Məhkəmə qərarları › İş №2-1(102)-1488/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1488/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1488/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə təyin edilmiş sosial müavinətin ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəzləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlu ibarət tərkibdə, İddiaçı (xx.xx.1986-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı “əlilliyə görə təyin edilmiş sosial müavinətin ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəzləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2-1(105)-287/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 saylı zona tibbi-sosial ekspert komissiyasının 30 oktyabr 2004-cü il tarixli, 6557 saylı müayinə aktına əsaslanan 897121 nömrəli arayışına görə İddiaçı uşaqlıqdan üçüncü dərəcəli müddətsiz əlildir.

2. Sumqa yıt ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli arayışa əsasən iddiaçının anası X2 17 sentyabr 2018-ci ildə vəfat etmişdir.

3. İddiaçıya xx.xx.2016-cı il tarixdə 001324 nömrəli əlillik vəsiqəsi verilmişdir

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əlilliyə görə sosial müavinətin ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəzləşdirilməsini xahiş etmişdir.

5. Cavabdeh 28 iyul 2021-ci il və 2 sentyabr 2021-ci il tarixli məktublarla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, tibbi sosial ekspert komissiyasının iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanının məhdudluğunu müəyyən edən qərarı inzibati orqana təqdim edilmədiyindən müraciətin təmin olunmasından imtina edilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 8 sentyabr 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona əlilliyə görə təyin edilmiş sosial müavinətin anası X1 təyin edilmiş əmək pensiyası ilə əvəzləşdirilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1986-cı ildə doğulmuşdur və valideynlərinin himayəsində böyümüşdür. Anadangəlmə üçüncü dərəcəli gözdən əlil olması ilə bağlı cavabdeh inzibati orqana arayış təqdim etmişdir. Lakin cavabdeh pensiyanın təyin olunmasından əsassız olaraq imtina etmişdir. Bu səbəbdən cavabdehin üzərinə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır.

8. Cavabdeh iddi a tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan tibbi-sosial ekspert komissiyasının 18 yaşına çatanadək sağlamlıq imkanının məhdudluğu müəyyən edilən qərarını cavabdeh inzibati orqana təqdim etməmişdir. Bu səbəbdən Fondun 1 saylı regional ərazi filialı tərəfindən verilən imtina qanuni və əsaslıdır.

9. Sumqayıt İnzibati Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli, 2-1(118)-1850/2021 nömrəli qərarı (hakim X3) ilə iddia təmin edilmiş, iddiaçıya əlilliyə g örə təyin edilmiş sosial müavinətin anası X1 təyin edilmiş əmək pensiyası ilə əvəzləşdirilməklə ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilin ailə başçısını itirməyə görə pensiya hüququ vardır. Həmin normaya görə pensiya təyin edilməsi üçün sağlamlıq imkanlarının məhdudluğunun nə vaxt müəyyən edildiyi deyil, nə vaxt yarandığı əhəmiyyət daşıyır. İddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən qərar cavabdeh orqana təqdim edilməsə də, iş materiallarına əlavə edilmiş TSE-0 seriyalı, 897121 saylı arayışla iddiaçının uşaqlıqdan üçüncü qrup əlil olması müəyyən edil mişdir. Beləliklə, iddiaçının əlilliyi uşaqlıqdan olmaqla, ona əlillik dərəcəsi təyin edilməmişdən öncə yaranmışdır. Bu səbəbdən cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur.

11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2-1(105)-287/2022 nömrəli qərarı (hakimlər X5 (sədrlik edən və məruzəçi), X7 və X10) ilə Sumqayıt İnzibati Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddə ti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. TSEK şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə müvafiq qiymətləndirmə aparıldıqdan sonra müvafiq qərarın (inzibati aktın) çıxarılması ilə təyin edilə bilər. Şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlil və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Buna görə də bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin "anadangəlmə" sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxsləri 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. Hazırkı qanunvericilik normalarının tələbinə görə, əgər şəxs 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etmiş və onun əlilliyi məhz 18 yaşından sonra müəyyən olunmuşsa, əlilliyin müəyyən edilməsinə dair həmin qərar qüvvədə olduğu halda, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə istinadla həmin şəxsə ailə başçısının itirməyə görə pensiya təyin edilə bilməz. Hazırkı iş üzrə iddiaçının da əlilliyi 18 yaşından sonra müəyyən edildiyindən cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmuşdur.

14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən TSE-0 seriyalı, 897121 saylı arayışı məhkəməyə təqdim etmiş və həmin arayışda onun uşaqlıqdan 3-cü dərəcəli əlil olması qeyd edilmişdir. TSEK bu arayışı kompleks araşdırma və sənədlər əsasında verir, şəxsin uşaqlıqdan və ya sonradan sağlamlıq imkanlarının məhdud hesab edilməsi barədə rəy vermək hüququ yalnız TSEK-ə məxsusdur və bunu təsdiq edən sübut-arayış da iş materiallarına əlavə edilmişdir. Lakin məhkəmə həmin arayışı yetərli hesab etməmişdir. 18 yaşa qədər şəxsə əlillik dərəcəsi təyin olunmur, həmin vaxta kimi şəxs sağlamlıq imkanları məhdud şəxs hesab oluna bilər və şəxsin də sa ğlamlıq imkanları məhdud hesab olunması ilə bağlı məlumatlar onun tibbi kartasında, TSEK-in müayinə sənədlərində qeyd olunur. Lakin məhkəmənin təqdim edilmiş sübutları bu cür qiymətləndirməsi və həmin sübutları yetərli və mötəbər hesab etməməsi sonda maddi normanın düzgün tətbiq edilməməsinə, iş üzrə düzgün nəticəyə gəlmiş birinci instansiya məhkəməsinin qanuni qərarının ləğv edilməsinə səbəb olmuşdur. kassasiya şikayətinə etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun Maddə

14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə

1. Əsas anlayışla r... 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq;... Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci i l 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə Ümumi müddəalar 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.... 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əl illik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.... 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur.

21. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA B AXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əlilliyə görə təyin edilmiş sosial müavinətin ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəzləşdirilməsi əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, kassasi ya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 17-ci bəndində istinad olunan normaya görə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququna 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslər malikdir. Bu baxımdan iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün qeyd edilən normada təsbit edilmiş şərtin mövcudluğu, yəni onun sağlamlıq imkanlarının məhdudluğunun 18 yaşınadək müəyyən edilməsi tələb olunur.

29. Bu qərarın 18-ci bəndində istinad olunan normaya görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Ş əxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

30. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının sağlamlıq imkanlarının məhdudluğu 18 yaşına çatanadək deyil, 18 yaşı tamam olduqdan sonra müəyyən edilmişdir. İşin bu xüsusatı iş üzrə materiallara əlavə olunmuş müvafiq sənədlərlə, o cümlədən xx.xx.2004-cü il tarixli, 6557 saylı müayinə aktı və xx.xx.2016-cı il tarixli əlillik vəsiqəsi ilə də təsdiq olunur. Bununla bağlı iddiaçının xx.xx.1986-cı ildə anadan olduğu da nəzərə alınmalıdır.

31. Yuxarıda istinad olunan normaların tələbləri baxımından şəxs 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etmiş və onun əlilliyi məhz 18 yaşından sonra müəyy ən olunmuşdursa, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə istinadla sosial müavinətin əvəzinə ona ailə başçısını itirməyə görə pensiya təyin olunmasını tələb etməkdə haqlı sayıla bilməz.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğundur. Odur ki, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2-1(105)-287/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar