Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1491/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarın mübahisələndirilməsi; ödənilmiş verginin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN:**********) cavabdeh Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi və ödənilmiş verginin geri qaytarılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)219/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh orqanın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19 iyun 2020-ci il tarixli **********137452 saylı qərarı ilə iddiaçıya yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 23462,83 manat və həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən vergi hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim etmədiyinə görə 160,0 manat olmaqla, ümumilikdə 23622,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) b irinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın 19 iyun 2020-ci il tarixli **********137452 saylı qərarının əlavə dəyər vergisi və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində ləğv edilməsi və qərarın həmin hissəsi üzrə iddiaçıdan əlavə olaraq tutulmuş 10832.03 manat məbləğində əlavə dəyər vergisinin müvafiq olaraq 5416.02 manat məbləğində maliyyə sanksiyasının və 7709.40 manat məbləğində mənfəət vergisinin və müvafiq olaraq 3854.71 manat məbləğində maliyyə sanksiyasının iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Xaçmaz rayonu, Yergüc kəndində plastik taraların istehsalı ilə mə şğul olur. Cavabdeh orqanın 05 fevral 2020-ci il tarixli **********196852 saylı qərarına əsasən, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində şirkətdə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlamasının nəticələri haqqında 18 iyun 2020-ci il tarixində **********197134 saylı müvafiq akt tərtib olunmuş və akt əsasında 19 iyun 2020-ci il tarixində cavabdeh tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********137452 saylı qərar qəbul edilmişdir. Vergi orqanının qərarı ilə şirkətə bir sıra tədiyyə növləri üzrə hesablamalar aparılmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. Vergi orqanı tərəfindən hesablanmış vergilərin və maliyyə sanksiyalarının bir qisminin tam əsaslı və qanunauyğun olmasına baxmayaraq, əlav ə dəyər vergisi və mənfəət vergisi üzrə aparılmış əlavə hesablamaların və maliyyə sanksiyalarının tam əsassız və qanunsuz olduğunu hesab etmiş və qərarın həmin hissələrdə ləğv edilməli olduğu, müvafiq olaraq şirkətdən tutulmuş vəsaitin şirkətə geri qaytarılmalı olduğu qənaətində olmuşdur. Belə ki, vergi orqanı aktda yoxlama ilə əhatə olunan dövrdə əlavə dəyər vergisi və mənfəət vergisinin şirkət tərəfindən az hesablandığını iddia etmiş, lakin aktda bunu əsaslandıran heç bir sübut irəli sürməmişdir. Şifahi olaraq şirkətə bildirilən əsas bu olmuşdur ki, istehsal olunan plastik taraların şirkət tərəfindən bəyan edilmiş qiymətlər bazar qiymətindən aşağı olmuşdur. Qeyd etmək lazımdır ki, vergi orqanı öz iddiasını əsaslandırmaq üçün 12 mart 2020-ci il tarixli **********198248 saylı qərarla isteh sal edilmiş plastik taraların orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspert cəlb etmiş, lakin aktda da qeyd olunduğu kimi, ekspert rəy verilməsindən imtina etmişdir. Həmçinin vergi orqanı 18 fevral 2020-ci il tarixli **********197407 saylı qərarla şirkətin avadanlıqlarının istehsal gücünün və bu gücə uyğun olaraq məhsul istehsalı həcminin müəyyən edilməsi məqsədilə mütəxəssis dəvət etmiş və aktda da qeyd olunduğu kimi, mütəxəssis araşdırması nəticəsində obyektiv nəticə əldə etmək mümkün olmamışdır. İddiaçı Vergi Məcəlləsinin 14.1, 14.2, 14.4, 14.6, 15.1.4-cü maddələrinə istinad edərək iddianın təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, səyyar vergi yoxlaması ilə ümumilikdə vergi ödəyicisinə 21388,0 manat məblə ğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 23462,83 manat və həmin məcəllənin 57.1-ci maddəsinə əsasən vergi hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim etmədiyinə görə 160,0 manat olmaqla, ümumilikdə 23622,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 06 fevral 2020-ci il tarixli **********196909 nömrəli tələbnamə verilmiş, sənədlərin təqdim edilməsi 26 fevral 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir.
5. Hesablamanın mahiyyəti ilə bağlı qeyd olunmuşdur ki, vergi ödəyicisi vergi orqanında 10 fevral 2017-ci il tarixli **********4 nömrəli ƏDV qey diyyat bildirişi əsasında qeydiyyata alınmış və ƏDV qeydiyyatı 01 fevral 2017-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlanılan dövr üzrə (01 sentyabr 2017-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək) vergi ödəyicisinin fəaliyyəti “Əmtəələrin qablaşdırılması üçün plastik məmulatların istehsalı” fəaliyyətindən ibarət olmuş və cəmiyyət faktiki olaraq “Sair plastik məmulatların istehsalı” ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verilməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatlarının aparılması halları olmamışdır.
6. Həmçinin ƏDV-ni ödəməklə əldə edilmiş mallardan, iş və xidmətlərdən qeyrikommersiya məqsədləri üçün istifadə edilməsi, malların itməsi, əskik gəlməsi və xarab olması hallar ı olmamışdır. ƏDV üzrə vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan dəyəri əsasında müəyyənləşdirilmişdir. Lakin vergi tutulan əməliyyatların dəyərlərinin, aparılması vaxtlarının və əvəzləşdirmə məbləğlərinin vergi ödəyicisi tərəfindən düzgün müəyyənləşdirilməməsi nəticəsində yoxlama ilə əhatə edilən dövr ərzində ƏDV məbləğlərinin 25537,62 manat artıq hesablanması, 10832,03 manat az hesablanması, ümumilikdə isə vergi məbləğlərinin 14705,59 manat artıq hesablanması halı aşkar edilmişdir (ƏDV-nin hesablanması cədvəli etiraza əlavə olunur).
7. Mənfəət vergisinin yoxlanılması zamanı yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisinin mülkiyyətində olan əmtəə-material ehtiyatlarının satınalma qiymətlərinə əsas ən mədaxili, istehsal prosesinə silinməsi və qalıqlarının uçotu yoxlanılmışdır. Qeyd olunmalıdır ki, vergi ödəyicisi tərəfindən əldə olunmuş mənfəət və ya zərərin dəqiq müəyyənləşdirilməsi üçün sənədlərlə təsdiq olunan gəlir və xərclərin dəqiq uçotu aparılmalı, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlər və xərclər onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid edilməli, təsərrüfat əməliyyatlarının başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmalı və aparılan uçotun qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Vergi ödəyicisi tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsinə əsasən 2017-ci ilin nəticələri üzrə gəlirlər 81034,07 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclər 104196,96 manat və nəticədə 23162, 89 manat məbləğində zərər bəyan etmişdir. Lakin aparılmış yoxlama ilə cəmiyyətin gəlirlərin 132881,39 manat, gəlirlərinin əldə edilməsi ilə bağlı xərclərin 71242,65 manat və mənfəətin 12327,75 manat olduğu müəyyənləşdirilmişdir.
8. Qeyd olunmalıdır ki, vergi ödəyicisi tərəfindən 13 fevral 2017-ci il tarixdə investisiya təşviqi sənədi alınmışdır. Vergi Məcəlləsinin 106.1.17-ci maddəsinə əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi 7 il müddətinə vergidən azad olduğuna görə büdcəyə 6163,87 manat əlavə mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsinə əsasən 2018-ci ilin nəticələri üzrə gəlirlər 51650,77 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclər 74585,69 m anat, nəticədə 22934,92 manat məbləğində zərər bəyan etmişdir. Lakin aparılmış yoxlama ilə cəmiyyətin gəlirlərin 42056,35 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclərin 42313,27 manat, zərərin 256,92 manat olduğu müəyyənləşdirilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsinə əsasən 2019-cu ilin nəticələri üzrə gəlirlər 198840,41 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclər 157595.53 manat, mənfəət 41244,88 manat, 22934,92 manat məbləğində keçmiş illərin zərərin çıxmaqla vergiyə cəlb olunacaq mənfəət isə 18309,96 manat, büdcəyə hesablanmış verginin məbləği 3661,99 bəyan etmişdir. Lakin aparılmış yoxlama ilə cəmiyyətin gəlirlərin 198501,43 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclərin 146426,19 manat, mənfəətin 52075,24 manat oldu ğu müəyyənləşdirilmişdir. Vergi Məcəlləsinin 106.1.17-ci maddəsinə əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi 7 il müddətinə vergidən azad olduğuna görə büdcəyə 5207,52 manat mənfəət vergisi hesablanmışdır. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi məbləği nəzərə alınmaqla büdcəyə 1545.53 manat əlavə mənfəət vergisi hesablanmışdır (5207,52 - 3661,99 = 1545,53).
9. Yoxlamanın nəticəsi olaraq tərtib edilmiş 18 iyun 2020-ci il tarixli **********197134 nömrəli “Səyyar vergi yoxlaması” Aktı 18 iyun 2020-ci il tarixində vergi ödəyicisinin rəhbəri X1 əlbəəl təhvil verilmişdir. Vergi ödəyicisinin rəhbəri Rəhim Məmmədov həmin akt ilə tanış olaraq hesablanmış vergi məbləğləri ilə razı olmuş və akta etiraz etm əmişdir. Həmçinin vergi ödəyicisinin rəhbəri Rəhim Məmmədova 19 iyun 2020-ci il tarixli **********137452 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı əlbəəl təhvil verilmiş və o, hesablanmış vergilərlə bağlı hər-hansı bir etiraz bildirməmişdir. Vergi ödəyicisi 31 may 2020-ci il tarixli məktubla cavabdeh orqana müraciət edərək cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasından narazı olmadığını və hesablanmış vergi məbləğləri ilə razı olduğunu bildirsə də, sonradan vergiləri ödəməkdən yayınmaq məqsədi ilə əsassız olaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-220/2021 nömrəli, 08 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim İ.R.Quliyev) iş üzrə məhkəmə-mühasibatlıq ekspertiza sı təyin edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2021-ci il tarixli, 9/2667 nömrəli ekspert rəyinə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə çatası ƏDV-nin 799,65 manat məbləğində az hesablanması müəyyən olunmuş, mənfəət vergisinin isə az hesablanması müəyyən olunmamışdır.
12. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-220/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim İ.R.Quliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehin 19 iyun 2020-ci il tarixli **********137452 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ekspert rəyi ilə müəyyən edilmiş, 799.65 manat məbləğində az hesablanmış əlavə dəyər vergisi istisna olmaqla, əlavə dəyər vergisi və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması hissəsində və həmin hissələrə uyğun maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində ləğv edilmiş və həmin məbləğlərin iddiaçıya geri qaytarılması cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2021-ci il tarixli, 9/2667 nömrəli ekspert rəyində əks etdirilən mövqe ilə və iddiaçının dəlilləri ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən, iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasi ya instansiyası məhkəməsində icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-219/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-220/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayəti cavabdeh tərəf indən təqdim olunmuş iddia ərizəsinə dair etirazla eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddia 2 hissədən ibarətdir: 19 iyun 2020-ci il tarixli məsuliyyət qərarının qismən ƏDV, mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması və həmin vergilər üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində ləğv edilməsi və cəmiyyətdən tutulmuş 10.832,03 manat ƏDV, 7.709,40 manat mənfəət vergisinin və həmin məbləğlərə tətbiq edilmiş 9.270,73 maliyyə sanksiyasının cəmiyyətə geri qaytarılması.
19. Qaldırılmış iddianın 2-ci hissəsi naməlum və aydın olmayan iddiadır. Məhkəmə də bu hissədə heç bir aydınlaşdırma aparmamış, iddianı dəqiqləşdirməmiş və mümkünlüyünü yoxlamamışdır. Belə ki, “tutulmuş verginin geri qaytarılması” dedikdə nəyin nəzərdə tutulduğu aydınlaşdırılmalı idi. Bu barədə müəssisənin vergi orqanına müraciətinin olub-olmaması aydınlaşdırılmalı idi. Habelə məhkəmə, ümumiyyətlə, həmin vergilərin müəssisədən tutulub-tutulmadığını aydınlaşdırmamışdır.
20. Müəssisə tərəfindən ƏDV-nin müəyyən dövr üzrə az, digər dövr üzrə artıq hesablanmasının müəyyən edilməsi bir biri ilə əlaqəli haldır ki, məhkəmə tərəfindən ƏDVnin az hesablanma hissəsinin ləğv edilib, artıq hesablanma hissəsinə heç bir münasibət bildirməməsi tamamilə yanlışdır və işin mahiyyəti ilə uzlaşmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya b ilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Şikayət qismən əsaslıdır. Qərar dəyişdirilməli, iddia qismən təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
26. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə çatası ƏDV-nin 799,65 manat məbləğində az hesablanması müəyyən olunmuş, mənfəət vergisinin isə az hesablanması müəyyənləşdirilməmişdir.
27. Əlavə dəyər və mənfəət vergisinin səyyar vergi yoxlamasının nəticələri haqqında aktda göstərilən məbləğlərdə olmaması ekspert rəyi ilə təsdiqini tapmışdır. Ekspert rəyinə əsasən dövlət büdcəsinə çatası əlavə dəyər vergisinin 799,65 manat məbləğində az hesablanması müəyyən olunmuşdur.
28. Cavabdeh vergi orqanı isə 18 iyun 2020-ci il tarixli səyyar vergi yoxlaması aktında və 19 iyun 2020-ci il tarixli qərar ında iddiaçının xx.xx.2020-xx.xx.2020-ci il tarixləri üzrə mübahisələndirilən vergi məbləğini hansı qaydada hesablanaraq müəyyənləşdirilməsini ümumiyyətlə göstərməmişdir.
29. Beləliklə, aşağı instansiya məhkəmələri haqlı olaraq iş üzrə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmişdir. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.
30. Cavabdehin əsas dəlillərindən biri ondan ibarətdir ki, vergi ödəyicisinin rəhbəri vergi yoxlaması aktı ilə tanış olaraq hesablanmış vergi məbləğləri ilə razı olmuş və akta etiraz etməmişdir. Həmçinin vergi ödəyicisinin rəhbərinə 19 iyun 2020-ci il tarixli **********137452 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilm əsi haqqında” qərarı əlbəəl təhvil verilmiş və o, hesablanmış vergilərlə bağlı hər-hansı bir etiraz bildirməmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, vergi yoxlaması aktının və ya vergi məsuliyyətinə cəlb etmə barədə qərarın təqdim edildiyi vaxtda vergi ödəyicisinin hər hansı etiraz bildirməməsi, həmin şəxsi inzibati aktı qanunla müəyyən edilmiş qaydada mübahisələndirmək hüququndan məhrum etmir.
32. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrinin həmin məbləğlərin iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə gəldikləri nəticə əsaslı olmamışdır. Belə ki, cavabdeh haqlı olaraq qeyd edir ki, məhkəmə iddianın ikinci hissəsi (tutulmuş verginin geri qaytarılması) aydın olmayan iddiadır. Məhkəmə bu hissədə heç bir aydınlaşdırma və ya dəqiqləşdirmə aparmamışdır. Ümumiyyətlə, həmin vergilərin vergi ödəyicisindən tutulub-tutulmadığı müəyyən deyil.
33. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi qismən təmin edilərək cavabdehin 19 iyun 2020-ci il tarixli **********137452 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ekspert rəyi ilə müəyyən edilmiş 799.65 manat məbləğində az hesablanmış əlavə dəyər vergisi istisna olmaqla, əlavə dəyər vergisi və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması hissəsində və həmin hissələrə uyğun maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində ləğv edilməli və mübahisələndirilən qərarla hesablanmış vergi borcunun silinməsi öhdəliyi cavabdeh orqana həvalə olunmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-219/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarı dəyişdirilir və iddia aşağıdakı məzmunda təmin edilir. Cavabdehin 19 iyun 2020-ci il tarixli **********137452 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 799.65 manat məbləğində az hesablanmış əlavə dəyər vergisi istisna olmaqla, əlavə dəyər vergisi və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması və həmin hissələrə uyğun maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində ləğv edilir, cavabdehin üzərinə mübahisələndirilən qərara əsasən yaranmış vergi borcunun müvafiq hissədə silinməsi öhdəliyi qoyulur. K assasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.