Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1488/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs qismində cəlbetmə) 04.10.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X7) qarşı “Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/461 nömrəli torpaq sahəsi üzərində mərhum atası X2 adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrində qeydiyyata alınması ilə bağlı arayış verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2023-cü il tarixli, 2-1(103)-1091/2023 nömrəli qərardadından iddiaçı Yusifov Ağaşah Nadirşah oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Əzizbəyov rayon X12 İcraiyyə Komitəsinin 15 nömrəli, 30 avqust 1990-cı il tarixli qərarı ilə Buzovna qəsəbəsi, Qələbə küçəsi ev 32 a, 20 nömrəli evdə yaşayan, Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsində sürücü işləyən X3 Mərdəkan qəsəbəsi, 3/461 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır.
2. X4 xx.xx.2004-cü il tarixdə vəfat etmiş və iddiaçının (vərəsə) müra ciəti əsasında Bakı şəhər 25 saylı notariat ofisində miras üzrə vərəsəlik işi açılmışdır.
3. İddiaçı sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçının müraciətinin təmin olunmasından imtina barədə xx.xx.2021-ci il tarixli, **********23 nömrəli məktubunda qeyd olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinə digər fiziki şəxsin adına (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) verildiyi aşkar edilmişdir. Bundan əlavə, təqdim edilmiş torpaq sahəsinə dair Əzizbəyov XDS İK-nin 15 nömrəli, 30 avqust 1990-cı il tarixli qərarında müvafiq düzəlişi təsdiqləyən şəxsin vəzifəsi qeyd edilməmişdir. İŞ ÜZRƏ QƏB UL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 23 noyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/461 nömrəli torpaq sahəsi üzərində mərhum atası X2 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. X10 24 yanvar 2022-ci il tarixdə, Yusifov Ağaşah Nadirşah oğlu 18 may 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs qismində işə cəlb olunmalarını xahiş etmişlər.
6. Ərizələr onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 3/461 saylı torpaq sahəsinə dair mərhum atası X2 adına çıxarış verilməsini xahiş etmişdir. Həmin torpaq sahəsi 2005-ci ildə X2 vərəsələri (X14, Mirzəyeva İyanət və digərləri) tərəfindən X8 faktiki qaydada satıldıqdan sonra, X11 da, faktiki qaydada X1. X6 tərəfindən həmin vaxt X5 qardaşı Yusifov Ağaşah Nadirşah oğluna verilmiş ümumi mülki etibarnamə də bunu sübut edir. Həmin torpaq sahəsi 2008-ci ildən bəri faktiki olaraq X5 istifadəsindədir. Həmin torpaq sahəsini daş hasarla hasarlayıb oraya dəmir darvaza qoymuşdur. Bütün bunları ərizəyə əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 dekabr 2021-ci il tarixli qərarı sübut edir.
7. Bakı İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(112)-3980/2022 nömrəli qərardadı (hakim A.A.Abdullayeva) ilə ərizələr təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçi mübahisəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində X14 tərəfindən ona verilmiş etibarnaməyə istinad edərək, həmin bağ sahəsini faktiki alğı-satqı əsasında əldə etdiyini bildirsə də, həmin etibarnamə bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd olmayıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət sayılır. Həmçinin, iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş sənədlərə əsasən sözügedən etibarnamə artıq ləğv olunmuşdur. Bağ sahəsinin alğı-satqısına dair isə məhkəməyə notarial qaydada təsdiq edilmiş alğı-satqı müqav iləsi təqdim olunmamışdır.
9. Yusifov Ağaşah Nadirşah oğlu apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2023-cü il tarixli, 2-1(103)-1091/2023 nömrəli qərardadı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) ilə Yusifov Ağaşah Nadirşah oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, əvvəla ərizəçi mübahisəli torpaq sahə sinin faktiki olaraq onun (və ya qardaşının) istifadəsində olduğunu, torpağı hasara alıb darvaza qoyduqlarını sübuta yetirə bilməmişdir. Digər tərəfdən, ərizəçinin istinad etdiyi X14 tərəfindən Yusifov Ağaşah Nadirşah oğlunun adına verilmiş etibarnamə mübahisəli torpaq sahəsi ilə bağlı hüquqların addan-ada keçirilməsi üçün mühüm sənəd olaraq qəbul edilə bilməz. Belə ki, etibarnaməni verən şəxsin hüquq sahibi olması mübahisəlidir və həmin etibarnamə özü-özlüyündə daşınmaz əmlak üzərində hüquqların keçirilməsinə əsas verən hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz. Çünki qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların əldə edilməsi, qeydiyyatı qaydası dəqiq olaraq müəyyən edilmişdir, hansı ki, istinad olunan etibarnamə belə hüquqların əldə olunması üçün əsas verən sənəd kimi qiym ətləndirilə bilməz. Bununla yanaşı, həmin etibarnamə sonradan onu verən şəxs tərəfindən ləğv edilmişdir.
12. Yusifov Ağaşah Nadirşah oğlu kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
13. Yusifov Ağaşah Nadirşah oğlunun kassasiya şikayətinin dəlilləri üçüncü şəxs qismində cəlb edilmə ilə bağlı ərizənin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı in stansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsin ə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərar a qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq n ormalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə ərizənin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı ərizə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından ərizəçinin 3-cü şəxs qismində cəlb olunması üçün tələb olunan şərtlərin mövcudluğu ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apelly asiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
23. Ərizəçi üçüncü şəxs qismində cəlbetmə barədə vəsatətini mübahisəli torpaq sahəsinin faktiki olaraq onlara satılması ilə əsaslandırmışdır.
24. Bununla bağlı nəzərə almaq lazımdır ki, şəxsin üçüncü şəxs qismində cəlb edilməsi üçün qəbul olunması nəzərdə tutulan məhkəmə qərarının ən azından həmin şəxsin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olmalıdır. Maraq anlamında publik-hüquqi və ya mülki hüquqi maraq qəbul edilməlidir, hər hansı digər maraq, o cümlədən faktiki maraq əhəmiyyət kəsb etmir. Bu qərarın 18-ci bəndində istinad olunan norma baxımından, hüquqi m araq cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi arasında, yaxud da mübahisə predmeti arasında hər hansı əlaqənin olmasını və yekun məhkəmə qərarının onun hüquqi vəziyyətinə potensial hüquqi təsirini ehtiva edir. Başqa sözlə, yekun məhkəmə qərarı cəlb edilən şəxsin hüququ vəziyyətini məhdudlaşdırmaq və ya yaxşılaşdırmaq potensialına malik olmalıdır.
25. Hazırkı mübahisəyə münasibətdə torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada ərizəçiyə satıldığını və ya həmin sahənin ərizəçinin qanuni istifadəsində olduğunu təsdiq edən hər hansı sənəd mübahisəyə dair iş üzrə materiallarda yoxdur. Ərizəçi tərəfindən də bununla bağlı hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Bu mənada ərizəçinin hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini zəruri edən, yə ni onun hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasına səbəb ola biləcək şərtlərin və yekun məhkəmə qərarının onun hüquqi vəziyyətinə potensial təsirinin mövcudluğu iş üzrə materiallardan müəyyən olunmur.
26. Ərizəçinin istinad etdiyi hallar (faktiki satma, ləğv olunmuş etibarnamə) hazırkı mübahisəyə münasibətdə onun 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunması üçün yetərli sayılma bilməz.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərardadı saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası dəyişdirilmədən QƏRARA ALDİ: X18 Nadirşah oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2023-cü il tarixli, 21(103)-1091/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.