Məhkəmə qərarları › İş №2-1(102)-1494/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1494/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1494/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı sərbəst toplaşma azadlığına müdaxilənin qanunsuz hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 29 yanvar 2019-cu il tarixli, 2-1(103)-486/19 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 24 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyətinin 04 noyabr 2018-ci il tarixində keçirilməsi planlaşdırılan mitinqin təşkilatçılarının təklif etdikləri yerlərdə qadağan edilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin 01 noyabr 2018-ci il tarixli məktubunda əksini tapmiş qərarın qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 12.12.2018-ci il tarixli iş № 2-1(81)-4764/2018, (sədrlik edən hakim M.Hacıbəyova) qərardadı ilə iddianın mümk ün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçılarapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 12.12.2018-ci il tarixli qərardadının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdirlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 29.01.2019-cu il tarixli iş № 2-1(103)-486/2019 (hakimlər V.Ağayev - sədrlik edən və məruzəçi, A.Nuriyeva və C.Yusifov) qərardadı ilə birinci instansiya məhkəməsinin 12.12.2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı2 kasasiya şikayətini onunla əsaslandırmışdır ki,apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadının əsaslandırma hissəsini olduğu kimi təkrarlayıb (daha doğrusu, köçürdüb), apelyasiya şikayətinin dəlillərini isə ümumiyyətlə şərh etməyib. Halbuki, məhkəmə, apelyasiya şikayətini əsassız hesab etməsinin səbəbini aydın izah edərək, şikayətdə göstərilən hər bir dəlilə dair münasibət bildirməli idi. Ola bilər ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamını Konstitusiyaya, yaxud qanuna bərabər tutmaq həmin qurumun hazırkı aparatının hüquq mədəniyyətinin göstəricisidir, ancaq bu, qətiyyən sərəncamı qanuna çevirmir. Təşkilat qrupunun təklif etdiyi başqa yerlərlə bağlı da cavabdeh bəhanələr uyduraraq planlaşdırılan mitinqi o, təyin olunduğu gündən 3 gün əvvəl yasaqlamışdır. “Sərbəst toplaşmaq azadlığı haqqınd a” Qanunun 7-ci maddəsinin İV hissəsində nəzərdə tutulmuşdur ki, sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin 1 hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. İnzibati orqan toplantının nə vaxtı, nə də ki, yeri ilə bağlı heç bir alternativ təklif verməmişdir. Birinci instansiya məhkəməsinin qərardadına görə, toplantı təşkilatçıları öz tədbirlərini keçirə bilərdilər. Təcrübədə bu cəhd yalnız kütləvi repressiyalara gətirib çıxarır. Noyabrın 17-də, Milli Dirçəliş Günündə, İddiaçı1 və bir çox başqaları Şəhidlər Xiyabanını ziyarət edən zaman polis bu dinc ziyarətin qarşısını alaraq, onlarla insanı tutub, İnzibati Xətalar Məcəlləsinin 513.1-ci maddəsi ilə inzibat i məsuliyyətə cəlb edib, bunu icazəsiz yürüş keçirilməsi kimi qiymətləndirib. Məhkəmə də bununla razılaşıb. Halbuki, “Sərbəst toplaşmaq azadlığı” haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin İİ hissəsinə əsasən bayram və matəm tədbirləri həmin qanunla nizamlanmır və bunun üçün icra hakimiyyəti orqanına müraciətə ehtiyac yoxdur. Cavabdeh nəticə etibarilə Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquq və azadlıqlarının, ilk növbədə sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Bütün yuxarıda göstərilənlərə əsasən İddiaçı2 kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2019-cu il tarixli, 2-1(103)-486/2019 nömrəli qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini x ahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.01.2019-cu il tarixli iş № 2-1(103)-486/2019 saylı qərardadından İddiaçı2 kasasiya şikayəti verib. Digər iddiaçılar isə kasasiya şikayəti verməmişlər. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,İddiaçı2 məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, digər iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə İddiaçı2 ka sasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qərardadı İddiaçı2 münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normala rının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 29 yanvar 2019-cu il tarixli, 2-1(103)-489/2019 saylı qərardadla, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddəsinin İ hissəsinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə inzibati p rosessual normalarının tətbiqi baxımından qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassızdır. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir, belə ki, məlum olduğu kimi, iş materiallarından görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ibarət mitinq təşkilatçıları qrupu 2018-ci ilin noyabrın 4-də saat 15.00-dan 17.00-a qədər mitinq keçirilməsinin planlaşdırılması barədə 26 oktyabr 2018-ci ildə yazılı şəkildə Bakı şəhər İcra Hakimiyyətini xəbərdar etmişlər. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının 1-663-003 nömrəli, 01.11.2018ci il tarixli məktubu ilə iddiaçılara bildirilmişdir: Sizin mitinq keçirilməsi haqqında 26 oktyabr 2018ci il tarixli birgə imzaladığınız müraciətinizə Bakı şəhər İcra Hakimiyyətində baxıl mışdır. Toplantının keçirilməsi ilə bağlı müraciətinizdə göstərdiyiniz yerlərlə bağlı aşağıdakıları bildiririk: Bakı şəhər İcra Hakimiyyətinin 933 saylı, 17 sentyabr 1998-ci il tarixli sərəncamına əsasən Bakı şəhərinin mərkəzində yerləşən “Azadlıq” meydanında yalnız Azərbaycan xalqının birliyini əks etdirən rəsmi ümumdövlət tədbirləri, ümumxalq təntənələri, Azərbaycan Respublikasının və Bakı şəhərinin əlamətdar tarixi günlərinə həsr olunmuş paradlar, nümayişlər və xalq gəzintiləri kimi kütləvi tədbirlərin keçirilməsi mümkün hesab olunmuşdur. Hüseyn Cavid və Nərimanov parklarında piyadalar üçün ayrılmış sahələr çox geniş olmadığı üçün müraciətinizdə göstərilən sayda şəxslərin iştirakı ilə toplantının bu yerlərdə keçirilməsi mümkün deyil. Azərbaycan Respublikası Milli Məclisinin qarşısındakı, “Təbriz” kinoteatrının qarşısındakı, Parlament və Hüseyn Cavid prospektləri ilə Mikayıl Müşfiq küçəsinin kəsişən sahələrdə meydanların olmadığını bir daha nəzərinizə çatdırırıq. Bu ərazilər nəqliyyatın intensiv hərəkət etdiyi yerlərdir. Həmin yerlərdə mitinqdə iştirak etmək niyyəti olmayan vətəndaşların sərbəst hərəkətinin və nəqliyyat vasitələrinin iş ahənginin təmin edilməsində yaranacaq ciddi problemlər nəzərə alınaraq mitinqin təhlükəsizliyinə təminat verilmir. Həmçinin Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinin İİİ hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin yerləşdiyi binanın ətrafında 200 metr radius çərçivəsində toplantıların keçirilməsinə qadağa qoyula bilər. ”Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbayca n Respublikası Qanunun 7-ci maddəsinin İ hissəsinə uyğun olaraq təklif etdiyiniz yerlərdə mitinq keçirilməsi məqsədəuyğun hesab edilmir”. Bununla razılaşmayan iddiaçılar cavabdehin məktubunda qeyd edilənləri toplantının keçirilməsinin qadağan edilməsi kimi qiymətləndirərək Bakı şəhər İcra Hakimiyyətinin 01 noyabr 2018-ci il tarixli məktubunda əksini tapmış qərarın qanunsuz hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq öz qərarında qeyd etmişdir ki, cavabdehin 1-663-003 nömrəli, 01.11.2018-ci il tarixli məktubunda cavabdehin “təklif etdiyiniz yerlərdə mitinq keçirilməsi məqsədəuyğun hesab edilmir” ifadəsi inzibati orqanın qadağanedici hərəkəti deyildir, iddiaçıların təklif etdikləri yerlərdə mitinq keçirilməsinin məqsədəuyğun olmamas ı barədə cavabdehin mövqeyidir. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bildirir ki, qeyd edilənlər iş materiallarına uyğundur. Belə ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşki latçılar tərəfindən əsaslandırılmalıdır. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, toplantıların keçirilməsi üçün toplantıları təşkil edən şəxslərin müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən toplantının keçirilməsi haqqında xəbərdarlıq etməli olması nəzərdə tutulmuşdur. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən mitinq keçiriləcəyi barədə etdikləri xəbərdarlıqla bağlı cavabdehin mitinqin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur, belə cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və qadağanedici hərəkət h esab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün ə sas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasın ın 29 yanvar 2019-cu il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2019-cu il tarixli, 21(103)-486/2019 saylı qərardadı İddiaçı2 münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar