Məhkəmə qərarları › İş №2-1(102)-1492/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1492/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1492/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası X1 (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sum qayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-296/2022 saylı, 26 aprel 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. Ona xx.xx.2012-ci ildən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı ona pensiya təyin edilərkən qanunvericiliyin tələbinin pozulduğunu hesab etdiyi üçün cavabdehə müraciət etmişdir.

3. Cavabdeh 22 oktyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərkən bildirmişdir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 50 yaşdan yenidən hesablanması qanunvericili yin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı - 26 fevral 2010-cu il tarixdən (50 yaşdan) təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. Sonradan iddiaçı iddia tələbinin həcmini artıraraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən, yəni 50 yaşdan təyin edilməsini və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin birdəfəlik ona ödənilməsi, 2010-2021-ci illər arası inflyasiya faizlərinin fərqlərinin hesablanıb ödənilməsi barədə, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən, xx.xx.2016-cı il tarixdə əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 26 fevral 2010-cu il tarixdən, yəni 50 yaşdan təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasına çıxmışdır. Hesab edir ki, cavabdeh tərəfindən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin onun müraciəti müsbət həllini tapmamışdır. Cavabdehin imtinası əsassız olduğundan məhkəmə yə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Beləliklə, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının ərizəsində göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-424/2022 saylı iş üzrə 21 yanvar 2022ci il tarixli (hakim C.Məmmədov) qərarı ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı 26 fevral 2010-cu il tarixdən, yəni 50 yaşdan təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahıya uyğun olmaqla xx.xx.1997-ci ilə qədər təhsil dövrü və hərbi xidmət dövrləri də daxil olmaqla 20 ildən çox ümumi və 10 ildən çox güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a) bəndinə əsasən ona 50 yaşının tamam olduğu vaxtdan, 23 fevral 2010-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) a pellyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-296/2022 saylı 26 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər F.Məmmədov - sədrlik edən və məruzəçi, H.Babayeva və Z.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. İddiaçının 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqu qu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının ərizəsində göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz və etiraza əlavə təqdim edərək bildirmişdir ki, onun ümumi və xüsusi iş stajına malik olmağı qanuna uyğun və maddi hüquq normalarına zidd deyildir. Bu səbəbdən də o, cavabdehin kassasiya şikayəti əsassız olduğunu üçün təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİ Q EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Vətəndaşların pensiya təmin atı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayarqa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;

20. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barəd ə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkü n hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkə mələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 20 ildən artıq ümumi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 saylı Siyahı üzrə 10 ildən artıq güzəştli iş stajı xx.xx.1997-ci ilədək yarandığından, ona pensiya təyin edilərkən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsas götürülməlidir.

27. Azərbaycan Respublikasının 12 iyun 1997-ci il tarixli, 321-İQD saylı Qanunu ilə edilmiş dəyişikliyə əsasən, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır.

28. Sadalanan maddi hüquq normalarının da tələblərindən göründüyü kimi, xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 saylı Siyahı üzrə 10 il xüsusi, 20 il ümumi stajı olan şəxslər 50 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər.

29. Hazırkı halda, qeyd edilən şərtlər iddiaçıya münasibətdə tam ödənilir. Belə ki, iddiaçının xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 saylı Siyahı üzrə 10 il xüsusi, 20 il ümumi iş stajına malik olması iş materialları ilə sübuta yetirilir. Cavabdeh də işin bu hallarını mübahisələndirmir. Cavabdehin imtinası və kassasiya şikayətinin əsas dəlili Azərbaycan Respublikasının 12 iyun 1997-ci il tarixli, 321-İQD saylı Qanunu ilə edilmiş dəyişikliyə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun bəzi maddələrinə, konkret olaraq 13-cü maddəsinə yaş hədləri ilə bağlı edilmiş dəyişikliyin iddiaçıya münasibətdə tətbiqi barədədir. Lakin “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinin dispozisiya şərtləri iddiaçıya münasibətdə xx.xx.1997-ci il tarixədək tam ödənildiyindən, yaş hədləri ilə bağlı cavabdehin istinad etdiyi dəyişiklik ona tətbiq edilə bilməz.

30. Odur ki, aşağı instansiya məhkəmələri iddiaçının 50 yaşının tamam olduğu 26 fevral 2010-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması və həmin vaxtdan ona pensiya təyin edilməsi barədə nəticəyə gəlmişlər.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxıl arkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(105)-296/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar