Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1491/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinə qarşı iş üzrə icraatın təzələnməsi və Əmanətlərin Sığortalanması Fondunun üçüncü şəxs qismində cəlb edilməsi haqqında ərizəyə dair QƏRARİ Açar sözlər: (inzibati məhkəmə icraatının təzələnməsi, üçüncü şəxs qismində cəlb edilmə) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə, Ərizəçi ləğv prosesində olan Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmış 07.02.2019-cu il tarixli, 2-1(085)-207/2019 saylı iş üzrə icraatın təzələnərək, ləğv prosesində olan Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi və sonuncunun şəxsi hesab vərəqəsinə hesablanmış 514573.00 manat vergi öhdəliyinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdeh 2 saylı Ərazi Vergilər Departamentinin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.06.2021-ci il tarixli, 2-1(105)-342/2021 nömrəli iş üzrə qərarından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin bi nasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" MMC cavabdeh Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinə qarşı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, “cəmiyyətin şəxsi hesab vərəqəsində əksini tapan 184.545,11 manat vergi borcunun alınması ilə bağlı məcburiyyət tədbirlərinin tətbiq edilməsinin (bank hesabına icra sənədi olan sərəncamların qoyulması və.s) cavabdehə qadağan edilməsi, məhkəmə hökmü ilə təmin edilmiş məbləğ üzrə 514.573.00 manat vergi borcunun cəmiyyətin şəxsi hesab vərəqəsindən silinərək ödəməyə öhdəlik daşıyan aidiyyəti vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsi, cəmiyyətin şəxsi hesab vərəqəsində öz əksini tapan və tutma müddəti bitmiş maliyyə sanksiyası üzrə cəmi 125.041,08 man at vergi borcunun ümidsiz borc qismində silinməsi, cəmiyyət tərəfindən ödənilmiş (və ya bəyannamə əsasında azaldılmış) və tutma müddəti ötmüş əsassız maliyyə sanksiyası üzrə borclara silinmiş 177.477,88 manat vəsaitin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi və sair tələblər” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-207/2019 saylı 07.02 2019cu il tarixli qərarı ilə iddia təmin edilmiş, qərara qarşı cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və qərar qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
3. Ləğv prosesində olan Ərizəçi ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci in stansiya məhkəməsi) müraciət edərək, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmış 07.02.2019-cu il tarixli, 2-1(085)-207/2019 saylı iş üzrə icraatın təzələnməsi, Əmanətlərin Sığortalanması Fondunun üçüncü şəxs qismində həmin iş üzrə məhkəmə icraatına cəlb edilməsi və sonuncunun şəxsi hesab vərəqəsinə hesablanmış 514.573.00 manat vergi öhdəliyinin iddiaçı "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin 15.03.2021-ci il tarixli, 2-1(85)-207/2019 nömrəli (sədrlik edən - hakim İsmayıl Quliyev) qərardadı ilə ərizə təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, borcun kimə aid olması hazırkı iş üzrə iddianın predmeti olmadığından, 514.57 3,00 manat borcun Ərizəçi ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edildiyindən, ləğv prosesində olan Ərizəçi ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2016-ci il tarixli, 1(60)-17/2016 saylı qərarını məhkəmə qaydasında mübahisələndirmədiyindən, hazırkı iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi üçün əsaslar mövcud deyildir.
6. Ərizəçi apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini və şikayətin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir Apelyasiya instansiyası məhkəməsində icraat
7. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.06.2021-ci il tarixli, 21(105)-342/2021 nömrəli (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Hökümə Babayeva) qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15.03.2021-ci il tarixli, 2-1(85)-207/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. Ərizəçi kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və şikayətin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
10. Ərizəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Ərizəçi ASC Sumqayıt Şəhər Məhkəməsinin qərar qəbul etdiyi tarixdən əvvəl müflis olmuşdur. Lakin göstərilən hal məhkəmə tərəfindən nəzərə alınmamış, həmin iş üzrə icraata xitam verilməli olduğu halda, vergi öhdəliyi ləğvedicinin üzərinə qoyulmuşdur. Halbuki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişməsi yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunulan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Göründüyü kimi, hazırkı işdə ləğv prosesində olan Ərizəçi ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə üçüncü şəxs qismində cəlb edilməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini pozmaqla qərar qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
13. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh tərəf şifahi məhkəmə iclasında təmsil olunmamışdır. Tərəflərə təqdim olunmuş məhkəmə bildirişində, məhkəmə iclasında iştirak etmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (İPM-in 62.3-cü maddəsi). Məhkəmə kollegiyası, iddiaçı və cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
14. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı ic raat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Tətbiq edilən hüquq
16. İnzibati Prosessual Məcəllə: Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxı lmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından təmin edilməməli və apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, mahiyyət etibarı ilə kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğundur.
20. Bununla bağlı qeyd edilməlidir ki, Avropa İnsan hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi mə sələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Həmin hüquqi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zə ruri hesab edir:
21. Üçüncü şəxs qismində icraata cəlb olunma institutunun mahiyyətinə görə, digər şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması üçün məhkəmə qərarı həmin şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalına və keyfiyyətinə malik olmalıdır. Yalnız belə hallarda məhkəmə qulluq mövqeyinə görə öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.
22. Bununla bağlı qeyd olunmalıdır ki, qanunverici tərəfindən üçüncü şəxs qismində cəlbetmənin iki növü müəyyən edilmişdir: zəruri və adi cəlbetmə. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına proses iştirakçısı kimi mütləq cəlb edilməlidir. Adi cəlbetmə məhkəmə qərarının digər şəxslərin maraqlarına toxunma intensivliyindən asılı olaraq həyata keçirilir və məhkəmənin diskresion səlahiyyətinə aiddir.
23. Bu Qərarın 16-cı bəndində istinad olunmuş norma anlamında məhkəmə qərarı ilə digər şəxslərin maraqlarına toxunma ehtimalı o zaman mövcud olur ki, ücüncü şəxs mübahisəli hüquq münasibətində birbaşa iştirak etmiş olsun və ya iddiaçının ( cavabdehin) mübahisəni uduzduğu halda üçüncü şəxsin hüquqi vəziyyəti pozitiv və ya neqativ dəyişikliyə məruz qalsın. Belə hallar, bir qayda olaraq, ikili təsirə malik inzibati aktların qəbul edilməsinə yönəlmiş iddia icraatlarında mümkündür.
24. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə ərizəçi mübahisə edilən hüquq münasibətində birbaşa iştirak etmədiyi, habelə inzibati məhkəmə icraatının tərəfləri və həmin ərizəçi barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdən hallar mövcud olmadığı üçün, o üçüncü şəxs qismində məhkəmə icraatına cəlb oluna bilməz.
25. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsində nəzərdə tutulmuş 514.573.00 manat məbləğində vergi borcu ilə bağlı hüquq münasibətinin tərəfləri yalnız iddiaçı və cavabdehdir. Həmin vergi borcu barədə inzibati akt yalnız iddiaçıya münasibətdə öhdəlik yaradır və bu mənada ikili təsirə malik akt sayılmır. Həmin aktın üçüncü şəxsə hər hansı təsiri də istisna olunur.
26. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 514.573,00 manat borcun iddiaçıya aid olmadığının müəyyən edildiyi məhkəmə qərarı əsasında həmin borcun onun şəxsi hesab vərəqəsindən silinməsini təsbit edən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2-1(085)-207/2019 saylı qərarı ərizəçinin qanunla qorunan maraqlarına toxunma imkanına malik deyildir. Belə ki, həmin məhkəmə qərarı yalnız mübahisə edilən hüquq münasibətinin tərəflərinə, yəni iddiaçıya və cavabdehə münasibətdə hüquqi təsirə malikdir və onlar arasındakı mübahisənin həlli ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, qeyd edilən məhkəmə qərarı iddiaçının cavabdeh qarşısınd a vergi öhdəliyinin olmadığını və məhz bu səbəbdən vergi borcunun onun şəxsi hesab vərəqəsindən silinməsini təsbit edir. Prinsip etibarı ilə, iddiaçının cavabdeh qarşısında öhdəliyinin olub-olmamasının, vergi borcunun şəxsi hesab vərəqəsindən silinibsilinməməsinin məhkəmə tərəfindən müəyyən edilməsi yalnız məhkəmə icraatı tərəflərinin hüquqi maraqları ilə əhatə olunur. Belə mübahisələr üzrə məhkəmə qərarı üçüncü şəxslərin qanunla qorunan maraqlarına hər hansı müdaxilə imkanına ümumiyyətlə malik olmur.
27. İş materiallarından müəyyən olunmuşdur ki, Sumqayıt şəhər məhkəməsinin 29.09.2016-cı il tarixli, 1(60)-17/2016 saylı qərarına əsasən 514.573,00 manat borcun Ərizəçi ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Buna bax mayaraq, həmin borc iddiaçı "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən cavabdeh tərəfindən silinməmişdir.
28. İddiaçı həmin borcun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məhkəmədə iddia qaldırmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07.02.2019-cu il tarixli, 2-1(85)-207/2019 saylı qərarında qanuni qüvvəyə minmiş Sumqayıt şəhər məhkəməsinin qərarına istinad edilərək qeyd olunmuşdur ki, iddiaçı "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən 514.573.00 manat məbləğində vergi borcunun silinməməsi və həmin borcun ondan tələb edilməsi qanunsuzdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin borcun iddiaçıya aid olmadığı cavabdeh inzibati orqan tərəfindən də etiraf olunur. Lakin cavabdeh qeyd edilən borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməməs ini, həmin borcun Ərizəçi ASC-yə, yaxud Əmanətlərin Sığortalanması Fonduna aid edilməli olduğunu müəyyən edə bilməməsi ilə izah etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh istinad etdiyi səbəbdən iddiaçının hüquqlarını pozmağa haqlı deyildir. Həmin borcun aidiyyətinin müəyyən olunmaması iddiaçıya aid olmayan borcun onun şəxsi hesab vərəqəsindən silinməsini istisna edə bilməz.
29. Bundan başqa, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2-1(085)-207/2019 saylı qərarında 514.573,00 manat vergi borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinərək ödəməyə öhdəlik daşıyan aidiyyəti vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsi müəyyən edilmişdir. Göründüyü kimi, həmin məhkəmə qərarında ödəməyə məsul olan konkret qurumdan deyil, aidiyyəti vergi ödəyicisində n bəhs olunur.
30. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.11.2019-cu il tarixli, 2-1(102)-2662/2019 saylı qərarında qeyd edilmişdir ki, vergi borcunun digər vergi ödəyicilərindən tutulması ilə bağlı praktik çətinliklər iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Heç bir halda iddiaçıya aid olmayan borcun onun şəxsi hesab vərəqəsindən silinməsini həmin borcun aidiyyətinin müəyyən olunmasına bağlamaq ağlabatan və məqbul sayıla bilməz. Hazırkı icraatda qiymət verilməli olan məsələ həmin borcun iddiaçıya aidiyyəti ilə bağlı məsələdir. Həmin məsələ isə qanuni qüvvədə olan məhkəmə qərarı ilə həll olunmuş və borcun iddiaçıya aid olmadığı və ondan tutulmayacağı dəqiq müəyyən edilmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya aid o lmadığı müəyyən edilmiş borcun onun şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlı mübahisəli hüquq münasibətinin tərəfləri barəsində qəbul olunmuş məhkəmə qərarı yuxarıda qeyd olunan səbəblərdən ərizəçinin hüquqlarına hər hansı təsirə malik deyildir. Yəni, yuxarıda istinad olunan norma anlamında ərizəçinin məhkəmə icraatına cəlb olunması üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir.
32. Bununla bağlı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarı eyni səbəblərdən hazırkı mübahisəyə şamil oluna bilməz.
33. Beləliklə, ərizəçinin hazırkı iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə tələbinin təmin olunmaması ilə bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. O dur ki, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.06.2021-ci il tarixli 2-1(105)-342/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.