Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1490/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərara izah verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Cavabdeh1nə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2025 -ci il tarixli, 2-1(103)1211/2025 saylı qərardadından cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Gənclər və İdman Nazirliyinə və Cavabdeh1nə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh1 169 nömrəli 11 noyabr 2022-ci il tarixli sərəncamın ləğv edilməsini, oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ödənilməsinin cavabdeh Gənclər və İdman Nazirliyinə həvalə edilməsini, 15 min manat maddi zərər və 5 min manat mənəvi zərərin ödənilməsinin Cavabdeh1nə həvalə edilməsini xahiş etmişdir.
2. Bakı İnzib ati Məhkəməsinin e-2-1(112)-5017/2023 saylı, 05 may 2023-cü il tarixli qərarı ilə (hakim X2) iddia qismən təmin edilmiş, İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh1 169 nömrəli 11 noyabr 2022-ci il tarixli sərəncamı ləğv edilmiş, iddiaçının oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
3. Cavabdeh1 birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-3460/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 /sədrlik edən və məruzəçi/, X4 və X5) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsini n qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. Sonradan iddiaçı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi ifadəsinin 5-ci təsnifat üzrə rəhbər vəzifə ifadəsini ehtiva etməsi barədə qərara izah verilməsini xahiş etmişdir.
5. Qərara izah verilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə qərarı olmasına baxmayaraq oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməmişdir. Ona təklif olunan vəzifə oxşar-rəhbər vəzifə deyildir. Xızı rayonu üzrə gənclər və idman sektorunun müdiri vəzifəsi 5-ci təsnifata aid deyildir. Cavabdeh qeyd edir ki, həmin vəzifə iddiaçının əvvəlki vəzifəsi ilə oxşar vəzifədir iddiaçı hesab edir ki, həmin məsələyə münasi bətdə aydınlıq gətirilməsi qərarın izah edilməsi zəruridir.
6. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2-1(112)-5017/2023 nömrəli qərardadı ilə (hakim X2) məhkəmə qərarına izah verilməsi barədə ərizə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi mahiyyətlə bağlı qərarında iddiaçının oxşar vəzifə (rəhbər vəzifəyə) bərpa edilməsi dedikdə inzibati orqanların beşinci təsnifatı üzrə rəhbər vəzifəyə iddiaçının bərpa edilməsinin cavabdehə həvalə edilməsinin ehtiva edildiyi izah edilmişdir.
7. Cavabdeh Gənclər və İdman Nazirliyi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və izah verilməsinə dair ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1211/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər X3 /sədrlik edən və məruzəçi/, X4 və X6) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Cavabdeh Gənclər və İdman Nazirliyi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməməsini və şikayətin məzmununa uyğun izahın verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. Şikayətdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi, 77-ci maddəyə, eləcə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3643 nömrəli Fərmanına istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəmə sinin mövqeyi qanuni və əsaslı deyildir.
11. Belə ki, mövcud qanunvericilikdə işçinin yalnız "öz vəzifəsinə" bərpasını tələb etmək hüququ vardır və məhkəmə yalnız onun öz vəzifəsinə təyin olunması barədə qərar qəbul edə bilər. Bununla belə başa düşüləndir ki, həmin vəzifə mövcud deyil və məhkəmə şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə qərarı bu cür qəbul etmişdir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə şəxsin "hüququnu bərpa" etməlidir, başqa sözlə onu "işdən çıxarılmadığı" əvvəlki halına qaytarmalıdır. Tələbkar əvvəlki halında olmuş olsaydı, yəni işdən azad olunmasaydı, Azərbaycan Respublikası Prezidentinin göstərilən fərman ilə struktur dəyişikliyinə uyğun olaraq onun vəzifəsi ixtisar ediləcək və o, nazirliyin mülahizəsinə uyğun olaraq, ya bu əsasla işdən azad ediləcək, ya da analoji vəz ifəni tutan şəxslər kimi nazirliyin təklif etdiyi vəzifə ilə razılaşmalı olacaqdı. İndiki halda olan məhz budur və nazirlik ona analoji vəzifə tutanların böyük əksəriyyətinə tətbiq edilmiş vəzifəni təklif edir. Mütləq nəzərə alınmalıdır ki, fərman rəhbər tutularaq iddiaçının tutduğu vəzifədə olan böyük əksəriyyət faktiki olaraq ona təklif edilən vəzifəyə təqdim edilmiş, buna razı olmayanlar isə vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi rəhbər tutulmaqla azad edilmişdir. Bununla bağlı məhkəməyə sənədlər təqdim edilmişdir. Misal olaraq, məlum sərəncamla ştatı ixtisar olunmuş Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəisinin təklif edilmiş vəzifə ilə razılaşmayaraq ştat ixtisarı əsası ilə işdən azad edilməsini göstərmək olar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2023-cü il tarixli 3643 nömrəli Sərəncamı
1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Binəqədi, Qaradağ, Xəzər, Səbail, Sabunçu, Suraxanı, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Xətai, Yasamal rayon gənclər və idman idarələrinin əsasında Bakı Şəhər Gənclər və İdman İdarəsi yaradılsın.
2. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aşağıdakı regional idarələri yaradılsın:...
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdm an İdarəsinin və regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin; 3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi gənclər və idman sahəsinin 2023cü il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin etsin. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu 2.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq inzibati vəzifələrin aşağıdakı təsnifatları və adları vardır:... 2.1.6. inzibati vəzifələrin beşinci təsnifatı:... 2.1.6.10. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi i cra hakimiyyəti orqanlarının yerli bölmələrinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanların rəhbərləri; 2.1.7. inzibati vəzifələrin altıncı təsnifatı:... 2.1.7.6. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərləri və onların müavinləri; 2.1.8. inz ibati vəzifələrin yeddinci təsnifatı: 2.1.8.1. yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının aparatlarında, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlarda, rayon (şəhər) prokurorluqlarında və hərbi prokurorluqlarında, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin aparatlarında, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlarda, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələrində sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;... 1 may 2025-ci il tarixli 382 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 may 2025-ci il, “Xalq” qəzeti, 2 may 2025-ci il, № 88) ilə “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.1–2.1.8-ci yarımbəndləri yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi:... 2.1.6. İnzibati vəzifələrin beşinci təsnifatı:...
10. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının ye rli bölmələrinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanların rəhbərləri;... 2.1.8. İnzibati vəzifələrin yeddinci təsnifatı: 1. yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının aparatlarında, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanlarda, rayon (şəhər) məhkəmələrinin aparatlarında, rayon (şəhər) prokurorluqlarında və hərbi prokurorluqlarında, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin aparatlarında, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlarda sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;...
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü mad dələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
230. Qətnamənin və ya qərardadın izah edilməsi 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edil məmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
17. İşin hallarından görünür ki, iddiaçı 2018-ci ilin fevral ayında Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş, 11 noyabr 2022-ci il tarixli sərəncamla Əmək Məcəlləsinin 74-cü maddəsinin c) bəndinə uyğun olaraq işdən azad edilmişdir. Bakı İnzibati Məhkəməsinin 5 may 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh1 169 nömrəli 11 noyabr 2022-ci il tarixli sərəncamı ləğv edilmiş, iddiaçının oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsi qərarında iddiaçının oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa olunması ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tutmuş olduğu rayon gənclər və idman idarəsinin rəisi vəzifəsi 01 dekabr 2022-ci il tarixli sərəncamla digər bir şəxs tərəfindən icra edilməkdədir. Həmin sərəncamla qeyd olunan vəzifəyə 01 dekabr 2022-ci il tarixdən başqa şəxs təyin edilmişdir ki, iddiaçı da həmin halı nəzərə almaqla həmin vəzifəyə bərpa yox, oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməni xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddianın qeyd olunan formada təmini məhz işdən azad edildiyi vəzifəyə bərpa edilməsini təmini formasında iddiaya münasibətdə məqsədəuyğun və prosessual baxımından mümkündür. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə hesab edir ki, hazırda əmək hüququ pozulmuş şəxsin hüququnun digər vasitə ilə, yəni oxşar rəhbər vəzifəyə təyini imkanı mövcud olduğu halda həmin vasitədən istifadə etmədən formal yanaşılmaqla məhz işdən azad edildiyi vəzifəyə bərpası inzibati orqanın onun barəsində qəbul etdiyi inzibati akta etimad göstərmiş digər bir şəxsin, yəni vəzifəyə yeni təyin olunan şəxsin əmək hüququnun pozulması ilə nəticələnməklə hazırda aparılan icraatın mahiyyət və məqsədini heçə endirər. Halbuki, inzibati orqan və ya orqanlara münasibətdə etimad hüququnun qorunması prosessual qanunvericiliyin tələbidir və məhkəmə ən uyğun vasitənin tətbiqinə, yəni oxşar-rəhbər vəzifəyə iddiaçının bərpası ilə sərəncamın nəticələrinin aradan qaldırılmasının mümkün olduğu qənaətindədir.
19. Hazırkı icraatda iddiaçı məhkəməyə müraciət edərək d əqiqləşdirilmiş ərizəsində məhkəmə qərarında qeyd edilən oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi ifadəsinin 5-ci təsnifat üzrə rəhbər vəzifə ifadəsini ehtiva etməsi barədə qərara izah verilməsini xahiş etmiş, ərizə ilə bağlı yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir.
20. Məhkəmə kollegiyası məhkəmə qərarına verilmiş izahla bağlı apelyasiya məhkəməsinin mövqeyini əsaslı saymayaraq aşağıdakıları bildirir.
21. İddiaçı Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsindən azad edilərkən onun vəzifəsi Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.6.1-ci bəndinin 10-cu altbəndinə görə Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bö lmələrinin rəhbərləri olaraq beşinci təsnifatda olmuşdur.
22. Lakin iddiaçı hələ 16 dekabr 2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, bundan sonra barəsində hazırkı mübahisəyə baxılarkən və yekun məhkəmə aktı qəbul edilərkən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2022-ci il tarixli 3643 nömrəli Sərəncamı olmuş, Sərəncamla Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Binəqədi, Qaradağ, Xəzər, Səbail, Sabunçu, Suraxanı, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Xətai, Yasamal rayon gənclər və idman idarələrinin əsasında Bakı Şəhər Gənclər və İdman İdarəsi yaradılmışdır.
23. Birinci instansiya məhkəməsinin qərarı ilə i ddiaçı əvvəlki vəzifəsinə deyil, oxşar vəzifəyə bərpa edilmişdir. Vurğulandığı kimi, birinci instansiya məhkəməsi qərar qəbul edən vaxt artıq rayon gənclər və idman idarələri mövcud deyildi, Bakı şəhərində yerləşən rayon gənclər və idman idarələrinin əsasında Bakı Şəhər Gənclər və İdman İdarəsi yaradılmışdı.
24. Apelyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının vəzifəsi Səbail rayonu Gənclər və İdman İdarəsinin rəisi vəzifəsi olmaqla “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.6-ci yarımbəndinə əsasən inzibati vəzifələrin beşinci təsnifatına aiddir. Cavabdeh tərəfindən təklif edilən X1 və İdman İdarəsinin Xızı rayonu üzrə gənclər və idman sektoru müdiri vəzifəsi isə “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci yarımbəndinə əsasən yeddinci təsnifata aiddir. 5-ci təsnifat üzrə rəhbər vəzifədə olan şəxsə məhkəmə qərarının icrası adı ilə 7-ci təsnifat üzrə sektor müdiri vəzifəsinin təklif edilməsi, oxşarlıq baxımından məqbul hesab edilə bilməz. Daha aşağı təsnifatda olan vəzifəyə keçirmənin inzibati tənbeh tədbiri olduğu halda, 5-ci təsnifatda olan vəzifə əvəzinə 7-ci təsnifatda olan vəzifənin oxşar vəzifə kimi göstərilməsi yolverilməzdir. Məhkəmə qərarından görünür ki, məhz oxşar – rəhbər vəzifənin təyinatı əvvəlki vəzifədən azad edilmə qanunsuzluğunun tanınmasına səbəb ola bilər ki, icra mərhələsində məhz həmin hal nəzərə alınmalı, əvvəlki vəzifə üzrə təsnifat əsas götürülməklə iddiaçı 5-ci təsnifat üzrə cavabdeh tərəfindən vəzifəsinə təyin edilməlidir. Oxşar (rəhbər) vəzifəyə bərpa dedikdə iddiaçının cavabdeh tərəf indən 5-ci təsnifat üzrə rəhbər vəzifəyə təyin edilməli olması qənaəti formalaşır ki, sektor müdiri vəzifəsi bu əlamətlərə cavab vermir.
25. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, iddiaçının əvvəllər işlədiyi idarə və vəzifə məhkəmə aktı qəbul edilən zaman artıq mövcud deyildi. Həmin idarə və vəzifənin mövcud olmaması cavabdeh Gənclər və İdman Nazirliyinin iradəsindən kənar, yəni Prezident Sərəncamı ilə nazirliyin strukturunun təkmilləşdirilməsi ilə bağlı olmuş, nəticədə iddiaçının işləmiş olduğu vəzifə beşinci təsnifatdan yeddinci təsnifata keçirilmişdir. Odur ki, iddiaçının işdən azad olunan vaxt işləmiş olduğu təsnifat beşinci təsnifat olması əsası ilə onun beşinci təsnifat üzrə oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi kimi məhkəmə qərarına izah verilməsində məhkəmə düz gün nəticəyə gəlməmişdir.
26. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, cavabdeh 27 may 2024-cü il tarixli məktubla birinci instansiya məhkəməsinə göndərdiyi Bakı şəhəri üzrə gənclər və idman idarələrinin rəislərinin regiononallaşma prosesində təyin olunduqları vəzifələr barədə məlumatda bildirmişdir ki, regionallaşma prosesində idarə rəislərindən heç biri nazirliyin mərkəzi aparatında beşinci təsnifat üzrə vəzifəyə təyin almamışlar. Məktubdan həmçinin görünür ki, sərəncamın icrası olaraq Bakı şəhərində yerləşən rayon gənclər və idman idarələri Bakı şəhər Gənclər və İdman İdarəsinin müvafiq rayon üzrə gənclər və idman sektoru olmuşdur. Görünən odur ki, Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi ilə bağlı Prezident Sərəncamından sonra Bakı şəhərində yerləşən rayon gənclə r və idman idarələri Bakı şəhər Gənclər və İdman İdarəsinin müvafiq rayon üzrə gənclər və idman sektoru olmuşdur. Bu səbəbdən “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların yerli bölmələrində sektor müdiri inzibati vəzifələrin yeddinci təsnifatı kimi nəzərdə tutulmuşdur.
27. Daha aşağı təsnifatdan olan vəzifəyə keçirmənin inzibati tənbeh tədbiri olduğu halda, beşinci təsnifatda olan vəzifə əvəzinə yeddinci təsnifatda olan vəzifənin oxşar vəzifə kimi göstərilməsinin yolverilməzliyi ilə bağlı “Dövlət qulluğu haqqında” Qanunun 25.2.4-cü maddəsinə istinad edən apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən Qanunun 25.2.4-cü maddəsinə görə dövlət qull uqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, intizam tənbeh tədbirlərindən biri, o cümlədən daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi tətbiq edilə bilər.
28. Qanunun mənasına görə dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Qanunun18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, daha aşağı təsnifatdan olan vəzifəyə keçirilə bilər. Lakin iddiaçı barəsində işin halları “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblərin pozulması və ona intizam tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı olmadığından, nazirliyin strukturunun təkmilləşdirilməsi ilə bağlı olduğundan mübahisəyə Qanunun 25.2.4-cü maddəsini tətbiq etməkdə məhkəmə haqlı olmamışdır.
29. Bəhs ol unanlara əsasən iddiaçının işdən azad olunan vaxt işləmiş olduğu təsnifatın beşinci təsnifat olması əsası ilə onun beşinci təsnifat üzrə oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi kimi izah verilməsi ilə bağlı məhkəmə səhv nəticəyə gəldiyindən qəbul etdiyi qərar ləğv olunmalıdır. 30. 10 dekabr 2022-ci il tarixli Sərəncamla Bakı şəhərində fəaliyyət göstərmiş adları qeyd edilən ayrı-ayrı idarələrin (o cümlədən iddiaçının rəisi olduğu idarənin) əsasında nazirliyin Bakı Şəhər Gənclər və İdman İdarəsi (1-ci bənd) və regionlarda fəaliyyət göstərən ayrı-ayrı idarələrin əsasında nazirliyin regional idarələri (2-ci bənd) yaradılmışdır.
31. İddiaçı Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi işləyərkən vəzifəsindən azad edilmiş, məhkəmə qərarı icra edilən zaman iddiaçının işlədiyi idarə sekt or olmuşdur. Birinci instansiya məhkəməsi qərarında iddiaçının oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi barədə qərar qəbul etmiş, cavabdeh iddiaçıya X1 və İdman İdarəsinin Xızı rayonu üzrə gənclər və idman sektorunun müdiri vəzifəsini təklif etmiş, iddiaçı bu vəzifədən imtina etmişdir.
32. İşə baxan məhkəmə bu istiqamətdə araşdırma aparmamış, iddiaçının bərpa ediləcəyi oxşar vəzifənin Bakı şəhərinin inzibati ərazi vahidində, yəni Bakı Şəhər Gənclər və İdman İdarəsində, ona tabe olan sektorların hər hansı birində, yaxud ondan kənarda, yəni Gənclər və İdman Nazirliyinin regional idarələrində (məsələn, təklif olunan vəzifədə) hansı vəzifə olması ilə bağlı məhkəmə qərarına izah verməmişdir.
33. Odur ki, iş ərizəyə yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmalı, iddiaçının ox şar vəzifəyə (rəhbər vəzifəyə) bərpa olunması dedikdə, onun Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsində, yaxud regional idarələrin hər hansı birində hansı vəzifənin oxşar vəzifə kimi başa düşülməsi (ehtiva olunması) barədə qərara izah verilməsi məsələsinə baxılmalıdır.
34. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərardad ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət ərizəyə izah verilməsi hissəsində rədd edilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyini n kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2025-ci il tarixli, 21(103)- 1211/2025 saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.