Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1489/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1958, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “özəlləşdirmənin etibarsız sayılması və şəhadətnamələrin və reyestrdən çıxarışla rın ləğv olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-650/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən 174 kv.m sahədən ibarət 28 saylı kitab mağazası İddiaçı tərəfindən “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmiş, bununla bağlı olaraq ona 13 avqust 2001-ci il tarixli, 000004 nömrəli Şəhadətnamə verilmişdir.
2. Mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 28 nömrəli kitab mağazası özəlləşdirilməzdən əvvəl həmin sahəyə dair tərtib olunmuş sənədlərdə qeyd olunan qeyriyaşayış sahəsinin ümumi sahə si 174 kv. metr qeyd olunmuşdur. Belə ki, qeyd olunan kitab mağazanın zirzəmi sahəsi 154 kv. metrdən, birinci mərtəbəsi isə 20 kv. metrdən ibarət olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş “Azərkitab” Birliyinin Bakı şəhəri, Yasamal rayonu, keçmiş Firudin Ağayev küçəsi, 556/557 məhəllə, ev “A” (indiki Vahabzadə küçəsi 34 Q) ünvanında 1-ci mərtəbəsində yerləşən 120 kv. metr sahədən 100 kv. metr sahəsinin onun xəbəri və icazəsi olmadan qanunsuz olaraq özəlləşdirilməsinin etibarsız sayılmasına, həmin özəlləşdirməyə görə verilmiş şəhadətnamələrin və reyestrlərdən çıxarışların ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiaçının tələbi onunla əsaslandır ılmışdır ki, o, “Azərkitab” Kitab Ticarəti Birliyinin Bakı şəhəri, Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsi 34Q (keçmiş Firudin Ağayev küçəsi 556/557 məhəllə ev "A”) ünvanda yerləşən 28 saylı mağazasında 13 mart 1989-cu il tarixdən 23 avqust 2001-ci il tarixinə qədər müdir kimi fəaliyyət göstərmişdir. 28 saylı mağazasının 1-ci mərtəbəsi 120 kv. metr, zirzəmisi 154 kv. metr sahədən ibarət olmaqla 3 nəfər işçi olmuşdur (yəni o, və iki nəfər işçi). 1999-cu ilin təxminən iyul-sentyabr aylarında “Azərkitab” Kitab Ticarəti Birliyi həmin 2 nəfər işçinin işdən azad olunması haqda əmrini imzalamışdı. O, narazılıq etmişdir ki, 120 kv. metr sahədən ibarət mağazanı tək işlədə bilməz. Lakin birlik onun narazılığına, xahişlərinə etinasız yanaşmışdı. Həmin işçilər işdən azad olunandan xeyli sonra Birliy in rəhbərliyi 28 saylı mağazanın 1-ci mərtəbəsindəki 120 kv. metr sahədən 100 kv. metr sahəni boşaltmağı əmr etmişdir. Sonradan həmin 100 kv. metr sahədə qastronom açılmışdı. Nəhayət, 12 fevral 2001 il tarixdə 28 saylı kitab mağazasının müdiri kimi AR Dövlət Əmlakı Nazirliyinə ərizə ilə müraciət etməklə 28 saylı Kitab mağazasının özəlləşdirilməsi haqda qərar verilməsini xahiş etmişdir. 13 fevral 2001ci il tarixdə AR Dövlət Əmlakı Nazirliyi ilə “Azərkitab” Kitab Ticarəti Birliyi arasında Bakı şəhəri Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsi 34Q (keçmiş Firudin Ağayev küçəsi 556/557 məhəllə ev "A”) ünvanında yerləşən 1-ci mərtəbəsindəki 20 kv. metr, zirzəmidəki 154 kv. metr sahələrindən ibarət 28 saylı mağazasının icarəyə verilməsilə əlaqədar icarə müqaviləsi bağlanmışdır. Həmçinin “Azərkita b” Kitab Ticarəti Birliyi Dövlət Əmlakı Nazirliyinə 27/8 saylı 13 fevral 2001 il tarixli məktubla müraciət edərək 28 saylı Kitab mağazasının özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. 29 may 2001 il tarixdə respublika auksion mərkəzində hərrac keçirilərək Firudin Ağayev küçəsi 556/557 məhəllə ev “A” (indiki Bəxtiyar Vahabzadə küçəsi 34Q) ünvanda yerləşən 28 saylı Kitab mağazasının alqı-satqısı haqda 38/1 saylı Hərrac Protokolu imzalanmışdır. X2 əsasında 09 iyul 2001 il tarixdə onunla AR İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti arasında 28 saylı kitab mağazasının alqı-satqısı haqda 4 saylı müqavilə bağlanmışdır. Həmin Müqavilədən sonra Bakı şəhəri Yasamal rayonu, Firudin Ağayev küçəsi 556/557 məhəllə ev "A” (indiki Bəxtiyar Vahabzadə küçəsi 34Q) ünvanda yerləşən 28 saylı kitab mağazasının onun mülkiyyətinə verilməsinə dair 000004 saylı 13 avqust 2001 il tarixli şəhadətnamə verilmişdir. Mülkiyyətinə ünvan 3 ünvanda 1-ci mərtəbədə yerləşən 28 saylı Kitab mağazasının cəmi 20 kv. metr, həmin ünvanın zirzəmisində yerləşən 154 kv. metr sahə verilmişdir. O, xəstə olduğundan, müalicə aldığından həmin obyekti lazımınca işlədə bilməmişdir. Məhz 2022 ilin fevral ayının sonlarından o, başqa şəxslərdən də öyrənmişdir ki, 28 saylı kitab mağazasının 1-ci mərtəbəsində yerləşən 120 kv. metr sahədən 100 kv. metr sahə Mirkərim Seyidov adlı şəxsin adına özəlləşdirilmişdir.
5. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin xx.xx.2001-ci il tarixli, 184 nömrəli sərənc amı ilə 28 saylı kitab mağazasının hərrac yolu ilə özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. ünvan 4 ünvanında yerləşən 28 saylı kitab mağazasının ümumi dəyərinin, yəni 8 507 000 (səkkiz milyon beş yüz yeddi min) köhnə Azərbaycan manatının 1 276 050 (bir milyon iki yüz yetmiş altı min əlli) manatı (nizamnamə kapitalının 15 %-i) əmək kollektivinin güzəştli satışda iştirak edən üzvü olmuş İddiaçı tərəfindən özəlləşdirmə çekləri vasitəsilə ödənilmiş, həmin əmlakın nizamnamə kapitalının 85%-i yəni, 7 231 000 (yeddi milyon iki yüz otuz bir min) manat dəyərində olan hissəsi xx.xx.2001-ci il tarixli hərracda əmək kollektivinin yeganə üzvü olmuş İddiaçı tərəfindən özəlləşdirilmişdir. Daha sonra Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdi rmə Departamenti ilə İddiaçı arasında qeyd olunan əmlaka dair xx.xx.2001-ci il tarixli, 4 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və 28 saylı kitab mağazası xx.xx.2001-ci il tarixli, 000004 nömrəli Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı iddia tələbinin əsası kimi özəlləşdirilmiş ünvan 2 ünvanında yerləşən 28 saylı mağazanın birinci mərtəbəsinin 20 kv. metr deyil, 120 kv. metr təşkil etdiyini, özəlləşmə zamanı onun hüquqları pozularaq, birinci mərtəbədə yerləşən 120 kv. metr sahədən 100 kv. metr hissənin də özəlləşmə üçün ona təklif olunmalı olduğu halda, 100 kv. metr hissənin başqa şəxsin adına özəlləşdirildiyini qeyd etmişdir. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 28 nömrəli kitab mağazası özəlləşdiril məzdən əvvəl həmin sahəyə dair tərtib olunmuş texniki pasportda və eləcə də digər sənədlərdə qeyd olunan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 173 kv. metr qeyd olunmuşdur. Belə ki, qeyd olunan kitab mağazanın zirzəmi sahəsi 153.3 kv. metrdən, birinci mərtəbəsi isə 19.9 kv. metrdən ibarət olmuşdur. İddiaçının ünvan 2 ünvanında yerləşən 28 saylı mağazanın birinci mərtəbəsində yerləşən 120 kv. metr sahədən 100 kv. metr sahənin Xidmət tərəfindən özəlləşdirilməsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi ilə bağlı iddiaçının istinad etdiyi qeyd olunan hallar tamamilə əsassızdır.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9465/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakim N.İ.Abıyev) iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmi şdir ki, hazırkı iş üzrə İddiaçı, Əmlak Məsələləri Dövlət Xidmətinin "Azərkitab” Birliyinin Bakı şəhəri, Yasamal rayonu, keçmiş Firudin Ağayev küçəsi, 556/557 məhəllə, ev "A” (indiki Vahabzadə küçəsi 34 Q) ünvanında 1-ci mərtəbəsində yerləşən 120 (yüz iyirmi) kv. metr sahədən 100 (bir yüz) kv. metr sahəsini özəlləşdirilməsinin etibarsız sayılaraq həmin özəlləşdirmə əsasında verilmiş şəhadətnamənin və reyestrdən çıxarışın ləğv edilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil.
8. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi, balanssaxlayıcısı Azərbaycan X1muş və “Azərkitab” Kitab Ticarət Birliyinin (28 saylı mağaza) icarəsinə verilmiş 1967-ci ildə inşa edilmiş ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi 19,9 kv. met r, zirzəmi hissəsi isə 153,3 kv.metrdən ibarət olmaqla, cəmi 173,2 kv. metr təşkil etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan daşınmaz əmlak məhz həmin ölçüdə iddiaçının adına qanunla müəyyən olunmuş qaydada özəlləşdirilmişdir.
9. İddiaçının mübahisələndirdiyi 100 (bir yüz) kv.metr qeyri-yaşayış sahəsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı, təqdim olunmuş arxiv sənədlərindən də balanssaxlayıcısı Azərbaycan X1muş və "Azərkitab” Kitab Ticarət Birliyinin (28 saylı mağaza) icarəsinə verilmiş 1967-ci ildə inşa edilmiş ünvan 5 ünvanında yerləşən qeyri yaşayış sahəsinin 1-ci mərtəbəsində həmin ölçüdə belə bir sahənin olmadığı müəyyən olunmuşdur.
10. Belə olan halda cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlar ının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran hallar müəyyən olunmadığından iddia mümkün sayılmamalıdır.
11. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi ilə bağlı qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-650/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qərardadı ilə (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və V.Ə.Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9465/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məh kəmə əlavə olaraq qeyd etmişdir ki, dövlət əmlakı olan mağazanın birinci mərtəbəsindəki 120 kv.m sahəsindən, 100 kv.m-nin “Azərkitab” birliyinin balansından çıxarılması, iddiaçı ilə icarə müqaviləsi bağlanılmasından illər əvvəl baş vermişdir. Belə olan halda dövlət əmlakı hesab edilən “Azərkitab” Birliyinin 28 saylı mağazasında icarə müqaviləsi bağalanana qədər “müdir” kimi işləyən şəxsin “Azərkitab” Birliyinin Bakı şəhəri, Yasamal rayonu, keçmiş Firudin Ağayev küçəsi, 556/557 məhəllə, ev “A” (indiki Vahabzadə küçəsi 34 Q) ünvanında 1 -ci mərtəbəsində yerləşən 120 kv. metr sahədən 100 kv. metr sahəsinin özəlləşdirilməsinin etibarsız sayılaraq həmin özəlləşdirmə əsasında verilmiş şəhadətnamənin və reyestrdən çıxarışın ləğv edilməsinə dair iddia ilə məhkəməyə müraciət etməsinə dair hər hansı subyektiv hüququ mövcud deyil.
14. İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Birinci instansiya məhkəməsi ətraflı araşdırma aparmaqdan faktiki olaraq imtina etmiş, cavabdeh təşkilatdan konkret şəkildə mübahisə predmeti olan 100 kv.m sahənin olub-olmadığına dair rəsmi şəkildə cavab almaqda maraqlı olmamışdır. Sadəcə cavabdehin nümayəndəsi olmuş Nümayəndə şifahi şəkildə məhkəmənin iclası zamanı 100 kv.m sahənin mövcud olmadığı barədə dediklərini əsas götürmüşdür. Apellyasiya instansiyasında isə 23 dekabr 2022-ci il tarixindən başlayaraq dəfələrlə cavabdeh təşkilatın sənədləri məhkəməy ə təqdim etmiş olmaqdan yayınmaları ucbatından məhkəmənin iclasları dəfələrlə təxirə salınmış, nəhayət 07 mart 2023-cü il tarixindən sonra rəsmi cavab gəlmiş olduqdan sonra 17 mart 2023-cü il tarixində qısa bir zamanda iclası keçirmiş olub, heç bir əsas olmadan iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. İddiaçı çoxsaylı vəsatətlər verərək şahidlərin dinlənilmələrini, AR İqtisadiyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin GPS mütəxəssisləri (peyk vasitəsi ilə yerin kimə məxsus olmasının müəyyən edilməsi üçün) dəvət etməklə, onların məcburi iştirakları ilə Bakı şəhəri, Yasamal rayonu, keçmiş Firudin Ağayev küçəsi 556/557 məhəllə ev “A” (indiki Bəxtiyar Va habzadə küçəsi 34Q) ünvanın birinci mərtəbəsində yerləşən 100 kv.m. sahəsinə baxışın keçirməsini, həmin yerin kimə məxsus olmasını müəyyənləşdirdikdən sonra həmin ünvanla əlaqədar sənədlərin əsillərinin tələb edilib gətirilmələrinə dair qərardad çıxarılması, hazırkı mülkiyyətçisi olmuş Abdulla adlı şəxsin və əvvəlki mülkiyyətçisi olmuş Seyidov Mirkərimin üçüncü şəxslər qismində məhkəməyə cəlb edilmələri ilə əlaqədar qərardad çıxarmasını dəfələrlə xahiş etsə də, apellyasiya instansiya məhkəməsi də bu hallara biganə yanaşmışdır. Sadəcə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsindən o halla fərqlənmiş olmuşdur ki, 100 kv.m. sahənin həqiqətən də mövcud olub-olmaması barədə cavabdeh təşkilata 28 dekabr 2022 il tarixdə rəsmi sorğu göndərmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin ba ş mühəndisi Ramiz Babayevin hakim Mirzə Tağızadənin adına ünvanladığı 07 mart 2023 il tarixli məktubundan məlum olur ki, İddiaçı adına özəlləşdirilən 20 kv.m. sahəyə bitişik 98,3 kv.m. sahə mövcuddur, lakin kimə məxsus olmasına dair məlumat verilməmişdi, məhkəmə də həmin sahənin kimə məxsus olmasını müəyyən etməkdə maraqlı olmamışdır. Məhkəmə əslində ətraflı araşdırmalı idi ki, hansı əmrlə, hansı tarixdə və hansı əsaslarla həmin mübahisələndirilən 100 kv.m. sahə “Azərkitab” Birliyinin balansından çıxarılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri.
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qəra rı: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
19. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qa yda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3- cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəməni n inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şə rtləri müəyyən olunmuşdur.
25. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
26. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə i ddianın mümkün sayılması üçün ilk növbədə iddiaçının iddia qaldırmaq səlahiyyətinə (subyektiv hüquq) malik olması şərti də yerinə yetirilməlidir.
27. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
28. İddiaçı bildirir ki, “Azərkitab” Kitab Ticarət Birliyinin 28 saylı kitab mağazasının birinci mərtəbəsi 120 kv. metrdən, zirzəmi sahəsi isə 154 kv. metrdən ibarət olmuşdur. Özəlləşmədən sonra birinci mərtəbədən 20 kv.m., zirzəmidən isə 154 kv.m. iddiaçının mülkiyyətinə verilib.
29. Qeyd edilməlidir ki, iddiaçı ilə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi ilə arasında bağlanmış 13 fevral 2001-ci il tarixli icarə müqaviləsinə əsasən, ünvan 7 ünvanında yerləşən 1-ci mərtəbəsi 20 kv. metr, zirzəmi hissəsi isə 154 kv. metrdən ibarət olmaqla, cəmi 174 kv. metr təşkil edən qeyri-yaşayış sahəsi iddiaçıya icarəyə verilmişdir. 28 nömrəli kitab mağazası özəlləşdirilməzdən əvvəl həmin sahəyə dair tərtib olunmuş texniki pasportda və eləcə də digər sənədlərdə qeyd olunan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 173 kv. metr qeyd olunmuşdur. Daha sonra aparılmış özəlləşmə zamanı da məhz həmin sahələr iddiaçının mülkiyyətinə verilmişdir. Beləlilklə, dövlət əmlakı olan mağazanın birinci mərtəbəsindəki 120 kv.m sahəsindən, 100 kv.m-nin “Azərkitab” birliyinin balansından çıxarılması, iddiaçı ilə icarə müqaviləsi bağlanılmasından əvvəl baş vermişdir. Yəni, hazırkı işdə iddia edilən 100 kv.m. sahə özəlləşmənin aparıldığı zamanı 28 saylı mağazanın tərkibi hissəsi kimi mövcud olmamışd ır.
30. İddiaçının 100 kv.metrdən ibarət sahəyə hər hansı hüququnun mövcudluğu müəyyən edilmir. İddiaçı yalnız birinci mərtəbədən 20 kv.m., zirzəmidən isə 154 kv.m. sahəyə hüquq müəyyənedici sənədlərə məxsusdur. Belə olan halda, iddiaçı 100 kv. metr sahənin özəlləşdirilməsi ilə bağlı hərəkətləri mübahisələndirmək hüququna malik deyil.
31. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması, bu səbəbdən iddianın mümkünsüzlüyü ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, bu nəticə hüquq normalarının tələblərinə və işin hallarına uyğundur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilm əsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-650/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.