Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1489/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın, plan və ölçünün verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1968-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Abşeron rayon Hökməli Bələdiyyəsi) “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-95/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X1 rayonu, Hökməli Bələdiyyəsinə müraciət edərək, uzun müddət istifadəsində olan 1.000 kv.m torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Rəy verilməsi məqsədilə bələdiyyə tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə müraciət edilmişdir.
2. Azər baycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 2424 saylı, 17 iyul 2009-cu il tarixli rəyində Hökməli Bələdiyyəsinin 25 iyun 2009-cu il tarixli 22 saylı qərarı ilə X4 1.000 kv.m olmaqla fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış torpaq sahəsinin qanuna müvafiq olduğu qeyd olunmuş və torpaq sahəsinin İntiqam Səlimovun adına sənədləşdirilməsinə etiraz edilməmişdir.
3. Hökməli Bələdiyyəsinin 25 iyun 2009-cu il tarixli 22 saylı qərarı ilə Bələdiyyənin alqı-satqı predmeti olmaqla 0,10 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir.
4. Bələdiyyənin nümayəndəsi ilə X7 arasında 9 iyul 2009-cu il tarixdə torpaqların alqı-satqısına dair akt imzalanmış, İntiqam Səlimov tərəfindən bununla bağlı bələdiyyənin hesabına 900 manat vəsait ödənilmiş, eləcə də alqı-s atqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən 17 iyul 2009cu il tarixdə təsdiq edilmişdir. 5. 5 avqust 2009-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən ayrılmış torpaq sahəsinə dair A№212232 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
6. AZ-İ № 777178 ölüm haqqında şəhadətnaməyə əsasən X7 7 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir.
7. Mərhumun həyat yoldaşı İddiaçı 15 fevral 2020-ci il tarixdə cavabdehə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir.
8. Cavabdeh 6 mart 2020-ci il tarixli, **********20 nömrəli məktubla müraciəti təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Hökməli Bələdiyyəsinin 25 iyun 2009-cu il tarixli 7 saylı iclas protokolunun 22 nömrəli qərarından çıxarışı ilə fərdi yaşayış evi tikmək məqsədilə 0.10 ha torpaq sahəsinin X4 bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı aşkar edilmişdir. Qeyd edilmişdir ki, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmiş, torpaq sahəsi hərrac və müsabiqə vasitəsi ilə satılmalı olduğu halda bilavasitə satılmışdır. Həmçinin, Abşeron rayon Hökməli Bələdiyyəsinin sözügedən qərarından çıxarışı ilə fərdi yaşayış evi tikmək məqsədilə 0,10 ha torpaq sahəsinin İntiqam Səlimova fərdi yaşayış evi tikmək məqsədi ilə ayrılmasına baxmayaraq, kadastr ba za məlumatlarına əsasən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən edilmiş, bu səbəbdən cavabdeh iddiaçının ərizəsinin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı 19 mart 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanuna zidd hesab edilməsi, Abşeron rayon Hökməli Bələdiyyəsinin 25 iyun 2009-cu il tarixli qərarına əsasən, X4 Hökməli qəsəbəsinin ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,10 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və plan və ölçünün ve rilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X7 iddiaçının əridir və o, 7 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. İddiaçı əri İntiqam Səlimov öldükdən sonra, ondan qalmış miras əmlakı qəbul etmək üçün notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən 11 fevral 2020-ci il tarixdə verilmiş 29 saylı məktubla və ona əlavə etdiyi yuxarıda sadalanan sənədlərlə həmin torpaq sahəsinə çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh yuxarıda qeyd edilən məktubla müraciətin icrasından imtina etmişdir.
11. Mərhum əri X2 qəsəbəsində anadan olmuş, orada yaşamaqla qeydiyyatda olmuş və həmin qəsəbədə vəfat etmişdir. Mərhum ərinin 5 ildən yuxarı Hökməli Bələdiyyəsinin ərazisində qeydiyyatda olmaqla yaşadığından, torpaq sahəsinin hərrac və ya müsabiqə yolu ilə satılması şərtinin ona şamil edilmədiyini bildirmişdir.
12. İddiaçı ayrılmış torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı olması ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd etmişdir ki, mərhum əri tərəfindən həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün dəyəri ödənilmək şərtilə alınarkən, həmin torpaq sahəsinin qeyd olunan məqsədlər üçün ayrılmasının qanuna müvafiq olması barədə rəsmi dövlət qurumları tərəfindən ona təsdiq edilmiş şəkildə ayrılmış torpaq sahəsinin koordinatları ilə bağlı Abşeron rayon Hökməli Bələdiyyəsinin yerquruluşu planından çıxarış və mövcud sənədlər əsasında AR DTXK tərəfindən 5 avqust 2009-cu il tarixdə 12779 nömrəsi ilə qeydiyyata alınmış A seriyalı 212232 nöm rəli "Torpaq sahəsinin planı və ölçüsü" (kadastr planı) verilmişdir.
13. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, etirazı imtina məktubunun dəlilləri ilə eyni məzmunda əsaslandırmışdır.
14. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-919/2020 nömrəli 6 oktyabr 2020-ci il tarixli qərardadı ilə Abşeron rayon Hökməli Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
15. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-154/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli qərarı ilə (hakim İ.Quliyev) iddia təmin edilmiş, Abşeron rayonu, Hökməli Bələdiyyəsinin 25 iyun 2009-cu il tarixli qərarına əsasən X4 Hökməli qəsəbəsinin ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,10 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və özündə torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
16. Məhkəmə qeyd etmişdir ki, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsinin istisnaları da vardır, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması bunun istisnasını təşkil edir.
17. Bundan başqa, bələdiyyə torpaqlarının satılması digər şəxslərin mülkiyyətində olan torpaq sahələrinin satılmasından fərqli qiymətləndirilm əlidir. İddiaçıya torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan olan AR DTXK-nin Abşeron rayon şöbəsinin müvafiq rəyi alınmış və AR DTXK tərəfindən 5 avqust 2009-cu il tarixdə 12779 nömrəsi ilə qeydiyyata alınmış A seriyalı 212232 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" verilmişdir. Göründüyü kimi torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaqlardan həmin dövrdə səlahiyyətli olan orqanın rəyi nəzərə alınaraq satılmışdır. Hazırda da mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olan torpaqlardan ayrılması mübahisə olunmur.
18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
19. Sumqayıt Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 2-1(105)-95/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-154/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi rədd edilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 2424 saylı, 17 iyul 2009-cu il tarixli rəyindən görünür ki, torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə rəy verilərkən, torpağın kateqoriyası barədə heç bir məlumat qeyd olunmamışdır. Lakin, Bələdiyyə tərəfindən 25 iyun 2009-cu il tarixdə ayrılmış torpaq sahəsinə da ir 05 avqust 2009-cu il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçü” sənədindən görünür ki, torpaq sahəsinin kadastr göstəriciləri hissəsində torpağın bonitet balı 100 olaraq göstərilmişdir. 21. “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarixli 230 nömrəli qərarına əsasən, kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının bu qərara əlavə edilmiş "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqların ın təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları" cədvəli təsdiq edilmişdir. Həmin cədvələ əsasən, Abşeron-Qobustan kadastr qiymət rayonu üzrə bonitet şkalası 100-81 olan torpaq sahələri birinci keyfiyyət qrupuna daxil olmaqla kənd təsərrüfatına yararlı torpaq sahələri hesab edilir. Beləliklə, torpaq sahəsi 2009-cu il tarixdə İntiqam Səlimova ayrılarkən torpağın bonitet balı 100 olmaqla birinci keyfiyyət qrupuna daxil olan kənd təsərrüfatına tam yararlı torpaq sahəsi olmuşdur.
22. Bundan başqa, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmi ş xx.xx.2021-ci il tarixli **********80 nömrəli məktubdan görünür ki, Abşeron rayon Hökməli Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli qərarı ilə fərdi yaşayış evi tikintisi məqsədi ilə X4 ayrılmış Hökməli qəsəbəsinin ərazisində yerləşən 0.10 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir və idarənin elektron kadastr xəritəsinə əsasən, sözügedən torpaq sahəsinin keyfiyyət qrupu 3, bonitet balı 45 kimi qeyd olunmuşdur. Mübahisəsi gedən torpaq sahəsinin kateqoriyası və kənd təsərrüfatına yararlılıq dərəcəsi torpaq sahəsi ayrılan vaxt səlahiyyətli dövlət orqanı tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçü” sənədinə əsasən, müəyyən edildiyindən, həmçinin hazırda da həmin torpaq sahəsi elektron kadastr xəritəsinə əsasən, keyfiyyət qrupu 3, bonitet balı 45 olmaqla kənd tə sərrüfatına yararlı torpaq sahəsi olduğundan, torpaq sahəsinin hazırda kənd təsərrüfatına yararlılıq dərəcəsi ilə bağlı əlavə olaraq "xxxx" MMCdən əlavə mütəxəssis rəyinin alınması zəruri deyildir.
23. Beləliklə, işin halları araşdırılarkən müəyyən edildi ki, iddiaçının mərhum ərinə fərdi yaşayış evi tikintisi üçün satılmış torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına deyil, ayrıldığı zaman birinci keyfiyyət qrupuna daxil olan kənd təsərrüfatına yararlı torpaqlara aid olmuş, həmçinin hazırda da, həmin torpaq sahəsinin bonitet balı 45 olmaqla kənd təsərrüfatına yararlı torpaq sahəsidir.
24. Bundan başqa, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən fərdi yaşayış evi tikintisi üçün iddiaçının mərhum ərinə satılması qərara alınmışdır. Halbuki, bələdiyyənin kənd təsərrüfatı təyinatlı torp aqları yalnız məqsədli təyinatı üzrə icarəyə verilə bilərdi. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün bələdiyyənin qərarına əsasən satılması, qanunvericiliyə uyğun aparılmamışdır.
25. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
26. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında "Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 2424 saylı, 17 iyul 2009-cu il tarixli rəyindən görünür ki, torpaq sahəsinin ayrılm asının məqsədə uyğunluğu barədə rəy verilərkən, torpağın kateqoriyası barədə heç bir məlumat qeyd olunmamışdır" fikrini bildirərkən, nəzərdən qaçırmışdır ki, həmin rəydə torpaq sahəsinin fərdi ev tikmək məqsədilə X4 ayrılması birbaşa göstərilmiş və bunun qanuna müvafiq olması bildirilmişdir.
27. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi torpağın təyinatı ilə bağlı məsələyə mübahisələndirilən qərarın 40-42-ci bəndlərində münasibət bildirərkən nəzərə almamışdır ki, iddiaçının mərhum əri mütəxəssis deyil, sadə vətəndaşdır və onun inzibati orqanın etdiyi hərəkətlərə və qəbul etdiyi qərarlara etimadı olmuşdur. İnzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən, qarşılıqlı etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkə tlərə və ya inzibati praktikaya əsaslanan inamdır. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. b) kassasiya şikayətinə dair etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafi ə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə
10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi
2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. Maddə
12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfat ı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir....
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti or qanı qarşısında vəsatət qaldırırlar.... Maddə
17. Kənd təsərrüfatı ehtiyacları üçün torpaqların yararlılığının müəyyən edilməsi Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir.... Maddə
86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri
2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir.... 30. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respu blikasının Qanunu: Maddə
6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.... 31. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatlar ın məcmusu;... Maddə
6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Maddə
7. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır.
32. İnzibati Prose ssual Məcəllə (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəmə sinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏH KƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
37. Apellyasi ya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı inzibati icraat üzrə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair çıxarışın, plan və ölçünün verilməsi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri tə krarlamağa lüzum qalmır.
39. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
40. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-95/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.