Məhkəmə qərarları › İş №2-1(102)-1490/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1490/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1490/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Mustafayevnanın cavabdeh Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçı Lyudmila Mustafayevnanın və vəkili Nüşabə Yusifovanın iştirakı ilə, İddiaçı Mustafayevnanın cavabdeh Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə qarşı rəyin qanunsuz hesab edilməsi və çəkilmiş xərclərin cavabdehdən tutulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasını n 23 yanvar 2019-cu il tarixli, 2-1(103)-388/19 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 24 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Mustafayevna cavabdeh Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə qarşı ekspert rəyinin qanunsuz hesab edilməsi və çəkilmiş xərclərin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 29.11.2018-ci il tarixli iş № 2-1(81)-4689/2018, (sədrlik edən hakim A.Abdullayeva) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardaddından narazı qalan iddiaçıapely asiya şikayəti verərək birinci instansiya məhkəməsinin 29.11.2018-ci il tarixli qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 23.01.2019-cu il tarixli iş № 2-1(103)388/2019 (hakimlər İ.Əhmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və V.Məmmədov) qərardadı ilə birinci instansiya məhkəməsinin 29.11.2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,apelyasiya instansiyası məhkəməsinin qərardadı qanunazidd və əsassız olduğu üçün ləğv edilməlidir. Qərardadla maddi hüquq normaları və prosessual hüquq normaları pozulmaqla qanunlar düzgün tətbiq edilməmişdir. Belə ki, Bakı şəhər Səbail rayon Məhkəməsinin 12.11.2018-ci il tarixli qərardadı ilə İddiaçı Mustafayevnanın iddia ərizəsi aidiyyətin düzgün müəyyən edilməməsi səbəbilə geri qaytarılmışdır. Müvafiq məhkəmə qərardadında məhkəmə qeyd etmişdir ki, “İddiaçı Mustafayevnanın iddia tələbi predmet və subyekt tərkibinə görə inzibati xarakterlidir və bu səbəbdən ümumi məhkəmədə baxılmalı deyil”.Bundan başqa Bakı şəhər Səbail rayon Məhkəməsi özünün 12.11.2018-ci il tarixli, 2(009)-3714/2018 saylı qərardadında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki h üquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarına əsaslanmaqla iddiaçının iddia tələbinə aidiyyəti üzrə inzibati məhkəmə tərəfindən baxılmalı olduğunu qeyd etmişdir.Lakin İddiaçı Mustafayevna Bakı şəhər Səbail rayon Məhkəməsinin 12.11.2018-ci il tarixli 2(009)-3714/2018 saylı qərardadına uyğun olaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiyi zaman müvafiq məhkəmə onun iddiasını mümkünsüz saymışdır.Yuxarıda qeyd edilənlərdən də aydın olduğu kimi İddiaçı Mustafayevnanın konstitusion hüquqları pozulmuşdur.Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Nə ümumi məhkəmə qismində Bakı şəhər Səbail rayon Məhkəməsi, nə də inzibati məhkəmə qismində 1 saylı İnzibati-İqtisadi Məhkəmə tərəfindən İddiaçı Mustafayevnanın iddia ərizələrinin icraata qəbul edilməməsi onun öz konstitusion hüququndan istifadə və məhkəməyə çatımlılıq imkanını bugünədək məhdudlaşdırmışdır. İddiaçı Mustafayevna məhkəmələr tərəfindən aidiyyətin düzgün müəyyən edilə bilməməsi səbəbindən artıq 5 aydır ki, süründürməçiliyə məruz qalır və hələ də onun ərizəsinə mahiyyəti üzrə baxılmasına nail olmamışdır. Əlavə olaraq qeyd etmək istər ki, iddiaçının qanunla qorunan etimad hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 2.0.8-ci maddəsinə görə inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsa slanan inam qarşılıqlı etimad adlandırılmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2-1(103)-388/2019 nömrəli qərardadının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi və işin mahiyyəti üzrə baxılması üçün aidiyyəti məhkəməyə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili N.Yusifova kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya in stansiyası məhkəməsinin 23 yanvar 2019-cu il tarixli, 2-1(103)-388/2019 nömrəli qərardadının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi və işin mahiyyəti üzrə baxılması üçün aidiyyəti məhkəməyə göndərilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıda, onun vəkili N.Yusifovanınçıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23 yanvar 2019-cu il tarixli, 2-1(103)-388/2019 nömrəli qərardadının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi və işin mahiyyəti üzrə baxılması üçün aidiyyəti məhkəməyə göndərilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qay dada xəbərdar edilməsinə baxmayaraq,cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 23 yanvar 2019-cu il tarixli, 2-1(103)-388/2019 saylı qərardadla, iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtis adi Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 1.1, 2.0.1, 2.0.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə inzibati prosessual normalarının tətbiqi baxımından qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassızdır. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir, belə ki, iş materiallarından məlum olur ki, İddiaçı Mustafayevna hazırkı iddia tələbində cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş rəyin qanunsuz hesab edilməsi barədə qərarın çıxarı lmasını xahiş edir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd edilən Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati aktın anlayışı ilə bağlı mövqeyini ifadə etmiş və inzibati aktın hansı əlamətlərə malik olmasını açıqlamışdır. Həmin Qərarda qeyd edilmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəx slər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq öz qərarında qeyd etmişdir ki, mübahisəyə baxılarkən ilk növbədə iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda həmin mübahisənin mahiyyəti təhlil edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qor unan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibat i məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia predmeti olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş rəy iddiaçı üçün hər hansı hüquq və vəzifələr müəyyən etməmiş, sadəcə müvafiq qurum tərəfindən mövcud vəziyyəti əks etdirərək tərtib edilmiş və yalnız iş üzrə sübut kimi qəbul edilib qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutl arla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisə inzibati hüquq münasibətlərindən deyil, mülki hüquq münasibətlərindən yaranmış mübahisədir və onun predmeti mülki işi üzrə sübut kimi verilmiş ekspert rəyinin qanunsuz hesab edilməsidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-44/18 nömrəli, 06 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş rəy sübut kimi tədqiq edilmiş və qiymətləndirilmişdir. Bütün yuxarıd a göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Mustafayevnanın kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2-1(103)-388/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar