Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1495/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(103)-178/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 4 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63.6 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatında imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək hüququ vardır. İddiaçının tələb olunan iş stajı olmadığından, ona yaşa görə əmək pens iyası təyin edilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçı 2018-ci il 27 iyul tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 2011-ci il 15 fevral tarixdən 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi və hesablanma zamanı yaranacaq məbləğ fərqinin birdəfəlik onun hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun əmək kitabçasında qeyd olunan illərin güzəştli iş stajı kimi nəzərə alınmaqla 2011-ci il 15 fevral tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xa hiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki,o, 1954-cü il xx.xx. tarixdə doğulmuş, 1971-ci il 26 noyabr tarixdə əmək fəaliyyətinə başlamış, 1972-ci il 15 noyabr tarixdən 1973-cü il 28 aprel tarixədək “suvaqçı” peşəsində işləmişdir. O, 1973-cü il 25 may tarixdən 1975-ci il 22 may tarixə kimi hərbi xidmətdə olmuş, 1975-ci il 14 iyul tarixdən 1976-cı il 3 avqust tarixədək “formirovşik” peşəsində, 1976-cı il 17 avqust tarixdən 1978-ci il 6 fevral tarixədək, 1978-ci il 6 mart tarixdən 1978-ci il 17 may tarixədək, 1978-ci il 22 may tarixdən 1993-cü il 17 fevral tarixədək, 1993-cü il 10 mart tarixdən 1995-ci il 12 oktyabr tarixədək “elektrik qaynaqçısı” peşəsində, 1995-ci il 12 oktyabr tarixdən 2003-cü il 12 fevral tarixədək “qazla kəsici” peşələrində işləmişdir. Beləliklə, onun 30 ildən yuxarı ümumi, 25 ildən artıq xüsusi iş stajı vardır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 13 sentyabr tarixli 2-1(82)3591/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının əmək kitabçasında qeyd olunan illərin güzəştli iş stajı kimi nəzərə alınmaqla ona 2011-ci il 15 fevral tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi “elektrik qaynaqçısı” və “qazla kəsici” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli, 12 s aylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verənlər peşələr kimi nəzərdə tutulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(103)-178/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 14 fevral tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 2 mart tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamış, mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Qüvvədə olan “Əmə k pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq 60 yaşına çatmış sığorta olunan kişilər azı 25 il sığorta stajına malik olduqda və bunun azı 12 il 06 ayını ağır və zərərli peşələrdə tam iş günü ərzində çalışdıqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə güzəştli şərtlərlə əmək pensiya hüququ yaranır. İşçinin güzəştli şərtlərlə əmək pensiya hüququnun yaranmasından ötrü onun müəyyən olunmuş müddətdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında adı göstərilmiş işlərdə tam iş günü ərzində çalışması zəruri şərtdir. İddiaçının 1993-cü il 10 m art tarixdən 2003-cü il 12 fevral tarixədək “Şərq-Əcəmi” firmasında “elektrik və qaz qaynaqçısı” işləməsi faktı şübhə doğurur və həmin iş stajının düzgünlüyünü yerində yoxlamaq mümkün olmamışdır. İddiaçının tələb olunan iş stajı olmadığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan son ra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminat ı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (...) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-d ək hər il 6 ay artırılır. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş işdə (XXXİİİ. Ümumi peşələr. 23200000 - 19906 - ə l ilə qaynaq aparan elektrik qaynaqçıları) çalışmaqla xüsusi iş stajını /ümumi iş stajının 12,5 ilini/ 1976-1993-cü illər ərzində qazanmışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının xüsusi stajına dair qənaətini fərqli əsaslandırsa da bu, iddiaçının artıq 1976-1993-cü illər ərzində qazanmış olduğu güzəştli iş stajından irəli gələn hüququna təsir etmir. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il ümumi staja malik olması barədə Qanunun tələbinə gəldikdə, cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi 1993-2003-cü illərdəki əmək fəaliyyəti nəzərə alınmadıqda, iddiaçının 25 il ümumi stajı tamamlanmır. Cavabdehin mübahisələndirdiyi 1993-2003-cü illərdə iddiaçının “Şərq-Əcəmi” firmasında işlədiyi əmək kitabçasında qeyd olunsa da, cavabdeh həmin məlumatları mötəbər hesab etməmiş, bunu apellyasiya şikayətində bəyan etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə şikayətin həmin dəlilini araşdırmamış, ona münasibət bildirməmişdir. Belə ki, iddiaçının əmək kitabçasında onun “Şərq-Əcəmi” firmasına işə 1993-cü il 10 mart tarixdə qəbul edildiyi qeyd edilsə də, həmin hüquqi şəxsə dair internet vergi idarəsinin məlumatında “Şərq-Əcəmi” firmasının Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrində 1993-cü il mayın 11-də qeydə alındığı təsbit olunmuşdur. Başqa sözlə, kommersiya hüquqi şəxslərin reyestrini aparan orqanın məlumatı nəzərə alındıqda, 1993cü il 10 mart tarixdə həmin hüquqi şəxs mövcud olmamışdır. “Şərq-Əcəmi” firmasının 1993-cü il 10 mart tarixdə qüvvədə olan qanunvericilik aktlarının tələblərinə əsasən qeydə alı ndığını təsdiq edən və əmək kitabçasında həmin hüquqi şəxsə aid qeydin mötəbərliyinə dair əsaslı şübhələri aradan qaldıran hər hansı sənəd işdə yoxdur. Apellyasiya instansiyası məhkəməsi işin nəticəsinə bilavasitə təsir edən və ya edə bilən hallara dair sübutların mötəbərliyi ilə bağlı cavabdehin apellyasiya şikayətində ifadə etdiyi şübhə və dəlilləri özünün xidməti vəzifəsinə görə yoxlamalı və onlara qiymət verməli idi. Belə ki, yuxarıda qeyd edilən uyğunsuzluq 1993-cü il 10 mart tarixdən (işə qəbul tarixindən) təkcə 1993-cü il 11 may tarixədək (hüquqi şəxsin dövlət qeydiyyatı tarixinədək) olan müddəti deyil, 2003-cü ilədək (işdən çıxma tarixinədək) olan 10 illik əmək fəaliyyətinə dair məlumatların mötəbərliyini şübhə altına alır. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə prose s iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 87.8-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiy a məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələbləri pozulmaqla qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin edilməsi üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin ol una bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(103)-178/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1495/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1495/2019
22.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver