Məhkəmə qərarları › İş №2-1(102)-1488/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1488/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1488/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümidsiz borcun silinməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliy i yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun ümidsiz borc kimi silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 2-1(103)146/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 07 iyun 1996-cı il tarixdə D1219 №li şəhadətnamə ilə qeydə alınmış Suraxanı rayon MKTB-nin Əsasnaməsindən görünür ki, Suraxanı MKTB Bakı şəhər İcra hakimiyyəti başçısının 9 fevral 1996-cı il tarixli 200 saylı sərəncamına və Suraxanı rayon İcra hakimiyyəti başçısının 22 aprel 1996-cı il tarixli 406 saylı sərəncamına müvafiq olaraq yaradılmışd ır və öz fəaliyyəti üzrə rayon İcra hakimiyyəti başçısına və Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Baş İstehsalat idarəsinə tabedir (bənd 1). MKTB onun tabeliyində olan mənzil-kommunal obyektlərinə, təmir-tikinti idarələrinə, sahələrinə və digər təşkilat və müəssisələrə rəhbərlik edir və rayon təsərrüfatına məxsus olan ərazidə yerləşən əhaliyə və digər hüquqi şəxslərə (müəssisələrə, təşkilatlara, idarələr və s.) mənzil kommunal xidməti göstərir və eləcə də rayon İcra hakimiyyəti Başçısının və Mənzil Kommunal Təsərrüfatı Baş İstehsalat idarəsinin əmr və sərəncamını həyata keçirir (bənd 2).

2. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Suraxanı MKTB ********** VÖEN-lə vergi ödəyicisi kimi xx.xx.2004-cü il tarixdə q eydə alınmışdır.

3. Bakı şəhəri LGBİ tərəfindən Birliyə mütamadi olaraq borc bildirişləri göndərilərək, 1.219.060.86 manat vergi borcunun olması bildirilmişdir.

4. İddiaçı Suraxanı rayon MKTB müddəti keçmiş (ümidsiz) vergi borclarının silinməsi ilə bağlı rəsmi qaydada cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən həmin borcların silinməsi təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon MKTB-nin şəxsi hesab vərəqəsinə hesablanmış 1.219.060,86 manat məbləğində vergi borcunun ümidsiz borc kimi silinməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandır ılmışdır ki, Suraxanı rayon MKTB xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyatdan keçərək D-1219 saylı şəhadətnamə almışdır. Birlik vergi ödəyicisi kimi xx.xx.2004-cü ildə tarixdə qeydiyyatda duraraq ********** saylı VÖEN almışdır. Müəssisə fəaliyyətə başladığı dövrdən vergi ödəyicisi kimi öhdəliklərində yaranmış vergiləri tam və zamanında ödəyərək fəaliyyət göstərmişdir və onların dövlət büdcəsinə heç bir vergi borcu yoxdur. Bakı şəhəri LGBİ tərəfindən Birliyə mütəmadi olaraq borc bildirişləri göndərilərək, 1.219.060.86 manat vergi borcunun olması bildirilsə də, həmin borcun yaranma mənbəyi onlara məlum deyil. Bank hesablarına borcla bağlı sərəncamlar qoyulduğunu öyrəndikdən sonra, borcla bağlı cavabdeh inzibati orqana müraciət olunsa da, sonuncu tərəfindən bununla bağlı heç bir cavab (açıqlama) verilməmişdir. MKTB tərəfindən son illərdə ödənilmiş vergilər cavabdeh inzibati orqan tərəfindən əvvəlki illərin vergi borclarına və onlara hesablanmış faizlərə silinmişdir.

7. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Belə ki, Vergi Məcəlləsinin 93-cü maddəsinin tələblərinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda və bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə həmin borc ümidsiz borc hesab edilir. Hazırki iş üzrə iddia tələbinin əsaslı olması üçün Vergi Məcəlləsində iki şərt m üəyyən edilib: - birincisi vergi öhdəliyinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş yerinə yetirilmə müddətinin bitməsi; - ikincisi Vergi Məcəlləsində müəyyən olunmuş əsaslar üzrə vergi öhdəliklərinin qüvvədən düşməsi. Hazırki iş üzrə iddiaçı belə hesab edir ki, mübahisələndirdiyi 1.219.060,86 manat vergi borcuna münasibətdə Vergi Məcəlləsinin 93-cü maddəsi ilə müəyyən edilmiş şərtlərdən biri, yəni vergi öhdəliyinin həmin Məcəllə ilə müəyyən edilmiş yerinə yetirilməsi müddətinin bitməsi şərti ödənilmişdir. İddiaçının bildirdiyi kimi vergi öhdəliyinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş yerinə yetirilməsi müddətinin bitməsini aydınlaşdırmaq məqsədi ilə Məcəllədə həmin müddətlərin necə müəyyən edildiyinə nəzər salınmalıdır. Bu baxımdan Vergi Məcəlləsinin 85-ci maddəsinin müddəaları əsas götürül məlidir. Belə ki, Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Məcəllənin tələbindən göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən vergi borcunun Məcəllənin 93-cü maddəsinin tələblərinə cavab verməsi üçün ilk öncə 85-ci maddənin şərtləri ödənməlidir. Yəni iddiaçının mübahisələndirdiyi 1.219.060,86 manat vergi borcundan hesabat dövrü qurtardıqdan sonra 5 ildən artıq müddət ötməlidir. Hazırki iş üzrə mübahisələndiri lən 1.219.060,86 manat vergi borcu isə Vergi Məcəlləsinin yuxarıda sadalanan heç bir tələb ödənmədiyindən ümidsiz hesab edilərək silinə bilməz. Qeyd olunanların daha aydın olması üçün iddiaçının şəxsi hesab vərəqəsi sadə təhlil edilməlidir. Belə ki, iddiaçının iddia tələbini dəqiqləşdirdiyi xx.xx.2019-cu il tarixə şəxsi hesab vərəqəsində olan göstəricilərə görə xx.xx.2006-xx.xx.2019-cu illəri əhatə edən dövrdə ümumi hesablanmış vergi məbləğinin 4.548.165,94 manat olduğu müəyyən edilmişdir. Həmçinin şəxsi hesab vərəqəsindən qeyd olunan dövrdə hesablanmış 4.548.165,94 manat məbləğdən 2.253.900,33 manat ödəniş aydın olur. İddiaçının şəxsi hesab vərəqəsinin xx.xx.2019-cu il tarixədək son beş il üzrə göstəricilərinə nəzər yetirdikdə iddiaçının hesablanmış vergi məbləğinin 1.620.256,78 manat old uğu görünür. Aydın olduğu kimi xx.xx.2019-cu il tarixədək son beş il üzrə hesablanmış 1.620.256,78 manat vergi məbləğinin tərkibində olan və iddiaçı tərəfindən mübahisələndirilən 1.219.060,86 manat müddəti ötmüş ümidsiz borc hesab edilməməlidir. Qeyd olunan dövrdə şəxsi hesab vərəqəsindən iddiaçı tərəfindən 1.411.199,77 manat ödəniş edildiyi aydın olur. Bu halda Vergi Məcəlləsində vergilər üzrə yaranmış borcların ödənilməsi ardıcıllığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq vergilər üzrə yaranmış borc yaranma tarixi ardıcıllığı ilə ödənilir.

8. Məhkəmə icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 28962 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, təqdim olunmuş iş materiallarında olan şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən vergi ödəyicisi Suraxanı rayon MKTBnin xx.xx.2019-cu il tarixə (ekspertiza təyini haqqında qərarda göstərilən tarixə yəni) vergi borcu 1.266.174,52 manat olmuşdur. Həmçinin qeyd edilir ki, şəxsi hesab vərəqəsində bütün illər üzrə borc öz əksini tapmışdır. 2014-2018-ci illər üzrə isə şəxsi hesab vərəqəsi məlumatlarına əsasən vergi ödəyicisinin dövlət büdcəsinə xx.xx.2014-cü il tarixinə borcu 779.988,37 manat təşkil etmiş, həmin dövr ərzində ödəmə 1.436.250,67 manat məbləğində olmuşdur. Göstərilən 1.436.250,67 manat məbləği 2014-2018-ci illər üzrə vergi ödəyicisi Suraxanı rayon MKTB-nin həmin illərə görə dövlət büdcəsinə hesabladığı vergilərin ödənilməsinə yönəldilmişdir.

9. Məhkəmə icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/3562 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim olunmuş iş materiallarında olan şəxsi hesab vərəqəsinin (bax 1-ci cild iş vərəqi 272 və s.) məlumatlarına əsasən vergi ödəyicisi olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixə, yəni iddia ərizəsinə dəqiqləşmə verilən tarixə olan vergi borcu 1.227.400,98 manat məbləğində olmuşdur. Həmçinin, şəxsi hesab vərəqəsində bütün illər üzrə borc öz əksini tapmışdır. İş materiallarında olan şəxsi hesab vərəqəsi məlumatlarına əsasən vergi ödəyicisi olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin dövlət büdcəsinə xx.xx.2014-cü il tarixinə olan borcu 1.142.987,14 manat təşkil etmiş, xx.xx.2014-xx.xx.2019 dövrü ərzində dövlət büdcəsinə 1.355.264,73 manat məbləğində ödəmə olmuşdur. Göstərilən 1.355.264,73 manat məbləği vergi ödəyicisi olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin həmin dövr üzrə dövlət büdcəsinə hesabladığı cari vergilərin təyinatı üzrə ödənilməsinə yönəldilmişdir. Göstərildiyi kimi Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2014-cü il tarixinə qalıq borcu 1.142.987,14 manat olmuş, yəni iddia verilən tarixə 5 il ötmüş qalıq borcu 1.142.987,14 manat olmuşdur. Dövlət büdcəsinə vergilərin ödənilməsi və silinməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 88, 85.4, 93-cü maddələri ilə tənzimlənir. Qeyd edilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.2-ci maddə sinin tələblərindən göründüyü kimi, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-122/2021 nömrəli qərarı ilə (hakim-N.Abıyev) iddia tələbi qismən təmin edilərək, iddiaçı Suraxanı rayon MənzilKommunal Təsərrüfatı Birliyinin şəxsi hesab vərəqəsindən 1.142.987 (bir milyon bir yüz qırx iki min doqquz yüz səksən yeddi) manat 14 (on dörd) qəpik məbləğində vergi borcunun müddəti keçmiş (ümidsiz) borc kimi silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiz a tədqiqatlarının dəyəri olaraq iddiaçı Suraxanı rayon MənzilKommunal Təsərrüfatı Birliyindən 400 (dörd yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından, o cümlədən ekspertiza rəylərindən müəyyən olunmuşdur ki, iddiaçı Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2014-cü il tarixinə qalıq borcu 1.142.987,14 manat olmuş, yəni iddia verilən tarixə 5 il ötmüş qalıq borcu 1.142.987,14 manat olmuş, iddiaçı tərəfindən ümidsiz vergi borclarının silinməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət olunsa da, sonuncu tərəfindən qanunvericiliyin yuxarıda qeyd oluna n tələbləri pozularaq, həmin borcların iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi təmin olunmamışdır.

12. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 21(103)-107/2022 nömrəli qərarı (hakimlər: A.Hüseynov (sədrlik edən və məruzəçi), S.Bəktaşi və A.Hüseyn) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(112)-122/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya mə hkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsindəki icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2-1(102)-517/2023 nömrəli qərarı ilə (hakimlər: R.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.Quliyev və S.Kərimov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “...ekspert rəyindəki mövqe vergi qanunvericiliyinin müddəalarına ziddir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddia çı tərəfindən dəqiqləşdirilmiş iddia ərizəsi xx.xx.2019-cu il tarixdə verilmiş, ekspert isə xx.xx.2019-cu il tarixə olan borcun məbləğini müəyyənləşdirmişdir. Digər tərəfdən, iddianın dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə təqdim edildiyi xx.xx.2019-cu il tarixə Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin şəxsi hesab vərəqəsinə əsasən 1.223.244,64 manat borcu mövcud olmuşdur. Bundan əlavə, ekspert rəyində ona istinad etmişdir ki, Suraxanı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2014-cü il tarixə vergi borcu 1.142.987,14 manat təşkil etmiş, xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində 1.355.264,73 manat vəsait ödənilmişdir. Halbuki ödənişlərin xx.xx.2014-cü il tarixə olan borclara deyil, dövr üzrə hesablamalara aid edilməsi isə Vergi Məcə lləsinin 88-ci maddəsinin tələblərinə ziddir. Belə ki, həmin maddənin tələbinə əsasən edilmiş ödənişlər yaranma tarixi ardıcıllığı ilə hesablanmış vergin məbləğlərinin (borcların) ödənilməsinə sərf edilir. Başqa sözlə, 2014-2019-cu illər üzrə edilmiş ödənişlər iddiaçının 2014-cü il və ondan əvvəlki tarixlərə borcları olduğu təqdirdə həmin borcların ödənilməsinə sərf edilməlidir. Qanunvericilik dövlət büdcəsinə yaranmış borcların ödənilməsi zamanı daha əvvəl yaranmış borc məbləğlərinin ödənilmə ardıcıllığında üstünlüyünü birbaşa olaraq müəyyən etmişdir, bu səbəbdən də iddiaçı tərəfindən mütəmadi olaraq ödənilmiş məbləğlər müəssisənin dövlət büdcəsinə olan borclarına Vergi Məcəlləsinin 88-ci maddəsində müəyyən edilmiş yaranma ardıcıllığı ilə aid olmalıdır. Göründüyü kimi, ekspert düzgün nəti cəyə gəlməmiş, qüvvədə olan vergi qanunvericiliyinə əsasən ümidsiz borc anlayışının müəyyən edilməsi qaydasını, o cümlədən şəxsi hesab vərəqəsi üzrə təhlil aparılmasını bilmədən, hesablamaların xronoloji ardıcıllığını, həyata keçirilmiş ödənişlərin hansı borclara şamil edilməsini müəyyən etmədən rəy tərtib etmiş, həmin rəy isə əsassız olaraq mötəbər sübut kimi qiymətləndirilmişdir.... işə təkrar baxan apellyasiya instansiya məhkəməsi xx.xx.2014-cü il tarixə mövcud olan şəxsi hesab vərəqəsini təhlil etməklə müəssisənin borcunun tərkibini müəyyən etməli, həmin tarixdən növbəti 5 il ərzində aparılan ödənişlərin VM-nin 88-ci maddəsinə əsasən müəyyən edilmiş ödənilmə ardıcıllığı ilə ödənilib ödənilmədiyini, həmçinin ödənilməmiş, borca çevrilmiş hər bir öhdəliyin yarandığı tarixdən 5 illik tələ betmə müddətinin keçibkeçmədiyini və vergi orqanı tərəfindən silinibsilinmədiyini araşdırmaqla və dəqiq məbləği müəyyən etməklə iş üzrə qərar qəbul etməlidir.” ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6957 №-li ekspertiza rəyinin nəticə hissəsində qeyd edilmişdir ki: “1-4-cü, 7-ci və 8-ci suallar üzrə: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materialları hazırkı tədqiqata 03 cilddən ibarət olmaqla təqdim olunmuşdur. İş üzrə xx.xx.2023-cü il tarixdə ekspert vəsatəti verilmiş, vəsatətə cavab olaraq məhkəmənin mək tubu ilə 03 qovluqdan ibarət iş bir qismi əlavə sənədlər xx.xx.2023-cü il tarixdə, 02 qovluqdan ibarət bir qismi əlavə sənədlər isə xx.xx.2023-cü il tarixdə Mərkəzə təqdim edilmişdir. Lakin, təqdim edilmiş əlavə sənədlərlə tanış olduqda həmin sənədlərin tam təqdim edilmədiyi müəyyən olundu. Ekspert vəsatəti tam təmin olunmadığı üçün ekspert qarşısında qoyulmuş 1-4, 7 və 8-ci suallar üzrə tədqiqatın aparılması mümkün olmadı. 5-ci və 6-cı suallar üzrə: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim olunmuş iş materiallarında olan cəmiyyətin şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən iddiaçı Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin son 3 ildə (xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək) ödədiyi vergi ödənişlərinin cəmi 764.525,72 manat təşkil etdiyi və həmin ödə nişlərin də vergi ödəyicisi olan Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin həmin dövr üzrə dövlət büdcəsinə hesabladığı cari vergilərin təyinatı üzrə ödənilməsinə yönəldildiyi müəyyən olundu Bundan başqa qeyd edilir ki, vergi ödəyicisinin xx.xx.2014-cü il tarixindən sonra büdcəyə apardığı ödənişlər şəxsi hesab vərəqəsində əksini tapmış təyinatına uyğun nəzərə alındıqda Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin həmin tarixdən sonra 5 il müddətinə, yəni xx.xx.2019-cü il tarixinə tələbetmə müddəti keçmiş borcunun məbləği 1.142.987,14 manat müəyyən olundu.”

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 2-1(103)-146/2024 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov /sədrlik edən və məruzəçi/, E.Kazımov və M.Tağızadə) iddiaçının apellya siya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 8.02.2021-ci il tarixli, 2-1(112)-122/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “...iddiaçı Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2014-cü il tarixinə qalıq borcu 1.142.987,14 manat olmuş, yəni iddia verilən tarixə 5 il ötmüş qalıq borcu 1.142.987,14 manat olmuş, iddiaçı tərəfindən ümidsiz vergi borclarının silinməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət olunsa da, sonuncu tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozularaq, həmin borcların iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi təmin olunmamışdır.”

22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 85.4, 88.1.1, 88.1.2, 88.1.3, 93.1.1, 93.1.2, 93.1.3-cü maddələrinə istinad etmişdir.

23. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, hazırki iş üzrə mübahisələndirilən vergi borcu Vergi Məcəlləsinin 93.1-ci maddəsinin tələbi ödənilmədiyindən ümidsiz hesab edilərək silinə bilməz. Belə ki, iddiaçının iddia tələbini dəqiqləşdirdiyi xx.xx.2019-cu il tarixə şəxsi hesab vərəqəsində olan göstəricilərə görə xx.xx.2006-xx.xx.2019-cu illəri əhatə edən dövrdə ümumi hesablanmış vergi məbləğinin 4.548.165,94 manat olduğu müəyyən edilmişdir. Həmçinin şəxsi hesab vərəqəsindən qeyd olunan dövrdə hesa blanmış 4.548.165,94 manat məbləğdən 2.253.900,33 manat ödəniş olduğu aydın olur.

25. İddianın dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə təqdim edildiyi xx.xx.2019cu il tarixə Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin şəxsi hesab vərəqəsinə əsasən 1.223.244,64 manat borcu mövcud olmuşdur və bu borcun tərkibi aşağıdakı kimi olmuş və qeyd edilən tarixə olan borc məbləği xx.xx.2015-ci il tarixdə bəyannamə əsasında (MÖMV 2015/11) tarixdən etibarən yaranmışdır: · 968.383,68 manat əsas vergi; · 9.489,32 manat maliyyə sanksiyası; · 245.371,64 manat faiz məbləği.

26. Müəssisənin həmin tarixə mövcud olan şəxsi hesab vərəqəsinin təhlil zamanı onu da müəyyən etmək mümkündür ki, iddia ərizəsinin dəqiqləşdirilməsi tarixinə olan müəssisənin 1.223.244,64 manat məbləğində borcunun tərkibini təşkil edən ayrı-ayrı hesablamaların xronoloji ardıcıllıqla siyahısını çıxarmaq, habelə həmin hesablamaların nə vaxt yarandığını, VM-nin 88-ci maddəsinə əsasən müəyyən edilmiş ödənilmə ardıcıllığı ilə ödənilib ödənilmədiyini, həmçinin ödənilməmiş, borca çevrilmiş hər bir öhdəliyin yarandığı tarixdən 5 illik tələbetmə müddətinin keçib-keçmədiyini və vergi orqanı tərəfindən silinibsilinmədiyini bilmək olur.

27. İddiaçının şəxsi hesab vərəqəsinin xx.xx.2019-cu il tarixədək son beş il üzrə göstəricilərinə nəzər yetirdikdə, iddiaçının xx.xx.2014-cü il tarixinə 1.151.971,41 manat borcunun (o cümlədən, 796.456,17 manat əsas vergi, 30.120,0 manat maliyyə sanksiyası və 325.395,24 manat faiz borcu) olduğu görünür. Həmin tarixdən sonra 5 il ərzində əsasən vergi ödəyicisinin təqdim etdiyi bəyannaməl ər nəticəsində olmaqla 1.600.408,71 manat əlavə vergi məbləği hesablanmış, 1.377.225,17 manat ödəniş edilmişdir. Nəticədə, vergi ödəyicisinin məhkəməyə müraciət etdiyi dəqiqləşdirilmiş iddia ərizəsinin tarixinə yuxarıda tərkibi göstərildiyi kimi 1.223.244,64 manat borcu mövcud olmuşdur. Həmin borcun tərkibini təşkil edən hesablamaların (siyahı iş materiallarına əlavə olunmuşdur) yaranma tarixinə nəzər saldıqda aydın görmək olur ki, iddiaçı tərəfindən mübahisələndirilən 1.219.060,86 manat müddəti ötmüş ümidsiz borc hesab edilməməlidir. Qeyd olunan dövrdə şəxsi hesab vərəqəsindən iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlər Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq vergilər üzrə yaranmış borc yaranma tarixi ardıcıllığı ilə ödənilmişdir. 2014-cü, 2015-ci, 2016-cı, 2017-ci, 2018-ci və 2019-cu illər ərzində ödənilmiş məbləğlər cari deyil, yaranma tarixi ardıcıllığına əsasən hesablanmış borcların ödənilməsinə sərf edilmişdir.

28. Bundan əlavə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin verdiyi göstərişlərə riayət edilməyətək təyin edilmiş ekspertiza qarşısında hazırkı iddianı aşan və işin düzgü araşdırılması ilə bağlı olmayan suallar qoyulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı kassasiya şikayətinə etiraz edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 2-1(103)-146/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Vergi Məcəlləsi: Maddə

88. Vergilər üzrə borcların ödənilməsi qaydası 88.1. Məhkəmənin qanuni qü vvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olmaqla, vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.... Maddə

93. Ümidsiz borcların silinməsi 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə....

31. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab ed ilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhk əməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

36. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Suraxanı rayon MKTB-nin şəxsi hesab vərəqəsinə hesablanmış 1.219.060,86 manat məbləğində vergi borcunun ümidsiz borc kimi silinməsinə yönəlmişdir.

37. Apellyasiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2014-cü il tarixinə qalıq borcu 1.142.987,14 manat olmuş, yəni iddia verilən tarixə 5 il ötmüş qalıq borcu 1.142.987,14 manat olmuşdur.

38. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir.

39. Ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin dispozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

40. Başqa sözlə, vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz.

41. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edi lməsi, vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarı).

42. Məhkəmə kol legiyası ümidsiz borcla bağlı işlər üzrə borcun məbləğinin müəyyən edilməsi zamanı aşağıdakı qiymətləndirmə mexanizminin tətbiq edilməli olduğunu zəruri hesab edir: -vergi ödəyicisinin borcun silinməsi ilə bağlı vergi orqanına müraciətinin olubolmaması;. -silinməsi tələb olunan faktiki borcun məbləği və tərkibi; -müraciət tarixindən 5 il əvvələ olan borcun məbləği və son 5 il ərzində aparılmış ödənişlər; -ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilib-yönəldilməməsi; - 5 illik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği.

43. İşdən görünür ki, hazırkı işin birinci kassasiya baxışında işə baxmış məhkəmə kollegiyası tərəfindən apellyasiya məhkəməsi qarşısında konkret göstərişlər qoyulmuş, lakin apellyasiya məhkəməsi tərəfindən həmin göstərişlərə tam riayət edilməmişdir.

44. Belə ki, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarında apellyasiya məhkəməsinə xx.xx.2014-cü il tarixə mövcud olan şəxsi hesab vərəqəsini təhlil etməklə müəssisənin borcunun tərkibini müəyyən etmək, həmin tarixdən növbəti 5 il ərzində aparılan ödənişlərin VM-nin 88-ci maddəsinə əsasən müəyyən edilmiş ödənilmə ardıcıllığı ilə ödənilib ödənilmədiyini müəyyən etmək göstərişi verilmişdir.

45. İşə təkrar baxan apellyasiya məhkəməsi tərəfindən yenidən ekspertiza keçirilsə də, lakin ekspert rəyindən Ali Məhkəmə tərəfindən qoyulmuş suallara aydınlıq gətirilməsi müəyyən olunmur.

46. Belə ki, ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının son 3 ildə (xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək) ödədiyi vergi ödənişlərinin cəmi 764.525,72 manat təşkil etdiyi və həmin ödənişlərin də vergi ödəyicisi olan Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin həmin dövr üzrə dövlət büdcəsinə hesabladığı cari vergilərin təyinatı üzrə ödənilməsinə yönəldildiyi müəyyən olundu Bundan başqa qeyd edilir ki, vergi ödəyicisinin xx.xx.2014-cü il tarixindən sonra büdcəyə apardığı ödənişlər şəxsi hesab vərəqəsində əksini tapmış təyinatına uyğun nəzərə alındıqda Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin həmin tarixdən sonra 5 il müddətinə, yəni xx.xx.2019-cü il tarixinə tələbetmə müddəti keçmiş borcunun məbləği 1.142.987,14 manat müəyyən olundu.”

47. Məhkəmə kollegiyası hesab edir ki, ekspertin gəldiyi nəticə Vergi Məcəlləsinin 88.1ci maddəsinə ziddir.

48. Belə ki, Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

49. Göründüyü kimi, iddiaçı tərəfindən 2014-cü ildən sonra ödənilmiş vergi məbləğləri cari deyil, Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq yaranma tarixi ardıcıllığına əsasən hesablanmış borcların ödənilməsinə sərf edilmişdir.

50. Beləliklə iş üzrə qeyd edilən ziddiyyətlər olduğundan, eləcə də Ali Məhkəmənin göstərişləri tam icra edilmədiyindən apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfi ndən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

51. Cavabdeh qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan hazırda kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.

52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 21(103)-146/2024 nömrəli qərarı iddianın təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Şikayət qalan hissədə təmin edilməsin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar