Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1489/2019 10.04.2019 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 yanvar tarixli 2-1(103)-176/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindən imtina barədə ərizəni və işin materiallarını nəzərdən keçirib, şifahi dinləmələr keçirmədən aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 1 saylı B akı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 fevral tarixli, 810 saylı və 2017-ci il 24 yanvar tarixli, 1207 saylı Fərmanlarına uyğun olaraq gömrük orqanları əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin onun təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 12 sentyabr tarixli 2-1(81)3323/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 fevral tarixli, 810 saylı və 2017-ci il 24 yanvar tarixli, 1207 saylı Fərmanlarına u yğun olaraq gömrük orqanları əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin iddiaçının təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim edilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 yanvar tarixli 2-1(103)-176/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb etmişdir. İş kassasiya instansiyası məhkəməsinin icraatına daxil olduqdan sonra iddiaçı ərizə ilə müraciət edərək kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Kassasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 97.1-ci maddəsinə əsasən, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. İPM-in 97.3-cü maddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İddiaçının şikayətin geri götürülməsi barədə ərizəsinin məzmunu həmin normaların tələblərinə uyğundur. İcraat üzrə prosessual xərclərə dair məsələ İPM-in 111.3-cü maddəsinə uyğun olaraq həll edilir. Həmin normanın tələbinə əsasən, şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hal larda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. İPM-in 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 16.3, 97, 111.3-cü maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin olunur. Kassasiya icraatına xitam verilir. İcraat üzrə prosessual xərclər iddiaçıya aid edilir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-1489/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1489/2019
10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver