Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1491/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; geofizik) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və təyin olunmuş pensiyanın müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-196/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tar ixədək təhsil almış, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək fəhlə, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 3-cü dərəcəli yükdaşıyan, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək fəhlə, xx.xx.1981ci il tarixdən xx.xx.1982-ci il tarixədək 3-cü dərəcəli nəqliyyatla mal nəql edən işləmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Azərbaycan SSR-nin DİN YMQ-da xidmət etmiş, xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək seysmik stansiya və avadanlıqların təmiri sahəsində mühəndis, İİ dərəcəli geofizik, xx.xx.1998-ci il tarixdən 12 saylı seysmik dəstədə geofizik, xx.xx.1999-cu il tarixdən MGL-da geofizik, xx.xx.2002-ci il tarixdən 11/02 saylı seysmik dəstədə 12-ci dərəcəli mühəndis, xx.xx.20 06-cı il tarixdən 3 saylı seysmik partiyada 12-ci dərəcəli elektronçu, xx.xx.2007-ci il tarixdən 3 nömrəli seysmik partiyada mühəndis, xx.xx.2007-ci il tarixdən 1 saylı seysmik partiyada xətt üzrə müşahidəçi, xx.xx.2007-ci il tarixdən 2 saylı seysmik partiyada əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis, xx.xx.2009-cu il tarixdən rəhbərlik yanında baş mühəndisin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə müavini, xx.xx.2010-cu il tarixdən əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin rəisi işləmiş, xx.xx.2014-cü il tarixdən işdən azad edilmiş, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 2 saylı çöl ekspedisiyasının qravimetrik kəşfiyyat partiyasında, daha sonra Geofizika və geologiya idarəsinin texniki-istehsalat şöbəsində rəis müavini işl əmiş, xx.xx.2018-ci il tarixdən kompleks kəşfiyyat geofizikası şöbəsinə rəis vəzifəsinə keçirilmişdir.
2. İddiaçı ilk dəfə xx.xx.2022-ci il olmaqla cavabdeh inzibati orqana müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş arayışda xx.xx.2007-xx.xx.2010-cu il və xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin 2 saylı seysmik partiyasında əməyin mühafizəsi və təhlükəsizlik üzrə mühəndis, rəis müavini, rəis və kəşfiyyat partiyasının rəis müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının seysmik stansiya və avadanlıqların təmiri sahəsi və orada işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər K abinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısı üzrə müəyyən edilmiş sahə və vəzifələrə uyğun deyildir. Bu səbəbdən də, güzəştli iş stajı 12 il 6 aydan az (9 il 9 ay 2 gün (xx.xx.1990-xx.xx.1995-ci il, xx.xx.1998-xx.xx.1999-cu il, xx.xx.2002-xx.xx.2006-cı il, xx.xx.2007- xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.
3. SOCAR tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli SOCAR **********80020123X00025 nömrəli arayışdan görünür ki, iddiaçı “Kəşfiyyatgeofizika” İdarəsinin (indiki X1) arxiv sənədlərində, onun Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası və Ekologiya şöbəsinin rəisi vəzifəsində çalışdığı m üddətdə Naftalan şəhərində (2 saylı Seysmik Ekspedisiya), Xəzəryanı-Quba NQR-də (3 saylı Seysmik Ekspedisiya), Qəbələ rayonunun Vəndam kəndində, Şəki şəhərində və Naxçıvan-Tumbul Nehrəm sahəsində ezamiyyətdə olmağı haqqında məlumat vardır. 14.01-xx.xx.2013-cü il tarixdə (5 gün) - Naftalan şəhəri 2 saylı S/E (Əmr № 01/E - xx.xx.2013-cü il 02 №li ezamiyyə vəsiqəsi), 05.04 - xx.xx.2013-cü il tarixdə (4 gün) - Xəzəryanı-Quba NQR 3 saylı S/E (Əmr № 16/E - xx.xx.2013-cü il 25 №li ezamiyyə vəsiqəsi), 21.04 - xx.xx.2013-cü il tarixdə (2 gün) - Qəbələ rayonu Vəndam kəndi (Əmr № 21 /E -xx.xx.2013-cü il 35 №li ezamiyyə vəsiqəsi), 24.04 - xx.xx.2013-cü il tarixdə (3 gün) - Qəbələ rayonu Vəndam kəndi (Əmr № 22/E - xx.xx.2013-cü il 36 №li ezamiyyə vəsiqəsi), 01.05-xx.xx.2013-cü il tarixdə (15 gün) Qəbəl ə rayonu Vəndam kəndi (Əmr № 26/E -xx.xx.2013-cü il 40 №li ezamiyyə vəsiqəsi), 01.06 - xx.xx.2013-cü il tarixdə (15 gün) - Qəbələ rayonu Vəndam kəndi (Əmr № 34/E xx.xx.2013-cü il 48 №li ezamiyyə vəsiqəsi), 01.07 - xx.xx.2013-cü il tarixdə (15 gün) Qəbələ rayonu Vəndam kəndi (Əmr № 35/E - xx.xx.2013-cü il 58 №li ezamiyyə vəsiqəsi), 01.08 - xx.xx.2013-cü il tarixdə (15 gün) - Qəbələ rayonu Vəndam kəndi (Əmr № 35/E xx.xx.2013-cü il 64 №li ezamiyyə vəsiqəsi), 01.09 – xx.xx.2013-cü il tarixdə (15 gün) Qəbələ rayonu Vəndam kəndi (Əmr № 35/E -xx.xx.2013-cü il 69 №li ezamiyyə vəsiqəsi), 01.10 - xx.xx.2013-cü il tarixdə (15 gün) - Şəki şəhəri (Əmr № 35/E -xx.xx.2013-cü il 73 №li ezamiyyə vəsiqəsi), 19.09-xx.xx.2013-cü il tarixdə (4 gün) - Naxçıvan-Tumbul, Nehrəm sahəsi 3 saylı SYQP (Əmr № 53/E - xx.xx.2013-cü il 71 №li ezamiyyə vəsiqəsi), 2013-cü ildə cəmi ezamiyyət günləri 104 gündür (3 ay 14 gün).
4. SOCAR tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli SOCAR **********30490075X00047 nömrəli arayışdan görünür ki, iddiaçı “Kəşfiyyatgeofizika” idarəsində (hazırkı “Kəşfiyyatgeofizika" İstehsalat bölümü) Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin rəisi vəzifəsində işləyərkən, 2013-cü ildə 104 gün (3 ay 14 gün) müddətində seysmik ekspedisiyalarda ezamiyyətdə olmuşdur. Ezamiyyət müddətində ekspedisiyanın partiyalarının tərkibində Əməyin mühafizəsi üzrə mühəndisin əmək funksiyaları ilə eyni olan funksiyaları icra etmişdir. Bu funksiyalar "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siya hılarının təsdiq edilməsi haqqında“ AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısında "Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində nəzərdə tutulan 21300000- 213Q100b17541 kod altında olan Əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinin funksiyaları ilə eynilik təşkil etmiş və həmin vəzifəyə uyğun olmuşdur, Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” "10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsi, “10.2. Neft, qaz və qaz kondensatının hasilatı” yarımbölmə, b) rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri; mədən-geofıziki partiyaların rəisləri, mühəndisləri, geoloqları, texnikləri, ustaları. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və təyin olunmuş pensiyanın müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçının tələbi hazırkı qərarın 1-4-cü bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.
7. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinaya dair məktubların dəlilləri ilə eynilik təşkil edir. 8. “SOCAR”-ın xx.xx.2023-cü il tarixli SOCAR14-2-4/2-272/2023 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, “Geofizika və geologiya idarəsinin 20 oktyabr 2022-ci il tarixli SOCAR **********30490075X00121 nömrəli arxiv arayışının mətnində texniki səhv olduğuna görə yeni arayış rəsmiləşdirilib məhkəməyə göndərilmiş, ilkin arayışın etibarsız hesab edilməsi xahiş olunmuşdur.
9. Məktuba əlavə edilmiş güzəştli arayışdan görünür ki, iddiaçının “ Azneftgeofizika” İstehsalat Birliyinin (indiki X1) arxiv sənədlərində onun Seysmik Stansiya və Avadanlıqların Təmiri Sahəsində mühəndis, geofizik, 2-ci dərəcəli geofizik, mühəndis, 12/98, 11/02 saylı Seysmik dəstədə mühəndis, 3 saylı Seysmik partiyada elektronçu, 1 və 2 saylı Seysmik partiyalarda Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə mühəndis, 2 və 3 saylı Seysmik partiyalarda Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə mühəndis, Rəhbərlik yanında Baş mühəndisin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə müavini, Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası və Ekologiya şöbəsinin rəisi, 2 saylı kəşfiyyat partiyasında rəis müavini, Geofizika və geologiya İdarəsinin Texniki istehsalat şöbəsinin rəis müavini vəzifələrində çalışması haqqında məlumat vardır.
10. İşə qəb ul olma: 10. 1.xx.xx.1990-2.07.1998-ci İİ Seysmik avadanlıqlarının təmiri sahəsində geofizik - 7 il 11 ay 3 gün, kod 2130100b-1754, 10.2. 10.09.1993-xx.xx.2002-ci il 12 saylı partiyada mühəndis - 3 il 9 gün, kod.2130100b -17541, 10.3. xx.xx.2002-01.03 2006-cı il seysmik partiyada mühəndis, 3 il 6 ay 12 gün, kod 2130100b -17541, 10.4. xx.xx.2006-xx.xx.2007-ci il seysmik partiyada seysmik avadanlıqlar üzrə elektronçu, 1 il 4 ay 11 gün, kod 2130100b -17541, 10.5. xx.xx.2007 - xx.xx.2007-ci il seysmik partiyada xətt üzrə müşahidəçi 2 ay 7 gün, kod 2130100b-17541, 10.6. 10.09.2007 - xx.xx.2009-cu il seysmik partiyada əməyin mühafizəsi üzrə mühəndis 1 il 8 ay 22 gün, 2130100b – 17541 10.7. 03.06.2019 - xx.xx.2009-cu il baş mühəndisin əməyin mühafizəsi təhlükəsizik texnikası üzrə müavini 6 ay 27 gün, kod 21301 01b - 24125, 10.8. 01.01.2010 - xx.xx.2014-cü il əməyin mühafizəsi və təhlükəsizlik texnikası və ekologiya şöbəsinin rəisi 4 il 27 gün, kod 21301 01b- 24125.
11. Güzəştli iş stajı: 22 il 4ay 28 gündür. İşdən azad olma: xx.xx.2014-cü il tarixli 204-k nömrəli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İşə qəbul olma: xx.xx.2014-cü il tarixli 1059 nömrəli əmrə əsasən 2 saylı çöl seysmik ekspedisiyasının Qravimaqnitometrik kəşfiyyat partiyasına rəis müavini vəzifəsinə işə qəbul olunub. xx.xx.2014-cü il tarixli 1361-k nömrəli əmrə əsasən Geofizika və geologiya idarəsinin Texniki İstehsalat şöbəsinə rəis müavini vəzifəsinə keçirilib. Hal-hazırda işləyir. Cəmi iş stajı: xx.xx.1990-cı il tarixdən xx.xx.2022-ci ilə qədər 32 il 8 ay. İddiaçının çalışdığı mühəndis, geofizik, rəis, rəis müavini peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin” 2 saylı siyahısında 21300000/Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin 2130100b yarımbəndində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofıziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları 17541 kodunda, neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri 24125 koduna uyğun gəlir.
12. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsi tərəfindən verilmiş “Kəşfiyyatgeofizika” İstehsalat Bölümü 2 nömrəli çöl seysmik ekspedisiyası Seysmik yazıların qeydiyyatı partiyasının mühəndis-elektronçusunun vəzifə təlimatından görünür ki, vəzifə öhdəlikləri üzrə seysmik stansiyaların və onun dəstinə daxil olan avadanlıqların yoxlanması, cihaz və avadanlıqların elektron elementlərinin texniki təlimata uyğun olmasına nəzarət edir, nasazlıqları vaxtında üzə çıxarmaq məqsədilə test üzrə yoxlamalar aparılmasını həyata keçirir.
13. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş “Geofizika və geologiya İdarəsi "Kəşfiyyatgeofizika" X4 seysm ik ekspedisiyasının əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisinin vəzifə təlimatından görünür ki, vəzifə öhdəlikləri - iş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar edir; İstehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərini və vəziyyətini təhlil edir; İşəgötürənin adından iş yerində əmək şəraitinin vəziyyəti, peşə xəstəliyinin səbəbləri və onun əmələ gəlmə müddəti, habelə təhlükəli və zərərli istehsalat amillərindən müdafiə üzrə görülmüş tədbirlər haqqında işçilərə informasiya verir; İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak edir; İdarənin müvafiq bölmələri ilə birlikdə və həmkarlar ittifaqının və ya əmək kollektivlərin in etibarlı şəxslərinin iştirakı ilə binaların, qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki vəziyyətini, onların əməyin mühafizəsi üzrə standartlara, normativ hüquqi aktlara uyğunluğunu, ventilyasiya sisteminin səmərəliyini, işçilərin sanitar-texniki, kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunması vəziyyətinin yoxlama müayinələrində iştirak edir; Ekspedisiya rəisi və digər xidmətlərlə birlikdə istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və onların əməyinin mühafizəsi üzrə normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət edir, tədbirlər hazırlayır, həmçinin planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə dair təşkilati köməklik göstərir; Əməyin mühafizəsi haqqında normativ hüquqi aktla rın tələblərinə əməl edilməsi üçün tikintisi başa çatmış və yenidən qurulmuş istehsalat təyinatlı obyektlərin istismara qəbul komissiyalarının, həmçinin qurğuların, aqreqatların, dəzgahların və digər avadanlıqların təmirdən sonra qəbul komissiyaların işində iştirak edir və s.
14. Bakı İnzibati Məhkəməsinin (hakim: M.C.Qarayeva) 20 aprel 2023-cü il tarixli, 2-1(112)-1876/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1990-xx.xx.2006-cı illərdə “Azneftgeofizika” İstehsalat Birliyinin seysmik avadanl ıqların təmiri sahəsində geofizik, seysmik partiyalarda mühəndis işləməklə 15 il 7 ay 19 gün, yəni tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajını toplamışdır. Cavabdehin “iddiaçının adıçəkilən müəssisədə işlədiyi seysmik stansiya və avadanlıqların təmiri sahəsi və orada işlədiyi vəzifələrin yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş sahə və vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 9 ay 2 gün (xx.xx.1990-xx.xx.1995-ci il, xx.xx.1998-xx.xx.1999- cu il, xx.xx.2002-xx.xx.2006cı il, xx.xx.2007-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir” barədə mülahizəsi iş materiallarında olan sübutlarla təkzib olunur.
16. Bundan əlavə, iddiaçının təqdim etdiyi “Geofizika və Geologiya İdarəsi”nin Nizamnaməsindən də göründüyü kimi, İ darənin əsas məqsədi Azərbaycan Respublikasının quru və dəniz ərazisində neft və qaz üzrə kəşfiyyat və mədən geofizikası, partlayış atma, mühəndis geologiyası, geodeziya və geoloji kəşfiyyat işlərinin həyata keçirilməsindən ibarətdir (4.1.). Nizamnaməyə görə neft, qaz və kondensat ehtiyatı artımı tapşırığının yerinə yetirilməsi üçün respublikada perspektivli strukturların geofiziki kəşfiyyat üsulları ilə aşkar edilməsi və qazmaya hazırlanmasını təmin etmək İdarənin əsas vəzifələri sırasında göstərilmişdir (4.2.). İdarə məqsəd və vəzifələrinə nail olmaq üçün quruda və dənizdə qazılan bütün növ quyularda geoloji kəsilişin öyrənilməsi, neft və qazlılığının müəyyənləşdirilməsi, layların öyrənilməsi, hesablama əmsallarının, kollektorların petrofiziki parametrlərinin təyin edilməsi məqsədilə m ədən geofiziki, hidrodinamiki və s. tədqiqatların aparılması; hidrotexniki və qazma qurğularının tikilməsi və yerləşdirilməsi nəzərdə tutulan sahələrdə yer qabığının üst hissəsinin müxtəlif geofiziki üsullarla öyrənilməsi, mühəndisgeoloji və topoqrafiq-geodezik, geoloji kəşfiyyat işlərinin aparılması fəaliyyət növlərini həyata keçirir (4.3). Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Geofizika tədqiqat üsulları və interpretesiyası” (müəlliflər: V.M.Seyidov, K.Ə.Kərimova) dərsliyinə əsasən, seysmik kəşfiyyat geofiziki kəşfiyyat üsullarından biri olub, yer qabığının geoloji quruluşunu öyrənilmək məqsədilə tətbiq edilir. Bu kəşfiyyat üsulu, yer səthində süni surətdə yaradılan elastiki dalğaların yayılmasını öyrənməklə müxtəlif lay sərhədlərinin dərinliklərini, forma və struktur xüsusiy yətlərinin təyinində istifadə edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1 saylı 31 yanvar 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təklif olunan bir sıra Vahid X2”nda qeofizik əmək funksiyasına görə səhra briqadalarının işinə rəhbərlik edir və partiyanın səhra işlərinin və interpretasiyalarmı həyata keçirməsi üçün zəruri olan geolojigeofiziki, kartoqrafik və digər materiallarla, həmçinin aparat və avadanlıqlarla komplektləşməsini təmin edir. Partiyanın qarşısında qoyulmuş geoloji məsələlərin, plan və hasilat normalarının yerinə yetirilməsini, səhra işlərinin yüksək keyfiyyətini təmin edir. Aparat və avadanlıqların qorunması və düzgün istifadə olunmasını təmin edir. Əməyin qabaqcıl m etodlarının tətbiqini, səmərələşdiricilik və ixtiraçılığın inkişafını təşkil edir. Aparatların vaxtında yoxlanması və təmirini, seysmik qeydlərin aparılmasını və onların əyani formada əks olunmasını həyata keçirir. İlkin texniki sənədləşməni və yerinə yetirilmiş işlərin uçotunu aparır. Səhra işləri başa çatdıqdan sonra aparat və avadanlıqların saxlanmağa təhvil verilməsi üçün hazırlanması işlərini təşkil edir. Səhra materiallarının qəbulu və qiymətləndirilməsini, seysmik materialların emalını və interpretasiyasını həyata keçirir. Materialların EHM-lə emal mərkəzinə ötürülmək üçün hazırlanmasına rəhbərlik edir. Materialların EHM-də emalı metodikasının seçilməsində iştirak edir, maşında emaldan sonra materialları qəbul edir. Səhra işləri və kameral tədqiqatlar zamanı işçilərin yüksək əmək mə hsuldarlığını və səhra materiallarının vaxtında emalını təmin edir. Geoloji interpretasiyada və yekun texniki hesabatın tərtib olunmasında iştirak edir. İstehsalat üzrə metodiki əsasnamə, təlimat və tələblərə riayət olunmasını təmin edir. İstehsalat və əmək intizamına, təhlükəsizlik texnikasına, əməyin mühafizəsi və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət edir. Kadrların ixtisasının artırılmasında və iş təcrübəsinin mübadiləsində iştirak edir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının əmək kitabçasında göstərilən “seysmik partiyalar” anlayışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 saylı qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə p ensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 21300000/Xİİ Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin 2130100b yarımbəndində göstərilmiş “geofiziki tədqiqatlar aparan mədəngeofiziki partiyaların” anlayışı ilə eynilik təşkil edir.
17. İddiaçının tələb olunan 25 ildən artıq ümumi iş stajını toplaması isə cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
18. Bundan əlavə, iddiaçı tələb olunan sığorta stajını xx.xx.2017-ci il tarixədək yığdığından, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minməmişdən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi sta jını da, işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də, həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir.
19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və P.A.Hüseynov) 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-196/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
23. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətindən imtinanın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə qərarında iddiaçının işlədiyi vəzifələrə münasibət bildirərkən konkret anlayışa hüquqi münasibət bildirılmişdir, halbuki, iddiaçı illər üzrə müxtəlif vəzifələrdə çalışmış və bu vəzifələrin hər birinin vəzifə təlimatları bir-birindən fərqli olmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. İddiaçı kassasiy a şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Resp ublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüv vədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 27. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.1997-ci il tarixədək qüvvədə olan): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1- dək hər il 6 ay artırılmış və 2000ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Maddə 67.3. ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxs lərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 69.1. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə": Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada t əqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəşt li pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 21300000 şrifti üzrə Xİİ Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin “Quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri) bəndi, “mədəngeofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları - 2130100b-17541. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı b ütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliy ə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiym ətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əvvəla qeyd edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliyin yaş və ümumi iş stajı ilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməsə də, məhkəmə araşdırması zamanı iddiaçıya münasibətdə həmin tələblərin tam ödənilməsi öz təsdiqini tapmışdır.
38. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Geofi zika və Geologiya İdarəsi”nin işə əlavə olunmuş Nizamnaməsindən də göründüyü kimi, iddiaçının işlədiyi “seysmik partiyalar” əsas geoloji-fiziki kəşfiyyat işlərini yerinə yetirməklə məşğul olur və 2 nömrəli Siyahının 2130100b yarımbəndində göstərilmiş “Geofiziki tədqiqatlar aparan mədəngeofiziki partiyaların” işləri ilə eynilik təşkil edir. Belə olan halda, cavabdeh inzibati orqanın iddiaçının xx.xx.1990 - xx.xx.2006-cı illər üzrə Seysmik avadanlıqlarının təmiri sahəsində əmək fəaliyyətinin bir hissəsini onun güzəştli stajı kimi qəbul etdiyi halda, digər xx.xx.1995xx.xx.1998 (2 il 11 ay 17 gün) və xx.xx.1999-xx.xx.2002 (3 il 8 gün) mühəndis və geofizik kimi çalışdığı dövrləri onun güzəştli stajına aid etməkdən imtina edərək sığorta stajı kimi nəzərə almaması əsassızdır.
39. Məhkəmə kollegiy ası hesab edir ki, hazırkı qərarın 25-30-cu bəndlərində istinad olunan qanunvericiliyin tələbləri baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
40. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-196/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.