Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1490/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 21.09.2021 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X2, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinə (hazırda Dövlət Vergi Xidməti 2 saylı Əraz i Vergilər Baş idarəsinə) qarşı “2017-ci il 18 iyul tarixli, **********102917 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 may tarixli, 2-1(105)-18/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Ərazi Vergilər Departamenti 2017-ci il 18 iyul tarixli, **********102917 saylı qərarı ilə iddiaçı vergi məsuliyyətinə cəlb edilməklə 9760.80 manat vergi borcu hesablanmış və 4880.40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 2017-ci il 21 avqust tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia əriz əsi ilə müraciət edərək cavabdehin 2017-ci il 18 iyul tarixli, **********096269 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının anası X1 mülkiyyətində olan yaşayış binasında qeydiyyatdadır, həmin binanın bir hissəsi tədris mərkəzi kimi fəaliyyət göstərir. Ailə üzvü olduğuna görə əvvəlcə onların aralarında icarə müqaviləsi bağlanmamış, lakin sonradan vergi orqanının işçilərinin təkidi ilə 2014-cü il 08 sentyabr tarixdə anası ilə aralarında formal olaraq icarə müqaviləsi bağlanmışdır. Müqavilədə icarə haqqı 10 manat məbləğində göstərilmişdir. Lakin vergi orqanı tərəfindən səyyar vergi yoxlaması keçirilərkən həmin məbləği az hesab edərək onun barəsində məsuliyyətə cəlb etmə barədə qərar çıxarmış və 9760,80 m anat əlavə vergi və 4880,40 manat maliyyə sanksiyası hesablamışdır. İddiaçı hesab etmişdir ki, icarəyə götürülən obyekt anasının xüsusi mülkiyyətində olduğundan icarə haqqı da aralarında istənilən məbləğdə müəyyənləşdirilə bilərdi. Cavabdehin etirazları:
4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, cavabdeh vergi orqanının 2017-ci il 19 aprel tarixli, **********091220 nömrəli qərarına əsasən iddiaçıda iyul 2014 - dekabr 2016 dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında 2017-ci il 20 aprel tarixli tələbnamə iddiaçıya verilmiş və vergilərin ödənilməsi və hesablanması barədə sənədlər iddiaçı tərəfindən yoxlamaya qismən təqdim edilmişd ir. Yoxlama zamanı iddiaçının hazırlıq kurslarının fəaliyyəti ilə məşğul olması müəyyən edilmişdir. İddiaçının faktiki sahəsi 930 kv. m. olan obyekti 2014-cü il 08 sentyabr tarixli icarə müqaviləsinə əsasən 10 manat aylıq icarə haqqı müqabilində icarəyə götürdüyü, lakin həmin icarə müqaviləsində icarə haqqı məbləğinin real bazar qiymətlərindən aşağı təsbit edilməsi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 44-cü maddəsinə uyğun olaraq vergi orqanı tərəfindən 2017-ci il 28 aprel tarixli qərarı ilə yoxlamaya ekspert dəvət edilmişdir. “Azərekspertiza” Birliyinin eksperti tərəfindən icarəyə götürülmüş obyektin faktiki sahəsi ölçülərək dəqiqləşdirilmiş və obyektin sahəsinin 930 kv. m. olduğu və iddiaçı tərəfindən icarəyə verilmiş obyektin 1 kv. m. üçün aylıq icarə haqqı məbləği 2014-cü il 08 sen tyabr tarixdən 2016-cı il 31 dekabr tarixədək 2500 manat müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlamasının nəticəsində ekspert rəyi nəzərə alınmaqla iddiaçı tərəfindən icarə haqqından 2014-cü ilin İİİ rübündən 2016-cı ilin İV rübünədək cəmi 9760,8 manat məbləğində ödəmə mənbəyindən tutulan verginin azaldılması müəyyən edilmiş və buna müvafiq olaraq 4880,4 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla əlaqədar olaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin 2019-cu il 4 dekabr tarixli, 2-1(085)26/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş 2017-ci il 18 iyul tarixli, **********09626 9 saylı qərar ləğv edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, səyyar vergi yoxlaması zamanı obyektin icarə haqqının müəyyən edilməsi məqsədilə vergi orqanı tərəfindən «Ekspertizanın təyin edilməsi» haqqında 2017-ci il 28 aprel tarixli qərar qəbul edilsə də, bu zaman həmin qərarla bağlı müvafiq protokol tərtib edilməmiş, belə ki, həmin protokolun təqdim olunması cavabdeh orqanın nümayəndəsinə təklif olunsa da, məhkəməyə təqdim olunmamış, bunun nəticəsində vergi ödəyicisinin ekspertizanın təyin olunması ilə bağlı vergi qanunvericiliyində göstərilən hüquqlarının ona izah edilməsi təmin olunmamış və buna görə də Vergi Məcəlləsinin 44-cü maddəsinin tələbləri pozulmuşdur. Odur ki, vergi orqanı tərəfindən 2017-ci il 18 iyul tarixli, **********096269 saylı qərar qəbul edilərkən əsas götürülmüş 2017-ci il 14 iyul tarixli ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə, hazırki işə baxılarkən iş üzrə iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halına yol verilməsini təsdiq edə biləcək hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2017-ci il 18 iyul tarixli, **********102917 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi iddianın dəqiqləşdirilməsi barədə ərizəni icraata qəbul etmişdir.
9. Sumqayıt Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 may tarixli, 2-1(105)-18/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin 2019-cu il 4 dekabr tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehin 2017-ci il 18 iyul tarixli, **********102917 saylı qərarı qismən – 4704 manat ödəmə mənbəyində tutulan vergi və 2352 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, obyektin faktiki sahəsi 930 m2 olsa belə, icarəyə götürülən sahənin ölçüləri icarə müqaviləsində dəqiq qeyd edilmişdir. Odur ki, kollegiya hesab etmişdir ki, iddiaçı tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin bazar qiymətinə uyğun olaraq aylıq icarə haqqı məbləği 1300 (650 x 2) man at müəyyən edilməlidir. Bu qiymət nəzərə alındıqda isə iddiaçı tərəfindən icarə haqqından 2014-cü ilin 3-cü rübündən (sentyabr ayından) 2016-cı ilin 4-cü rübünədək cəmi 5056,8 manat məbləğində ödəmə mənbəyindən tutulan verginin azaldılması müəyyən edilir. Bundan əlavə, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən iddiaçıya azaldılmış vergi məbləğinə münasibətdə 50 % həcmində, yəni 2528.4 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən yoxlama ilə əhatə edilən dövrdə icarə haqqından ödəmə mənbəyində tutulmalı vergi üzrə ümumilikdə 5056.8 manat vergi məbləği azaldılmış və həmin vergi məbləği ilə bağlı cavabdeh vergi orqanı tərəfindən iddiaçıya cəmi 2528.4 manat maliyyə sanksiyası tətbiq edilə bilərdi.
11. İddiaçı qərarı mübahis ələndirməmişdir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti və ona əlavə verərək qərarın qismən - iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə yenidən baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin və ona əlavəsinin dəlilləri
13. Kassasiya şikayətinin və ona əlavəsinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının iştirakı ilə 2017-ci il 12 iyun tarixdə tərtib olunan aktda icarəyə götürülən obyektin faktiki sahəsinin 930,0 m2 olması müəyyən edilmiş və iddiaçı tərəfindən həmin akt imzalanmaqla fakt təsdiq edilmişdir (aktın surəti iş materiallarında mövcuddur). İşə baxan məhkəmə isə həmin aktda qeyd olunanları araşdırmamış, həmçinin icarəyə verilmiş obyektin faktiki sahəsinin müəyyən edilməsi istiqamətində hər hansı bir hərəkət etməmişdir. Bundan əlavə cavabdeh obyektin 1 aylıq icarə haqqının 2 manat olması ilə də razı olmamışdır. Belə ki, eyni ünvanda fəaliyyət göstərən digər vergi ödəyiciləri tərəfindən bağlanmış icarə müqavilələri araşdırılarkən müəyyən edilmişdir ki, qiymətlər 1 m2 üçün 3-6 manat arasında dəyişir. Halbuki, yoxlama zamanı tətbiq edilmiş qiymət belə 2,66 manat olmaqla digər analoji icarə müqavilələrindəki qiymətlərdən çox aşağı olmuşdur. Məhkəmə isə qeyd olunan hallan nəzərə almadan qərar qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz və məhkəmə mübahisəli məsələyə dair qərar q əbul edərkən qanunvericiliyin tələblərini düzgün riayət etməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
15. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
16. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində ba xır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğ v edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının mübahisələndirilən hissədə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
20. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 2017-ci il 12 iyun tarixli akta əsasən, “Azərekspertiza” Birliyinin eksperti tərəfindən icarə obyektinin faktiki sahəsi ölçülərək dəqiqləşdirilmiş və obyektin sahəsinin 930 m2 olduğu müəyyən edilmişdir.
21. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 2017-ci il 4 iyul tarixli 111 nömrəli ekspert rəyinə əsasən, iddiaçı tərəfindən icarəyə götürülmüş obyektin aylıq icarə haqqı məbləği 2014-cü il 8 sentyabr tarixdən 2016-cı il 31 dekabr tarixədək 2500 manat müəyyən edilmişdir.
22. İddiaçı yoxlama zamanı mütəxəssisin verdiyi rəylə razılaşmayaraq, həmin ərazidə icarə haqqı məbləğinin aşağı olduğunu, bazar qiymətinin düzgün müəyyən edilmədiyini bildirdi yindən, apellyasiya instansiyası məhkəməsinin 2020-ci il 28 oktyabr tarixli qərardadı ilə iddiaçının icarəyə götürdüyü sahənin müvafiq olaraq 2014cü il 1 iyul tarixdən 2016-cı il 31 dekabr tarixədək bazar qiymətlərinə uyğun aylıq icarə haqqı nə qədər təşkil etməsi barədə mütəxəssis rəyinin alınması “X5” MMC-yə həvalə edilmişdir. 23. “X5” MMC-nin 2021-ci il 9 mart tarixli, M21/221 saylı mütəxəssis rəyindən görünür ki, yerli baxış zamanı mütəxəssislər tərəfindən aparılmış ölçü işləri nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanda yerləşən yaşayış evinin tikinti altı sahəsi 280 kv.metr, zirzəmi sahəsi (qazanxana, elektrik şit otağı və s.) 238 kv.metr. 1ci və 2-ci mərtəbələrin icarəyə yararlı olan sahəsi 309 kv.metr təşkil edir. 2014-cü il 1 iyul tarixdən 2016-cı il 31 dekabr tarixinədək aylıq icarə dəyəri 711AZN müəyyən edilmişdir. Rəyin təsviri hissəsində qeyd edilir ki, 2014-2016-cı illərin bazar araşdırmalarına əsasən, Sumqayıt şəhərinin mərkəzə yaxın hissələrində ofis tipli binaların bir kv m-nin aylıq icarə dəyəri 3-3.5 manat civarında, qiymətləndirilən yaşayış evinin yerləşdiyi hissədə (mərkəzdən aralıda) və onunla oxşarlıq təşkil edən ətraf ərazidə 1 kv m aylıq icarə dəyəri 2-2.5 manat civarında dəyişmişdir.
24. Bundan başqa, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin 2018-ci il 14 dekabr tarixli qərardadına əsasən, "xxxx" MMC-nin verdiyi 2019-cu il 2 avqust tarixli A-04/264 saylı rəyə görə, mübahisələndirilən ərazidə xidmət sahələrinin aylıq icarə haqqı 1 kv.m üçün 1 və 2 manat arasında dəyişməsi müəyyən edilmiş, mübahisəsi gedən xidmət sahəsinin aylıq icarə haqqının 800 manat olması məqbul hesab edilmişdir.
25. Səyyar yoxlama zamanı “Azərekspertiza” Birliyi tərəfindən verilmiş rəydə isə, obyektin 1 kv m aylıq icarə haqqı məbləği 2.6 manat (2500/930=2.6) müəyyən edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq işdə olan hər üç qiymətləndirmə rəylərini müqayisəli şəkildə təhlil etmiş, iddiaçının icarəyə götürdüyü sahənin 1 kv m-nin bazar qiymətinə uyğun olaraq orta aylıq icarə haqqı məbləğinin 2 manat müəyyən edildiyi qənaətinə gəlmişdir. 27. “Azərekspertiza” Birliyi rəyində 2017-ci il 12 iyun tarixdə tərtib edilmiş akta istinad edərək, iddiaçı tərəfindən icarəyə götürülmüş obyektin faktiki sahəsinin 930 m2 olduğunu nəzərə almış və bazar qiymətini də həmin sahə nəzərə alınmaqla müəyyən etmişdir. “X5” MMC-nin mütəxəssis rəyi ndə isə obyektin icarəyə yararlı olan sahəsinin 309 kv.metr təşkil etdiyi qeyd edilmiş və icarə haqqı məbləği həmin sahə nəzərə alınmaqla hesablanmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hər iki rəydə icarəyə verilən ərazinin ölçüsü ilə bağlı mütəxəssislərin gəldiyi nəticəni qiymətləndirərkən nəzərə almışdır ki, 2014-cü il tarixdə bağlanmış icarə müqaviləsində yaşayış evinin yalnız 650 kv.m hissəsi icarəyə vermişdir. Obyektin faktiki sahəsi 930 m2 olsa belə, icarəyə götürülən sahənin ölçüləri icarə müqaviləsində dəqiq qeyd edilmişdir. Buna görə də (obyektin icarəyə yararlı sahəsi mütəxəssis rəyi ilə 309 kv.metr müəyyən edilsə də) iddiaçı tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin bazar qiymətinə uyğun olaraq aylıq icarə haqqı məbləği 1300 (650 x 2) manat müəyyə n edilməlidir.
29. Göründüyü kimi, cavabdehin şikayətində göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə araşdırmasının predmeti olmuş, təqdim olunmuş sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunmuş və qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də həmin qiymətləndirməyə uyğun olmuşdur. Buna görə də şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 may tarixli, 2-1(105)-18/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.