Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1492/2021 28.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: icraata xitam haqda qərardaddan verilmiş kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.0 5.2021-ci il tarixli, 2-1(105)-344/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 24.02.2021-ci il tarixli 2-1(118)-222/2021 nömrəli qərarı (hakim Ceyhun Məmmədov) ilə iddia təmin edilməmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli, 2-1(105)-344/2021 nömrəli qərardadına əsasən (sədrlik edən – Hökümə Babayeva, hakimlər – Zaur Məmmədov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 24.02.2021-ci il tarixli, 2-1(118)-222/2021 saylı qərarı ləğv edilmiş, iddiaçının iddia tələbinə dair ərizəsi geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilmişdir.
5. Cavabdeh 16.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli, 2-1(105)344/2021 nömrəli qərardadının ləğv edilməsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 və cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsin i xahiş etmişdir.
7. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi).
8. İddiaçı məhkəməyə ünvanladığı 27.09.2021-ci il tarixli etirazında cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli, 2-1(105)-344/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllənin 55.5-ci m addəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
10. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
11. Həmin Məcəllənin 96.3-ci maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Kassasiya şikayətini nəzərdə keçirərkən müəyyən olunmuşdur ki, cavabdeh qanunvericiliklə şikayət v erilməsi nəzərdə tutulmayan qərardaddan kassasiya şikayəti vermişdir.
13. Belə ki, hazırkı qərardadın 10-cu bəndində göstərilən normanın məzmunundan göründüyü kimi, iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir və həmin qərardaddan şikayət verilə bilməz.
14. Hazırkı iş üzrə də apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia geri götürülmüş sayılmış və icraata xitam verilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından şikayət verilə bilməz.
15. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti mümkün sayılmayaraq cavabdehin kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli, 2-1(105)-344/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Cavabdehin kassasiya şikayətinin qəbulundan imtina edilsin.