Məhkəmə qərarları › İş №2-1(102)-1491/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1491/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1491/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünsüzlüyü; qüvvəyə minmiş məhkəmə qərarından təkrar şikayətin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2-1(103)-1398/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehlərə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı və Sumqayıt şəhərlərində mərhum X2 və iddiaçıya məxsus tikintisi dayandırılmış tikinti obyektlərində fəaliyyət göstərə n fiziki və hüquqi şəxslərin fəaliyyətinə qadağa qoyulması, tikinti sahələrinin üzərinə həbs qoyulması, tikinti-quraşdırma işlərinin dayandırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, mərhum Ş.H.Hüseynovun yaxın qohumları tərəfindən törədilən qanunsuz əməllərə hüquqi qiymət verilməsi, onun adından və möhür nümunəsindən istifadə etməklə saxta yolla bəzi səlahiyyətləri olmayan şəxslərin adına tərtib edilmiş əqdlərin ləğv edilməsi, mərhum Ş.H.Hüseynovla 2002-2007ci illərdə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə öhdəliklərin icrasının “X4” MMC-nin üzərinə vəzifə kimi qoyulması, bütün binalarda yaşayış və qeyri-yaşayış sahələrinin qanuni istifadəçilərinə və Dövlət İstismar Komissiyasına təhvil verilməsi vəzifəsinin direktoru olduğu “X4” MMC-nin üzərinə və zifə kimi qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-12434/2021 nömrəli qərardadı (hakim: H.A.Ağalarov) ilə iddia mümkün sayılmamışdır.

3. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-12434/2021 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2-1(103)-1398/2022 nömrəli qərardadı (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022 -ci il tarixli qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.

6. İddiaçının kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir.

7. Bununla bağlı iddiaçıya göndərilmiş 3 oktyabr 2022-ci il tarixli bildirişdə kassasiya şikayətində olan çatışmazlıqlar barədə ona məlumat verilmiş, 24 oktyabr 2022ci il tarixədək həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın icraatının mümkün sayılmayacağı barədə xəbərdarlıq olunmuşdur.

8. Buna baxmayaraq, iddiaçı həmin tarixədək vəkil tərəfindən tərtib edilib imzalanmış və vəkilin orderi əlavə edilmiş kassasiya şikayətini məhkəməyə təqdim etməmiş, eləcə də, hüquqi yardımın göstərilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə vermə mişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2-1(102)-2039/2022 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2-1(103)-1398/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

10. Bundan sonra iddiaçı 12 fevral 2023-cü il tarixli ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək kassasiya şikayəti vermək üçün ona dövlət hesabına vəkil təyin edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2023-cü il tarixli, 2-1(103)-1398/2022 nömrəli qərardadı (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və C.A.Yusifov) ilə iddiaçını n ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2-1(103)1398/2022 nömrəli qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 90.3. Bu f əsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiy i hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

14. İnzibati Prosessual Məcəllənin 96.3-cü maddəsində təsbit edilmişdir ki, şikayətin qəbulundan imtina edildiyi hallarda apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minir.

15. Qeyd edilən müddəaya əsasən Ali Məhkəmənin 29 noyabr 2022-ci il tarixli, 21(102)-2039/2022 nömrəli qərardadı ilə kassasiya şikayəti qanunvericiliyin tələblərinə əməl edilməməklə verildiyinə və məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq yol verilmiş qüsurlar aradan qaldırılmadığına görə iddiaçı tərə findən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edildiyi üçün iş üzrə çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2-1(103)1398/2022 nömrəli qərardadı artıq qanuni qüvvəyə minmişdir.

16. Bu isə apellyasiya instansiyası məhkəməsinin qərardadının hüquqi müəyyənlik prinsipinin tələblərinə uyğun olaraq yenidən mübahisələndirilməsini və kasasiya şikayətinə baxılmasını mümkünsüz edir.

17. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 21(103)-1398/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar