyin olunmasını istisna edir. Məhkəmə isə İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbini pozmuş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X3 izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay ar tırılır.

20. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 21. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (01.01.2006-cı il tarixinədək qüvvədə olmuşdur) 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 24. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

25. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər in mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

26. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

28. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişd irilməsi üçün əsas yoxdur.

32. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının zəruri sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığını nəzərə almamışdır.

33. İddiaçının sığorta stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 19-23-cü bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığort a stajı kimi nəzərə alınmalıdır.

34. Belə olan halda, iddiaçının işlədiyi illərin əmək kitabçasında əks olunmaması əsası ilə onun pensiya hüququnun olmaması barədə inzibati orqanın dəlilləri əsassızdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iş illərini təsdiq edən arxiv arayışları təqdim etmişdir və onların həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübut olunmamışdır.

36. Cavabdeh isə buna baxmayaraq iddiaçıdan həmin iş stajını təsdiq edən əlavə sübutlar (iş illərinin əmək kitabçasında qeyd olunmasını) tələb etmiş, bununla da hazırkı qərarın 24-cü bəndində göstərilən normanın tələbini pozmuşdur.

37. Hazırkı tələblə bağlı işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiy aları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı).

38. İşin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarından da görünür ki, iddiaçı 06 il 06 ay 8 saylı Təmir Tikinti İdarəsində, 12 il 11 ay Saray Üzümçülük sovxozunda, 04 il 05 ay "xxxx" ASC-də işləmişdir. Hərbi xidmət müddəti (02 il) nəzərə alındıqda iddiaçının sosial sığorta stajı 25 ildən artıq təşkil edir. Odur ki, kassatorun bu dəlili əsassızdır.

39. Məhkəmə kollegiyası kassatorun pensiya kapitalı ilə bağlı dəlilini də əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplanması.

40. İddiaçı da pensiya təyini üçün qanunla müəyyən edilmiş (64) yaş həddinə çatmış, pensiya kapitalı toplamasa da 25 ildən artıq sosial sığorta stajı toplamışdır. Beləliklə, 64 yaşının tamam olduğu 01.06.2019-cu il tarixin də iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır.

41. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

42. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.05.2021-ci il tarixli, 2-1(105)-40/2021 nömr əli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar