Məhkəmə qərarları › İş №2-1(102)-1494/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1494/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1494/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasını və reyestrdən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xi dmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi üçüncü şəxs olmaqla) “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 7 mart tarixli, 2-1(103)-935/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə Bələdiyyəsinə ünvanladığı 2002-ci il 9 dekabr tarixli, xx-xx/1660 saylı məktubda (surətində) M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisindən alqı-satqı əsasında vətəndaş X1, vətəndaş X4 və vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçü n torpaq sahəsinin satılması barədə RİHnə daxil olmuş 2002-ci il 3 dekabr tarixli, 1089 saylı müraciətə baxıldığı, rayon icra hakimiyyətinin məsələnin səlahiyyətləri dairəsində və qanun çərçivəsində həll olunmasına etiraz etmədiyi, satılan sahədə mühəndis kommunikasiya xətlərinin olmasının ciddi nəzərə alınması qeyd olunmuşdur.

2. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 2003-cü il 28 yanvar tarixli, 39 nömrəli qərarı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 300 kv. metr torpaq sahəsinin Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə hər kv.metr üçün 20.800 manat ödənməsi şərti ilə İddiaçı mülkiyyətinə satılması qər ara alınmışdır.

3. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən M.Ə.Rəsulzadə Bələdiyyəsinin ərazisində C.Cabbarlı küçəsində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazinin planı tərtib olunmuşdur.

4. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2013-cü il 18 noyabr tarixli, 2inz(81)-3978/2013 saylı qərarına əsasən İddiaçı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv. metr torpaq sahəsinə dair X6 kitabında 2013-cü il 13 dekabr tarixində 36740 nömrə ilə uçota alınmış A seriyalı, 488972 nömrəli plan-ölçü sənədi tərtib olunmuşdur.

5. İddiaçının hazırkı tələblə bağlı etdiyi müraciətə 202 0-ci il 30 sentyabr tarixli, **********13 saylı cavab məktubunda cavabdeh bildirmişdir ki, torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı əlavə olunmamış və bələdiyyə sərhədləri barədə elektron bazada məlumat aşkar edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən, həmin ərazi X2 tikintisi üçün verilmiş ayrıc aktının daxilində yerləşir və kadastr planında qeyd edilən ərazinin bir hissəsi qonşu tərəfindən istifadə edilməkdədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın veril məsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 300 kv. metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 300 kv. metr torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bələdiyyəsinin 28 yanvar 2003-cü il tarixli, 39 saylı qərarı ilə ona satılmışdır (hər kv. metr üçün 28.000 manat ödəmək şərti ilə). Binəqəd i rayon İcra Hakimiyyəti və Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bələdiyyəsi tərəfindən qeyd olunan torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilərək, təsdiq edilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 300 kv. metr torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək X5 2013-cü il 13 dekabr tarixdə 36740 nömrə ilə qeyd olunmuşdur. Göründüyü kimi, tərəfindən torpaq sahəsi üçün Bələdiyyəyə tələb olunan dövlət rüsumu ödənilmiş, torpaq sahəsinə dair Bələdiyyənin rəsmi qaydada verilmiş sərəncamı və torpaq sahəsinə görə alqı-satqı aktı vardır. Bununla yanaşı o, iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 300 kv. metr torpaq sahəsinə dair alqı-satqı aktının təsdiq edilməsi, torpaq sahəsinin plan və ölçüsünün hazırlanmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin(bundan sonra-“DTXK”) Bakı şəhər şöbəsinə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 3978/2013 nömrəli qərarı ilə iddiası təmin edilmişdir. Ona görə də o, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasına dair çıxarış verilməsi üçün DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hazırki vaxtadək müraciətlərinə əsaslandırılmış cavab verilməmişdir. Bu baxımdan həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmaması onun mülkiyyətçi hüquqlarını kobud şəkildə pozur.

8. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, 60, “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokoluna, Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-Mülki Məcəllə) 139.1, 139-1.1.1, 178.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin(bundan sonra-Torpaq Məcəlləsi) 66.1, 66.2, 67.3-cü, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” haqqında Əsasnamənin 1.1, 2.0.1, 3.0.5-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 8.0.1, 10.2.1, 15.1-ci, “İnzibati icraat haqqında” Qanunun 15.1, 15.2-ci, Azərbaycan Respublikası İn zibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1-ci maddələrinə istinad edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2022-ci il 18 fevral tarixli, 2-1(112)-6309/2022 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

10. Cavabdeh 2022-ci il 27 aprel tarixində Bakı İnzibati Məhkəməsinə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqısatqı aktı əlavə olunmamış və bələdiyyə sərhədləri barədə elektron bazada məlumat aşkar edilməmişdir. Həmçinin, elektron kadastr baza məlumatına əsasən həmin ərazi Bakı Xalq Deputatları Soveti İK-nin 1971-ci il 18 oktyabr tarixli Protokolu ilə X2 tikintisi üçün verilmiş 8.2 ha torpaq sahəsinin ayrıc aktı daxilində ye rləşir və kadastr planında qeyd edilən ərazinin bir hissəsi qonşu tərəfindən istifadə edilməkdədir. Təqdim edilən eskiz layihənin lisenziyası təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya **********13 saylı, 2020-ci il 30 sentyabr tarixli, **********68 saylı, 2021-ci il 5 may tarixli və **********37 saylı 2021-ci il 25 noyabr tarixli cavab məktubları ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş olunmuşdur.

11. Bakı İnzibati Məhkəməsinin 2022-ci il 6 oktyabr tarixli, 2-1(112)-6309/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir (N.Abıyev).

12. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, aşağıdakı göstərilənlərə ( bax §§ 14-17) əsasən iddia tələbi təmin ed ilməlidir.

13. Belə ki, məhkəmənin müvafiq sorğularına cavab olaraq:

14. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 2022-ci il 21 iyun tarixli, BA03709-2022 nömrəli məktubu ilə məhkəməyə təqdim olunmuş keçmiş Bakı şəhər XDS İK-nın arxiv fondu üzrə 1971-ci il 18 oktyabr tarixli, 9 saylı protokolunun 100-cü punktunun surətindən müəyyən olunur ki, Azərbaycan SSR Səhiyyə nazirliyinin təcili yardım xəstəxanasının inşası üçün 3247-3250-ci məhəllənin şimal-qərbində, Kirov rayonunun Dairəvi küçəsində 8,0 ha torpaq sahəsinin ayrılması barədə müraciəti təmin olunmuşdur.

15. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********33 nömrəli, 2022-ci il 4 iyul tarixli məktubda göstərilən torpaq sahəsinin sənəd üzrə 300,0 kv. metr olduğu halda bir tərəfdən mişar daş hasarla, üç t ərəfdən qonşu sahə üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənərək faktiki olaraq 331,0 kv. metr təşkil etdiyi, Bakı Xalq Deputatları Sovetinin İK-nin 1971-ci il 18 oktyabr tarixli protokolu ilə X2 tikintisi üçün ayrılmış 8,2 ha torpaq sahəsinə dair hüquqi və texniki sənədlərin qüvvədə olub-olmaması, hansı təşkilatın (qurumun) balansında olması barədə məlumat olmadığı, vahid elektron kadastr bazasında qeyd edilən torpaq sahəsinin dövlət mülkiyyətində olması bildirilmişdir.

16. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin 2022-ci il 3 avqust tarixli, PHŞ/6-2-2022-5646 nömrəli məktubunda Bakı Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1971-ci il 18 oktyabr tarixli Protokolu ilə X2 tikintisi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə 8.2 ha torp aq sahəsinin ayrıldığı, “Bakı şəhər Təcili və X3 Stansiyası”nın TƏBİB-ə verdiyi rəsmi məlumata əsasən, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət əmlakının İdarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına” uyğun olaraq, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 4075,8 kv. metr olan ərazi ilə birlikdə balansa qəbul edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2018-ci il 26 yanvar tarixli, **********44 nömrəli razılıq məktubunu nəzərə alaraq, Bakı şəhər Təcili və X3 Stansiyasının 9 saylı Köməkçi X2 istifadəsində olan inzibati binanın Bakı şəhər Təcili və X3 Stansiyasının balans ına daxil olduğu, hal-hazırda ümumi sahəsi 7045.8 kv. metr olan torpaq sahəsinin 9 saylı Köməkçi X2 istifadəsinə verildiyi və həmin sahənin digər hüquqi və fiziki şəxslər tərəfindən zəbt olunmadığı qeyd olunmuşdur.

17. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 2022-ci il 1 sentyabr tarixli, **********64 nömrəli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində, göstərilən sahənin vahid elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyətində olduğu, həmin ərazinin Bakı Xalq Deputatları Soveti İK-nin 1971-ci il 18 oktyabr tarixli Protokolu ilə X2 tikintisi üçün verilmiş 8,2 ha torpaq sahəsinin ayrıc aktı daxilində yerləşdiyi, sahənin qeydiyyatı barədə məlumat aşkar edilmədiyi qeyd olunmuşdur.

18. Beləliklə, cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina olunarkən torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktının əlavə olunmadığına və bələdiyyə sərhədləri barədə elektron bazada məlumat aşkar edilmədiyinə istinad olunarkən adı çəkilən Komitə tərəfindən iddiaçının adına mübahisəli torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunduğu nəzərə alınmamışdır. Həmçinin, imtinada elektron kadastr məlumatına əsasən həmin ərazinin X2 tikintisi üçün verilmiş ayrıc aktının daxilində yerləşdiyi və kadastr planında qeyd edilən ərazinin bir hissəsinin qonşu tərəfindən istifadə edilməkdə olduğu qeyd olunsa da, məhkəmənin müvafiq sorğularına alınmış cavab məktublarından 9 saylı Köməkçi X2 istifadəsinə verilmiş ümumi sahəsi 7045.8 kv.metr olan torpaq sahəsinin digər hüquqi və fiziki şəxslər tərəfindən zəbt olunmadığı müəyyən olunmuşdu r.

19. Məhkəmə öz qərarını Konstitusiyanın 13, 29-cu, Torpaq Məcəlləsinin 8, 47, 55, 59, 66.1ci, Mülki Məcəllənin 139.1, 139.3, İPM-in 2.2.3, 34.1, 58.7, 68.1, 68.2-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 6.5, 6.9-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1, 9.1.1, 9.1.2, 10.2.1-10.2.4-cü maddələrinə, “İnzibati İcraat haqqında” Qanunun 12.2, 15.1, 15.2-ci madələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 27 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 19 noyabr tarixli qərarına istin ad etməklə əsaslandırmışdır.

20. Cavabdeh 2022-ci il 24 noyabr tarixində qərardan apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 7 mart tarixli 2-1(103)935/2023 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi adi cəlbetmə qaydasında cəlb edilən 3-cü şəxs qismində tanınmışdır(hakimlər A.Oruczadə/sədrlik edən, X.Cəmilova və R.Səmədov).

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 7 mart tarixli 2-1(103)935/2023 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır(hakimlər- A.Oruczadə/sədrlik edən, X.Cəmilova və R.Səmədov).

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

24. İnzibati orqanın imtinasının və apellyasiya şikayətinin dəlillərindən biri olan torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktının əlavə olunmaması və bələdiyyə sərhədləri barədə elektron bazada məlumat aşkar edilməməsinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

25. Qanunvericiliyə əsasən torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması, DTXK tərəfindən alqı-satqı aktının təsdiq edilməsi bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılm ası ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin DTXK tərəfindən alqı-satqı aktının təsdiq edilməməsi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.

26. Məhkəmə kollegiyası torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi məsələsinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər ücün maraqlı subyektlərə ayrılması ilə bağ lı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir.

27. İş materiallarından göründüyü kimi, vətəndaşın ərizəsi əsasında torpaq sahəsinin satılmasına dair inzibati orqan tərəfindən inzibati icraat başlanılmış, müvafiq icra hakimiyyətindən razılıq alınmış, nəticə də vətəndaşın xeyrinə əlverişli inzibati akt qəbul edilmiş və həmin akta torpaq sahəsinin yerləşdiyi ərazinin planı əlavə edilmişdir. Həmin inzibati akt bugünkü günədək qüvvədədir.Həmçinin, DTXK tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2013-cü il 18 noyabr tarixli 2inz(81)-3978/2013 saylı qəra rına əsasən İddiaçı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv. metr torpaq sahəsinə dair X6 kitabında 2013-cü il 13 dekabr tarixində 36740 nömrə ilə uçota alınmış A seriyalı, 488972 nömrəli plan-ölçü tərtib olunmuşdur. Həmin plan və ölçü hazırki günədək qüvvədədir, ləğv edilməmişdir.

28. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, keçmiş Bakı şəhər XDS İK-nın arxiv fondu üzrə 1971-ci il 18 oktyabr tarixli, 9 saylı protokolunun 100-cü punktunun surətindən müəyyən olunur ki, Azərbaycan SSR Səhiyyə nazirliyinin təcili yardım xəstəxanasının inşası üçün 3247-3250-ci məhəllənin şimal-qərbində, Kirov rayonunun Dairəvi küçəsində 8,0 ha torpaq sahəsinin ayrılması barədə müraciəti təmi n olunmuşdur. Lakin protokola cizgi və ayrıc aktı əlavə edilməmişdir.

29. Həmçinin, araşdırma zamanı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********33 nömrəli, 2022-ci il 4 iyul tarixli məktubda göstərilən torpaq sahəsinin sənəd üzrə 300,0 kv. metr olduğu halda bir tərəfdən mişar daş hasarla, üç tərəfdən qonşu sahə üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənərək faktiki olaraq 331,0 kv. metr təşkil etdiyi, Bakı Fəhlə Deputatları Soveti İK-nin 1971-ci il 18 oktyabr tarixli protokolu ilə X2 tikintisi üçün ayrılmış 8,2 ha torpaq sahəsinə dair hüquqi və texniki sənədlərin qüvvədə olub-olmaması, hansı təşkilatın (qurumun) balansında olması barədə məlumat olmadığı, vahid elektron kadastr bazasında qeyd edilən torpaq sahəsinin dövlət mülkiyyətində olması bildirilmişd ir.

30. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********64 nömrəli 2022-ci il 1 sentyabr tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində, göstərilən sahənin vahid elektron kadastr baza məlumatlarına əsasən Dövlət mülkiyyətində olduğu, vahid elektron kadastr baza məlumatına əsasən həmin ərazinin Bakı Fəhlə Deputatları Soveti İK-nin 1971-ci il 18 oktyabr tarixli Protokolu ilə X2 tikintisi üçün verilmiş 8,2 ha torpaq sahəsinin ayrıc aktı daxilində yerləşdiyi, sahənin qeydiyyatı barədə məlumat aşkar edilmədiyi qeyd olunmuşdur

31. Araşdırma gedişatında X2 tikintisi üçün verilmiş 8,2 ha torpaq sahəsinin ayrıc aktı olmadığından və sahənin qeydiyyatı barədə məlumat aşkar edilmədiyinə görə birinci instansiya məhkəməsi aidiyyəti orqana müvafiq sorğu ilə müraciət etmişdir.

32. Sorğuya cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin PHŞ/6-2-2022-5646 nömrəli, 2022-ci il 1 avqust tarixli məktubunda Bakı Fəhlə Deputatları Soveti İcraiyyə Komitəsinin 1971-ci il 18 oktyabr tarixli Protokolu ilə X2 tikintisi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə 8.2 ha torpaq sahəsinin ayrıldığı, “Bakı şəhər Təcili və X3 Stansiyası”nın TƏBİB-ə verdiyi rəsmi məlumata əsasən, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət əmlakının İdarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına” uyğun olaraq, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 4075,8 kv. metr olan ərazi ilə birlikdə balansa qəbul edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Naz irliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2018-ci il 26 yanvar tarixli, **********44 nömrəli razılıq məktubunu nəzərə alaraq, Bakı şəhər Təcili və X3 Stansiyasının 9 saylı Köməkçi X2 istifadəsində olan inzibati binanın Bakı şəhər Təcili və X3 Stansiyasının balansına daxil olduğu, hal-hazırda ümumi sahəsi 7045.8 kv. metr olan torpaq sahəsinin, 9 saylı Köməkçi X2 istifadəsinə verildiyi və həmin sahənin digər hüquqi və fiziki şəxslər tərəfindən zəbt olunmadığı qeyd olunmuşdur.

33. Beləliklə, qeyd edilən dəlilin heç bir əsası yoxdur. Belə ki, aidiyyəti qurum tərəfindən verilmiş sorğuya cavab məktubundan da aydın olur ki, Bakı şəhər Təcili və X3 Stansiyasının balansına daxil olan sahənin ümumilikdə 7045.8 kv. metr olduğu və 9 saylı Köməkçi X2 istifadəsinə verildiyi, həmçinin həmin sahənin digər hüquqi və fiziki şəxslər tərəfindən zəbt olunmadığı qeyd edilmişdir. Halbuki, iddiaçı 2003-cü ildən istifadə və sahibliyində olan və keçmiş DTXK tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü daxilində yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikərək, istifadə edir və həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd etmişdir ki, kadastr planında qeyd edilən ərazinin bir hissəsinın qonşu tərəfindən istifadə edilməsi inzibati akt əsasında iddiaçının satın aldığı və sahiblik, istifadə etdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına maneə olan hal ( imtina əsası) hesab edilə bilməz. Bundan əl avə, qeyd edilən dəlil qeyri-müəyyən olmaqla cavabdeh inzibati orqan tərəfindən hər hansı bir sübutla da əsaslandırılmamışdır. Əksinə iddiaçının nümayəndəsi,vəkili tərəfindən məhkəmə araşdırması zamanı verilmiş izahatdan, təqdim edilmiş fotoşəkillərdən sözügedən sahənin iddiaçı tərəfindən istifadə edildiyi aydın olur.

35. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə sax lanılmalıdır.

36. Qərar 2023-cü il 17 mart tarixində cavabdehə, 20 mart tarixində iddiaçıya, 24 mart tarixində isə 3-cü şəxsə rəsmi qaydada təqdim edilmişdir.

37. Cavabdeh və onun vəkili 2023-cü il 17 aprel tarixində kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri kassasiya şikayətinin dəlilləri

38. Kassasiya şikayəti cavadehin imtinasının və apelyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmi ş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

41. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ

42. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ İ.Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifa də etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir....” 44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanu n Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.....

45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi “Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasını n hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, h əmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər....” “Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məh kəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

48. Bununla bağlı, məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

49. Hazırkı mübahisə mahiyyət etibarı ilə Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bələdiyyəsinin 2003-cü il 28 yanvar tarixli, 39 saylı qərarı ilə iddiaçıya satılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.

50. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qayd ada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

51. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

52. Mülki Məcəllənin 139-1.1.1-ci maddə sinin müddəalarına görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

53. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulm asına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.

54. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması yetərlidir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. 55. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa sə bəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

56. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin satılmasına dair müvafiq icra hakimiyyətindən razılıq alınmış, vətəndaşın xeyrinə əlverişli inzibati akt qəbul edilmiş və həmin akta torpaq sahəsinin yerləşdiyi ərazi planı əlavə edilmişdir. Həmin inzibati akt hazırda qüvvədədir və beləliklə də etibarlıdır.

57. Həmçinin, DTXK tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2013-cü il 18 noyabr tarixli 2inz(81)-3978/2013 saylı qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv. metr torpaq sahəsinə dair X6 kitabında 2013-cü il 13 de kabr tarixində 36740 nömrə ilə uçota alınmış A seriyalı, 488972 nömrəli plan-ölçü sənədinin tərtib olunduğu da nəzərə alınmalıdır.

58. Cavabdehin imtinasında və şikayətində istinad etdiyi əsaslarla, o cümlədən faktiki torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktının əlavə olunmaması, bələdiyyə sərhədləri barədə elektron bazada məlumat aşkar edilməməsi və sair əsaslarla bağlı məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq b u qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunv erici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.

59. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli dövlət orqanının qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, qeyd olunan torpaq sahəsində abadlaşdırma işləri aparmış, həmin sahəyə qulluq etmiş və eləcə də torpaq sahəsinin ayrılması məqsədlərinə uyğun olaraq yaşayış və istifadə üçün müvafiq infrastruktur yaratmışdır( bax i/v131-138).

60. Həmçinin, mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından sözügedən torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmadığı, faktiki ölçüsü 300 kv.m olmaqla iddiaçının istifadəsində olduğu, həmin torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin mövcud olmadığı, həmin torpaq sahəsinin yerləşmə cizgisinin DTXK tərəfindən təsdiq edildiyi görünür. Odur ki, hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş halları baxımından iddiaçı hüququnun qeydiyyata alınmasını və bu barədə müvafiq çıxarışın verilməsini tələb etməkdə haqlı sayılmalıdır. Kassasiya şikayətində istinad olunan dəlillər üzərindən iddiaçının tələbinin təmin olunmasından cavabdehin imtinası əsassız hesab edilməlidir.

61. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 7 mart tarixli, 2-1(103)935/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar