Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-149/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyası təyin edilməsi; iş illərinin sığorta stajına daxil edilməsi; əməkhaqqı cədvəllərinin olmaması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2-1(104)-455/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş, xx.xx.1974-cü il tarixdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdə institutu bitirmiş, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək sovxozda, xx.xx.1978-ci il tarixdən xx.xx.1986-cı il tarixədək sovxozda əmək normallaşdırıcı, xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək sovxozda iqtisadçı işləmiş, xx.xx.1991-ci il tarixdən sovxozda baş iqtisadçı vəzifəsinə təyin edilmişdir.
2. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 221 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdə 139 nömrəli əmrlə Kirov adına sovxoza çilingər (slesar) təyin edilmiş, xx.xx.1975-ci il tarixdə 147 nömrəli əmrlə hərbi çağırışa getdiyi üçün vəzifəsindən azad edilmiş, 03 iyul 1978-ci il tarixdə 116 nömrəli əmrlə Kirov adına sovxoza əmək normallaşdırıcı vəzifəsinə təyin edilmiş, əmək haqqının xx.xx.1978-ci ildən verilməsi göstərilmiş, xx.xx.1991-ci il tarixdə 145 nömrəli əmrlə Kirov adına sovxozdan azad edilərək yeni yaradılmış Qaraxanlı sovxozuna köçürülmüş, xx.xx.1991-ci il tarixdə 01 nömrəli əmrlə xx.xx.1991-ci il tarixdən sabiq Kirov adına sovxozda müvəqqəti baş iqtisadçı vəzifəsinə keçirilmiş, xx.xx.1996-cı il tarixdə 25 nömrəli əmrdə iddiaçının adı komissiya üzvü kimi qeyd edilmişdir. xx.xx.1997-ci il tarixdən sonrakı illərin əmr kitabı Tovuz rayon Dövlət Arxivinə təhvil verilmədiyindən iddiaçının işdən azad edilməsinə dair əmri tapmaq mümkün olmamışdır.
3. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bi ldirmişdir ki, onun xx.xx.1974 - xx.xx.2005-ci illərdə olan iş stajı araşdırılmış və Fondun 1 saylı X1 xx.xx.2022-cii l tarixli aktı ilə müəyyən olunmuşdur ki, arxiv arayışında qeyd olunmuş Kirov və Qaraxanlı sovxozunun xx.xx.1974-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək haqqı kitabları heç bir möhürlə təsdiqlənməmiş və 1974-1981, 1983-1984, 1993-1996-ci illərdə olan şəxsi hesab kitablarında ata adı qeyd edilməmişdir. Eyni zamanda, AİK-nın əmr kitabları arxivə təhvil verilmədiyi üçün həmin müəssisədən əmək haqqı alıbalmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Ümumi sığorta stajı 25 ildən az olduğu üçün yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamış, xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa gör ə müavinət təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçının tələbi hazırkı qərarın 1-3-cü bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.
6. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinaya dair məktubun dəlilləri ilə eynilik təşkil edir.
7. Gən cə İnzibati Məhkəməsinin (hakim: F.C.Hüseynov) 29 mart 2023-cü il tarixli, 2-1(114)-832/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək və xx.xx.1978-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsinin əsaslandırması: 8.1. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, xx.xx.1974-cü il tarixdən əmək fəaliyyətinə başlamış, 08.05 1991-ci il tarixədək ayrı-ayrı vaxtlarda müxtəlif müəssisələrdə işləmiş, 08.05 1991-ci il tarixdə Qaraxanlı sovxozunun baş iqtisadçısı vəzifəsinə təyin edilmiş, sonrakı əmək fəaliyyəti ilə bağlı qeydlər aparılmamışdır. Bundan əlavə, Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 275 nömrəli arayışı ilə təsdiq olunur ki, iddiaçı 1974-1975 və 1978-2004-cü illərdə Kirov və Qaraxanlı sovxozlarında işləmiş və əmək haqqı almış, 1974-1981,1983-1984,1991,1993- 1996-cı illərin əmək haqqı kitabında onun ata adı qeyd edilməmiş, qalan illərdə ata adı Rzalı kimi qeyd edilmişdir. Cavabdehin etirazında iddiaçıya pensiya təyin edilməsindən imtinaya səbəb kimi onun sığorta stajının ümumilikdə 2 il 18 gün olması göstərilmişdir. Bundan əlavə, iddiaçının işlədiyi Kirov və Qaraxanlı sovxozunun xx.xx.1974-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək haqqı kitablarının möhürlə təsdiqlənmədiyinə, həmçinin 1974-1981, 1983-1984, 1991, 19931996-cı illəri əhatə edən şəxsi hesab kitablarında iddiaçının ata adının qeyd olunmadığına görə həmin müddətlərin onun sığorta stajı kimi nəzərə alınmasının mümkün olmadığını qeyd etmişdir. 8.2. Məhkəmə iclasında tərəflərin iştirakı ilə 1974-2004-cü illərə dair əmək haqqı kitablarına baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya 1996-2004-cü illərdə AİK-nın üzvü kimi əmək haqqı ödənilmişdir. Həmçinin, əmək haqqı kitabları heç biri möhürlə təsdiq edilməmişdir. Buna baxmayaraq, kitablarda hər hansı şübhə doğuran qeydlərə rast gəlinmədi. Cavabdehin etirazına münasibətdə qeyd edilməlidir ki, müəssisənin əmək haqqı kitablarının möhürlə təsdiqlənməməsi iddiaçının ziyanına şərh edilə bilməz, çünki əmək haqqı kitablarının möhürlənərək arxivə təhvil verilməsi, eləcə də müvafiq sənədlərin düzgün formada tərtibatı işçinin - iddiaçının deyil, işəgötürənin vəzifəsidir və əmək kitabçasında, eləcə də müvafiq arxiv arayışında olan məlumatlardan da görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası m əhkəməsində icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.İ.İsgəndərova /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.Bayramov) 14 iyun 2023-cü il tarixli, 2-1(104)-455/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2-1(114)-832/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
13. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarə tdir ki, Kirov və Qaraxanlı sovxozunun xx.xx.1974-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan əməkhaqqı kitabları heç bir möhürlə təsdiq edilməmiş, 1974-1981, 1983-1984, 1991, 1993-1996-cı illəri əhatə edən şəxsi hesab kitablarında iddiaçının ata adı qeyd olunmamışdır. İddiaçının hansı tarixdə işdən azad edilməsi əmək kitabçasında qeyd olunmamışdır. İş materiallarına əlavə edilmiş Qaraxanlı YAİK-nın iclas protokollarından görünür ki, iddiaçı AİK-nın sədri kimi iclasda çıxış edir. Buna baxmayaraq, bununla bağlı əmək kitabçasında heç bir qeyd aparılmamış, məhkəmə qərarlarında bu məsələyə münasibət bildirilməmişdir. Bu səbəbdən həmin illərin iddiaçının sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin olunması mümkün deyildir. b) kassasiya şikayətinə qarşı etirazı n dəlilləri:
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən e dilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 202 7-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (qüvvədən düşmüşdür): Bənd
1. Əmək staj ı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şik ayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiy ası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərin i nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin “əməkhaqqı kitablarının heç bir möhürlə təsdiq edilməməsi və şəxsi hesab kitablarında iddiaçının ata adının qeyd olunmaması” ilə bağlı dəlillərinə münasibətdə əvvəla onu qeyd edir ki, bu hallar aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış, habelə əmək haqqı kitablarına birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş, kitablar möhürlənməsə belə, məhkəmə tərəfindən kitablarda hər hansı şübhə doğuran qeydlərə rast gəlinməmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin də qeyd etdiyi kimi, əmək haqqı kitablarının möhürlənməməsi və şəxsi hesab kitablarında iddiaçının ata adının qeyd olunmaması iddiaçının təqsiri olmamışdır. Başqa sözlə, işə götürənin qanunvericiliyin, kargüzarlığın tələblərinə əməl etməməsi, sənədlərini düzgün tərtib etməməsi, habelə sənədlərin arxivə təhvil verilməməsi iddiaçının ziyanına təfsir oluna və onun həmin illərdə müvafiq sovxozlarda işləməsi faktını inkar edə bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın qeyd olunan dəlillərini əsassız hesab edir.
27. Bundan başqa, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın iddiaçının AİKda işlədiyi dövrlərin məhkəmələr tərəfindən araşdırılmaması ilə bağlı kassasiya dəlilinə münasibətdə qeyd edir ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasında cavabdehin nümayəndəsinin iştirakı ilə xx.xx.1997-ci il tarixli 1 nömrəli əmrlə Aqrar islahatla əlaqədar xx.xx.1997-ci il tarixdən etibarən sovxozda tutduğu vəzifədən azad edilən işçilərin siyahısına və siyahının 115-ci sırasında İddiaçı adının qeyd olunması iddia edilən hissəyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin sırada kiril qrafikası ilə X3 qeyd edilmiş, cavabdeh inzibati orqan isə yanlış olaraq Rafiq adını Tofiq kimi şərh etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın qeyd olunan dəlili də əsassızdır.
28. Beləliklə, mübahisələndirilən dövrlər üzrə iddiaçının işləməsi və əmək haqqı alması əmək kitabçası, arxiv arayışları, əmək haqqı kitabından çıxarış və şəxsi hesab kitablarından çıxarışlarla öz təsdiqini ta pdığından, həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməli, onun ümumi iş stajı 25 ildən artıq olduğundan və pensiya yaşına çatdığından ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin olunmalıdır.
29. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 21(104)-455/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.