Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1492/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdeh qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1492/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyiilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiaçıya məxsus evə dair reyestrdən çıxarışın və texniki pasportun qaytarılması, evə görə müvafiq əlavə məbləğ nəzərə alınmaqla yeni mənzilin verilməsi, yeni mənzil verilənə qədər kirayə haqqının verilməsi və torpaq sahəsinə görə pul vəsai tinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin X1 xxxx 2019-cu il tarixli, 2-1(103)-313/2019 saylı qərarından iddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Xətai RİH) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraiət edərək, iddiaçıya məxsus evə dair reyestrdən çıxarışın və texniki pasportun qaytarılması, evə görə müvafiq əlavə məbləğ nəzərə alınmaqla yeni mənzilin verilməsi, yeni mənzil verilənə qədər kirayə haqqının verilməsi və torpaq sahəsinə görə pul vəsaitinin ödənilməsi haqqında Xətai rayon İH-nin üzərinə öhdəliyin qoyulması barədə qəra r çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai RİH tərəfindən xxxx 2000-ci il tarixli, 291 nömrəli sərəncama əsasən iddiaçıya 0,01 ha torpaq sahəsi və həmin sahədə yaşayış evinin tikintisinə icazə verilmişdir. O, qanuna müvafiq şəkildə yaşayış evini tikib başa çatdırdıqdan sonra Xətai RİH-in sərəncamı ilə ev istismara qəbul edilmiş və hüquqi qeydiyyatdan keçirilmişdir. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ***** saylı, xxxx 2006-cı il tarixli sənədlə həmin evə «ünvan 1 ünvanı verilmişdir. Bundan sonra o, həmin evə və onun yerləşdiyi torpaq sahəsinə dair reyestrdən çıxarış almaq üçün DƏDRX-ə müraciət etmişdir. xxxx 2006-cı il tarixdə ona reyestrdən çıxarış və texniki pasport verilmişdir. Bakı – Ağ Şəhər adlanan ərazidə yerləşən evlərin sökü lərək, onların yerində yeni tipli hündür mərtəbəli yaşayış evlərinin tikintisinin aparılması üçün tədbirlər həyata keçirilən ərəfədə ona məxsus evə dair reyestrdən çıxarış və texniki pasport Xətai RİH-in nümayəndələri tərəfindən alınmışdır (2017-ci ilin xx ayında). O, uzun müddət həmin sənədləri tələb etsə də, sənədlər qaytarılmamışdır. Xətai RİH həmin evin və torpaq sahəsinin alınaraq sökülməsi və yerində yeni binanın tikilməsi ilə əlaqədar onunla qanunamüvafiq qaydada razılaşmır, müqavilə bağlamır, yalnız işıq, su və qaz xətlərini kəsərək ona təzyiqlər göstərir, onun müraciəti Xətai RİH tərəfindən verilmiş cavab məktubları anlaşılmayan və heç bir hüquqa söykənməyən, eyni məzmundadır. Məktublarda qeyd edilir ki, Xətai RİH tərəfindən yaradılmış komissiya sökülməsi nəzərdə tutulan evlərin v erildiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Prezidentinin xxxx 2007-ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv.m üçün 20% əlavə hesablanmaqla birlikdə evlərin yaşayış sahələrinin 1 kv.m-nin alqı-saqtı orta bazar qiymətinin 1.000 manat, köməkçi tikilinin sahəsinin 1 kv.m-nin alqı-satqı orta bazar qiymətinin 750 manat, həyətdə aparılan əlavə (yardımçı) tikilisindən asılı olaraq 1 kv.m üçün 50 – 350 manat olduğu müəyyənləşdirilmişdir. Həmin Fərman 10 il əvvəl verildiyindən və bu müddət ərzində çox böyük iqtisadi dəyişikliklər, o cümlədən çox böyük inflyasiya olduğundan, onun (iddiaçının) mənzilinə qətiyyən aid deyil. Başqa cavab məktubunda bildirilmişdir ki, Bakı ŞİH başçısının 225 saylı, xxxx 2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi, milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində işlərin tərkib hissəsi olaraq Xətai rayonunda yolların, kommunikasiya xətlərinin və digər infrastruktur təminatının yaxşılaşdırılması üçün Bakı şəhərinin Babək prospekti, X1, X2, X3 küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Göründüyü kimi, İcra Hakimiyyəti tərəfindən verilmiş bu cavablar dolaşıq olmaqla başa düşülən deyil və onun evinin yerləşdiyi əraziyə də aidiyyəti yoxdur. Halhazırda Ağ Şəhər ərazisində tikilən evlərin, hətta gələcəkdə tililəcək evlərdə yerləşən mənzillərin bütün ərazisi bərabər olmaqla hər kv.m-i 1.800 manata sa tılır, yəni Xətai RİH-in qeyd etdiyi kimi mənzil yaşayış sahəsinə və köməkçi sahəyə bölünməklə satılmır. Xətai RİH-in təklif etdiyi qiymətlə o (iddiaçı), mövcud mənzillərin sahəsinin üçdə birini ala bilməz. Oradakı mənzillər təmirsiz satıldığı halda, onun mənzili tam təmirli və yaşayış üçün yararlı vəziyyətdədir. Bundan başqa, evin altında 0,01 ha torpaq sahəsi də var, bu hal isə qətiyyən nəzərə alınmır. Halbuki, həmin ərazidə torpağın 0,01 ha-nın (100 kv.m) qiyməti 30.000 manat təşkil edir. Onun ailəsində bir qız və bir oğlan vardır, ona görə də mövcud mənzillərin ərazisindən və ailənin otaqların sayından az və kiçik sahədə yerləşməsi qeyrimümkündür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-349/2018 saylıqərarıiləiddia qismən təmin edilmiş, İddiaçı X1 məxsus ünvan 2 ünvanındakı evə dair reyestrdən çıxarışın və texniki pasportun qaytarılması, iddiaçının «müvafiq ölçüdə yeni mənzilin, kirayə haqqının və torpaq sahəsinə görə pul kompensasiyasının verilməsi» barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur (hakim - R.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin X1 (X6-sədrlik edən, hakimlər-X2 və X4) 17 yanvar 2019-cu il tarixli, 2-1(103)-313/2019 saylı qərarı ilə İddiaçı Ümidvar oğlu və cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin X1 xxxx 2019-cu il tarixli, 2-1(103)-313/2019 saylı qərarından iddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, qərar ləğv olunmalıdır, Xətai rayon İH-nin xxxx 2000-ci il tarixli, 291 saylı sərəncama əsasən ona 0.01 ha torpaq sahəsi və həmin sahədə yaşayış evinin tikintisinə icazə verilmiş, yaşayış evi Xətai rayon İH tərəfindən xxxx 2006-ci il tarixli, 215 saylı sərəncamla istismara qəbul edilərək hüquqi qeydiyyatdan keçirilmiş, Bakı şəhər Memarlıq və Şəhərs alma Baş idarəsindən ****** saylı xxxx 2006-cı il tarixli sənədlə onun evinə ünvan 3 ünvanı, fərdi yaşayış evinə ********* qeydiyyat nömrəli, xxxx 2006-cı il tarixli hüquqların dövlət qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (seriya *******) və xxxx 2006-cı il tarixli yaşayış evinin və torpaq sahəsinin texniki pasportunu almış, Bakı-Ağ şəhər adlanan ərazidə yerləşən evlərin sökülərək onların yerində yeni tipli hündür mərtəbəli yaşayış evlərinin tikintisi aparılması üçün tədbirlər həyata keçirilməyə başlayarkən 2017-ci ilin xxxx Xətai rayon İH tərəfindən xüsusi mülkiyyətdə olan evin çıxarışı və texniki pasportu əlindən alınmış, uzun müddət tələb etməsinə baxmayaraq sənədlər qaytarılmamış, Xətai rayon İH xüsusi mülkiyyətdə olan evin və onun yerləşdiyi torpaq sahəsinin əlindən alınaraq sökülməsi və yerində yeni yaşayış binasının tikilməsi ilə əlaqədar onunla qanuna müvafiq qaydada müqavilə bağlamadan, razılaşmadan, təzyiq gəstərərək işıq, qaz və su xəttini qanunsuz olaraq kəsdirmiş, evin ətrafında qanunsuz söküntü-tikinti işləri aparıb evi yaşamaq üçün yararsız hala salmış, bundan istifadə edən şəxslər isə evin qapı pəncərələrini və digər zəruri hissələrini söküb dağıtmışdır. Bu səbəbdən uzun müddətdir ki, evdə yaşaya bilmir, Xətai Rayon İH-nin bu qanunsuz hərəkətləri barədə şikayətlərinə Xətai rayon İH tərəfindən anlaşılmayan və heç bir hüquqa söykənməyən, eyni məzmunlu cavablar verilmiş, bu cavabların onun evinin yerləşdiyi əraziyə də aidiyyəti yoxdur. Hal hazırda Ağ Şəhər ərazisində tikilən evlərin və hətta gələcəkdə tikiləcək evlərdə yerləşən mənzill ərin bütün ərazisi bərabər olmaqla hər m-i 1800-2000 manata satılır, daha Xətai rayon İH -nin qeyd etdiyi kimi mənzili yaşayış sahəsinə və köməkçi tikiliyə bölüb müxtəlif qiymətə satmırlar. Bütün bunlara baxmayaraq 2 saylı Bakı şəhər İnzibati-İqtisadi Məhkəməsi iddia tələbini təmin etməyərək, xxxx 2018-ci il tarixli qərar qəbul etmiş və eyni zamanda Bakı Apellyasiya Məhkəməsi xxxx 2019-cu il tarixli qərarı ilə qanunsuz və əsassız olaraq 2 saylı Bakı şəhər İnzibati-İqtisadi Məhkəməsinin qərarını qüvvədə saxlamış, məhkəmələr bu qərarları qəbul edərkən Konstitusiyanın 13-cü, 29-cu, Avropa Konvensiyasına dair (20.03.1952-ci il) 1 saylı Protokolun 1-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157.2-ci 21-ci, MPM-nin 88-ci maddələrinin tələblərini pozmuşlar. İddiaçı X1 və cavabdeh Bakı şəhəri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı X1 və cava bdeh Bakı şəhəri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunm ası zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını nəzərdən keçirib, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-313/2019 saylı qərarı ləğv edilməli, inzibati iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən eddilmişdir ki, Xətai rayonu ərazisində və Babək prospekti, X1 küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Bakı ŞİH başçı sının xxxx 2013-cü il tarixli, 225 saylı sərəncamı ilə Xətai RİH-ə həvalə edilmiş, sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmnlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai RİH başçısının xxxx 2017-ci il tarixli 157 saylı sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmış, sərəncamın icrasının təmin edilməsi istiqamətində xxxx 2017-ci il tarixdə 52/1 saylı məktubla RİH tərəfindən «xxxx» Qiymətləndirmə (əmlak qiymətləndirilməsi) MMC-yə müraciət olunmuş, «xxxx» Qiymətləndirmə MMC-nin 53/M saylı xxxx 2017-ci il tarixli cavabında, Xətai rayonu, Turşu küçəsi üzrə yaşayış evlərinin və həyət tikililəri üçün «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqınd a» Azərbaycan Respublikası Qanunu müddəaları (maddə 32, 56, 58, 59. 66) nəzərə alınmaqla hesablanmış bazar qiymətinə Azərbaycan Respublikası xxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər - yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1.000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750 manat, həyət tikililərinin 1 kv.m üçün 50 – 350 manat müəyyən olunmuş, Bakı ŞİH başçısının xxxx 2013-cü il tarixli, 225 nömrəli sərəncamında qeyd olunan ərazidə yaşayan vətəndaşların yaşadıqları evlərdən kompensasiya ödənilməklə köçürülməsi nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi tərəfindən qərar qüvvədə saxlanılarkən ona istinad edilmişdir ki, iddiaçıya məxsus ünvan 4 ünvanındakı evə dair texniki pasport və reyestrdən çıxarış hər bir halda ona qaytarılmalıdır, çünki iddiaçı onun mülkiyyətçisidir, iddiaçı həmin sənədlərin ondan Xətai RİH nümayəndələri tərəfindən alındığını bildirir və cavabdeh inzibati orqan bu halı təkzib etmədiyinə görə də iddia həmin hissədə əsaslıdır, iddianın qalan hissəsinə münasibətdə isə, iddiaçıya məxsus (ünvan 2 ünvanındakı) evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun mülkiyyəti kimi deyil, istifadəsində olan əmlak kimi qeydiyyata alınmışdır, iddiaçıya məxsus ev hal-hazıradək sökülməmişdir, iddiaçı ilə bərabər müvafiq ərazidə olan digər şəxslərə də məxsus daşınmaz əmlakların söküntüyə məruz qalma ehtimalı mövcuddur, mülkiyyətində olan ev və istifadəsində olan torpaq sahəsi ilə bağlı onun müraciətinə cavabdeh Xətai RİH tərəfindən məhkəmənin hüquqi m övqeyi nəzərə alınmaqla yenidən baxılmalıdır, inzibati orqanda inzibati icraat zamanı işin bütün xüsusatları nəzərə alınmaqla müvafiq araşdırma aparılmalıdır və bu araşdırmanın aparılması məhkəmə baxışı çərçivəsində mümkün deyil, iddiaçının müraciətinə qalan hissədə həmin ərazidə müvafiq söküntü və köçürülmə işlərinin həyata keçirilməsi ilə əlaqədar torpaq istifadəçilərinə və ev (mənzil) mülkiyyətçilərinə ödənilən məbləğlər nəzərə alınmaqla, iddiaçının seçimindən asılı olaraq pul kompensasiyasının və ya onun naturada başqa mənzillə əvəzləşdirilməsi, habelə köçürülmə prosesi üzrə kitrayə haqqının verilməsi məsələlərinə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinin tələbləri gözlənilməklə baxıla bilər. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apell yasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” 05 dekabr 2017-ci il tarixli qərarında qeyd edilm işdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X3rşı, 9 dekabr 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A). "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya məhkəməsi tərəfindən iddiaçının və cavabde hin apellyasiya şikayətlərinin heç bir dəlilinə ümumiyyətlə qiymət verilməmiş, bununla da istinad olunan prosessual norma və qərararlarda vurğulanmış hüquqi mövqeyə riayət olunmamış, faktiki olaraqsa tərəflərin ədalətli məhkəmə araşdırması hüququ təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, mübahisənin obyektiv və qanuni həlli təmin edilməlidir. İş üzrə hərtərəfli araşdırma aparılması və sübutların qiymətləndirilməsi zərurətini nəzərə alan məhkəmə kollegiyası hazırkı halda kassasiya şikayətinin tam təmin edilməsini mümkün saymır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-313/2019 saylı qərarı ləğv edilməli, inzibati iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM- nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-313/2019 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(102)-1492/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1492/2019
22.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver