Məhkəmə qərarları › İş №2-1(102)-1492/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1492/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1492/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmayan, ilkin hüquqmüəyyənedici sənədlər əsasında 01 sentyabr 2000-ci ilə qədər alqı-satqı həyata keçirilmiş qeyri-yaşayış sahəsinə hüququn qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğl u (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-221/2024 saylı iş üzrə 18 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 1341 saylı xx.xx.1993-cü tarixli sərəncamı ilə, “Dalğa” kooperativi Lök-Batan qəsəbə Sovetinin nəzdindən çıxarılmış və "xxxx" şəxsi kiçik müəssisə k imi adlandırılmışdır. Kooperativin balansında olan yardımçı təsərrüfat və əsas vəsaitlər "xxxx" şəxsi kiçik müəssisinin balansına keçirilmişdir. 2. "xxxx" Kiçik Müəssisəsinin adına 6094 nömrəli xx.xx.1994-cü il tarixli “Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında” şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. "xxxx" X1 əsasən Müəssisəsinin ünvanı ünvan 1ir. Nizamnaməsindən görünür ki, "xxxx" şəxsi kiçik müəssisəsi Azərbaycan Respublikasının qanunvericiliyinə və nizamnaməyə müvafiq olaraq fəaliyyət göstərir. "xxxx" şəxsi kiçik müəssisəsinin təsisçisi Əliyev Əziz-Ağa Yavər oğludur.

3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, ev 23 ünvanında yerləşən "xxxx" K/M məxsus olan 1 mərtəbəli, 246,60 kv metr olan qeyri yaşayış sahəsinin 1997-ci il tarixdə “Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin” Texniki Pasportu tərtib edilmişdir.

4. Bakı şəhəri Qaradağ rayonun "xxxx" şəxsi kiçik müəssisəsi üzrə 26 iyun 1997-ci il tarixli 001 nömrəli əmrdən görünür ki, "xxxx" şəxsi kiçik müəssisəsinin maliyyə vəsaiti olmadığından müəssisənin balansında olan Lökbatan qəsəbəsi 28 may küçəsi 23 N-li ünvanda yerləşən natamam tikinti obyektinin (mağaza) müəssisənin kassasına nağd pul keçirilməsi yolu ilə satılması, tikinti obyekti (mağaza) müəssisənin balansından çıxarılması qərara alınmışdır. 5. xx.xx.1997-ci il tarixli mağazanın alqı-satqı müqaviləsinə əsasən "xxxx" şəxsi k/mnin təsisçisi X3 ünvan 2 ünvanda yerləşən 246,60 kv m olan mağazanı vətəndaş İddiaçı satmışdır.

6. İddiaçı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (mağaza) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.

7. Cavabdeh 06 dekabr 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, idarədə mövcud olan arxiv məlumatlarına əsasən qeyd olunan qeyri-yaşayış sahəsi barədə məlumat aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya qeyri-yaşayış binası üzərində mülkiyyət h üququnu təsdiq edən çıxarış verilməsinə dair cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə məcburi öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 mart 2022-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanuni əsaslar üzrə əldə etdiyi və uzun illər mülkiyyətçi kimi faktiki sahiblik və istifadə etdiyi ünvan 4 ünvanında yerləşən və ümumi sahəsi 246,60 kv.metrdən ibarət olan 23 №-li mağazanın (qeyri-yaşayış binasının) daşınmaz əmlakın dövlət reyestrində ərazi üzr ə qeydiyyata alınmasını və iddiaçıya həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsini xahiş etmişdir. Sözügedən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas olan 25 noyabr 1997-ci il tarixli, 314-1/63 №-li "Alqı-satqı" müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti ərizəyə əlavə olunmuşdur. Həmin müqavilə Bakı şəhəri 8 saylı dövlət notariat kontorunda bağlanılmışdır. İddiaçı bu müqavilə üzrə alıcı qismində iştirak etmişdir. Onun müraciəti ilə bağlı cavabdehin yazdığı 28 aprel 2022-ci il tarixli, **********01 nömrəli məktubda ərizənin icrasının mümkün olmadığı bildirilir. Cavabdeh bunun səbəbini sözügedən qeyri-yaşayış sahəsinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması ilə izah etmişdir. İddiaçı isə cavabdehə 20 may 2022-ci il tarixli ərizə ilə müraciət edərək idarənin mütəxəssislərinə hər cür şərait yaratmağa hazır olduğu və onları obyektə dəvət etdiyini bildirmişdir. Əlaqə yaratmaq üçün istifadə etdiyi mobil telefon nömrələri ərizədə göstərilmişdir. Bu müraciətdən sonra həmin idarənin mütəxəssisləri tərəfindən obyektə texniki baxış keçirilmiş, lakin inventarlaşdırma işləri aparılmamışdır. Cavabdehin iddiaçının hüquqi ünvanına göndərdiyi 17 iyun 2022-ci il tarixli, **********4 nömrəli məktubda inventarlaşdırma işlərinin aparılmasının mümkünsüzlüyü sözügedən qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması ilə əlaqələndirilir. Halbuki, həmin sənəd ərizə ilə birlikdə cavabdehə göndərilmişdir. Buna baxmayaraq, cavabdehin tələb etdiyi hüquqmüəyyənedici sənəd iddiaçı tərəfindən (25 noyabr 1997- ci il tarixli, 314-1/63 nömrəli "Alqı-satqı" müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti) 29 iyun 2022-ci il tarixli müşayiətedici məktubla təkrarən ona göndərilmişdir. Bundan sonra cavabdeh iddiaçının ərizəsi ilə bağlı heç bir inzibati akt qəbul etməmiş, həmçinin inzibati aktın qəbul edilməsindən rəsmən imtina etməmişdir. Cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının mülkiyyət hüquqları və qanuni maraqları pozulmuşdur. Aşağıdakı istinadlara və izahlara görə iddiaçı cavabdehin hərəkətsizliyini tamamilə qanunsuz və əsassız hesab edir.

10. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.

11. Daha sonra iddiaçı iddia tələbinə dəqiqlə şdirmə verərək Bakı şəhəri 8 saylı dövlət notariat ofisində 25 noyabr 1997-ci il tarixdə 3 M-1/63 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən və ümumi sahəsi 246,60 kv.metrdən ibarət olan 23 №- li mağazaya dair (qeyri-yaşayış binası) İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3010/2023 saylı, 04 may 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə inzibati məhkəmə icraatına qə bul edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3010/2023 nömrəli, 04 may 2023-cü il tarixli qərarı ilə (hakim X7) iddia təmin edilmiş, Bakı şəhəri 8 saylı dövlət notariat ofisində 25 noyabr 1997-ci il tarixdə 3 M-1/63 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən və ümumi sahəsi 246,60 kv.metrdən ibarət olan 23 №-li mağazanın (qeyri-yaşayış binasının) İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

14. Məhkəmə qeyd etmişdir ki, qeyri-yaşayış sahəsinin alqı-satqısına dair notariat tərəfindən imzalanmış və təsdiq edilmiş müqavilə məhkəmə və ya hər hansı bir səlahiyyətli dövlət orqanı tərəfindən ləğv edilməmiş, hazırda qüvvədədir, cavabdehin isə həmin müqaviləni təftiş etməyə və yaxud onu şübhə altına almağa səlahiyyəti yoxdur. Belə olan halda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdehin imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa bor cludur.

15. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-221/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər X4 / məruzəçi/, X5 və X6) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3010/2023 nömrəli, 04 may 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİL LƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Şikayətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 23-cü maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.

20. Kassator bildirmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə İdarədə məlumat aşkar edilməmişdir. Qeyri-yaşayış binasına dair yalnız Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 1997-ci il tarixdə “Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin” Texniki Pasportu tərtib edilmiş və həmin texniki pasporta əsasən qeyri-yaşayış binası "xxxx" Kiçik M üəssisəsinə məxsus olmuşdur. Lakin müvafiq qeyri-yaşayış binası dövlət reyestrində qeydiyyatdan keçməmiş, onunla bağlı qeydiyyat vəsiqəsi tərtib edilməmişdir. Bununla birlikdə, həmin qeyri-yaşayış binası dövlət reyestrində qeydiyyatdan keçməməyinə baxmayaraq, Bakı şəhəri 8 saylı dövlət notariat ofisində 25 noyabr 1997-ci il tarixdə 3 M1/63 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin predmeti olmuşdur.

21. Daha sonra qeyd edilmişdir ki, koordinatlarla göstərilən ərazinin bir hissəsi ilə bağlı dövlət əmlakı kimi Dostluq marketinin yerləşdiyi torpaq sahəsi barədə elektron kadastr bazasında məlumat mövcuddur. Buna görə də Əmlak Məsələləri Dövlət Xidməti müvafiq iş üzrə məhkəmə icraatına cəlb edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

8. Daşınmaz ə mlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmal ıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;... Maddə

146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır... 25. 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllə: Maddə

126. Müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququnun əmələ gəlməsi vaxtı Müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir... Maddə

228. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür...

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim o lunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsini n qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikay əti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsini n “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. İşin mübahisə olunmayan hallarına görə iddiaçının notarial qaydada təsdiq edilmiş müqavilə əsasında aldığı qeyri-yaşayış sahəsi əvvəllə r Qaradağ rayonu Lök-Batan qəsəbə Sovetinin nəzdində olmuş, rayon icra hakimiyyəti başçısının sərəncamı ilə Sovetin nəzdindən çıxarılmış, yardımçı təsərrüfat və əsas vəsaitlər "xxxx" şəxsi kiçik müəssisinin balansına keçirilmişdir. "xxxx" kiçik müəssisəsi rəsmi qeydiyyatda olmuş, kiçik müəssisənin ünvanı ünvan 5 İcra Hakimiyyəti başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən həmin ünvanda kiçik müəssisənin adına 1 mərtəbəli, 246,60 kv metr olan qeyri yaşayış sahəsinin 1997-ci il tarixdə “Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin” Texniki Pasportu tərtib edilmişdir. Kiçik müəssisənin təsisçisi Əliyev Əziz-Ağa Yavər oğlu olmuş və 26 iyun 1997-ci il tarixli əmrlə kiçik müəssisənin maliyyə vəsaiti olmadığından müəssisənin balansında olan Lökb atan qəsəbəsi 28 may küçəsi 23 N-li ünvanda yerləşən natamam tikinti obyektinin (mağaza) müəssisənin kassasına nağd pul keçirilməsi yolu ilə satılması, tikinti obyekti (mağaza) müəssisənin balansından çıxarılması qərara alınmışdır. xx.xx.1997-ci il tarixli mağazanın alqı-satqı müqaviləsinə əsasən "xxxx" k/m-nin təsisçisi X3 ünvan 2 ünvanda yerləşən 246,60 kv m olan mağazanı vətəndaş İddiaçı satmışdır.

34. Qeyri-yaşayış sahəsinin alqı-satqısı həyata keçirilən zaman qüvvədə olmuş Mülki Məcəllənin müvafiq olaraq 126 və 228-ci maddələrinə görə müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlak ı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. 35. 1997-ci ildə iddiaçı notarial qaydada təsdiq edilmiş müqavilə əsasında əmlakı əldə etmiş, yuxarıda qeyd edilən sənədlərlə əmlakın ilkin hüquqmüəyyənedici sənədlərlə onu satan "xxxx" kiçik müəssisəyə məxsus olması müəyyən edilmişdir.

36. Qeyri-yaşayış sahəsinin alqı-satıqısı həyata keçirilən zaman qüvvədə olmuş mülki qanunvericiliyə görə satılan qeyri-yaşayış sahəsinin alqı-satqı həyata keçirilən zaman mütləq qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olması barədə şərt mövcud olmamışdır.

37. Cavabdeh Mülki Məcəllənin 146.3-cü maddəsinə istinad edərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmədiyin i və bu cür əmlak barəsində bağlanmış müqavilələrin etibarsız sayıldığını bildirmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi bağlanarkən belə məhdudlaşdırıcı norma mövcud olmadığından həmin normanın tətbiq edilməli olması barədə cavabdehin dəlili əsaslı sayıla bilməz.

39. Cavabdehin torpaq sahəsinin koordinatları və ərazinin bir hissəsinin dövlətə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi barədə şikayəti apelyasiya şikayətinin dəlillərində də qeyd edilmiş və apelyasiya məhkəməsi həmin dəlillərə münasibət bildirib haqlı olaraq əsaslı hesab etməmişdir.

40. İddiaçı torpaq sahəsinin deyil, həmin torpaq sahəsi üzərində yerləşən qeyriyaşayış binası üzərində (notarial qaydada bağlanılmış müqaviləyə uyğun olaraq) mülkiyyət hüququnun daşınmaz əmlakın d övlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, hüquqların qeydə alınmasının tələb edildiyi qeyri-yaşayış sahəsinin adı əvvəllər “Dostluq market”, daha sonra da “Qardaşlar market” olaraq dəyişdirilmiş və iddiaçının istifadəsində olmuşdur.

41. Bəhs olunanlara əsasən apellyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə qəbul edildiyindən və kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası şərh edilənləri rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-221/2024 saylı iş üzrə 18 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar