Məhkəmə qərarları › İş №2-1(102)-1489/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1489/2021

04.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1489/2021 04.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin 2 saylı Regional Ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin vəkili Əli Hümbətovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin 2 say lı Regional Ərazi filialına qarşı ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-58/2021 nömrəli iş üzrə 23.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 04 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə qarşı X1 əmək kitabçasında və Quba rayon Dövlət Arxivinin təqdim etdiyi arayışlarında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri onun sosial sığorta stajına daxil edilərək, arvadı İ ddiaçı pensiya hüququn yarandığı 27.04.2019-cu il tarixdən ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci ildə Quba şəhərində doğulmuş, 11 iyun 1976-cı ildə X6 ilə ailə həyatı qurmuşdur. Mərhum əri X6 10 noyabr 1972-ci ildən 22 fevral 1994-cü ilə kimi Əhaliyə Məişət Xidməti Kombinatında müxtəlif işlərdə işləmişdir. X12 23.09.2013-cü ildə ölmüşdür. O, pensiya yaşına çatdıqdan sonra Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondu tərəfindən 16 mart 2020- ci il tarixli məktuba əsasən mərhum əri X2 tələb olunan 14 il 8 ay sığorta stajı olmadığına görə ona əmək pensiyası hüququnun olmadığı bildirilmişdir. Mərhum yoldaşı Yunis Ramazanov 22 ildən artıq müddətdə işləyib. İddia ərizəsinə əlavə etdiyi arxiv arayışından görünür ki, mərhum əri həmin illərdə əmək haqqı almaqla işləmişdir. Lakin mərhum ərinin işlədiyi müddət əmək kitabçasında 10 noyabr 1972-ci ildən 10 avqust 1984cü ilə kimi qeyd olunmuşdur. Halbuki, qeyd olunan çatışmamazlıq mərhum ərinin təqsiri üzündən baş verməmişdir. Əri qeyd olunan illər ərzində fasiləsiz olaraq işləyərək əmək haqqı almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 24.07.2020-ci il tarixli, 2-1(118)1024/2020 nömrəli (sədrlik edən hakim Ce yhun Məmmədov) qərarı ilə iddianın təmin edilməsi, X1 əmək kitabçasında və Quba rayon Dövlət Arxivinin təqdim etdiyi arayışlarında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri onun sosial sığorta stajına daxil edilərək, arvadı İddiaçı pensiya hüququn yarandığı 27.04.2019-cu il tarixdən ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1, 3.1, 14 və 17.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, mərhum X5 vəfat etdiyi vaxt, yəni 23.09.2013-cü ildə “Əmək Pensiyaları haqqında” Qanunun qüvvədə olan 7-ci maddəsinin redaksiyasına əsasən tələb olunan sığorta stajı 12 il təşkil edirdi. İddiaçı ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 24.07.2020-ci il tarixli, 2-1(118)-1024/2020 nömrəli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 14.10.2020-ci il tarixli, 2-1(105)-412/2020 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Fuad Məmmədov) qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qub a rayon şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialı ilə əvəz edilməsi qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsinin 23.04.2021-ci il tarixli 2-1(105)58/2021 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Məhəmmədəli Rzayev) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 24 iyul 2020-ci il tarixli 2-1(118)-1024/2020 saylı qərarının dəyişdirilməsi, iddianın təmin edilməsi, X2 10.11.1972-ci ildən 30.03.1973-cü ilə və 02.07.1975-ci ildən 22.02.1994-cü ilə kimi Əhaliyə Məişət Xidməti Kombinatında işlədiyi dövr sığorta stajına daxil edilməklə İddiaçı 27.04.2019-cu il tarixdən ailə başçıs ını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına həvalə edilməsi qərara alınmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 7, 14.1, 14.1.2, 12.1 və 23.2-ci maddələrinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67 və 69-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinə və SSRİ Nazirlər Sovetin in 04.08.1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydalar”a istinadən belə hesab etmişdir ki, iddianın dəyişdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, X3 10.11.1972-ci ildən 30.03.1973-cü ilə və 02.07.1975-ci ildən 22.02.1994-cü ilə kimi Əhaliyə Məişət Xidməti Kombinatında işlədiyi dövrü sığorta stajına daxil edilərək iddiaçıya 27.04.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

9. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əri X1 1975-ci il dən 1994-cü ilə kimi Quba Məişət Xidməti Kombinatında işlədiyi dövr əmək kitabçasında qeyd edilmədiyinə görə həmin dövrü sığorta stajı kimi götürmək mümkün olmamışdır. Vətəndaş İddiaçı mərhum əri X3 tələb olunan 14 il 8 ay sığorta stajı olmadığına görə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmır. Beləliklə, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbi əsassız olduğundan, iddia tələbi təmin edilməməli idi. Hər iki instansiya məhkəməsi inzibati icraatın əsas prinsiplərindən olan bu müddəanın tələblərini pozaraq, araşdırma aparmamış və nəticədə, düzgün olmayan qərar qəbul etmişdir.

10. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya ins tansiyası məhkəməsinin 23.04.2021-ci il tarixli, 2-1(105)-58/2021 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Ə.Hümbətov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.04.2021-ci il tarixli qər arın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

14. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandır ıcı hissə:

16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 23.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apel yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

19. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlilləri əsassızdır.

20. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

21. Hüquqi münasibətlər yarandığı dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə.

22. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.

23. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

24. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarəl ərdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

25. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

26. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut e dən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssis ələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

28. Həmin əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

29. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilmə si Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər.

30. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

31. İşə əlavə edilmiş iddiaçının həyat yoldaşına məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd edilmişdir ki, X5 10.11.1972-ci ildən 30.02.1973-cü ilə kimi Əhaliyə Məişət Xidməti Kombinatında ayaqqabı təmiri ustası işləmiş, 03.05.1973-18.05.1975-ci illərdə hərbi xidmətdə olmuş, 02.07.1975-ci ildə yenidən həmin Kombinatda usta kimi fəaliyyətə başlamışdır. İşdən azad edilməsi barədə qeyd isə əmək kitabçasında qeyd edilməmişdir.

32. Həmçinin, X9 Fili alı tərəfindən verilmiş 31.01.2020-ci il tarixli 55 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, X5 10.11.1972-ci ildə Əhaliyə Məişət Xidməti Kombinatında ayaqqabı təmiri ustası işinə qəbul edilmiş, 30.03.1973-cü il tarixdə 43 saylı əmrlə işdən azad edilmişdir. Daha sonra 02.07.1975-ci ildə həmin Kombinatda fərdi ayaqqabı tikişi və təmiri ustası işinə qəbul edilmiş, 22.02.1994-cü il tarixdə 12 saylı əmrlə işlədiyi obyektdə kommersiya fəaliyyəti ilə məşğul olduğu üçün işdən azad edilmişdir. 31.01.2020-ci il tarixli 56 nömrəli arxiv arayışından isə görünür ki, Əhaliyə Məişət Xidməti Kombinatının əmək haqlarının qeydi kitablarına əsasən, X5 1972-1994-cü illərdə İdarədə işlədiyi müddətdə əmək haqqı almışdır.

33. Göründüyü kimi, iddiaçının ərinin 1954-cü il təvəllüdlü olmaqla 2013-cü ildə vəfat etməsi nəzərə alındıqda, onun öhdəsində olmuş şəxslərin ailə başçısını itirməyə görə pensiya hüququnun yaranması üçün 14 il 08 ay sığorta stajı (ölən günədək olan 59 yaş -15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 44) x 4 ay = 176 ay: 12 = 14 il 08 ay) olmalıdır. Tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi X9 filialı tərəfindən verilmiş arxiv arayışını təqdim etmişdir.

34. Belə olan halda Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, hərbi xidmətdə olduğu və işlədiyi illər nəzərə alınmaqla X1 ümumilikdə 20 ildən artıq sosial sığorta stajının olması işə əlavə edilmiş əmək kitabçası və arxiv arayışı ilə təsdiq edilir ki, cavabdeh isə həmin süb utlarda olan məlumatları mötəbər olmaması ilə bağlı kasasiya şikayətində heç bir tutarlı dəlil irəli sürməmişdir.

35. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 23.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.04.2021-ci il tarixli, 2-1(105)-58/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar