Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1493/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlilliyə görə əmək pensiyası, iş stajının sosial sığorta stajına daxil edilməsi ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Bəhmən Qəribov, İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Əraz i Filialına qarşı 17.06.1980-ci il tarixdən 01.12.1994-cü il tarixədək fəhlə işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması və əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli, 2-1(105)-88/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 15.04.1963-cü ildə anadan olmuşdur və hazırda Quba rayonunda yaşayır. İddiaçı 17.06.1980-ci ildən 01.10.2018-ci ilədək müəyyən fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ona 19.10.2018-ci il tarixdə üçüncü dərəcəli əlillik verilmişdir.
2. İddiaçı ərizə ilə ca vabdehə müraciət edərək, ona əlilliyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh iddiaçiya ünvanladığı 14.11.2018-ci il tarixli, 35/311 saylı məktubla onun tələbinin təmin olunmasından imtina edildiyini bildirmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, 1980-1981, 1983-1994-cü illərə aid əmək fəaliyyəti iddiaçının əmək kitabçasında qeyd olunmadığı üçün həmin illərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, onun 17.06.1980-cı il tarixdən 01.12.1994-cü il tarixə kimi fəhlə işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyi nin cavabdehin üzərinə qoyulması barədə qarar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı bildirmişdır ki, ona pensiya təyin olunmasından cavabdehin imtinası qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X1 1445 saylı 14 avqust 2012-ci il tarixli arxiv arayışında onun 17 iyun 1980-cı il tarixdən 01 dekabr 1994-cü il tarixədək müxtəlif dövrlərdə Quba sovxoz-texnikumunda işləməsi barədə məlumat vardır və həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alınmalıdır.
6. Birinci instansiya məhkəməsinin 01.02.2019-cu il tarixli, 2-1(85)-324/2019 nömrəli (sədrlik edən hakim Orxan İsmayılov) qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının 1980-1981-ci və 1983-1994-cü illərdə Quba sovxoz–texnikumunda işlədiyi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X 1 1445 və 1446 saylı, 14 avqust 2012-ci il tarixli arxiv arayışlarında qeyd olunan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İddia qalan hissədə təmin olunmamışdır.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X1 1445 və 1446 saylı, 14 avqust 2012-ci il tarixli arxiv arayışlarında iddiaçının 1980-1981 və 1983-1994-cü illərdə Quba sovxoz-texnikumunda işləməsi öz təsdiqini tapdığından iddia tələbi qismən təmin olunmalıdır. 8.Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. Yuxarı instansiya məhkəmələrində icraat
9. Sumqayıt Apelyasiya Məhkəməsin in İnzibati-İqtisadi Kollegiyasının 14.05.2019-cu il tarixli 2-1(105)-329/2019 nömrəli (hakimlər Nazim Nəsibov - sədrlik edən və məruzəçi, Hökümə Babayevə və Zaur Məmmədov) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 01.02.2019-cu il tarixli 2-1(85)-324/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.10.2019-cu il tarixli 2-1(102)-2914/2019 nömrəli (hakimlər Xəqani Məmmədov - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Rahib Nəbizadə) qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14.05.2019-cu il tarixli, 2-1(105)-329/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndəri lmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əlil olmasına dair müvafiq sənəd iş materiallarında aşkar edilməmişdir. Digər tərəfdən, iddiaçı cavabdehin imtinası ilə hüququnun pozulduğunu o halda iddia edə bilər ki, mübahisə etdiyi müddətin sığorta stajına daxil olunması ona əmək pensiyasının təyin edilməsi ilə nəticələnə bilər. 11.Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 02 mart 2020-ci il tarixli 2-1(105)-110/2020 saylı qərardadı ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və A.Abbasov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin bu iş üzrə 01.02.2019-cu il tarixli qərarı ləğv edilmiş, iddiaçının 17 iyun 1980-cı il tarixdən 01 dekabr 1994-cü il tarixə kimi fəhlə işlədiyi dövrün sosial sığorta s tajı kimi nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2020-ci il tarixli 2-1(102)-1226/2020 nömrəli (hakimlər İspəndiyar Şəfiyev - sədrlik edən və məruzəçi, Zakir Quliyev və İlqar Hüseynov) qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmuş, apelyasiya instansiya məhkəməsinin 02.03.2020-ci il tarixli 2-1(105)-110/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mübahisə etdiyi müddətin sığorta stajına daxil olunması barədə tələbi cavabdehin gələcəkdə ona pensiya təyin etməsi üçün yetərli deyil. Həmçinin ikinci qrup əlilliyə görə pensiya təyin olunm ası üçün digər iki şərtin-beş ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması da məhkəmələr tərəfindən araşdırılmalıdır. 13.Sumqayıt Apelyasiya Məhkəməsinin 03.05.2021-ci il tarixli 2-1(105)-88/2021 nömrəli (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Səyyad Qafari və Məhəmmədəli Rzayev) qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 01.02.2019-cu il tarixli 2-1(85)-324/2019 saylı qərarı dəyişdirilmiş, iddiaçının 1980-1981 və 1983-1994-cü illərdə Quba sovxoz-texnikumunda işlədiyi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X1 1445 və 1446 saylı 14.08.2012-ci il tarixli arxiv arayışlarında qeyd olunan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona əlilliyə görə pensiya təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. 14.Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri 15.Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ““Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 01 yanvar 2006-cı il tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəz ərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin iddiaçının iddia etdiyi dövrlərdə əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunmur. Onun həmin dövrdə əmək fəaliyyətinə dair məlumatlar yalnız arxiv arayışlarında əks olunmuşdur. Yuxarıda qeyd edilən qaydalarla isə sosial sığorta stajını təsdiq edən sənədlər siyahısında arxiv arayışı nəzərdə tutulmamışdır. Bundan əlavə, iş materiallarına əlavə olunmuş arxiv arayışı iddiaçının sözügedən dövrlərdə sovxozda işləməsi ilə bağlı iddia edilən dövrləri tam şəkildə əks etdirmir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
18. İddiaçı məhkəmə iclasında vəkillə təmsil olunmadığına görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə
13. Əlilliyə görə əmək pensiyasının məbləği 13.2-c i maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Maddə
27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. 20. ““Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yen idən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Əmək Məcəlləsi: Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə gir diyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 22. “İnzibati icraat haqqında” Qanun: Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
23. İnzibati Prosessual Məcəllə: Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şik ayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Hazırkı mübahisənin predmetini iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası təşkil edir. Cavabdehin imtinasında qeyd edilir ki, iddiaçının 17.06.1980-ci ildən 01.12.1994-ci il tarixədək işlədiyi müddət onun əmək kitabçasında qeyd olunmamışdır və bu səbəbdən həmin müddət sosial sığort a stajına hesablana və iddiaçıya tələb olunan pensiya təyin edilə bilməz. Lakin bu zaman cavabdeh tərəfindən iddiaçının həmin illər üzrə əmək fəaliyyətinə dair arxiv arayışının və əmək haqqı cədvəllərindən çıxarışların olduğu nəzərə alınmamışdır.
29. Halbuki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, əmək stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi qanunvericilikdə imperativ qayda kimi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydasını da təsbit etmişdir. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüquq normalarında, arxiv müəssisələri tərəfindən verilmiş arayışlar pensiya hüququ verən iş stajının müəyyən edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.
30. Eyni z amanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir(bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)2197/2020 nömrəli qərarı). Həmçinin iş materiallarına əlavə olunmuş əmək haqqı cədvəllərindən çıxarışlar da arxiv arayışları ilə əhatə olunan və mübahisə edilən illərdə iddiaçının haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir.
31. Bundan başqa, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin hüquqi mövqeyinə görə, əmək stajının müəyyən edilməsi zamanı arxiv arayışları iş stajını təsdiq edən sənəd qismində qəbul edilməlidir. Məhkəmə k ollegiyası xüsusi olaraq vurğulayır ki, bununla bağlı nəinki Ali Məhkəmənin hüquqi mövqeyi, ümumiyyətlə, formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və cavabdeh tərəfindən həmin təcrübəyə birmənalı əməl edilməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmələr inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətini həyata keçirməklə bərabər, həm də onların fəaliyyətinin legitimləşdirilməsini, yəni qanunauyğunluğunu təmin edirlər. Başqa sözlə, inzibati orqanların fəaliyyəti (onların qəbul etdiyi qərarlar, hərəkət və ya hərəkətsizliyi) qanunauyğun olduğu hallarda inzibati məhkəmələr onun qanuniliyini təsdiq edir, qanunsuz olduğu hallarda isə məhkəmə nəzarəti çərçivəsində həmin fəaliyyətin qanuna uyğunlaşdırılması barədə inzibati orqanların üzərinə vəzifə qoyurlar.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəs i eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
33. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
34. Konkret mübahisəyə münasibətdə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə material lara əlavə edilmiş və mötəbərliyi şübhə doğurmayan əmək kitabçası, arxiv arayışı və arxiv arayışı ilə birlikdə əmək haqqı cədvəllərindən çıxarışlar, iddiaçıya 19.10.2018-ci il tarixdə üçüncü dərəcəli əlilliyin təyin edilməsi barədə müvafiq sənəd nəzərə alındığı təqdirdə, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün yuxarıda istinad edilən qanunvericilik normaları ilə nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənilməsi təsdiq olunur. Yəni iddiaçı tələb edilən sığorta stajına və zəruri pensiya kapitalına malikdir. Həmçinin ona 19.10.2018-ci il tarixdə üçüncü dərəcəli əlillik təyin edilmişdir.
35. Belə ki, bu qərarın 19-cu bəndində istinad olunan normaya əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qab iliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
36. Yuxarıda istinad olunan həmin normaların tələbinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
37. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının işə əlavə edilmiş arayışında iddiaçıya 19.10.2018-ci il tarixdə üçüncü dərəcəli əlillik təyin edildiyi qeyd olunmuşdur.
38. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə tərəfindən kassasiya şi kayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
39. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli 2-1(105)88/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.