Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1494/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1494/2022) (Açar sözlər: üçüncü şəxsin icraata cəlb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinə və çilingər sexinə dair daşınmaz əmlakın dövlət reyestr indən çıxarışın verilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2-1(105)310/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Quba şəhəri ərazisində yerləşən qeyri-yaşayış binasına və 54 kv.m torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh isə 15 mart 2019-cu il tarixli, **********92 nömrəli məktub ilə iddiaçının müraciətinə cavab olaraq təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin elektron baza kadastr xəritə materiallarında digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişdiyinin aşkar olunduğunu bildirmiş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə istinad edərək ərizənin icrasından imtina etmişdir.
2. Bundan sonra iddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 nömrəli, 30301004 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Quba rayon Şöbəsinin xx.xx.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsin ə əsasən Quba şəhəri ərazisində yerləşən 0,01 ha torpaq sahəsinə və orada yerləşən çilingər sexinə iddiaçının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 2-1(085)1086/2019 nömrəli qərarı ilə (hakim Z. Pirverdiyev) iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Quba rayon Şöbəsinin xx.xx.2003-cü il tarixli Q eydiyyat Vəsiqəsinə əsasən Quba şəhəri ərazisində yerləşən 0,01 ha torpaq sahəsinə və orada yerləşən çilingər sexinə iddiaçının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmiş, həmçinin vəsatət təqdim edərək, "xxxx" MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşımaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin icraatda olan iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmələrini xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2020-ci il tarixli, 2-1(105)-125/2020 nömrəli qərarı ilə (hakimlər: Z.Məmmədov - sədrlik edən və məruzəçi, T.Quliyev və F.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2020ci il tarixli, 2-1(102)-1260/2020 nömrəli qərarı ilə (hakimlər: Z.Quliyev - sədrlik edən və məruzəçi, R.Nəbizadə, İ.Şəfiyev) cavabdehin kasasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Qərar qanuni qüvvəyə minərək icraya yönəldilmişdir.
8. Cavabdeh Sumqayıt İnzibati Məhkəməsinə 3 may 2021-ci il tarixli, **********05 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, məhkəmə qərarı əsasında mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınması üçün müraciət edilmiş qeyri yaşayış binası və torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür və bu səbəbdən də icra sənədinin icrasının mümkün olmadığını qeyd etmişdir.
9. Cavabdeh Sumqayıt İnzibati Məhkəməsinə 28 yanvar 2022-ci il tarixli, **********60 nömrəli məktub ünvanlayaraq bildirilmişdir ki, iddiaçının adına **********8506301 reyestr, ********** qeydiyyat nömrələri olan hüququnun Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış hazırlanmışdır.
10. İş üzrə maraqlı şəxs "xxxx" MMC vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək, icraatın təzələnərək üçüncü şəxs qismində icraata cəlb edilməsini xahiş etmişdir.
11. Vəsatət onunla əsaslandırmışdır ki, hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-dən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında olan 0,8502 ha torpaq sahəsi və üzərində yerləşən 1450,9 kv.m tikili xüsusi mülkiyyət hüququ ilə "xxxx" MMC-ə məxsusdur. Torpaq sahəsinin bir hissəsi Quba şəhəri Heydər Əliyev prospektinin kənarındadır, həmin torpaq sahəsində müxtəlif tikililər olmaqla, müəssisə istehsalatla məşğuldur. X2 prospektinin kənarında yerləşən torpaq sahəsinin bir hissəsini (təxminən 54 kv.m) İddiaçı zəbt etmiş, orada tikili tikmiş, müəssisənin torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaratmışdır. İddiaçı müəssisəyə məxsus torpaq sahəsini zəbt edib, üzərindəki tikilidə kommersiya fəaliyyəti ilə məşğul olmaqla (avtomobillərin yağ dəyişmə məntəqəsi), müəssisəni həmin ərazidəki gəlirdən, qazancdan məhrum edir. Halbuki, müə ssisə kommersiya fəaliyyəti ilə məşğul olur, onun müəssisəyə məxsus torpaq sahəsini zəbt etməsi nəticəsində müəssisə həmin torpaq sahəsini istifadə edə bilmir. MMC-nin direktoru İddiaçı Haciağa oğluna qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, zəbt edilmiş torpaqdan çıxarılma və torpaq sahəsi üzərində olan tikilinin sökülməsi tələbinə dair Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək RX seriyalı ******* nömrəli Çıxarışa əsasən "xxxx" MMC-yə məxsus Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsinin Quba şəhəri Heydər Əliyev prospektinə olan çıxışı tərəfində tikilmiş və İddiaçı tərəfindən istifadə edilən, ona məxsus tikilinin sonuncunun hesabına sökülməsi, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən sözügedən torpaq sahəsinin üzərində İddiaçı tərəfindən yaradılmış maneələrin qaldırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşə baxan məhkəmənin gedişatı zamanı onlara məlum olmuşdur ki, İddiaçı Quba şəhəri ərazisində yerləşən qeyri yaşayış binasına və 54 kv.m torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsi işin gedişatında "xxxx" MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşımaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üçüncü şəxs qismində işə cəlb edilməsi barədə vəsatətlə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etsə də, işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsi kimi 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayətində qeyd edilən halları araşdırmamış, vəsatətə qiymət verməmiş, MMC-ni və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini işə cəlb etməmişdir. Hesab edir ki, MMC-yə məxsus torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun tanınması maraqlı şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Hesab edir ki, həmin qərarlardan verilmiş apellyasiya və kassasiya şikayətləri verilən zaman cavabdeh inzibati orqanın verdiyi vəsatətə qiymət verilməməsi, onun üçüncü şəxs qismində işə cəlb edilməməsi, bu barədə şikayətlərdə pozuntuların qeyd edilməsinə baxmayaraq araşdırılmaması, ədalətli məhkəmə araşdırması hüququnun, məhkəmələrin işlərə bərabərlik, obyektivlik v ə qərəzsiz baxılması prinsipinin pozulmasına gətirib çıxarmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
12. Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(085)-1086/2019 nömrəli qərardadı ilə (hakim C.Məmmədov) vəsatət təmin edilməmişdir.
13. Məhkəmə hesab etmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2-1 (085)-1086/2019 nömrəli qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi yuxarı instansiya məhkəmələrinə vəsatətlər verərək, iş üzrə üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini cəlb edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, cavabdehin vəsatətlərindən yuxarı instansiya məhkəmələri məlumatlı olmuş, lakin "xxxx" MMC-ni iş ə üçüncü şəxs qismində cəlb edilməsini məqsədəmüvafiq hesab etməmişlər. Başqa sözlə desək, məhkəmə icraatları zamanı “Quba İstehsalat" MMC 3-cü şəxs qismində cəlb edilməsi məsələsinə müvafiq instansiya məhkəmələrində qiymət verilmişdir. Bu səbəbdən də hazırkı ərizə üzrə özünü 3-cü şəxs qismində cəlb edilməsini tələb edən şəxs "xxxx" MMC Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi məsələsinə baxmaq qanunvericiliyin tələblərinə görə mümkün deyildir.
14. Maraqlı şəxs həmin qərardaddan apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərardadını ləğv edilməsi və onu üçüncü şəxs kimi işə cəlb edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2-1(105)-310/2022 nömrəli qərardadı ilə (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, Z.Məmmədov və F.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(085)-1086/2019 nömrəli qərardadı ləğv edilmiş, "xxxx" MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatətinə yenidən baxılması üçün inzibati işin Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçıya ünvanladığı imtina məktubunda, apellyasiya və kassasiya şikayətlərində mübahisə predmeti olan torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü bild irsə də, işdən görünür ki, qeyd edilən xüsusat məhkəmələr tərəfindən araşdırılmamış, "xxxx" MMC-nin üçüncü şəxs qismində cəlb edilməsinə dair vəsatətə hüquqi qiymət verilməmişdir 17. "xxxx" MMC-nin üçüncü şəxs qismində cəlb edilməsinə dair vəsatətə baxılarkən birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəlləsinin 12.1, 58.7, 68.2, 76.1, 76.2-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Hərtərəfli araşdırma prinsipinin pozulması isə məhkəmə qərardadının mahiyyətinə və maraqlı şəxsin hüquqlarının tanınmasına təsir edəcək səviyyədədir.
18. Eyni zamanda apellyasiya məhkəməsi qeyd etmişdir ki, təkrar vəsatətə baxılarkən qeyd olunan xüsusatlar araşdırılmalı, həmçinin iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında q eydə alınmış 0.01 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə maraqlı şəxsin mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi faktının müəyyən edilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mütəxəssis rəyi alınmalı və alınmış rəyə uyğun olaraq "xxxx" MMC-nin üçüncü şəxs qismində icraata cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməlidir
19. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyət hüququnun da Dövlətin təmin atı altında olduğunu, həmin hüququn üçüncü şəxs kimi işə cəlb edilmək istəyən tərəfin mülkiyyət hüquqlarından 15 il əvvəldən Dövlət qeydiyyatında olmasını şübhə altına almış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş halların yenidən sübut edilməli olması barədə qanuna və hüquqa zidd göstərişlər vermişdir. "xxxx" MMC-nin iddiaçının Quba şəhəri, H.Əliyev prospekti 196 ünvanında mülkiyyətində torpaq və qeyri yaşayış sahəsinin olmasını 20 ilə yaxın müddət ərzində bilməsi iddiaçının “Quba İstehsalat" MMC-nin orada inşa etmək istədiyi qeyri-yaşayış binasının tikintisi ilə bağlı notarial qaydada verdiyi yazılı ərizəsi ilə də tam təsdiq edilir.
21. Kassator hesab edir ki, apellyasiya məhkəməsinin qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 13-29-cu, İnzibati-Prosessual Məcə llənin 28-ci, Mülki Məcəllənin 152-157-ci, Mülki Prosessual Məcəllənin 82.1-82.3-cü maddələrinin tələblərini pozulması ilə qəbul edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarı.
24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəki ldə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qəra rdad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASS ASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
29. Avropa İnsan Hüqu qları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). 30. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarına əsasən, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş və məsələ qanunvericilik qaydasında həll edilənədək, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmək hüququ nəzərdə tutulmuş dur.
31. Sözügedən qərarda Konstitusiya Məhkəməsi həmçinin özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Müb ahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).
32. Konstitusiya Məhkəməsi Plenumu hesab edir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. 33. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi v ə onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərardadı ilə müəyyən edilmiş hüquqi mövqeyinə əsasən, Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcə k qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.
34. Həmin qərardadda həmçinin qeyd edilmişdir ki, üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatd a tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur.
35. Göründüyü kimi, üçüncü şəxs qismində icraata cəlb olunma institutunun mahiyyətinə görə, digər şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması üçün məhkəmə qərarı həmin şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalına və keyfiyyətinə malik olmalıdır. Yalnız belə hallarda, məhkəmə qulluq mövqeyinə görə öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər.
36. Bununla bağlı qeyd olunmalıdır ki, qanunverici tərəfindən üçüncü şəxs qismində cəlbetmənin iki növü müəyyən edilmişdir: zəruri və adi cəlbetmə. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qər arın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına proses iştirakçısı kimi mütləq cəlb edilməlidir.
37. Məhkəmə qərarı ilə digər şəxslərin maraqlarına toxunma ehtimalı o zaman mövcud olur ki, üçüncü şəxs mübahisəli hüquq münasibətində birbaşa iştirak etmiş olsun və ya iddiaçının (cavabdehin) mübahisəni uduzduğu halda üçüncü şəxsin hüquqi vəziyyəti pozitiv və ya neqativ dəyişikliyə məruz qalsın. Belə hallar, bir qayda olaraq, ikili təsirə malik inzibati aktların qəbul edilməsinə yönəlmiş iddia icraatlarında mümkündür.
38. Beləliklə, "xxxx" MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatətinə yenidən baxılması üçün inzibati işin Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi ilə bağlı apellyasiya məhk əməsinin gəldiyi nəticə hazırkı qərarın 23-24-cü bəndlərində qeyd olunan normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2-1(105)-310/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.